Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   2   3   4   5   6   7   8   9   ...   28

10 

 

bazara çıxarılması məhsul innovasiyası adlanır. Məhsul innovasiyası ─müəssisənin 



məhsulun  texniki  xüsusiyyətlərində,  komponentlərində,  materialında  və  digər 

funksional özəlliklərində yeniliklər həyata keçirilməsi kimi də ifadə olunur. 

Məhsul  innovasiyasına  misal  olaraq,  Apple  şirkətinin  istehsal  etdiyi  iPod  və 

iPhone-ları,  Sony  şirkətinin  1979-cu  ildə  bazara  Walkman  musiqi  çalarları  və  s. 

göstərə bilərik. 

Məhsul innovasiyası əgər yaxşı həyata keçirələrsə və alıcıların da bu məhsula 

tələbatı  yüksək  olarsa,  çox  yaxşı  nəticələr  əldə  edilə  bilər.  Ancaq  bu  zaman 

şirkətlər  yaranacaq  müəyyən  riskləri  nəzərə  almalıdırlar.  Belə  ki,  günümüzdə 

məhsul  çeşidləri  kifayət  qədərdir  və  bu  da  rəqabət  bazarında  çətinliklər  yaradır. 

Məhsul həqiqətəndə cəzbedici xüsusiyyətlərə malik olsa da, satış zamanı istənilən 

nəticəyə çatmaq mümkün olmaya bilər. Bundan başqa, çox vaxt alıcılar məhsulun 

əlavə  üstünlüyündən  qaynaqlanan  qiymət  artımına  görə  bu  məhsulu  almaqdan 

imtina edirlər. 

Xidmət  innovasiyası.  Yeni  və  ya  böyük  ölçüdə  dəyişdirilmiş  xidmət 

yanaşması, xidmətin təklif edilməsində fərqliliklər və yeni texnologiyadan istifadə 

xidmət innovasiyasını ifadə edir.  

Məhsul  innovasiyasında  olduğu  kimi,  xidmət  innovasiyasında  əvvəlcədən 

mövcud  olmayan  xidmətin  təklifi  məcburi  deyildir.  Belə  ki,  xidmətin  daha  çox 

müştəri  cəlb  etməsi  istiqamətində  dəyişdirilməsi  və  yenilənməsi  də  xidmət 

innovasiyasına  aid  edilir.  Məsələn,  bir  xəstəxananın  xəstələrə  verəcəyi  təhlil 

nəticələrini  İnternet  vasitəsilə  verməsi  xidmət  innovasiyasının  bir  növüdür. 

Beləliklə,  uzaqda  yaşayan  və  ya  işləyən  xəstələr  bu  xidmət  sayəsində  təzədən 

xəstaxanaya gedib əlavə vaxt itirmirlər. 



Marketinq  innovasiyası.  Bu  innovasiya  növü  məhsulların  fərqli  və  yeni 

tərtibatda  təqdimatı,  müxtəlif  marketinq  strategiyaların  təkmilləşdirilməsi  və 

həyata  keçirilməsi,  ya  da  mövcud  olanların  daha  inkişaf  etdirilərək  tətbiqini 

prosesidir. 




11 

 

İqtisadçı  alim  R.Tivariyə  görə,  marketinq  innovasiyası,  özündə  məhsulun 



dizaynı,  qablaşdırılması  və  ya  qiymət  qoymasında  effektiv  dəyişiklikləri  ehtiva 

edən müxtəlif metodlardan istifadəni nəzərdə tutur.  

Marketinq  innovasiyası  satış  zamanı  potensial  alıcılarla  qarşılıqlı  əlaqələrin 

fərqli istiqamətlərdə inkişafına şərait yaradır. Burda məqsəd rəqib firmalardan daha 

çox  məhsul  istehsal  etmək  deyil,  onlardan  daha  çox  satmaq  və  dolayısı  ilə 

rəqabətdə  üstünlük  yaradacaq  yeni,  innovativ  yolların  tapılmasıdır.  Marketinq 

innovasiyaya  nümunə  olaraq  son  vaxtlar  geniş  yayılmış  viral  (şayiə)  marketinqi 

göstərmək  olar.  Xüsusilə,  film  sektorunda  internet  üzərindən  şayiələri,  fikirləri 

yayaraq filmlərə olan tələbin artmasına nail olurlar. 

Təşkilati  innovasiya.  Təşkilati  innovasiya  müəssisənin  öz  işini  yeni  təşkilati 

strukturla  həyata  keçirməsi,  idarəetmə  və  əməliyyat  xərclərini  azaldacaq  yeni 

metodların  tapılması  və  ya  mövcud  olanların  müəssisə  və  mühitin  şəraitinə 

uyğunlaşdırılması, 

işçi 

məmnuniyyətinin 



artırılmasıvə 

beləcə 


əmək 

məhsuldarlığının yüksəlməsi proseslərini əhatə edir.  

Təşkilati  innovasiyadan  ən  çox  çevik,  sadə  struktura  malik  müəssisələrdə 

istifadə  edilsə  də,  bəzən  daha  mürəkkəb  struktura  malik  firmalar  da  bu 

innovasiyadan  yararlanırlar.  Bu  cür  dəyişikliklərin  həyata  keçirilməsi  üçün, 

müəssisə  idarə  heyətinin  ciddi  araşdırmalar  aparmalı,  işçilərin  fikirlərini  nəzərə 

almalı  və  müəssisədə  yenilikçi  atmosfer  yaratmalıdırlar.  Bu  mənada  rəhbərliyin 

rolu  və  onların  innovasiyaya  qarşı  istəkləri  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki, 

rəhbərliyin dəstəyini hiss edən işçilər yaradıcı, innovativ olmaq üçün daha çox risk 

almağa başlıyırlar. 



Prosessual innovasiya. Bu, yeni və ya böyük ölçüdə təkmilləşdirilmiş istehsal 

metodunu nəzərdə tutur. Bu zaman bütünlükdə məhsulda deyil, məhsulun istehsalı 

mərhələlərinin  hamısında  və  ya  hər  hansı  birində  edilən  innovativ  dəyişiklikləri 

ifadə edir.  

Prosessual  innovasiyaya  Toyota  şirkətinin  1950-ci  ildə  istifadə  etdiyi  “  tam 

vaxtında  istehsal”  sistemini  misal  çəkə  bilərik.  Bu  sistem  sayəsində  yalnız  lazım 

olan  miqdarda  məhsul  və  hissələr  ehtiyac  olan  qədər  istehsal  edilirdi.  Sistem 



12 

 

bazanın  ehtiyat  miqdarını  minimum  səviyyədə  tutmaqla  səmərəliliyi  artırır  və 



dəyişikliklərə  çevik  cavab  vermə  imkanı  yaradır.Toyota  şirkətinin  istifadə  etdiyi 

digər  prosessual  innovasiya  olan  “jikoda”  avtomobillərin  yüksək  keyfiyyətdə 

istehsalına  şərait  yaradır.  Bu  sistem,  istehsal  prosesində  nasazlıq  yaranan  zaman 

istehsalı avtomatik olaraq dayandırır, daha sonra həmin nasazlıq yoluna qoyulur və 

istehsal  prosesi  yenidən  davam  etdirilir.  “Jikoda”  sisteminin  bir  işçinin  səhvinə 

görə  bütün  istehsal  prosesini  dayandırması  şirkətin  öz  işçisinə  verdiyi  dəyərin 

göstəricisidir.  Bu  da  işçilərin  şirkətə  bağlılığını  artırır  və  onları  daha  da 

məsuliyyətli olmağa vadar edir. 

İnnovasiya , əlbəttə ki, elmi tədqiqat (ET) və təcrübə-konstruktor işləri (TKİ) 

ilə birbaşa əlaqəsi olan prosesdir. Ancaq bu, o demək deyil ki, hər innovasiya üçün 

ETTKİ vacibdir və ya əksinə hər ETTKİ uğurlu innovasiya ilə nəticələnəcəkdir.  

Uzun illər boyunca innovasiyanın ETTKİ-nin nəticəsi olduğu və xətti sistemlə 

həyata  keçirildiyi  düşünülürdü.  Bu  sistemə  görə, innovasiya  ya  elmin  inkişafı,  ya 

da  bazar  tələbi  əsasında  formalaşırdı.  İşə  ilkin  araşdırma  ilə  başlanılır,  ardınca 

sırayla tətbiqi araşdırma, təcrübə konstruktor işləri, marketinq və satış mərhələləri 

bir-birini əvəz edirdi. Bu xətti sistemə görə innovasiya fəaliyyəti məhsulun bazara 

çıxarılması ilə yekunlaşırdı (Şəkil 2). 

 

ġəkil 1.2. Xətti innovasiya sistemləri 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə