Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

37 

 

Marketinq  riski  ─  yeni  məhsulun  bazara  çıxarılması  zamanı  yaranacaq 

riskləri  nəzərdə  tutur.  Xüsusilə  rəqabətin  yüksək  olduğu  bazarlarda  satışa 

çıxarılacaq  məhsullar  üçün  haqqında  bəhs  etdiyimiz  marketinq  riski  məhsulun 

dizayn  edilməsi  mərhələsindən  etibarən  nəzərə  alınmalıdır.  Bazar  payı,  tələbin 

həcmi,  həyata  keçirələcək  marketinq  strategiyaları  və  s.  bu  riskə  təsir  edən 

amillərdir. 

Yuxarıda  sadaladığımız  bu  risklərin  qiymətləndirilməsi,  onların  hərtərəfli 

təhlil  edilməsi  vençur  maliyyələşdirmə  zamanı  uğurlu  nəticələrin  alınmasında 

böyük  rol  oynayır.  Yalnız  bundan  sonra  vençur  şirkətlər  yaranacaq  riskləri 

azaltmaq  istiqamətində  həyata  keçirəcəkləri  strategiyaları  müəyyənləşdirirlər. 

Riskin azaldılması üçün ən çox istifadə olunan üsullar aşağıdakılardır: 



Diversifikasiya. Diversifikasiya kapital resurslarının bir-biri ilə heç bir əlaqəsi 

olmayan müxtəlif sahələrə yatırılmasıdır. Bu proses bir tərəfdən investisiya riskini 

azaldır,  digər  tərəfdən  çoxistiqamətli  iqtisadi  inkişafa  şərait  yaradır.  Ancaq  qeyd 

etməliyik ki, diversifikasiya yalnız riskin bir hissəsindən yayınmağa imkan verir, o, 

investisiya riskini sıfıra endirə bilməz.  

Limitləmə. Bu, vençur şirkətlər tərəfindən limitin müəyyən olunmasıdır, yəni 

xərclərin,  satışın,  investisiyanın  və  s.  həcminin  həddini  müəyyən  etməkdir. 

Limitləmə  riskin  səviyyəsinin  aşağı  salınması  zamanı  vacib  üsul  hesab  edilir  və 

banklar  tərəfindən  ssudanın  verilməsi,  overdraft  müqavilələrin  imzalanması 

zamanı tətbiq edilir.  

Hedc  əməliyyatı  (hedging  strategy).  Vençur  şirkətlər  tərəfindən  bazardakı 

qiymətlərin  qeyri-müəyyənliyi  zamanı  alış  və  satışla  bağlı  olan  maliyyə  riskini 

aşağı salınması üçün istifadə olunur. Hedc  əməliyyatı ─ alıcı və satıcı tərəfindən 

özlərinin  bizneslərini,  yaxud  ödəniş  vasitələrini  bazarda  qiymət  (məzənnə) 

dəyişməsi  nəticəsində  maliyyə  itkisindən  sığortalamaq  (qorumaq)  məqsədilə 

aparılan  forvard  əməliyyatıdır.  Bu  zaman  şirkət  öz  məhsullarını  (kommersiya 

krediti  formasında)  alıcıya  göndərir.  Sonra  şirkət  ödəniş  günü  alacağı  xarici 

valyutanın  mümkün  mübadilə  məzənnəsi  riskindən  qorunmaq  məqsədilə  həmin 




38 

 

məbləği  banka  satır.  Beləliklə,  şirkət  ilə  bank  arasında  yaranan  münasibət  hedc 



əməliyyatı adlanır. 

Vençur maliyyələşdirmənin həyata keçirildiyi mərhələdən asılı olaraq risklər 

də  dəyişir.  Belə  ki,    şirkətin  erkən  inkişaf  mərhələlərində  qoyulan  investisiyalar 

daha çox risk daşıdığı halda, gec mərhələdə qoyulan investisiyalar daha aşağı riskli 

olur. İndi isə mərhələlər üzrə risk faktorunu aydınlaşdıraq: 

1.

 

Ġdeya mərhələsi (Seed capital). Bu mərhələdə şirkət hələ qurulmamış 

olur.  İnnovatorun  bir  ideyası  vardır,  ancaq  bu  ideya  hələ  maddi  formasını 

almamışdır. Bu zaman vençur şirkətlərin funksiyası yeni ideyasını həyata keçirmək 

istəyən  innovatora  maddi  dəstək  verməkdən  ibarətdir.  Bu  layihənin  reallaşması 

sual altında olduğundan ən riskli investisiya növü hesab edilir.  

2.

 

Start-up  kapital  (start-up  capital).  Vençur  maliyyələşməsində  ən 

çox istifadə olunan investisiya növüdür. Start-up kapital vençur şirkətlər tərəfindən 

yeni  təsis  edilmiş,  ya  da  yeni  yaranmasına  baxmayaraq  öz  məhsul  və  ya 

xidmətlərini 

bazara  çıxarmamış  və  ya  çıxara  bilməmiş  şirkətlərin 

maliyyələşdirilməsini  nəzərdə  tutur.  Profesional  vençur  şirkətlər  bu  mərhələdə 

biznes-planı  diqqətlə  nəzərdən  keçirməli,  bazarın  vəziyyəti  araşdırılmalı,  şirkət 

idarəçilərinin bilik və bacarıqları qiymətləndirilməli və s. işləri həyata keçirməlidir. 

Bu  mərhələdə  qoyulan  kapitalın  miqdarı  ideya  mərhələsinə  nisbətən  daha  çox 

olduğu üçün, start-up investisya da yüksək risk daşıyır. 



3.

 

Erkən mərhələ və keçid kapitalı (Early stage and gate financing). 

Bu zaman şirkət artıq müəyyən inkişaf mərhələsində olur. Bazarda məhsul və ya 

xidmətlə çıxış edir, ancaq rəqabət üstünlüyünə və ciddi bazar payına malik olmur. 

Üstəlik idarəetmədə bəzi problemlərlə qarşılaşırlar. Vençur şirkətlərin maliyyə və 

idarəçilik  cəhətdən  dəstəkləri  bu  maliyyələşdirmə  növünün  əsasını  təşkil  edir. 

Keçid kapitalı isə, bir şirkətin ikinci dəfə vençur şirkətlərdən aldığı kapitalı ifadə 

edir. Bu maliyyələşdirmə növü də yüksək riskli xarakter daşıyır. 

4.

 

Böyümə  kapitalı  (Expansion  investments).  Fəaliyyətdə  olan  bir 

şirkətin böyüməsi iki istiqamətdə ola bilər: orqanik böyümə və ələ keçirmə yolu lə 

böyümə  (growth  acquisition).  Orqanik  böyümə  ─  yeni  və  daha  böyük  zavod  və 



39 

 

anbarları,  yeni  məhsulları,  beynəlxalq  bazarlara  çıxışı  xarakterizə  edir.  Ələ 



keçirmədə isə bütün bu məqsədlərə mövcud şirkətin alınması ilə nail olunur. Hər 

iki alternativdə də vençur şirkətlər üçün mövcud fəaliyyət və böyümənin gətirəcəyi 

yeniliklər  haqqında  ətraflı  məlumat  verən  bir  inkişaf  planının  hazırlanması 

vacibdir.  

Ələ  keçirmə  məqsədi  ilə  kapital  qoyuluşları  bəzən  vençur  kapitalistlərin 

maliyyələşdirdiyi şirkətlərə edilir. Alıcı bu zaman lazım olan kapitalın ödənilməsi 

vençur  şirkətlərdən  maddi  dəstək  də  alırlar.  Vençur  şirkətlər  də  öz  növbəsində 

istənilən  performansı  göstərməyən  şirkətə  yenidən  əlavə  kapital  vermək  yerinə, 

yeni bir alıcı tapmağı daha məqsədəuyğun görür. 

5.

 

Körpü 

maliyyələĢdirməsi 

(Bridge 

finance). 

Körpü 


maliyyələşdirməsi  əlavə  vençur  kapital  əldə  etmək  istəyən  ya  da  səhmlərini 

bazarda  satışa  çıxarmaq  istəyən  şirkətlərə  vençur  kapitalistlərin  verdiyi  maliyyə 

dəstəyini  nəzərdə  tutur.  Bu  investisiyanın  əsas  xüsusiyyətlərindən  biri  də 

qısamüddətli (1-3 il) və daha az riskli olmasıdır.  



6.

 

Xilasetmə  kapitalı  (Recovery  or  turnaround  financing).  Gec 

mərhələ maliyyələşdirmə növlərindən biri olan xilasetmə kapitalından bu günlərdə 

çox  az  istifadə  olunur.  Müxtəlif  səbəblərdən  uğur  qazana  bilməyən  şirkətlər  çox 

vaxt  ilkin  kapitalistləri  tərəfindən  erkən  mərhələlərdə  xilas  edilməyə  (early-stage 

turnarounds) çalışılır. 

Şirkəti xilasetmə maliyyələşdirməsi üçün ilk öncə banklarla olan müqavilələr 

yenilənir,  kredit  alma  imkanları  dəyərləndirilir.  Sonra  şirkətin  idarə  heyətində 

dəyişikliklər  edilir.  Xilasetmə  əməliyyatlarının  çoxunda  vençur  kapitalistlər 

tərəfindən  qoyulan  sərmayə  miqdarı  böyük  olur,  bu  da  şirkət  kapitalında 

üstünlüyün ələ keçirilməsinə və ya tamamilə alınmasına gətirib çıxarır.  

Xilasetmə  maliyyələşdirməsi  uğurlu  nəticələr  verdiyi  halda,  vençur 

kapitalistlər  bu  şirkəti  eyni  iqtisadi  sektordan  olan  daha  böyük  şirkətlərə  satırlar. 

Beləliklə, əldə edilən gəlir qoyulan sərmayənin 2-3 qatı qədər ola bilir. Ancaq bir 

çox xilasetmə maliyyələşdirməsi uğursuzluqla nəticələnmişdir.  

 

 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə