Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   20   21   22   23   24   25   26   27   28

69 

 

iştirak  edirlər.  Onların  əsas  vəzifəsi  vençur  şirkətlərə  maliyyə,  idarəetmə, 



konsultativ və informasiyon köməkliklərin göstərilməsindən ibarətdir. 

Kiçik  vençur  şirkətlərin  fəaliyyətinə  yardımın  ən  çox  istifadə  edilən 

formalarından  biri  innovasiyaların  işlənməsi  və  həyata  keçirilməsi  üzrə  dövlət 

kontraktları  sistemidir.  Münasibətlərin  kontrakt  forması  dövlətə  ehtiyatların 

bölüşdürülməsi prosesinə, istehsalatın strukturu və həcminə, texnoloji yeniliklərin 

genişlənmə  bazarına və  istehsal  olunan  məhsulların  rəqabətqabiliyyətliliyinə təsir 

göstərməyə imkan verir.  

Vençur  maliyyələşdirmənin  səmərəli  fəaliyyətini  təmin  etmək  məqsədilə 

dünya təcrübəsində şirkətlərin universitet və sənaye müəssisələri iə kooperasiyası 

əsasında  texnologiyalar  və  elmi  tədqiqatların  nəticələrinin  istehsalata  tətbiqi 

mexanizminə rahat daxil ola bilməsi sistemindən geniş istifadə olunur. Bu məsələ 

çox  vaxt  araçı  vençur  mərkəzlərinin  köməyi  ilə  həll  olunur.  Onların  maliyyə 

dəstəyi  həm  dövlətdən,  həm  də  qeyri-dövlət  təşkilatlarından  (şəxsi  firmalar,  ayrı-

ayrı sahibkarlar və s.) aldığı vəsaitə əsaslanır. (7, səh. 168-169) 

Azərbaycanda  vençur  maliyyələşdirmənin  inkişafı üçün digər məsələləri  həll 

etmək  lazımdır.  Kiçik  firmalar  böyüməlidir  və  aksiya  buraxılışı  ilə  investorların 

gəlirini  təmin  etməlidir.  Fond  bazarı  və  iştirakçılar  buna  hazır  olmalıdır.  İdeya 

yaxşı satılan və gəlir gətirən məhsula çevriləndə aksiyalara tələb olacaq. Burada da 

problemlər var:  

Birinci,  Azərbaycanda  ödəmə  qabiliyyəti  olan  tələbin  həcmi  böyük  deyil, 

yüksək texnoloji məhsul isə maliyyə tələb edir.  

 İkinci, respublikada işləmələrin kommersiyalaşması sistemi yoxdur. 

 Azərbaycanda vençur biznesinə digər faktorlar da təsir edir:  

-    vençur  kapitalı  ilə  innovasiya  biznesi  arasında  sərfəli  əməkdaşlığını təmin 

edən qarşılıqlı əlaqənin zəif inkişafı (olmaması);  

-   Azərbaycanda vençur kapitalı mənbələrinin  az olması; 

-  Riskli  kapital  qoyuluşunun  zəifliyi  və  bunun  üçün  lazım  olan  bazar 

mexanizminin olmaması;  

-   kiçik elmtutumlu biznes sahəsində sahibkarlıq fəaliyyətinin aşağı olması;  



70 

 

-   vençur biznesinin zəif informasiya dəstəyi;   



-  Azərbaycanın  elmi-texniki  sferasında  vençur  investisiyalaşması  üçün  

cəlbedici  obyektlər  ola  bilməyə  qabil  yeni  və  mövcud  kiçik  və  orta  sürətlə  artan 

texnoloji  müəssisələrin  meydana  çıxmasını  təmin  edən  infrastrukturun    inkişaf 

etməməsi;  

-  fond bazarının kifayət olmayan inkişafı ilə şərtlənən vençur investisiyaların 

aşağı likvidliyi;  

-    elmi  müəssisələrin  qapalılığı,  onların  perspektiv  layihələri  və  işləmələri 

haqqında informasiyaların olmaması;  

-   vençur sərmayəçilər üçün qəbul olunan riskin təmin edən yüksək texnoloji 

sektor müəssisəsinə birbaşa investisiyaların cəlb olunması üçün iqtisadi stimulların 

olmaması;  

-    kiçik  və  orta  biznes  sahəsində  vençur  fəaliyyətinin  aşağı  nüfuza  malik 

olması; 

-    innovasiya layihələrinin ixtisaslı menecerlərinin çatışmazlığı və s.   

 

   


 

 

 



 

 

 



 

 

             ġəkil 3.1. 



 

Bunun  üçün  vençur  şirkətlərinin  məqsədi    vençur  investisiyasının  fərdi 

sənayesini stimullaşdırmaq, iqtisadiyyatda innovasiya sahələrinin inkişaf etdirmək 



71 

 

və  beynəlxalq  bazarda  Azərbaycan  elmtutumlu  texnoloji  məhsullarının  hərəkətini 



təmin etməkdən ibarət olmalıdır.  

 Vençur  şirkətinin  innovasiya  sistemində  rolu  yüksək  texnoloji  sektorun 

vençur    investisiyası  və  maliyyə  dəstəkləməsinin  stimullaşdırılmasıdır.  Vençur 

fondlarının  müsbət  inkişafı  fərdi  investorların,  kommersiya  banklarının,  sığorta 

şirkətlərinin,  maliyyə-istehsal  qruplarının  vençur  kapitalı  bazarına  keçməsinə 

stimul  yarada  bilər.  Banklar  layihənin  hazırlanmasını,  riskin  bir  hissəsini  öz 

üzərinə götürə bilər və bununla da bu biznesə get-gedə daha çox cəlb edilə bilər.   

Digər tərəfdən, qanunçuluğun stabilləşməsi, əqli mülkiyyətin təhlükəsizliyi və 

standartlaşması prosesinin təmin edilməsi, müəllif hüquqları və ticarət markasının 

qorunması, innovasiya  sahibkarlarına  bu hüquqların qorunmasında  kömək  sistemi 

yaradılması  investisiyalaşma  mühitinin  yaxşılaşması  üçün  mühüm  əhəmiyyətə 

malikdir. Bazar təsərrüfatı şəraitində əqli mülkiyyətin müdafiə mexanizmi üçün bir 

sıra tələblər irəli sürülür. Bu tələblər aşağıdakılardır:  

 



İnnovasiya  layihələrinin  reallaşdırılmasını  həyata  keçirən  təsərrüfat 

subyekti tərəfindən texnoloji rentanın alınmasının təmin olunması; 

 

Patentləşmə  proseslərinin  aşağı  məsrəfliliyi  və  onun  həyata 



keçirilməsi üçün güzəştli kreditlərin əldə edilməsi imkanı; 

 



İnnovasiya  məhsulları  və  texnologiyaları  istehsalının  təşkili  üçün 

lisenziyaların alınması zamanı dövlət strukturlarının köməyi.  

İnnovasiya-investisiya  fəaliyyətinin  tənzimlənməsi  və  investisiya  mühitinin 

yaxşılaşdırılması baxımından vergi məcəlləsi xüsusi əhəmiyyətli qanunverici sənəd 

sayılır  və  2000-ci  ildə  bu  məcəllə  hazırlandı.  11  iyul,  2000-ci  ildə  qəbul  olunan 

Vergi  Məcəlləsi  2001-ci  il  yanvarın  1-dən  qüvvəyə  mindi.  Sonradan  çoxsaylı 

təkmilləşdirmələrin  aparılması  nəticəsində  Azərbaycan  Respublikası  Vergi 

Məcəlləsində investisiya fəaliyyətinin və innovasiya proseslərinin sürətlənməsi öz 

əsaslı  həllini  tapmışdır.  Hüquqi  şəxslərin  mənfəət  vergisinin  35  %-dən  2009-cu 

ildə  edilən  dəyişikliklə  20  %-ə  qədər  azaldılması  bu  mənada  həyata  keçirilən  ən 

vacib tədbirlərdən biri hesab olunmalıdır. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə