Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   2   3   4   5   6   7   8   9   ...   28

13 

 

Ancaq  innovasiya  fəaliyyəti  bu  cür  sadə  quruluşa  malik  deyil,  hər 



mərhələsində qarşılıqlı təsirlərin mövcud olduğu  mürəkkəb prosesdir. Hər mərhələ 

bir  öncəki  mərhələnin  nəticələri  nəzərə  alır,  bazarın  mövcud  şəraiti  və  dəyişən 

tələblər  əsasında  dinamik  bir  prosesin  olması  vacibdir.  Buna  görə  də,  xətti 

innovasiya sistemi mürəkkəb innovasiya sistemi ilə əvəz olundu ( Şəkil 3). 

 

 

ġəkil 1.3. Mürəkkəb innovasiya sistemi. 

 

Müasir  dövrdə  müəssisələr  təkcə  ETTKİ  nəticələrindən  deyil,  həm  də  “açıq 



innovasiya”dan  istifadə  edərək  öz  innovasiya  fəaliyyətlərini  həyata  keçirirlər. 

“Açıq  innovasiya”  ─  müəssisəxarici  mənbələrdən  əldə  edilən,  effektiv  nəticə 

verəcək  müxtəlif  yeni  texnologiya,  metod  və  ideyaların  bu  müəssisədə  tətbiq 

edilməsini  nəzərdə  tutan  innovasiya  fəaliyyətidir.  Bugün  Intel,  Microsoft,  Sun, 

Cisco,  Genentech  kimi  bir  çox  şirkətlərdən  heç  biri  demək  olar  ki,  köklü  elmi 

araşdırma  sahələrində  iş  aparmırlar.  Bu  şirkətlərin  çoxusu  başqalarının  texnoloji 

yenilikləri əsasında innovasiya fəaliyyətini həyata keçirirlər.  

İnnovasiya  özündə  riski  və  qeyri-müəyyənliyi  ehtiva  edən  bir  fəaliyyət 

növüdür.  Bu  risk  və  qeyri-müəyyənlik  innovasiyasının  maliyyələşdirilməsi 



14 

 

istiqamətində müəyyən maneələr yaradır. Bu maneələr arasında maliyyə problemi 



mühüm əhəmiyyət kəsb edir. Maliyyə innovativ layihənin reallaşdırılmasında əsas 

rolu oynayır və kapital çatışmazlığı ETTKİ, istehsal, marketinq və bazara çıxarma 

kimi mərhələlərdə işlərin yubanmasına və ya dayanmasına səbəb olur. 

Ş.Xiao  və  Ş.Zhao  2011-ci  ildə  apardığı  araşdırmalardan  sonra  bu  nəticəyə 

gəliblər  ki, innovasiyanın  maliyyə  təminatı  zamanı  yaranacaq  əsas  problemlərdən 

biri də “assimetrik informasiya”nın olmasıdır. Assimetrik informasiya əməkdaşlıq 

etmək  istəyən  tərflərdən  birinin  bildiyi  məlumatı  digər  tərəfin  bilməməsidir.  Belə 

hallar  risk  və  qeyri-müəyyənliklərin  artmasına,  əlavə  xərclərə,  layihələrin 

reallaşma vaxtının uzanmasına və beləliklə, həm investor üçün, həm də innovator 

üçün  əlavə  problemlərin  yaranmasına  gətirib  çıxarır.  Bunun  üçün  assimmetrik 

informasiyanın  mümkün  qədər  minimuma  endirilməsi  hər  iki  tərəf  üçün  mühüm 

əhəmiyyət kəsb edir. (28, səh.11) 

İnnovativ bir ideyanın yaranması və bunun ölkə iqtisadiyyatına müsbət təsiri 

istər  milli,  istərsə  də  beynəlxalq  səviyyədə  olsun,  bu  sahədə  bir  çox  iqtisadi 

strategiya  və  siyasətlərin  həyata  keçirilməsinə  səbəb  olmuşdur.  İqtisadi 

Əməkdaşlıq  və  İnkişaf  Təşkilatının  bu  istiqamətdə  həyata  keçirdiyi  siyasətlərdən 

biri  də  düzgün  işləyən  maliyyə  sisteminin  yaradılması  və  şirkətlərin  kapital 

tapmasının  asanlaşdırılması  olmuşdur.  İnnovasiya  fəaliyyəti  üçün  kapitalın 

tapılması  probleminin  həll  olunması  üçün  ilk  növbədə  makroiqtisadi  səviyyədə 

sabitliyin olması vacibdir. Maliyyə sistemlərinin və fond bazarlarının güclü olduğu 

bir iqtisadi sistemdə innovativ layihələrin reallaşdırılması digərlərinə nisbətən daha 

asan  olur.  Çünki  inkişaf  etmiş  maliyyə  sistemləri  assimetrik  informasiya 

probleminin  həllində  vacib  rol  oynayır  və  beləliklə,  riskin  minimuma 

endirilməsinə, kapital qoyuluşlarının artmasına şərait yaranır. 

Müəssisələrin həyata keçirmək istədikləri innovasiya fəaliyyəti üçün müxtəlif 

mənbələrdən  kapital  əldə  edirlər.  Maliyyələşdirmə  üsullarından  asılı  olmayaraq, 

hər  layihədə  risk  amili  vardır.  Bu  mənada  şirkətin  öz  kapitalının  çox  vaxt 

gələcəkdə  yaranacaq  bu  risklər  üçün  yetərli  olmaması,  onların  fərqli  maliyyə 




15 

 

mənbələrinə istiqamətlənməsinə zəmin yaradır. Bu səbəbdən son zamanlar vençur 



kapitalın istifadəsi geniş yayılmışdır. 

“Vençur  kapital”  ifadəsi  yeni  yaranmış  iqtisadi  kateqoriyalardan  biri  hesab 

olunur. Texnoloji yeniliklərin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən 

bu  iqtisadi  alət  inkişaf  etmiş  ölkələrin  iqtisadi  şərtlərinə  bağlı  olaraq  öz  inkişaf 

yolunu  keçmişdir.  Vençur  fondlardan  ilk  dəfə  Avropada  və  Amerikada  istifadə 

olunmuş, uğurlu nəticələrə nail olunmuşdur.  

Vençur  maliyyələşdirmə  ─  vençur  kapitalistlərin  yeni  yaradılmış  və  ya 

böyümək üçün əlavə sərmayəyə ehtiyac duyan şirkətlərə səhm qarşılığında kapital 

qoyuluşu şəklində həyata keçirilən və yüksək riskli, eyni zamanda yüksək gəlirlilik 

potensialına malik bir investisiya növüdür.  

Böyük firmalar kiçik və orta şirkətlərin sahib olmadığı çox geniş araşdırma və 

təkmilləşdirmə imkanlarına malikdirlər. Ancaq böyük firmalar əlavə zaman itkisi, 

xərclərin  çox  olması,  bürokratik  əngəllər  və  bir  sıra  səbəblərə  görə  ETTKİ 

aparılmasına elə də diqqət ayırmırlar. Bu vəziyyət desentralizasiyaya gətirib çıxarır 

və  innovativ  kiçik  şirkətlərin  daha  da  çoxalmasına  səbəb  olmuşdur.  Beləliklə, 

böyük firmaların kiçik innovativ şirkətlərlə bu istiqamətdə əməkdaşlıq etməsi həm  

onların  ETTKİ    üçün  zaman  və  xərclərini  azaltmış  olur,  həm  də  kiçik  şirkətlər 

böyük firmaların sahib olduğu geniş imkanlarından istifadə etmiş olurlar.  

Ancaq bu əməkdaşlıq hər iki tərəf üçün bəzi problemlərə səbəb ola bilər. Belə 

ki,  hər  nə  qədər  böyük  firmanın  imkanlarından  istifadə  etsə  də,  kiçik  şirkətlər  bu 

işdə istismar olunur. Digər tərəfdən, kiçik şirkətin apardığı araşdırmaların nəticəsi 

faydalı  olsa  belə,  bu  “kənar”  texnolji  yeniliyə  böyük  firmanın  araşdırma 

mərkəzinin  işçiləri  tərəfindən  tam  etibar  edilmir.  Bunun  üçün  böyük  firmalarla 

kiçik  şirkətlər  əvvəlcədən  toplaşıb  bu  problemlərin  həlli  istiqamətində  işgüzar 

müzakirələr həyata keçirməlidirlər.  

Texnoloji  yeniliklərin  istehsalı  müasir  informasiya  və  texnologiyalar 

dövründə mürəkkəb xarakter almış və ETTKİ  xərcləri yüksək hədlərə çatmışdır. 

Böyük firmalar üçün bu istiqamətdə kapital tapmaq elə də çətin olmasa da, kiçik 

firmalar və gənc ixtiraçılar bu mənada bir çox çətinliklərlə qarşılaşılaşırlar. Üstəlik 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə