Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

28 

 

vəziyyətdə  durur.  Kapital  qoyulan  layihənin  inkişaf  mərhələsindən  asılı  olaraq 



vençur  şirkətlər  qoyduğu  investisiyanın  5-10  misli  qədər  potensial  gəlirin  və 

gələcəkdə  əldə  edilən  bu  gəlirin  sığortalanması  bir  şərt  kimi  qoyulur.  Hər  halda 

kapitaldan çıxış vençur şirkətlərin çatmaq istədiyi əsas hədəflərdən biridir. 

Vençur  şirkətlə  sahibkar  arasında  razılaşdırılan  müqavilədə  yer  alan  ən  əsas 

elementlər bunlardır: 

-

 



Şirkətin məqsədləri; 

-

 



Şirkətin təşkilati quruluşu; 

-

 



Əsas maliyyə mənbələri; 

-

 



Fəaliyyətin tənzimlənməsi; 

-

 



Planlaşdırma və nəzarət

-

 



“Üçüncü” şirkətlərlə əlaqə

-

 



Uğurun qiymətləndirilməsinin əsasları. 

Müqavilədə  yer  alan  digər  bir  element  isə,  investisiya  sonrası  alınacaq 

öhdəliklərin müəyyən edilməsidir. Bu öhdəliklərin ən önəmlisi investisiya sonrası 

idarəetmənin təşkilidir. Yeni yaradılan şirkətlər nadir hallarda müxtəlif maneələrlə 

qarşılaşmadan və plana uyğun olaraq inkişaf edirlər. Buna görə də vençur şirkətlər 

yaranacaq problemlərin aşkar edilməssində və onların yoluna qoyulmasında vacib 

rol oynayırlar. Bu məqsədlə edilən yardımlar gələcəkdə qoyulan investisiyanın öz 

dəyərini daha da artırmasına səbəb olur. 

Bir  çox  hallarda  vençur  kapitalistlər  investisiya  qoyduqları  şirkətin  idarə 

heyətində  qeyri-icraçı  direktor  olaraq  təmsil  olunurlar.  Qeyri-icraçı  direktorların 

olması,  xüsusilə  şirkətin  çətin  vaxtlarında  idarəetmə  məsələlərində  həm  zaman 

sərfinə,  həm  də  müəyyən  dərəcədə  mürəkkəb  vəziyyətin  yaranmasına  səbəb  olur. 

Bununla  belə, qeyri-icraçı  direktor  qismindəki  vençur  kapitalistlər  yeni  fəaliyyətə 

başlamış  və  genişlənmə  mərhələsində  olan  şirkətlər  üçün  fəaliyyətin  davamlılığı 

baxımından həyati önəm daşıyırlar. Vençur şirkətlərin qeyri-icraçı direktor olaraq 

rolu aşağıdakılardır: 

-

 

 Strateji fürsətlərin dəyərləndirilməsi və şirkətin böyüməsinə dəstək olmaq; 




29 

 

-



 

 Tez-tez  şirkət  fəaliyyətinin  səmərəliliyinin  ölçülməsi  və  maliyyə 

hesabatlarının qiymətləndirilməsi (həftəlik və ya aylıq olaraq); 

-

 



 Bir  menecer  kimi  problemlərin  həllində  rol  oynamaq,  uzunmüddətli 

planlaşdırmada  iştirak  etmək,  idarə  heyətinə  yeni  üzvlərin  seçilməsinə  köməklik 

etmək; 

-

 



 İdarə  heyətində  yer  almayan  ortaqların,  investorların  mənffəətlərini  təmsil 

etmək; 


-

 

 Riski bölüşdürməyi bacarmaq; 



-

 

 Müxtəlif  istehsal  sahələri  və  texnologiyaları  haqqında  informasiya  sahibi 



olmaq və ixtisaslaşmaq. 

İnvestisiyanın  həyata  keçirilməsi.  Kapital  qoyuluşu  4  iqtisadi  alətlə  həyata 

keçirilir: 

 

Adi səhmlər (Common stock) 



 

İmtiyazlı səhmlər (Preferred stock) 



 

Səhmlə dəyişdirilə bilən borc kağızı (Convertible debenture) 



 

Zəmanətli borc kağızı (Loan with warrants) 



Vençur  şirkətlərin  investisiya  qoymaq  üçün  ən  çox  istifadə  etdiyi  yol  səhm 

paketlərinin  alınmasıdır.  Gələcəkdə  səhmlərin  yüksək  dəyər  qazanması  vençur 

şirkətlərin əsas hədəfidir.  

Vençur şirkətlərin fəaliyyətinin son mərhələsi investisiya qoyduqları şirkətin 

kapitalından çıxmasıdır. Bununla da vençur şirkətlər öz mənfəətini əldə etmiş olur. 

Vençur  şirkətlərin  mənfəəti  dedikdə,  vaxtilə  innovativ  şirkətlərə  qoyduqları 

kapitalın  həcmi  ilə  bu  şirkətin  səhmlərinin  satışından  əldə  edilən gəlir  arasındakı 

fərq  başa  düşülür.  Səhmlərin  dəyər  qazana  bilməsi  üçün  gərək  innovativ  şirkət 

səmərəli  şəkildə  fəaliyyət  göstərsin,  texnoloji  və  iqtisadi  inkişafını  tamamlayıb 

bazarda önəmli bir yerə sahib olsun. Vençur şirkətlərin sərmayə qoyduqları şirkətin 

kapitalından elə zamanda və elə şəraitdə çıxmalıdır ki, bu onlara ən yüksək gəliri 

gətirsin. 

 



30 

 

Şirkət kapitalından çıxış aşağıdakı yollarla həyata keçirilir: 



 

Şirkət səhmlərinin satışa çıxarılması (IPO mərhələsi); 



 

Başqa şirkətə satılması; 



 

Səhmlərinin şirkətin özü tərərfindən alınması; 



 

Şirkətin başqa investora satılması; 



 

Şirkətin yenidən qurulması. 



Vençur  şirkətlərin  kapital  qoyduqları  şirkətlərin  səhmləri  çox  vaxt 

birjadankənar  bazarlarda  (over  the  counter  market)  satılır.  Çünki,  bu  innovativ 

şirkətlər  yeni  yaradılmış  və  ya  inkişafda  olan  şirkətlər  olduğundan  əsas  fond 

birjalarının  listinq  və  kotirovka  şərtlərini  yerinə  yetirə  bilmirlər.  İnkişaf  etmiş 

ölkələrdə bu cür şirkətlərin səhmlərinin satılması üçün ikinci dərəcəli fond birjaları 

yaradılmışdır.  Birjadankənar  bazarlara  misal  olaraq,  Kanadada  Vankuver  Birjası, 

ABŞ-da  Denver  Birjası  və  NASDAQ,  İngiltərədə  USM  (Unlisted  Securities 

Market) və s. göstərə bilərik. 

 

 

 



1.3. Vençur fondların fəaliyyətinin tənzimlənməsi. 

 

Yeni  yaradılmış  kiçik  şirkətlər  üçün  maliyyə  ehtiyatlarının  tapılması  qədər 

önəmli  olan  digər  bir  məsələ  düzgün  idarəetmənin  təşkilidir.  Vençur  kapital 

qoyuluşlarında  idarəetmədə  iştirak  vençur  şirkətlər  üçün  böyük  önəm  kəsb  edir. 

Vençur  kapitalistlə  innovativ  şirkət  arasındakı  qarşılıqlı  əlaqəni  “etibar  etmə”  və 

“ortaq maraq” sözləri ilə ifadə etmək olar. 

Ümumiyyətlə,  vençur  şirkətlər  3  idarəetmə  metodlarından  istifadə  edir: 

“hands-on” , “ hands-off ” və “ reaktiv” . 

Vençur kapitalist üçün “hands-on” tipli idarəetmə metodunun əsas özəlliyi bu 

sərmayədar  tərəfindən  investisiya  fəaliyyətinin  hər  bir  mərhələsinə  sərf  edilən 

zaman və güclə bağlı olmasıdır. “Hands-on” tipli bir vençur kapitalist təkcə şirkət 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə