MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   2   3   4   5   6   7   8   9   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
18 
18 
mişdir. Bunu, müsbət hal kimi görənlər də, birmənalı şəkildə 
tənqid edənlər də və orta mövqedən çıxış edənlər də olmuşdur. 
Şübhəsiz,  müstəmləkəçilik  bütün  hallarda  pislənməli  və 
işğalçılıq  aktlarına  haqq  qazandırılmamalıdır.  Çarizm 
dövründə  Azərbaycan  milli  azadlıqdan  məhrum  edilməklə 
yanaşı,  mənəvi  məhkumiyyətə  də  məruz  qalmışdır.  Çarizmin 
Qafqazda,  o  cümlədən  Azərbaycanda  apardığı  ruslaşdırma  və 
erməniləşdirmə  siyasəti,  bir  tərəfdən,  yerli  əhalinin  adət-
ənənələrinə, dini, milli xüsusiyyətlərinə böyük zərbə vurmuş, 
başqa  tərəfdən  isə  gələcəkdə  daha  böyük  bir  bəlanın, 
müharibə  ocağının  yaranmasına  -  Ermənistan  dövlətinin 
qurulmasına rəvac vermişdir.  
XIX  əsrin  ortalarından  etibarən  Azərbaycanın  sosial-siyasi 
həyatında  önəmli  hadisələr  baş  vermişdir.  Çarizm  əvvəlcə 
Azərbaycanda  xanlıqları  ləğv  etmiş,  yerində  komendantlıq 
idarə-üsulu  yaratmış,  ucqarlarda  möhkəmlənmək  üçün 
bəylərdən,  varlılardan  və  ruhanilərdən  ibarət  özü  üçün  sosial 
zəmin  hazırlamışdı.  Şübhəsiz  ki,  bütün  bunlar  dinc  şəraitdə 
baş  verməmiş,  bir  sıra  üsyanlar  və  qaçaqçılıq  hərəkatları  ilə 
müşaiyət olunmuşdur.  
XIX  əsrdə  Azərbaycanın  sosial-siyasi  və  ideoloji  mühitində 
milli  oyanış,  milli  özünüdərk  əvvəlki  dövrlərə  nisbətən  daha 
güclü  idi.  Bunun  mühüm  səbəblərindən  biri  çar  Rusiyasının 
müstəmləkə  siyasətinin  güclənməsi  idi.  Qeyd  edək  ki, 
Azərbaycanda  sinfi  mübarizə  XIX  əsrin  ikinci  yarısında 
formalaşan  fəhlə  sinfinin  şəxsində  daha  ön  plana  çıxmışdı. 
İstər  ucqarlarda,  istərsə  Bakı  kimi  iri  sənaye  mərkəzində 
formalaşan  fəhlə  sinfi,  sonralar  Azərbaycanın  taleyüklü 
məsələlərində  mühüm  rol  oynamışdır.  Şübhəsiz  ki,  Bakıda 
yaranan fəhlə sinfi və onların mübarizəsi nəinki Azərbaycanı, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
19 
çar  Rusiyasını,  hətta  o  dövrdə  dünyanı  bürüyən  sosializm 
hərəkatının mühüm cəbhələrindən biri sayılmışdır. 
Yeni  dövr  Azərbaycanın  ictimai-siyasi,  sosial-fəlsəfi  fikir 
tarixində  milli  azadlıq  və  milli  dövlətçilik  probleminin 
yaranmasında,  inkişafında  XIX  əsrin  ikinci  yarısı  ilk  rüşeym 
rolunu  oynayıb.  Xalqın  yeni  dövrdə  öz  milli  kimliyini  dərk 
edə bilməsi, azad olması, milli dövlətini yaratması və s. yöndə 
bir sıra mütəfəkkirlərimizin gördüyü işlərin dəyərini unutmaq 
olmaz.  Doğrudur,  bu  dövrdə  yaşamış  mütəfəkkirlərimiz  öz 
əsərlərində  birbaşa  milli  azadlıq  və  milli  dövlətçilik 
problemlərini  qoymayıblar.  Ancaq  onların  gördüyü  işlər  - 
xalqın  öz  milli  özünüdərki,  savadlanması,  maarifçilik,  milli 
mətbuatın  yaranması,  məktəblərin  açılması  və  s.  dolayısı  ilə 
də  olsa,  məhz  buna  xidmət  etmişdir.  Azərbaycanın  sosial-
siyasi  və  ideoloji  mühitində  milli  oyanış,  milli  özünüdərk 
istəyinin artması milli azadlıq toxumunu cücərtmiş və bunun 
nəticəsi  isə,  yeni  və  ən  yeni  dövrdə  milli  dövlətçiliyin 
yaranmasına  səbəb  olmuşdur.  Bu  baxımdan  çar  Rusiyasının 
müstəmləkəsi  olan  Quzey  Azərbaycanda  milli  oyanışın  yeni 
formada baş qaldırması təbii idi.  
XIX əsrin ikinci  yarısında çar Rusiyasının apardığı islahatlar, 
elmin sürətlə inkişafı və s. imperiyanın əksər xalqları arasında 
milli oyanışa səbəb olmuşdur. Azərbaycanın ziyalı zümrəsi öz 
fikir və ideyaları ilə xalqımızın yeni ideoloji xəttinin, xüsusilə 
milli 
azadlıq 
və 
milli 
dövlətçilik 
prinsiplərinin 
formalaşmasında  mühüm  rol  oynamışdır.  Qədim  dövlətçilik 
ənənələrinə  malik  olan  müstəqil,  azad  Azərbaycan  dövləti 
qurmaq  istiqamətində  ilk  ideyalar  ortaya  atılmışdır.  Bu  cür 
ideyaların  formalaşmasında  XIX  əsrin  II  yarısında  və  XX 
əsrin əvvəllərində yaşamış mütəfəkkirlərimizin - Mirzə Fətəli 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
20 
20 
Axundov,  Həsən  bəy  Zərdabi,  Şeyx  Cəmaləddin  Əfqani, 
Seyid Əzim Şirvani, Qasım bəy Zakir, İsmayıl bəy Qutqaşınlı, 
Mirzə 
Kazım 
bəy, 
Mirzə 
Ələkbər 
Sabir, 
Cəlil 
Məmmədquluzadə,  Məhəmməd  Hadi,  Abbas  Səhhət,  Hüseyn 
Cavid,  Əhməd  Cavad,  Ömər  Faiq  Nemanzadə,  Əli  bəy 
Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu,  Məhəmməd  Əmin 
Rəsulzadə,  Üzeyir  Hacıbəyov,  Əlimərdan  bəy  Topçubaşov, 
Nəsib bəy Yusifbəyli, Yusif Vəzir Çəmənzəminli  və başqaları 
mühüm rol oynayıblar.  
Yeni  və  ən  yeni  dövrdə  çağdaş  Azərbaycanın  ən  böyük 
filosofu,  mütəfəkkiri    M.F.Axundzadənin  bütün  elmi-fəlsəfi, 
ictimai-siyasi,  bədii,  publisistik    yaradıcılığı  xalqa  xidmətlə 
bağlı  olmuş,  onun  elmi-fəlsəfi  irsi  bir  xalqın  mədəniyyəti  ilə 
məhdudlaşmamış  və  bəşəri  xarakter  daşımışdır.  Axundzadə 
Azərbaycan (quzeyli, güneyli) mütəfəkkirləri arasında ilk dəfə 
olaraq  ictimai-siyasi,  sosial,  dini  və  s.  problemlərə  daha 
cəsarətlə,  tənqidlə  yanaşmışdır.    Axundzadənin  onunla  eyni 
dövrdə  yaşamış  başqa  mütəfəkkirlərdən  başlıca  üstünlüyü, 
fərqi  də  məhz  bu,  olmuşdur.  Onun  başlıca  fəlsəfi  əsəri  olan 
«Hind  şahzadəsi  Kəmalüddövlənin  İran  şahzadəsi  Cəlalüd-
dövləyə  məktubları  və  Cəlalüddövlənin  ona  cavab  məktubu» 
bütün  mənalarda  yenilikçi,  realist,  tənqidi,  düşündürücü  və  s 
xarakter  daşımış,  belə  demək  mümkündürsə  yeni  dövr 
Azərbaycan  fəlsəfəsinin  təməl  prinsiplərini  müəyyənləşdir-
mişdir:  «Ey  Cəlalüddövlə!  Sən  bilirsən  ki,  idarə  və  politika 
elminin  təhsili  İranda  mümkün  deyil,  vacibdir  ki,  Avropaya 
səfər etmək  və orada təhsil eləmək. Aya, bu mümkündürmü? 
Necə  səfər  etmək  və  kafirlərlə  görüşüb  tanış  olmaq.  Aya, 
fanatik  və  şarlatan  üləma  bu  işə  razı  olarmı?  Aya,  bu  puç 
əqidələr bu işə fitva verərmi?» (1, 219). İslam dinini, bu dinlə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə