Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   2   3   4   5   6   7   8   9   10   ...   28

19 

 

təşkilatlanma  üsullarını  təkmilləşdirərək  iqtisadi  inkişafın  əsasında  duran 



şəxslərdir. Fransız iqtisadçısı J.Seye görə, sahibkarlıq risk və idarəetmə qabiliyyəti 

xüsusiyyətlərini daşıyan bir fəaliyyət növüdür. Y. Şumpeter isə sahibkarı yenilikçi 

kimi  şərh  edir.  Onun  fikrincə  ,  sahibkarın  funksiyası  kapitalist  iqtisadiyyatın 

inkişafında  iqtisadi  artımın  təmin  olunmasında  başlıca  rol  oynayan  yeniliklərin 

reallaşdırılmasından ibarətdir. 

 



Vençur şirkətlər. Vençur şirkətlər vençur fondları idarə edən ya da öz 

kapitalını  vençur  investisiyalara  yönləndirən  şirkətlərdir.  Başqa  sözlə,  vençur 

fondları bir yerə toplayaraq innovativ şirkətlərə kapital qoyuluşunu həyata keçirən 

şirkətlərdir. Vençur şirkətlərin xüsusiyyətləri aşağıdakılardır: 

-

 

 Profesional menecerlər tərəfindən idarə olunur



-

 

 İnvestisiya  qoyulan  layihələr  yeni,  dinamik,  sürətlə  böyümə  və  yüksək 



gəlirlilik potensialı olan layihələrdir; 

-

 



 Şirkətlərin start kapitalı üçün əlverişli mənbədir; 

-

 



 Bu şirkətlər çox vaxt səhm paketi almağa üstünlük verirlər

-

 



 İstehsal və xidmət sektorunun inkişafında rol oynayırlar; 

-

 



 İnvestisiya qoyduqları şirkətin idarəetməsində iştirak edir, strateji qərarların 

alınmasında köməklik göstərirlər; 

-

 

 Vençur maliyyələşmə uzunmüddətli xarakter daşıyır. 



Vençur  şirkətlərin  fəaliyyətinin  genişlənməsi,  bazarda  vençur  kapitalın 

artması innovativ ideyaların həyata keçirilməsində, ETT məhsullarının istehsalının 

genişlənməsində,  dolayı  yolla  bütövlükdə  ölkə  iqtisadiyyatının  səmərəli 

inkişafında  böyük önəm kəsb edirlər. 

Vençur  şirkətlərə  hər  il  yüzlərlə  maliyyələşdirmə  üçün  layihə  ilə  müraciət 

edənlər  olsa  da,  onlardan  yalnız  2-3%-i  maliyyə  dəstəyini  əldə  edə  bilir.  Bir  çox 

təklif qəbul edilmədiyi halda, digərləri isə başqa maliyyə qurumları (digər vençur 

şirkətlər,  investisiya  bankları,  birgə  müəssisələr  və  s.)  tərəfindən  dəyərləndirilir. 

Bir layihənin ilkin qiymətləndirilməsi ilə onun həyata keçirilməsi arasındakı zaman 

müddəti bir neçə aydan başlayıb bir və ya bir neçə il təşkil edə bilər. 




20 

 

 



   

 

 



 

 

 



 

 

 



ġəkil 1.4 

 

 



Vençur  şirkətlər  fəaliyyətə  başlamamışdan  əvvəl  ilk  növbədə  investisiya 

strategiyalarını  müəyyənləşdirməli  və  fəaliyyət  göstərmək  istədiyi  sahəni 

seçməlidirlər. Bunun üçün aşağıdakılar nəzərə alınır: 

a)

 

Biznes sektorunun seçimi. 

Vençur  şirkətlər  əvvəlcə  investisiya  qoymaq  üçün  hansı  sektorlara  üstünlük 

verəcəyini qərarlaşdırmalıdır. Vençur şirkətlər qrupunun bəziləri bütün sektorlarda 

fəaliyyət  göstərirlər,  bəzilərində  isə  bu  müəyyən  sektorları  əhatə  edir.  Nəzəri 

olaraq, vençur şirkətlər qrupunun çoxlu sayda sektorlarda fəaliyyət göstərmələrinin 

səbəbləri bunlardır: 

-

 

 İnvestorlar qrupunu cəlb etmək istəyi; investisiya qoyduqları sahələri yetəri 



qədər genışləndirdikləri zaman buna nail ola bilirlər. 

-

 



 Nisbətən daha çox kapital fondlarına malik olduqlarından və bunu effektiv 

və səmərəli şəkildə geniş sahədə dəyərləndirmək istəyirlərsə, çox sayda investisiya 

layihələrini diqqətə almaq məcburiyyətindədirlər. 

-

 



 Geniş  bir  fəaliyyət  sahəsi  eyni  zamanda  risklərin  diversifikasiyasına 

(bölüşdürmə) imkan verir. Bununla birlikdə, bu vençur qruplar həyata keçirdikləri 

 

• Həyata keçirilən 



investisiyalar 

 

• Mümkün ola 



biləcək təkliflər 

 

• Daha geniş 



araşdırmaların vacib 

olduğu təkliflər 

 

• Bütün 


təkliflər 


21 

 

işlər zamanı hansı sektorda fürsət tapsalar, oraya kapital qoyuluşu etmək meylində 



olurlar. 

Müəyyən  sektorlara  investisiya  qoyan  vençur  investorlar  isə,  daha  çox 

ixtisaslaşdıqları  sahələrə  və  ya  texnologiyalara  meyl  edərlər.  Onların  investisiya 

siyasətinin  əsasında  bunlar  durur:  müəyyən  sənaye  sahələrinə  istiqamətlənmə  və 

ixtisaslaşma;  ortalama  bir  investisiya  gəlirlərindən  daha  çox  gəlir  əldə  edirlər. 

Vençur  şirkətlərin  bir  çoxu  maliyyə  sahəsində  qazandıqları  təcrübədən  əlavə, 

istehsal  təcrübələri  və  ixtisaslaşdıqları  sahələrdə  əldə  etdikləri  bilik  və  iqtisadi 

əlaqələrdən istifadə etməyə çalışırlar. 



b)

 

İnvestisiya həcmi. 

Vençur  şirkətlər  həyata  keçirəcəyi  ortalama  investisiya  qoyuluşları  üçün 

minimum  və  maksimum  həddi  müəyyən  etməlidir.  Hər  investisiyanın  həcmi 

investorun  maliyyə  imkanları  və  seçimlərindən  asılı  olub,  aşağıdakı  faktorlarla 

müəyyən edilir: 

-

 



 İstifadə  edilə  bilən  kapital  fondu  və  investorun  kapitalını  bölüşdürmək 

istədiyi fəaliyyət sahələrinin sayı; 

-

 

 Vençur  şirkətin  və  onun  qoyduğu  investisiyaların  faydalı  iş  əmsalı.  Böyük 



investisiyalar  kimi  kiçik  investisiyalar  zamanı  da  əmək  resursları  və  zaman 

sərfiyyatı  labüddür.  Bunun  üçün  də  vençur  şirkətlər  qoyduqları  investisiyaların 

sayını daim idarə edə biləcəkləri səviyyədə tutmağa çalışırlar. 

-

 



 İnvestorun  fəaliyyət  sektoru.  Bəzi  istehsal  sektorları  digərlərinə  nisbətən 

daha çox kapitaltutumlu olur və başlanğıc mərhələdə daha çox sərmayəyə ehtiyac 

duyulur. 

c)

 

İnvestisiya strategiyası 

Vençur şirkətlər investisiya qoyacaqları sahəni seçdikdən sonra bununla bağlı 

strategiyanı  müəyyənləşdirir,  yəni  investisiya  imkanlarından  maksimum 

yararlanmaq üçün bir sıra prinsip və kriteriyalara əməl etməlidir: 

-

 

 İnvestisiya zamanı yaanacaq risklərin nəzərə alınması, 



-

 

 Riskləri aradan qaldırılması və gəlirin əldə edilməsi, 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə