Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

25 

 

idarəetmə  təcrübələri  ilə  tanış  olmağa  imkan  yaradır.  Biznes-plan  birbaşa  olaraq 



şirkətin öz idarə heyəti tərfindən tərtib edilməlidir. Çünki bununla, şirkət rəhbərliyi 

öz  bilik  səviyyəsi  və  peşəkarlıqlarını  göstərmiş  olurlar.  Planda  real  zamanı  və 

şəraiti  nəzərə  alınmalı,  ciddi  araşdırmalara  istinad  edilməli  və  gələcək 

perspektivlərə də yer verilməlidir. 

İdarəetmə,  məhsul  və  ya  xidmətlər,  bazar  və  bazara  girişi  əngəlləyən 

faktorlar, maliyyə ehtiyacı və potensial gəlirlər biznes-planın hazırlanmasında əsas 

diqqət yetirilən elementlərdir. 

İlkin  araşdırma  .Vençur  şirkət  1-2  həftə  ərzində  təklifi  ciddi  olaraq  diqqətə 

alıb-almadığı barədə sahibkara xəbər bildirir. Əgər müsbət nəticə olarsa, mümkün 

olan ən qısa zamanda araşdırmalara başlanılır. Bu mərhələdə şirkət idarəetməsi ilə 

yaxından  tanış  olunur,  məhsul  barədə  qiymətləndirmələr  aparılması,  texnoloji  və 

bazar dəyərləndirilməsi, məhsula tələb səviyyəsi, mövcud sahənin vəziyyəti, rəqib 

firmalar,  alternativ  məhsullar  haqqında  məlumatlar  əldə  edilməsi  və  maliyyə 

analizlərinin aparılması kimi bir sıra işlər həyata keçirilir. Bu işlərin aparılması hər 

iki  tərəf  üçün  həm  maddi,  həm  da  vaxt  itkisinə  səbəb  olsa  da,  gələcəkdə  birgə 

fəaliyyətin qurulması üçün vacibdir.  

Sonrasında  hər  iki  tərəf  ─  vençur  şirkət  və  layihə  təşəbbüskarları  bir  araya 

gələrək, biznes  və  maliyyə  planı  üzərində  bir  sıra  düzəlişlər  edirlər. Belə  ki, yeni 

yaradılan  bir  şirkətin  biznes  və  maliyyə  planı  ilə  böyümə  sərmayəsi  axtaran 

mövcud  şirkətlərin  biznes  və  maliyyə  planı  arasında  müəyyən  fərqliliklər 

mövcuddur.  Çünki  fəaliyyətdə  olan  şirkət müəyyən  bir  keçmişə  sahibdir.  Vençur 

şirkətlərin soruşacağı sualların və qarşılacağı problemlərin həlli məlumdur. Bundan 

başqa  fəaliyyətdə  olan  bir  şirkət  artıq  öz  istehsal  infrastrukturuna,  bazarda  satış 

payına, fabrik və təchizatlara, idarəetmə  heyəti və üsuluna sahib olur. Buna görə 

də, mövcud olan bir şirkətin biznes və maliyyə planı yeni yaradılan şirkətə nisbətən 

daha az riskli olur.  

Başlanğıc mərhələ riskləri üçün maliyyə  planının hazırlanması nəzəri olaraq 

asan görünə bilər. Ancaq real həyatda bu iş daha mürəkkəb hal alır. İlk öncə, şirkət 

üçün  bir  maliyyə  modeli  hazırlanmalıdır.  Sonra,  həm  bu  model,  həm  də  biznes-




26 

 

plan  əsasında  ortaya  çıxan  nəticələrdən  istifadə  edərək  vençur  şirkətlər  təxmini 



gəlir  və  xərc balansını, pulun  hərəkəti  və  digər  ödənişləri  hesablayırlar. Çox  vaxt 

riskin  qarşısını  almaq  məqsədilə  ehtiyac  duyulan  başlanğıc  sərmayə  üçün 

müvəqqəti maliyyə planı hazırlanır. 

Ümumiyyətlə,  maliyyə  planları  vençur  şirkətlər  və  layihə  təşəbüskarları 

tərəfindən şirkətin quruluş mərhələsindən etibarən 3-5 il ərzində hazırlanır. Ancaq 

başlanğıc  mərhələdə  olan  şirkətlərin  maliyyə  planlarındakı  qeyri-müəyyənliklərin 

çoxluğu  nəzərə  alındıqda  vençur  şirkətlər  üçün  qısa  müddətli  planların  daha  az 

riskli olduğunu qeyd edə bilərik. 



Sahiblik  və  idarəetmə  məsələləri.  Çox  vaxt  şirkət  qurucuları  sahiblik  və 

nəzarəti  bir-birindən  fərqləndirə  bilmirlər.  İdarəetmə  təbəqəsi  bir  işə  nəzarəti 

həyata  keçirər  və  vençur  şirkətlərin  də  buradakı  rolu  ümumən  dəstək  olmaqdan 

ibarətdir. 

Əgər  bir  iş  planlandığı  kimi  getməzsə,  vençur  şirkət  səhm  sahibi  olaraq 

idarəetmədə  bəzi  dəyişikliklərin  olunmasını  tələb  edə  bilər.  Çox  zaman  vençur 

şirkətlər  bu  cür vəziyyətlərdə idarə  heyətini  öz  qərarlarının  doğruluğuna inandıra 

bilirlər. 

Vençur  investisiyalar  zamanı  əsas  məsələlərdən  biri  də  investorun 

idarəetmədə  sahib  olduğu  səs  çoxluğu  ilə  onun  qoyduğu  kapital  dəyərinin 

mütənasib olmamasıdır. Çox vaxt vençur kapitalistin şirkətə qoyduğu kapital çox 

olsa da, onun sahib olduğu səs çoxluğu az olur. Eyni anda həm idarəetmə, həm də 

gəlir  gətirmə  funksiyalarına  malik  2  cür  səhm  vardır.  “A”  kateqoriyasındakı 

səhmlər  idarəetmədə  səs  çoxluğu  versə  də,  az  miqdarda  gəlir  gətirir.  Bu  cür 

səhmlər daha çox idarə heyəti üçündür. “B” kateqoriyasındakı səhmlər isə, yüksək 

gəlir gətirir, idarəetmədə  səsvermə  hüququ  az  olur. Bu  səhmlər  də  ən  çox vençur 

kapitalistlər  üçün  buraxılır.  Bu  problemi  həll  etmək  üçün  konvertasiya  edilən 

səhmlərdən və ya borc kağızlarından istifadə edilir. 



Gözlənilən  gəlir  və  riskin  dəyərləndirilməsi.  Risk  hərfi  mənada  gözlənilən 

nəticənin  olmama  ehtimalıdır.  Vençur  maliyyələşdirmədə  risk  termini  qeyri-

müəyyənliyi  ifadə  edir.  Vençur  şirkətlər  dövlətin  zəmanət  verdiyi  sahələrə 



27 

 

investisiya  qoyan  konservativ  investorlardan  fərqli  olaraq,  yüksək  riskli  kapital 



qoyuluşlarını  həyata  keçirirlər.  Vençur  şirkətlər  yüksək  riskin  olduğunu  bilə-bilə 

bu işə girişər və bu riskin minimuma endirilməsinə çalışar. 

Vençur kapital qoyuluşunda müxtəlif səviyyəli iki növ risk nəzərə alınmalıdır. 

Birincisi,  ümumi  riskdir  ki,  bu,  bütün  investisiyalar  üçün  xarakterik  olan  qeyri-

müəyyənlik  səviyyəsidir.  Daha  alt  səviyyədəki  ikinci  risk  isə,  şirkətin  fəaliyyət 

tərzinə bağlı olaraq spesifik investisiyalar zamanı ortaya çıxan xüsusi risklərdir.  

Riskin  dəyərləndirilməsi  3  istiqamətdə  həyata  keçirirlir:  məhsul  riski,  bazar 

rsiki və idarəetmə riski. 

Vençur  şirkətlər  riskin  dəyərləndirilməsində  analitik  alətlərdən  istifadə  edir, 

ancaq bunlar mümkün olmadıqda bilik, təcrübə və intuisiyaya ehtiyac duyurlar. İlk 

olaraq, diqqətə alınacaq amillər bunlardır: 

-

 



 Şirkətin potensialı (şirkətin ən pis və ən yaxşı vəziyyəti nə ola bilər), 

-

 



 Hesablanan maliyyə təxminlərinin etibarlılıq və doğruluq payı, 

-

 



 Nə qədər müddət ərzində gəlir əldə ediləcəkdir, 

-

 



 Gələcəkdə  qoyulacaq  əlavə  kapital  nəticəsində  səhmlərin  dəyərdən  düşmə 

(dilution) dərəcəsi nə qədər olacaqdır, 

-

 

 Kapitaldan  çıxış  təxmini  olaraq  necə  olacaqdır;  IPO,  başqa  şirkətə  satılma 



və ya şirkət sahibinin dəyişməsi. 

Qiymətləndirmə. Araşdırmalar tamamlandıqdan sonra investisiya ilə bağlı son 

dəyərləndirmələr  sonrakı  işgüzar  görüşmələrin  əsas  müzakirə  mövzusu  olur. 

Görüşmələr  əsasən  şirkət  rəhbəri  ilə  vençur  şirkətlər  arasında  baş  tutur. 

Hüquqşünas,  mühasib  kimi  şəxslər  bu  görüşmələrdə  məsləhət  vermə  və  digər 

məsələlər  haqqında  köməkçi  qismində  iştirakları  mümkündür.  Ancaq  son 

qərarların verilməsində bu köməkçilərin təsiri çox az olur. 



Müqavilənin bağlanması və məzmunu. Çoxsaylı işgüzar görüşmələrdən sonra 

təsbit  edilən  müqavilə  şərtləri  hamı  tərəfindən  başa  düşülən  olmalıdır.  Kapitalın 

həcmi  həmişə  yuxarı  səviyyədə  müəyyən  olunur.  Belədə  bu  əlavə  kapital 

gələcəkdə  işin  gedişinə  bağlı  olaraq  ehtiyat  fond  kimi  həmişə  istifadəyə  hazır 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə