Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   2   3   4   5   6   7   8   9   ...   28

16 

 

maliyyə  qurumlarının  kiçik  şirkətlərə  bu  istiqamətdə  yetəri  qədər  dəstək 



verməməsi vençur fondlardan istifadənin əhəmiyyətini ortaya qoyur. 

Vençur  fondların  iqtisadiyyata  tətbiqinin  uğurlu  olması  üçün  3  əsas  amilin 

birgə mövcudluğu vacibdir: fikir, insan və kapital. 

İlk  öncə  qeyd  olunmalıdır  ki,  ölkədə  yetəri  qədər  kapitalın  olması  vacib 

şərtdir.  Fərqi  yoxdur  yerli  və  ya  xarici  kapital.  Nəticədə  vençur  maliyyələşdirmə 

kapital  qoyuluşunun  bir  növüdür  və  uğurlu  nəticə  üçün  maliyyə  mənbələri  vacib 

rol oynayır. 

Fikir  isə  birbaşa  insanlarla,  cəmiyyətlə  bağlıdır.  Belə  ki,  yeniliyə  açıq, 

mövcud  şəraitə  tez  adaptasiya  olan  təşəbbüskar  zehnin  varlığı  və  asanlıqla  yeni 

investisiyalara  yönələ  bilən  düşüncəli  investorlara  ehtiyac  vardır.  Digər  tərəfdən, 

yetəri qədər bacarıqlı insanların və sahibkarların olması vençur fondların fəaliyyəti 

üçün əsas hərəkətverici qüvvələrdəndir.  

Ümumiyyətlə, vençur maliyyələşdirmənin əsas xüsusiyyətləri aşağıdakılardır: 

-

 



 İnvestisiya layihəsi inkişafa açıq yeni texnologiyalar və məhsul istehsalı ilə 

bağlı olmalı, yaradıcı, kiçik və ya orta böyüklükdə şirkətləri əhatə etməlidir. Bu cür 

şirkətlər  yaradıcı  və innovativ olmalarına  baxmayaraq,  yetəri  qədər  imkanlara  və 

kapital  ehtiyatlarına  malik  olmadıqları  üçün  yüksək  gəlirlilik  potensialı  olan 

layihələrini maliyyələşdirə bilmirlər. Beləliklə, vençur fondlar bu cür şirkətlər üçün 

yeni bir kapital mənbəyinə çevrilir. 

-

 

 Vençur maliyyələşdirmə təkcə kapital qoyuluşundan ibarət deyil. Kapitalist 



eyni  zamanda  idarəetmə  sahəsindəki  bilik  və  təcrübələrindən  istifadə  edərək 

şirkətin  texniki-iqtisadi  əsaslandırmalarını  həyata  keçirməli,  idarəetməsində  aktiv 

iştirak  etməlidir.  Bu  iki  səbəblə  izah  edilir.  Birincisi,  kiçik  şirkətlərin  idarəetmə 

bacarıqlarının  vençur  şirkətlərə  nisbətən  daha  az  olur.  Digər  səbəb  isə,  vençur 

şirkətlər riski azaltmaq şirkəti öz idarəetməsi altında tutmaq istəyidir. 

-

 



   Kapital  qoyuluşu  səhmlərin  alınması  ilə  həyata  keçirilir.  Bu,  kapitalist 

üçün  böyük  risk  daşısa  da,  layihənin  hərtərəfli  və  diqqətlə  araşdırılması  bu  riski 

azalda bilər. 



17 

 

-



 

   Vençur  maliyyələşdirmə  uzunmüddətli  xarakter  daşıyır  (5-10  il).  Vençur 

kapitalist maliyyələşdirdiyi şirkətin inkişafı və uğur qazanması ilə ciddi bir gəlirin 

əldə edilməsini hədəfləyir. 

-

 

   Vençur  kapital  qoyuluşu  yüksək  və  ya  aşağı  texnologiyalar  sahələrində, 



eləcə də şirkətin inkişafının hər hansı bir mərhələsində həyata keçirilə bilər. 

Texnoloji  inkişaf  iqtisadi  böyümə  və  genişləmənin  əsas  hərəkətverici 

qüvvələrindən  biridir.  Bunun  həyata  keçməsi  üçün  də  yeni  məhsul  və  istehsal 

texnologiyalarının  yaradılması  gərəklidir.  Texnoloji  yeniliyin  ilk  mərhələsi  olan 

fikir  mərhələsindən  təcrübə  zavodu  (pilot  plant)  mərhələsinə  qədər  olan 

mərhələlərindən  bir  və  ya  bir  neçəsinin  maliyyələşməsi  üçün  vençur  fondlardan 

istifadə  olunur.  Texnoloji  inkişaf  həm  də  sərmayə  və  əməyin  məhsuldarlığını 

artmasına  səbəb  olur.  Beləliklə,  vençur  fondlar  bir  tərəfdən  texnolji  yenilikləri 

maliyyələşdirərkən,  digər  tərəfdən  məhsuldarlığın  artırmasında  böyük  önəm  kəsb 

edir.  Texnologiya,  texnoloji  inkişaf  və  texnoloji  üstünlük  bir  şirkətin  rəqabətdəki 

ən  güclü  silahlarından  biridir.  Bu  səbəblə,  vençur  fondlar  xüsusilə  beynəlxalq 

rəqabətdə ən vacib funksiyalardan birini yerinə yetirir. 

Vençur fondlar makroiqtisadi səviyyədə aşağıdakı funksiyaları həyata keçirir: 

 



Vençur  kapitaldan  ən  çox  texnoloji  yenilik  sahəsində  istifadə 

olunduğu  üçün  ölkədəki  texnoloji  inkişaf  səviyyəsinin  sürətlə  böyüməsində 

mühüm rol oynayır. Beləliklə, vençur fondlar texnoloji sənayeləşmədə katalizator 

funksiyasını yerinə yetirirlər. 

 

Vençur  fondların  texnoloji  inkişaf  və  yeniliklərə  verdiyi  dəstək  yeni 



məhsul və xidmətlərin iqtisadiyyata qazandırılmasına zəmin yaradır. 

 



Vençur  maliyyələşdirilməsindən  çox  vaxt  dinamik,  məhsuldar,  gənc, 

lakin  yetəri  qədər  maliyyə  ehtiyatlarına  malik  olmayan  şirkətlərdə  istifadə 

olunduğu  üçün,  cəmiyyətdə  pulu  olmayan,  innovativ  fikirli  hər  kəsin  iş  qura 

bilməsi  fikri  nəzəri  olaraq  yayılmağa  başlayır.  Bu  səbəbdən  yeni  fikirlərin  və 

ixtiraların ortaya çıxması və inkişaf etdirilməsinə şərait yaranacaq və iqtisadiyyat 



18 

 

dinamizm  qazanacaqdır.  İqtisadiyyatın  dinamizm  qazanması  da  öz  növbəsində 



makroiqtisadi inkişafın təməl faktorlarından biri hesab olunur. 

Vençur  fondlarla  çox  vaxt  yüksək  texnologiyalar  sahəsindəki  şirkətlər 

maliyyələşdirilir.  Apple,  Microsoft,  Lotus,  Genentech  kimi  şirkətləri  bu  siyahıya 

aid  etmək  olar.  Ancaq  Staples,  TCBY,  Federal  Express  və  s.  kimi  yüksək 

texnologiyalar  sahəsinə  aid  olmayan  yüzlərlə  şirkət  vardır  ki,  onların  da 

qurulmasın vençur fondlardan istifadə edilmişdir. Bütün bu yuxarıda sadaladığımız 

şirkətlərin bir ortaq cəhəti var ki, o da hamısının unikal fikir və ya məhsullarının 

olmasıdır və bu, vençur şirkətlərin onlara kapital qoyması üçün yetərli səbəbdir. 

Layihənin  yüksək  texnologiya  ilə  bağlı  olub  olmamasından  asılı  olmayaraq 

vençur kapitalistlər aktiv investorlar olurlar. Onlar şirkətin inkişaf xəttini yaxından 

izləyir,  idarəetmədə  iştirak  edir,  maliyyə  cəhətdən  irəliləyişlərinin  əldə  olunması 

üçün  kapitalın  düzgün  bölüşdürülməsi  və  idarə  edilməsi  ilə  məşğul  olurlar.  Çox 

vaxt  vençur  kapitalistlər  hətta  investisiya  qoyduqları  şirkətin  idarə  heyətinin 

üzvlərinin  kənarlaşdırılması,  oraya  peşəkar  menecerlərin  təyin  olunması  kimi  bir 

sıra hüquqlara malik olurlar. Bundan əlavə, vençur kapitalistlər şirkətlərin maliyyə 

məsləhətçiləri, banklar və hüquqşünaslardan profesional dəstək almasında vasitəçi 

rolunu oynayırlar. 

 

 



 

1.2. Vençur fondların innovasiya inkiĢafında rolu.  

 

Vençur maliyyələşdirməsində iştirak edən tərəflər aşağıdakılardır: 

 

İxtraçılar. İxtira edən şəxslərdir. İxtira isə, yeni məhsul, yeni istifadə 



metodu  və  ya  yeni  istehsal  üsulu  formalarında  təzahür  edən  innovasiyanın 

nəticəsidir.  İxtiraçılar  bəzən  öz  ixtiralarını  bazara  çıxararaq  sahibkarlıq  fəaliyyəti 

ilə də məşğul olurlar. 

 



Sahibkarlar.  Sahibkar  ─  yeni  bazar,  yeni  tədarük  və  maliyyə 

mənbələrindən  istifadə  edən,  yeni  məhsul  ya  da  istehsal  texnologiyaları, 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə