Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   20   21   22   23   24   25   26   27   28

78 

 

texnologiyaları (İKT) profilli texnoparkların fəaliyyəti böyük rol oynayır. Bir və ya 



bir  neçə  universitet,  həmçinin,  elmi-tədqiqat  mərkəzləri  ilə  birbaşa  və  ya  ortaq 

fəaliyyətləri  ilə  əlaqədar  olan  texnopark,  tərkibində  elmi  nəticələrə  və  yüksək 

texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına şərait yaratmaq üçün 

təsis edilir. 

Milli  texnoparkların  yaradılmasında  əsas  məqsəd  müasir  elmin  prioritet  

sahələri  üzrə  milli  elmi-texniki  potensialın  iqtisadi  proseslərə  cəlb  olunması  və 

elmi-tədqiqatların  kommersiyalaşması  yolu  ilə  bu  sahələrin  gələcək  inkişafına 

əlavə  vəsaitlərin  cəlb  olunması  sayılır.  Prezident  İ.Əliyevin  22  Dekabr    2009-cu 

ildə  verdiyi  Sərəncam  ilə  Sumqayıt  Texnologiyalar  Parkının  (STP)  istismara 

verilmişdir. (45)  

İnkişaf  etmiş ölkələrin  təcrübəsi  göstərir  ki,  xüsusilə İKT sahəsində böyük 

uğurlar  əldə  olunmasında  texnoparklar  mühüm  əhəmiyyət  kəsb  edir.  Təsadüfi 

deyildir  ki,  tanınmış  İKT  şirkətlərinin  70-80%-i  öz  fəaliyyətinə  texnoparklardan 

başlayıb. Bu təcrübəni nəzərə alaraq Azərbaycan prezidenti 2012-ci il noyabrın 5-

də  Sumqayıt  şəhərində  Yüksək  Texnologiyalar  Parkının  ("YT  Park")  yaradılması 

haqqında  fərman  imzalamışdır.  "YT  Park"-ı  informasiya  və  kommunikasiya 

texnologiyaları,  telekommunikasiya  və  kosmos,  enerji  səmərəliliyi  sahələrində 

tədqiqatlar  aparılması,  yeni  və  yüksək  texnologiyaların    hazırlanması  kimi 

fəaliyyətlərlə məşğul olmağa imkan verəcəkdir. 

Milli  Məclis  tərəfindən  Vergilər  Məcəlləsinə  edilən  son  əlavə  və 

dəyişikliklərdə   sənaye və texnologiya parkları nəzərə  alınmışdır. Belə  ki, ölkədə 

yaradılan sənaye və texnologiya parklarının idarəedici təşkilatı və ya operatorunun 

mənfəətinin  parkın  infrastrukturunun  tikintisinə  və  saxlanılmasına  yönəldilmiş 

hissəsi  vergidən  azad  ediləcək.  Bundan  başqa,  7  il  müddətində  vergiyə  parkın 

rezidenti  olan,  yəni  burada  fəaliyyət  göstərən  hüquqi  şəxslərin  parkdakı 

fəaliyyətindən əldə edilən gəlirlər cəlb edilməyəcək.  

Beləliklə,  Azərbaycanda  elmi-texniki  infrastrukturun  modernləşməsinə, 

elmin,  təhsilin  və  istehsalın  inteqrasiyasının  təmin  edilməsinə,  innovasiya 

siyasətinin  səmərəliliyinin  artırılması  və  iqtisadiyyatın  yüksəldilməsinə  və 



79 

 

bütövlükdə  ölkənin  dünya  iqtisadiyyatına  inteqrasiya  olunmasına  texnoparkların 



yaranması və formalaşması müsbət təsir göstərir. 

Ölkənin  gələcək  inkişafına  xidmət  edəcək  innovativ  fəaliyyəti  təmin  etmək 

məqsədilə  Rabitə  və  Yüksək  Texnologiyalar  Nazirliyi  tərəfindən  Azərbaycanda 

yüksək texnologiyalar üzrə Regional İnnovasiya Zonalarının yaradılmasına hazırlıq 

işləri  aparılır.  Bu  zonalar  iqtisadiyyatın  müxtəlif  sektorlarında  yüksək 

texnologiyaların tətbiqinə, kiçik və orta sahibkarlığın inkişafına, xarici şirkətlərin 

və  potensial  investorların  ölkənin  İKT  sektoruna  cəlb  edilməsinə,  respublikada 

elektron  avadanlıqların  və  proqram  təminatının  istehsalına,  Azərbaycanın  dünya 

iqtisadiyyatına  inteqrasiyasının  daha  da  dərinləşməsinə  xidmət  edəcəkdir.  İKT 

sektorunun  inkişafı  və  ümumən  ölkənin  iqtisadi,  elmi,  texniki  potensialının 

inkişafına təkan verəcəyini əminliklə söyləməyə imkan verir. 

İnnovasiya sahəsində Prezidentimizin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə 

təsdiq  edilmiş  “Azərbaycan  2020:  Gələcəyə  baxış”  inkişaf  konsepsiyasında  elmi 

potensialın  və  innovativ inkişafının  əsas istiqamətləri kimi aşağıdakılar nəzərdə 

tutulmuşdur: 

-

 



Uzunmüddətli  davamlı  iqtisadi  inkişafının  təmin  edilməsi,  bilik 

iqtisadiyyatının  formalaşdırılması,  elmtutumlu  texnologiyanın,  məhsulun  (işin, 

xidmətin)  yaradılmasının  sürətləndirilməsi  məqsədilə  innovasiya  fəaliyyətinin 

genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcəkdir.   

-

 

Bununla əlaqədar olaraq, elmin inkişafı onun ölkəmizdəki tarixinə və 



dünyada  gedən  meyllərə  əsasən  prioritetləşdiriləcək  və  mütərəqqi  dünya  elminə 

səmərəli inteqrasiya prosesi davam etdiriləcəkdir.   

-

 

Elmi  infrastruktur  təkmilləşdiriləcək,  elmin  maddi-texniki  bazası 



müasirləşdiriləcək  və  bu  sahədə  informasiya  təminatı  sistemlərinin  elektron 

formaya keçirilməsi təmin ediləcəkdir. Eyni zamanda, elmin maliyyələşdirilməsinə 

dövlət  büdcəsi  resursları  iləyanaşı,  digər  mənbələrin  də  cəlb  olunması 

stimullaşdırılacaq ki, bu da son nəticədəelmi fəaliyyətlə məşğul olan işçilərin sosial 

müdafiəsini gücləndirəcək və “beyin axını”nın qarşısını alacaqdır.  



80 

 

-



 

Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədilə elm və istehsal 

arasındakı  əlaqələr  gücləndiriləcək,  tətbiqi  elmi  araşdırmaların  bazarın  tələbatına 

müvafiq olaraq aparılması məqsədlə zəruri mexanizmlər yaradılacaqdır. 

-

 

İnnovasiya  fəallığının  yüksəldilməsi  yolu  ilə  rəqabətqabiliyyətli 



məhsulların  istehsalının  stimullaşdırılması,  innovasiya  fəaliyyətinin  həyata 

keçirilməsi  üçün  zəruri  mexanizmlərin  qurulması,  innovasiya  potensialının 

səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədilə dövlət dəstəyi tədbirləri 

reallaşdırılacaq və müvafiq qanunvericilik bazası yaradılacaqdır.  

-

 

İnnovasiya  sahibkarlığının  inkişaf  etdirilməsi  və  yeni  fəaliyyət 



növlərinin  və  məhsullarının  inkişafına  əlverişli  mühitin  formalaşdırılması  ilə 

yanaşı,  qabaqcıl  texnologiyaların  transferi  və  mənimsənilməsi  istiqamətində 

tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi 

və  tətbiqi    üçün  texnoparkların  və  innovasiya  zonalarının  yaradılması  nəzərdə 

tutulur. Bu  baxımdan, müvafiq normativ-hüquqi baza hazırlanaraq qəbul ediləcək, 

innovativ  sahibkarlığın və biliklərə əsaslanan iqtisadiyyatın inkişafını təmin etmək 

məqsədilə  İnformasiya  Texnologiyalarının  İnkişafı  Dövlət  Fondunun  yaradılması 

nəzərdə  tutulur.     

-

 

Növbəti  illərdə  qabaqcıl  dünya  təcrübəsindən  istifadə  etməklə 



Azərbaycanda  informasiya  cəmiyyətinin  tələblərinə  uyğun  olaraq  yeni  bilik 

vətexnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli 

innovasiya sisteminin formalaşdırılması prosesi tamamlanacaqdır. (2, səh.2-3) 

Bu gün Azərbaycanın dünya bazarlarında innovasiyalı məhsulların satışını və 

son nəticədə, ümumi rəqabətqabiliyyətliliyini artırmaq  üçün vençur biznesi sürətlə 

inkişaf  etdirilməlidir.  Nəzərə  alsaq  ki,  müasir  dünyada,  neft  və  qaz  istehsalının 

nümayəndələrindən, banklardan sonra ən gəlirli şirkətlər məhz innovasiya məhsulu 

buraxan  şirkətlər  tutur,  xüsusən  İKT  sahəsində  olan  müəssisələr  (41),  vençur 

biznesinin  dövlət  tərəfindən  dəstəklənməsi  şübhəsiz  ki,  olduqca  vacib  məsələdir. 

Bütün  bunlar  vergi  imtiyazları,  valyuta  tənzimlənməsi  və  nəzarətinin 

sadələşdirilməsi,  həmçinin  vençur  kapitalı  olan  şirkətlərin  qeydiyyatının 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə