Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   20   21   22   23   24   25   26   27   28

75 

 

fondlarını  yarada  bilməzlər.  Bu  isə  öz  növbəsində,  innovasiyalara  istiqamətlənən 



investisiyaların  potensial  bazasının  nəzərə  çarpacaq  dərəcədə  azalmasına  səbəb 

olur.  Yəni  nəinki,  “Vençur  fondları  haqqında”qanun  qəbul  edilməli,  üstəlik  digər 

qanunlarda  da  (məsələn,  “İnvestisiya  fondları  haqqında”  qanun)  vençur  biznesini 

stimullaşdıran  düzəlişlər  aparılmalıdır.  Xatırlatmaq  lazımdır  ki,  ABŞ-ın  vençur 

fondlarının  sürətlə  inkişafı  pensiya  fondlarının  öz  aktivlərinin  10%-ni  vençur 

fondlarına investisiya qoyuluşları ilə başlamışdır. (13, səh. 9-12)  

Mahiyyət  etibarı  ilə  vençur  fondlarının  Azərbaycanda  mənbəyi  kimi  ya 

maliyyə-sənaye qruplarının dövriyyədə olmayan vəsaitləri (azad vəsaitlər), ya da ki 

fərdi xarici investorların (özəl və yaxud qeyri-hökumət) vəsaitləri göstərilə bilər.  

İkinci mühüm şərt ─ fondun risklərinin azaldılmasına xidmət edən sazişlərin 

strukturlaşdırılması  üçün  imkanların  yaradılmasıdır.  Burada  söhbət  imtiyazlı 

səhmlərə  və  adi  səhmlərə  çevrilən,  opsion  xüsusiyyətləri  olan  mülkiyyət 

alətlərindən  gedir.  Qanunvericilikdə  adi  imtiyazlı  səhmlərlə  əlaqədar  nəzərdə 

tutulubdur  ki,  birincisi,  onlara  idarəetmədə  iştirak  hüququ  verilir,  ikincisi,  onlar 

fondun nizamnamə vəsaitlərinin 10%-ni təşkil edə bilərlər. Bu isə öz növbəsində, 

vençur  layihələri  üçün  kifayət  deyil.  Azərbaycanda  vençur  investorunun  istifadə 

edə  biləcəyi  yeganə  alət  adi  səhmlərdir,  bu  adətən  bütün  inkişaf  etməkdə  olan 

bazarlarda  xüsusi  kapital  fondlarının  fəaliyyəti  üçün  də  xarakterikdir.  Burada 

çatışmayan  cəhət  layihələrin  reallaşdırılması  zamanı  əlverişsiz  ssenarilərdə 

investorlar  üçün  sığortanın  olmamasıdır.  Deyilənlərlə  yanaşı,  korporativ 

idarəetmənin  yüksək  standartlarının  olmadığı  şəraitdə,  vençur  investora  öz 

mülkiyyətçi  hüquqlarının  təminatı  üçün  səhmlərin  nəzarət  paketinə  sahib  olmağı 

tələb olunur.  

Üçüncüsü, səhm bazarının inkişafı və İPO (Initial Public Offering - səhmlərin 

açıq  qeydiyyat  üzrə  ilkin  yerləşdirilıməsi)  üçün  şəraitin  yaradılmasıdır.  Müvafiq 

olaraq,  investisiya  bazasının  yaradılması  üçün  hər  şeydən  öncə  pensiya  və 

investisiya fondlarının aktivlərinin artması tələb olunur. Maliyyə bazarının və İPO-

nun    yoxluğu  şəraitində  fond  üçün  investisiyalardan  yeganə  çıxış  yolu  səhm 

paketlərinin  strateji  investora  satılmasıdır.  Lakin  bu  artıq  alıcılar  üçün  daha  az 



76 

 

rəqabət  mühitinin  yaradılması  demək  olardı,  satış  zamanı  qiymətlər,  tam  olaraq, 



düzgün  müəyyənləşdirilmir,  nəticədə  vençur  layihəsinin  verimliliyi  müqavilə 

bağlayan bütün tərəflərin maraqlarına uyğun gəlmir. 

Qanunvericilik  və  icraedici  hakimiyyət  orqanlarının  bu  istiqamətdə 

məqsədyönlü təşkilatçılıq işlərinin reallaşdırılması müəyyən vaxt tələb edir. 

Təcrübə  göstərir  ki,  ən  zəngin  təbii  resursları  olan  ölkə  belə  dünyanın  ən 

səmərəli 

ideyalarından,  elmi-texniki  yeniliklərindən,  qabaqcıl  texnoloji 

sistemlərindən  istifadə  etmədən  müvəffəqiyyət  qazana  bilməz.  Bu  cəhətdən 

Sinqapurun  təcrübəsi  diqqətəlayiqdir.  Təbii  resursları  yox  dərəcəsində  olan 

Sinqapur  xarici  əlaqələrdən,  dünya  inkişaf  resurslarından,  ən  yeni  texnika  və 

texnoloji sistemlərindən, informasiya, kommunikasiya texnologiyalarından, dünya 

elmindən,  təcrübəsindən  və  kapitalından  istifadə  etməklə  öz  inkişafını  təmin  edə 

bilmişdir.  

Rusiyadakı  prosesləri  də  nəzərdən  keçirmək  lazımdır.  Bu  ölkədə  bir  neçə 

investisiya  fondu  var:  Rusiya  İnformasiya-Kommunikasiya  Texnologiyaları 

İnvestisiya Fondu, Rusiya Vençur Fondu, Yaşayış İpoteka Kreditləşməsi Agentliyi

Rusiya  İnkişaf  Korporasiyası  və  nəhayət,  Rusiya  İnvestisiya  Fondu.  Fondun 

vəsaitləri ilk növbədə ümumi dövlət əhəmiyyətli infrastrukturun inkişafına, Rusiya 

innovasiya  sistemi  strukturunun  yaradılması  və  inkişafına  hesablanmış, 

institutsional  formalaşmanın  təmin  olunmasını  nəzərdə  tutan  layihələrin 

dəstəklənməsinə yönəldilir. 

Dünya təcrübəsinə müraciət etsək görərik ki, ölkəyə investisiya axınını təmin 

etməyin  ən  mütərəqqi  və  geniş  yayılmış  forması  azad  iqtisadi  zonalardır.  Azad 

iqtisadi  zonalar  əlverişli  investisiya  mühiti  olan  ölkələrdə  daha  yaxşı  inkişaf 

etmişdir.  Əlverişli  investisiya  mühiti  dedikdə,  burada  heç  də  güzəştlərin  çoxluğu 

və  müxtəlifliyi  deyil,  ən  əsası  xarici  firmaların daha  çox  mənfəət  qazanması  başa 

düşülür.  Amerika  və  Avropada  AİZ-dəki  hal-hazırkı  mənfəət  norması  30-35% 

təşkil  edir.  Asiyada  isə  maliyyə  böhranınadək  TMK  40%-dək  mənfəət  əldə 

edirdilər. AİZ- də qoyulan kapitalın çıxarılması müddəti hər hansı bir digər sahəyə 

nisbətən  2-3  dəfə  azdır.  80-ci  illərdən  etibarən  Asiya  ölkələri  olan  Çin,  Cənubi 




77 

 

Koreya  və  Malayziyada  fəaliyyətə  başlayan  AİZ,  sözün  həqiqi  mənasında, 



iqtisadiyyata böyük töhfələr vermiş oldu. Bu ölkələrinin təcrübəsinin öyrənilməsi 

ölkəmiz üçün praktik əhəmiyyət daşıyır. 

 İnvestisiya  sahəsində  qeyd  edilən  şəraitin  yaradılmasından  sonra 

Azərbaycanda  bu  sahəyə,  xüsusən  vençur  investisiyaların  yatırılmasına,  ehtiyatlı 

optimist yanaşma mümkündür.  

Hər  şeydən  öncə,  qeyd  etmək  lazımdır  ki,  respublikada  hələ  də  artım 

potensialı  tükənməyən  sahələr  mövcuddur,  deməli,  maliyyələşdirilməsi  tələb 

olunan  sahələr  və  vençur  investoru  üçün  layihələrdə  iştirak  etmək  üçün  əlverişli 

şərait tədricən yaranır.  

Azərbaycanda  elmi-texniki  və  innovasiya  sferalarının  gələcək  inkişafı  üçün 

vençur  sahibkarlığı  sisteminin  formalaşması  vacibdir.  Qeyd  etmək  lazımdır  ki, 

vençur  sahibkarlığının  inkişafı  sahəsində  daha  böyük  nəticələri  yalnız  bu  sferada 

xeyli  təcrübəsi  olan  beynəlxalq  və  xarici  maliyyə  institutları  ilə  sıx  əməkdaşlığın 

təmin 


edilməsi 

şərtilə  əldə  etmək  olar.  Müasir  mərhələdə  vençur 

maliyyələşdirilməsinin  inkişafını  ləngidən  əsas  amillərdən  biri  kimi  kifayət 

dərəcədə cəlbedici şirkətlərin və ya innovasiya təşəbbüskarlarının olmaması sayılır. 

Odur  ki,  cari  iqtisadi  şəraitdə  investisiyalaşma  üçün  cəlbedici  olan  şirkət  deyil, 

ayrıca innovativ layihə müəyyən edilməlidir ki, bu da innovasiya infrastrukturunun 

bütün subyektlərinin sıx qarşılıqlı təsirinin zəruriliyini şərtləndirir.   

Ümumiyyətlə,  Azərbaycanda  innovasiya  prosesləri  hökumətin  sosial-iqtisadi 

siyasətinin  mühüm  tərkib  hissəsi  olan  innovasiya  siyasəti  ilə  tənzimlənir.  Bu 

məqsədlə ölkədə investisiya  mühitinin daha  da  yaxşılaşdırılmasına kömək  edəcək 

Dövlət Proqramı da qəbul olunmuşdur. “Azərbaycan Respublikasında 2009-2015-

ci illərdə Elmin inkişafı üzrə Milli Strategiya” adlanan həmin dövlət proqramında 

innovasiya 

mərkəzlərinin, 

texnoloji 

biznes-inkubatorların, 

texnoparkların 

yaradılmasını  əhatə  edən  innovasiya  infrastrukturunun  formalaşdırılması  vacib 

vəzifə kimi qarşıya qoyulmuşdur. 

Bu  mühüm  vəzifələrin  yerinə  yetirilməsində  isə  qeyd  olunan  innovasiya 

infrastrukturunun 

elementlərindən 

biri 

olan 


informasiya-kommunikasiya 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə