Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

60 

 

ki,  bu  sistem  potensial  innovativ  sahibkarların  öz  şirkətini  qurma  ehtimalını 



azaldır. 

-

 



 Yaponlar  insanların  yalnız  gəlir  əldə  etmək  məqsədilə  birlikdə  iş 

qurmalarına  nifrət  edirlər.  Onlara  görə  bir  şirkətin  səhmlərini  almaq,  bu  şirkətlə 

uzun müddət davam edəcək iş münasibətlərini ifadə edir. Üstəlik yapon şirkətləri 

öz şirkətinin və ya səhmlərinin satılmasına etiraz edərlər. Onlara görə şirkət ancaq 

iflasdan  başqa  bir  yol  olmadıqda  satıla  bilər.  Bu  cür  yanaşma  vençur  fondların 

fəaliyyətinə öz mənfi təsirlərini göstərir. 

 Bütün  bu  maneələrə  baxmayaraq  Yaponiyada  vençur  fondlaın  fəaliyyətində 

xeyli inkişaf yolu qət edilmişdir. Bu istiqamətdə ilk iş 1963-cü ildə Tokio, Naqoya 

və  Osakada  3  Kiçik  Biznes  İnvestisiya  Şirkətinin  (SBIC)  yaradılması  olmuşdur. 

Ancaq  Yaponiyadakı  SBIC-lər  ABŞ-dakılardan  fərqlənirdi.  Belə  ki,  ABŞ-dakı 

SBIC-lər özəl şirkət olaraq qurulmuşdu və onlar kapitalı dövlətdən və banklardan 

alır, kiçik şirkətlərə investisiya qoyurdular. Yaponiyadakılar isə yarı dövlət qurumu 

olub, yatırımı borc kapitalı şəklində həyata keçirirdilər. Bundan əlavə yapon SBIC-

lərinin  həm  fəaliyyət  sahələrində,  həm  də  qoyduqları  investisiyalarda  müəyyən 

məhdudiyyətləri  var  idi.  Onlar  maliyyələşdirdikləri  şirkətlərin  səhmlərinin  15%-

dən az və 50%-dən çox hissəsini ala bilməzdilər. Bununla belə bu 3 SBIC 1996-cı 

ilə kimi 2500-dən çox şirkətə 69,2 mlrd. yen həcmində investisiya qoymuşdular. 

1974-cü ildə Yaponiyanın Beynəlxalq Ticarət və Sənaye Nazirliyi tərəfindən 

Vençur  Şirkətlər  Mərkəzi  (  Venture  Enterprise  Center,  VEC)  quruldu.  VEC 

sahibkarların  yeni  şirkət  qurmasında,  mövcud  şirkətlərin  inkişafında  və  onlara 

maliyyə  dəstəyinin  verilməsində  vacib  rol  oynayır.  Onun  bu  sahədə  funksiyaları 

aşağıdakılardan ibarətdir: 

 

Kiçik 



və 

yüksək 


texnologiyalar 

sahəsindəki 

şirkətlərin 

maliyyələşdirilməsi  üçün  banklardan  alınan  kredit  miqdarının  80%-inə  qədər 

zamin durmaq. Ancaq bu xidmət qarşılığında 2% komisyon haqqı alınır. 

 



VEC-in  digər  xidməti  isə  Yaponiyada  vençur  fondların  fəaliyyəti 

haqqında  əsas  informasiya  mənbəyi  olmasıdır.  VEC-in  həyata  keçirdiyi  illik 

araşdırmalardan daha çox kiçik və orta ölçülü innovativ şirkətlər istifadə edirlər. 



61 

 

Yaponiyada ilk özəl vençur şirkətlər 1970-ci illərin əvvəlində investisiya və 



ticarət bankları tərəfindən qurulmuşdur. Daha sonra 1973-1974-cü illərdə yaşanan 

iqtisadi durğunluq, birjadankənar bazarların olmaması səbəbindən bu cür şirkətlər 

fəaliyyətini  dayandırmaq  məcburiyyətində  qalmışlar.  Bir  qismi  faktorinq  firma 

kimi, digər qismi isə başqa iqtisadi fəaliyyətlərlə məşğul olmağa başladılar. 

1984-cü ildə ABŞ-dakı NASDAQ birjasının bir bənzəri olan JSDA-nın (Japan 

Securities Dealers Association) fəaliyyətə başlaması vençur fondların fəaliyyətində 

müəyyən canlanma yaratdı və artıq 1985-ci il etibarı ilə 50 vençur şirkət 138 mlrd. 

yen  investisiya  qoymuşdular.  Son  illərdə  Yaponiyadakı  vençur  şirkətlərin 

fəaliyyətlərinin nəticələrini aşağıdakı göstəricilərdə görə bilərik: 

 

   



 

 

 



 

 

 



 

          Cədvəl 2.5. 



Yaponiyada vençur fondlardan istifadə göstəriciləri 

İllər 


Müqavilə 

sayı 


İllik dəyişmə 

( % ) 


Vençur fondların 

həcmi 


( mlrd. yen) 

İllik dəyişmə 

( % ) 

2005 


2834 

235 



2006 


2774 

-2,1 


279 

14,2 


2007 

2579 


-7 

193 


-33,2 

2008 


1294 

-49,8 


137 

-29,7 


2009 

991 


-23,4 

88 


-36,8 

2010 


915 

-7,6 


113 

43,5 


2011 

1017 


11,1 

124 


9,7 

2012 


824 

-18,9 


103 

-16,9 


2013 

1006 


22 

164 


59,2 

2014 


963 

-4,2 


144 

-12,1 


2015 

1063 


10,3 

123 


-14,5 

Mənbə: VEC Venture News (Issue No.4, 2014)-The Result of Survey on Venture 

Capital Investment Trends in 2015 

 

Yapon vençur şirkətlərin investisiya qoyma metodu ABŞ-dakılardan fərqlidir. 



Yaponiyada vençur şirkətlər ABŞ-da olduğu kimi onlara müraciət edən sahibkar və 


62 

 

ya  firmaların  layihələrini  qiymətləndirərək  seçmə  üsulundan  çox,  qəzet  və 



jurnalları izləyərək kapital qoymaq istədikləri firmaları seçməyə daha çox üstünlük 

verirlər. Çox nadir hallarda özəl və dövlət vençur şirkətlər eyni firmaya investisiya 

qoyuluşu edirlər. 

Burada  kapital  dəstəyi  alan  firma  6  ayda  bir  vençur  şirkətə  hesabat  vermək 

məcburiyyətindədirlər.  Vençur  şirkətlər  də  öz  növbəsində,  2  və  ya  3  aydan  bir 

maliyyələşdirdiyi firmanı ziyarət edərlər. Əgər firmanın vəziyyəti yaxşı deyilsə, bu 

ziyarətlər  daha  sıx  olur  və  bir  ya  da  iki  aylıq  hesabatlar  gözdən  keçirilir.  Ancaq 

vençur şirkətlərin bu firmalara idarəçi və ya menecer göndərməsi qanunvericiliklə 

qadağan edilmişdir.  

Yapon  şirkətləri  nadir  hallarda  start-up  kapitaldan  istifadə  edirlər.  VEC-in 

araşdırmalarına  görə,  Yaponiyada  vençur  şirkətlərin  dəstəklədiyi  firmaların 

 

 



-si 


azı 10 il fəaliyyət göstərmiş firmalardır. 

 

ġəkil  2.4.  Yaponiyadakı  firmaların  fəaliyyət  ilinə  görə  vençur  Ģirkətlər 



tərəfindən maliyyələĢdirilməsi. 

Bu  cür  vəziyyətin  yaranmasının  əsas  səbəblərindən  biri  də  şirkətlərin 

səhmlərini satacağı fond bazarlarında iştirak etməsi üçün kotirovka şərtlərinin ağır 

7% 

7% 

18% 

43% 

25% 

0-3 illik

4-5 illik

6-10 illik

11-20 illik

20 ildən çox 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə