Magġstratura məRKƏZĠ Əlyazması hüququnda


I FƏSĠL. VENÇUR MALĠYYƏLƏġDĠRMƏNĠN TƏNZĠMLƏNMƏSĠNĠN



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   2   3   4   5   6   7   8   9   ...   28

 

I FƏSĠL. VENÇUR MALĠYYƏLƏġDĠRMƏNĠN TƏNZĠMLƏNMƏSĠNĠN 



NƏZƏRĠ ƏSASLARI. 

 

1.2

 

. Ġqtisadiyyatın innovasiya inkiĢafı: nəzəri aspektlər. 

 

Son  illərdə  elm  və  texnologiyanın  sürətlə  inkişafı,  qloballaşma  nəticəsində 

dünya  ölkələrindən  və  şirkətlərdən  ibarət  vahid  dünya  təsərrüfatı  meydana 

gəlmişdir. Bu vəziyyət, bir tərəfdən təsərrüfat vahidləri üçün yeni fürsətlər yaratsa 

da,  digər  tərəfdən  onlar  üçün  istər  milli,  istərsə  də  beynəlxalq  bazarlarda  rəqabət 

şərtlərini çətinləşdirir.Bu yeni rəqabət mühitinin əsas özəlliyi isə odur ki, təsərrüfat 

vahidləri  həm  bir-birini  tamamlayır,  həm  də  bir-birilə  kəskin  rəqabət 

şəraitindədirlər.  

Müasir  dövrdə  rəqabət  qabiliyyətliliyin  artırılması  əmək  və  kapital 

ehtiyatlarından  əlavə,  həm  də  sahibkarın  innovasiya  fəaliyyətindən  asılıdır. 

Sahibkarların bu çətin rəqabət şəraitində əsas məqsədləri iqtisadi fəaliyyətin davam 

etdirilməsi 

üçün  minimum  maliyyə  ehtiyatlarını  təmin  edəcək  yeni 

texnologiyalarla  sürətli  və  fərqli  istehsala  nail  olmaq  və  istehsal  etdikləri 

məhsulları bazarda reallaşdıra bilməkdən ibarətdir. Bu şərtlər altında sahibkarların 

rəqabətə davam gətirə bilməsi üçün innovasiya fəaliyyəti əhəmiyyətli rol oynayır. 

“İnnovasiya”  anlayışı  latın  mənşəli  “innovatus”  sözündən  yaranmış,  mənası 

“yeni üsullardan istifadə olunması” deməkdir. İnnovasiya kəliməsi, ilk dəfə bir əsr 

əvvəl Avstriya iqtisadçısı Josef Şumpeter tərəfindən iqtisadi inkişafın təməl faktoru 

kimi  ifadə  olunmuşdur.  Şumpeter  sahibkarların  strateji  üstünlük  əldə  etmək  üçün 

innovasiyaya  yönəlməli  olduğunu,  innovasiyanın  kapitalizm  iqtisadiyyatında 

struktur  dəyişikliyində  və  səmərəliliyin  artırılmasında  vacib  rol  oynadığını 

bildirirdi. Özünün 1912-ci ildə çap olunan “ İqtisadi inkişaf nəzəriyyəsi” əsərində 

innovasiyanın 5 formasını qeyd etmişdir: 

-

 

Yeni məhsulun istehsalı; 



-

 

Yeni istehsal üsulunun tapılması; 



-

 

Yeni satış bazarlarına çıxış və ya yeni marketinq strategiyası; 




 

-



 

Yeni xammal və ya yarımfabrikatlardan istifadə; 

-

 

Yeni təşkilati-strukturun yaradılması. 



Digər tərəfdən Şumpeter ixtira ilə innovasiyanı bir-birindən fərqləndirirdi. O 

bildirirdi  ki,  istehsal  fəaliyyətində  istifadə  olunmayan  ixtira  innovasiya  deyildir. 

(33, səh. 221) 

Şumpeterdən sonra innovasiyadan bəhs edən bir digər alim onun həmyerlisi 

P.  Druker  olmuşdur.  O  yazırdı  ki,  innovasiya  ─  sahibkarları  fərqli  bir  iş  və  ya 

xidmət üçün dəyişikliklərə məcbur edən iqtisadi alətdir. Druker də Şumpeter kimi 

yeniliklə  innovasiyanın  fərqli  anlayışlar  olduğunu  bildirirdi.  Yeniliyin  dəyər 

qazandırması üçün bazara çıxması lazımdır və yenilik ancaq o zaman innovasiya 

adlandırıla bilər ki, o dəyər yarada bilsin. Bundan başqa, P. Druker deyirdi ki, əgər 

sahibkarlar  davamlı  olaraq  innovasiya  fəaliyyəti  ilə  məşğul  olmazlarsa, 

istehlakçıların  tez-tez  dəyişən  istəkləri  və  sürətlə  inkişaf  edən  texnologiya 

qarşısında  uzun  müddət  davam  gətirə  bilməzlər.  Dolayısı  ilə,  innovasiya 

sahibkarlığın var olmasının əsas şərtlərindən biridir. (34, səh.172) 

“İnnovasiya”  termini  keçmişdən  bugünə  müxtəlif  alimlər  tərəfindən  mütəlif 

cür ifadə edilir: 

 



S. Beker və T.Visler öz kitablarında qeyd edirdi ki, innovasiya ─ bir 

fikrin,  oxşar  hədəfləri  olan  iqtisadi  subyektlərdən  biri  tərəfindən  ilk  dəfə  həyata 

keçirilməsidir. (31, səh. 95) 

 



L.İ.Abalkinə  görə,  innovasiya  fəaliyyəti,  bir  tərəfdən  kəşfin  və  ya 

ixtiranın  texnologiyanın  inkişaf  səviyyəsinə  daim  təsir  göstərməsində,  digər 

tərəfdən isə elmi tədqiqatlarda yeni cihaz və avadanlıqların tətbiqində təzahür edən 

elm və texnikanın qarşılıqlı, ardıcıl inkişafını nəzərdə tutur. (18, səh. 122) 

 

A.V.Sokolovun  isə  deyirdi  ki,  innovasiya  ─  konkret  ictimai  tələbatı 



ödəyən  və  effekt  verən,  prinsipcə  yeni  və  yaxud  modifikasiya  edilmiş  vəsaitin 

yaranması və mənimsənilməsinin yekun nəticəsidir. (36, səh. 153) 

 

F. Knayta görə, innovasiya ─ bir müəssisə və onun ətrafında yeni olan 



bir dəyişikliyin reallaşdırılmasıdır. (32, səh. 9) 


 



 

C.  Rocers  bildirirdi  ki,  innovasiya,  yeni  olaraq  qəbul  edilən  bir  fikir, 

tətbiq və ya əşyadır. (30, səh. 58) 

 



T.Q.Evdokimova,  Q.A.Maxovikova  görə  innovasiya  prosesi  ─  elmi 

biliyin innovasiya şəklinə düşməsi kimi yaxud bir fikrin məhsul, texnologiya və ya 

xidmətə çevrilməsi prosesi kimi müəyyən etmək olar. (21, səh. 12) 

 



V.Q.Medınskiy  innovasiya  dedikdə,  aparılmış  elmi  tədqiqat  yaxud 

edilmiş  kəşf  nəticəsində  istehsalata  tətbiq  olunun  və  özündən  əvvvəlki 

analoqundan keyfiyyətcə daha yaxşı olan obyekti nəzərdə tutur. (22, səh. 5) 

İnnovasiya  iqtisadi  və  sosial  dəyər  yaratmaq  məqsədilə  məhsullarda, 

xidmətdə  və  işin  həyata  keçirilmə  üsullarında  edilən  dəyişiklik,  fərqlilik  və 

yenilikdir. Yaradıcılıq və ixtira innovasiya ilə yanaşı işlədilən anlayışlardır və çox 

vaxt bu anlayışları bir-birindən fərqləndirmək çətin olur. Aşağıdakı sadə şəkillə bu 

anlayışların dərk edilməsinə çalışaq: 

 

ġəkil  1.1.  Ġnnovasiyanın  ümumi  tərifi  və  təsərrüfat  vahidlərinə  görə 

əhəmiyyəti. 

Yeni  ideyalar  prinsip  olaraq  innovasiyanın  başlanğıc  nöqtəsidir.  İntellektual 

ideyaların  konkret  maddi  formaya  (  çox  vaxt  məhsul  və  ya  proses)  çevrilməsi 

mərhələsi  isə  ixtira  adlanır.  Burada  elm  və  texnologiyanın  danılmaz  rolu  vardır. 

Nəhayət, iqtisadi səmərənin əldə edilməsi ilə innovasiya prosesi tamamlanmış olur.  

Predmetindən asılı olaraq innovasiyalar aşağıdakı növləri fərqləndirilir: 



Məhsul innovasiyası. Fərqli və yeni bir məhsulun yaradılması, ya da mövcud 

olan  bir  məhsulun  üzərində  müəyyən  dəyişikliklər,  təkmilləşdirmələr  aparmaqla 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə