Magġstratura məRKƏZĠ Əlyazması hüququnda



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix04.04.2018
ölçüsü0,69 Mb.
#35835
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

34 

 

c)



 

Şirkət strategiyası. Vençur kapitalistlər ümumi idarəetmə təcrübəsinə 

(general  management  experience)  sahib  ourlar.  Eyni  zamanda  şirkətin  kapital 

bazarında  dəyərləndirilməsi  və  çıxış  strategiyaları  haqqında  biliklərə  sahibkarlar 

nadir  hallarda  sahib  olurlar.  Bu  və  digər  strateji  məsələlərin  həllində  vençur 

kapitalistlər  önəmli  rol  oynayır,  hətta  lazım  olduqda  müxtəlif  konsultasiya 

firmalarından şirkət lehinə köməkliklərin alınmasında da iştirak edirlər. 



d)

 

İdarəetmə. Bir çox vençur layihələrdə, innovator öz yaxın dostları ilə 

bu  işə  başlıyır  və  işə  alma  və  işçilərin  dəyərləndirilməsi  istiqamətində  təcrübəsiz 

olurlar. Vençur kapitalistlər isə bu sahədə təcrübə sahibi olmaqla yanaşı, işə alma 

prosesinə  də  qatılırlar.  Bundan  başqa  bəzən  idarəçilər  arasında  meydana  gələn 

gərginliklərin yoluna qoyulmasında vasitəçi rolunu da oynuyurlar. 

e)

 

Maliyyə. “ Hands-on” və “ reaktiv” tipli idarəetmə üsullarında vençur 

kapitalistlər şirkətin maliyyə planlaşdırması və nəzarəti xidmətlərini həyata keçirir, 

maliyyə  işlərində  məsul  şəxs  rolunda  olurlar.  Məqsəd  aşağıdakı  iki  vacib 

mexanizmanın düzgün fəaliyyətini təmin etməkdir: 

-

 

 Şirkətin  performansı  ilə  bağlı  olan  funksiyalar  haqqında  (  araşdırma  və 



inkişaf etdirmə, istehsal, marketinq, satış) etibarlı informasiya verilməsi

-

 



 Verilən  bu  informasiyalar  əsasında  gələcəkdəki  neqativ  halların  qarşısının 

alınması və bunun üçün strategiya və layihəərin hazırlanması. 

Vençur  kapitalistlər  və  onların  komandası  (back-up  team)  şirkətin 

performansının  daha  da  yaxşılaşdırılması  istiqamətində  qurucu  və  maliyyə 

müdirləri  üçün  pioner  rolunu  (ride  herd)  oynuyurlar.  Maliyyə  nəzarətinin 

qənaətbəxş  olmadığı  hallarda  vençur  kapitalistlər  maliyyə  funksiyasının 

gücləndirilməsi üçün şirkət qurucusu ilə görüşür və auditorların dəyişdirilməsi ilə 

bağlı öz tələblərini irəli sürür. 

Məhsul,  istehsal  xərcləri,  satış  qiymətlərinin  müəyyənləşdirilməsi,  kapital 

xərclərinin  dəyərləndirilməsi  və şirkət  sərmayəsinin nəzarəti  xüsusilə  diqqət  tələb 

edən məsələlərdir. Kompyuterlə idarə olunan bir maliyyə modelin hazırlanması bu 

məsələlərin həllini asanlaşdıra bilər. 




35 

 

Bir vençur kapitalistinin “ hands-on” idarəetmə üsulundan istifadə edə bilməsi 



üçün bir çox insanda (profesional mühasiblər, maliyyə menecerləri, bank işçiləri və 

s.)  olmayan  idarəetmə  təcrübəsinə  malik  olmalıdır.  İngiltərədə  “  hands-on” 

idarəetmə çox vaxt texnoloji sahədə çalışanlarla maliyyə bilikləri olan insanlardan 

təşkil olunan qruplar tərəfindən həyata keçirilir. (24, səh. 122-123) 

Vençur  kapitalistlər  fəaliyyət  göstərəcəyi  sahə  ilə  birbaşa  əlaqəsi  olan 

texnoloq  menecerləri  işə  götürürlər.  Texnoloq  menecerlər  ən  son  texnoloji 

yeniliklərlə  tanışlıq  üçün  lazım  olan  biliyə  və  imkanlara  sahib  şəxslərdir.  Vençur 

kapitalistlər,  eyni  zamanda,  qurduqları  iş  şəbəkəsində  müxtəlif  elm  adamlarından 

və sahə tədqiqatçılarından əldə etdikləri elmi və texniki biliklər əsasında araşdırma 

və inkişaf etdirmə fəaliyyətlərini həyata keçirirlər. Müxtəlif tədqiqat institutlarında, 

universitetlərdə  və  şirkətlərin  araşdırma  mərkəzlərində  üstündə  işlənilən  texnoloji 

layihələrin şirkətlərə təklif edilməsində vasitəçi rolunu oynayırlar. 

Menecer  qismindəki  mühasiblər  məhsulun  həyat  tsikli  əyrisi  haqqında  öz 

fikirərini  irəli  sürürlər.  Çünki  məhsulun  stabil  göstəriciləri,  uzun  müddətdə 

gətirdiyi  gəlir  və  maliyyə  hesabatları  ilə  artım  və  enmə  mərhələləri  əvvəlcədən 

məlum  olur.  ABŞ-da  Milli  Mühasibat  Assosiasiyasının  (  National  Accounting 

Association)  tərəfindən  aparılan  araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki, 

mühasib menecerlərin 20%-i şirkətin yeni məhsul haqqında aldığı qərarlarda təsirli 

olduğunu  bildirdiyi  halda,  43%-i  isə  bu  mövzuda  onların  heç  fikirlərinin  belə 

soruşulmadığını qeyd ediblər. 

Tədqiqat  nəticəsində  o  da  məlum  olub  ki,  profesional  səviyyədə  mühasib 

menecerlərdən istifadə və onların idarəetmədəki üstün fəaliyyətləri şirkətin gələcək 

inkişafında  öz  müsbət  nəticələrini  göstərmişdir.  Çünki  hesabat  göstəricilərindən 

istifadə  edilərək  hazırlanan  planlaşdırma  və  nəzarət  işləri  nəticəsində  alınan 

qərarlar daha səmərəli xarakter daşıyır. 

Texnoloji  firmaların  ilkin  mərhələsində  qarışıq,  mürəkkəb  bir  sistem  yerinə 

çevik  və  yeni  mühitə  tez  adaptasiya  olan  strategiyaların  hazırlanması  daha 

məqsədəuyğundur.  Vençur  kapitalistlər  planlaşdırma,  maliyyə  nəzarəti  və  şirkət 

düzgün fəaliyyət göstərməsi üçün hesabat göstəricilərindən istifadə edirlər. Çünki 



36 

 

idarə  heyətinin  bugün  aldığı  qərarlardan  sonra  gələcəkdə  hansı  nəticələrin  əldə 



ediləcəyini bilmək istəyirlər. 

Dediyimiz kimi, vençur maliyyələşdirməsi riskli investisiya növüdür. Yüksək 

gəlir  hədəfləyən  vençur  şirkətlər  bir  sıra  risklərlə  qarşılaşırlar.  Vençur 

maliyyələşmə  zamanı  yaranacaq  başlıca  riskləri  texnoloji  risk,  idarəetmə  riski, 

istehsal riski, maliyyə riski və marketinq riski olmaqla qruplaşdırmaq olar. 

Texnoloji  risk    ─    innovatorun  yeni  texnologiyaları  istehsala  düzgün  tətbiq 

edə bilməməsi ilə bağlı riskdir. Texnolji risklərin yaranma səbəbləri müxtəlif olur. 

Ancaq  təcrübədə,  kiçik  şirkətlərin  ETTKİ  zamanı  yetəri  qədər  bilik  və  təcrübəyə 

malik olmaması hallarına daha çox rast gəlinir. Texnoloji cəhətdən yarana biləcək 

problemlərdən biri də düzgün işləməyən, nasaz yeniliklərin yaradılması və ya yeni 

texnologiya  üçün  lazım  olan  mütəxəssislərin  çatışmazlığıdır.  Nəticə  olaraq  əldə 

olunan innovativ məhsuldan lazımi şəkildə istifadə etmək mümkün olmur. Bundan 

başqa,  vençur  maliyyələşdirməsinin  uzunmüddətli  olması  səbəbi  ilə  investisiya 

qoyulan  yeni  texnologiyanın  zaman  keçdikcə  köhnəlməsi  və  nəticədə  istənilən 

gəlirin  əldə  edilməməsi  riski  də  texnoloji  risklərə  aid  edilir.  Belə  hallara  sürətlə 

inkişaf edən informasiya və rabitə texnologiyaları sahəsində daha çox rast gəlinir. 

İdarəetmə  riski  ─  vençur  sərmayə  yatırılan  şirkətin  idarəetməsindəki 

problemlərlə  bağlı  olur.  Bu  problemlərə  şirkət  rəhbərlərinin  idarəetmə  sahəsində 

bilik  və  bacarıqlarının  az  olması  səbəbindən  şirkətin  gələcək  fəaliyyətinə  düzgün 

istiqamət  verə  bilməməsi  və  idarəçilikdə  buraxılan  səhvləri  aid  edilir.  Vençur 

firmalar  idarəetmə  riskini  azaltmaq  üçün  öz  peşəkar  menecerləri  ilə  kapital 

qoyduqları şirkətlərin idarəetməsində fəal iştirak edirlər. 



İstehsal  riski  ─  istifadə  olunan  texnologiyanın  böyükmiqyaslı  və 

uzunmüddətli  istehsal  üçün  əlverişli  olmaması  riskidir.  Yəni,  səmərəli  istehsalın 

(istehsal artdıqca xərclərin azalması) mümkün olmadığı texnologiyaya investisiya 

qoyulması riskidir. 



Maliyyə  riski  ─    istehsal  zamanı  yaranacaq  xərclərin  və  maliyyə 

ehtiyaclarının  kapital  hesabına  ödənilməsi  mümkün  olmadıqda  yaranır.  Əlavə 

xərclərin yaratdığı bu cür risklər qoyulan kapitalı da təhlükəyə atır. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə