MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   2   3   4   5   6   7   8   9   ...   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
12 
12 
«Şərqdə  ilk  demokratik  dövlət  quruluşunu  yaratmış 
Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək 
xalqımızın 
müstəqillik 
əzmini 
nümayiş 
etdirmişdir. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  ölkənin  daxilində  və 
xaricində yaranmış kəskin və mürəkkəb ictimai-siyasi şəraitdə 
fəaliyyət  göstərmişdir.  Bu  dövlətin  qısa  bir  müddətdə  həyata 
keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. 
Milliyyətindən,  siyasi  və  dini  mənsubiyyətindən,  cinsindən 
asılı  olmayaraq  bütün  vətəndaşlara  bərabər  hüquqlar 
verilməsi, 
dövlət 
sərhədlərinin 
müəyyən 
olunması, 
Azərbaycan  dövlətçiliyi  atributlarının  qəbul  edilməsi,  ana 
dilinin  dövlət  dili  elan  olunması  Azərbaycanın  gələcək 
müstəqilliyi  üçün  möhkəm  zəmin  yaratmışdır.  Demokratik 
dövlət  quruculuğu  sahələrində  atılmış  addımlar  Azərbaycan 
Xalq  Cümhuriyyətinin  23  aylıq  fəaliyyətini  əks  etdirən  əsas 
istiqamətlərdir»  (36,  3).  H.Əliyevin  Azərbaycan  Xalq 
Cümhuriyyəti,  onun  qurucuları  ilə  bağlı  dəyərli  fikirləri  də 
mövzunun aktuallığını və dövlətçiliyimizin inkişafında yerini, 
rolunu ortaya qoyur. 
Məhəmməd  Əminin    ictimai-siyasi,  sosial-fəlsəfi,  etik  və 
estetik görüşlərinin tədqiqini zəruri edən ən başlıca məsələ, bu 
böyük  insanın  çağdaş  Azərbaycan  xalqının,  millətinin, 
dövlətinin,  onun  mədəniyyətinin,  ədəbiyyatının,  ideologiya-
sının  və  s.  təşəkkülündə  və  formalaşmasında  misilsiz 
xidmətləri, fəaliyyəti və şüurlu əməyidir. Rəsulzadənin 1903-
cü  ildən  1955-ci  ilədək  olan  həyat  və  yaradıcılığına,  sosial-
siyasi, sosial-fəlsəfi, dini, etik, estetik və s. görüşlərinə diqqət-
lə,  qərəzsiz,  obyektiv,  əsl  ziyalı  və  alim  kimi  yanaşılmalıdır. 
Doğrudur,  Rəsulzadə  fəlsəfənin  başlıca  problemləri  (varlıq, 
materiya, idrak, şüur, dialektika və s.) ilə məşğul olmamış, bu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
13 
sahələrə aid  xüsusi bir əsər  yazmamışdır. Ancaq Məhəmməd 
Əminin  bütün  elmi-fəlsəfi,  ictimai-siyasi  yaradıcılığı  ilə 
tanışlıq, bizə deməyə əsas verir ki, o, böyük bir mütəfəkkirdir.  
Sovetlər  Birliyi  dövründə  M.Ə.Rəsulzadənin  ictimai-siyasi, 
sosial-fəlsəfi,  ədəbi-bədii  yaradıcılığına  baxış  əsasən  qərəzli 
olmuşdur.  Azərbaycanın  70  illik  müstəmləkə  olduğu  dövrdə 
M.Ə.Rəsulzadə  və  AXC  haqqında  kifayət  qədər  qərəzli 
ədəbiyyat  yaradılmışdır.  İmperiyanın  bir  sıra  alimləri,  siyasi 
xadimləri  və  başqaları  M.Ə.Rəsulzadəni  xalq  düşməni, 
panislamist,  pantürkist,  AXC-ni  isə  bəylərin,  varlıların 
hökuməti  kimi  təqdim  edirdilər.  Məsələn,  Qədim 
Mustafayevin  «XX  əsrin  əvvəllərində  Azərbaycanda  islam 
ideologiyası  və  onun  tənqidi»  əsəri  həm  Sovetlər  Birliyi 
dövründə M.Ə.Rəsulzadəyə olan münasibət, həm də XX əsrin 
əvvəllərində  Azərbaycanda  islam  ideologiyasının  yeri  və 
rolunu öyrənmək baxımından maraqlıdır (40). 
Eyni  zamanda  SSRİ  dövründə  bu  mövzu  ilə  bağlı  yazılmış 
başqa  əsərlər  –  «Azərbaycan  Kommunist  Partiyasının 
oçerkləri»  (5),  Z.Göyüşovun  Azərbaycan  sovet  fəlsəfəsi 
tarixinə  aid  əsəri  və  «Azərbaycan  maarifçilərinin  etik 
görüşləri» (27), S.M.Əfəndiyevin «Azərbaycan proletariatının 
inqilabi  hərəkatı  tarixindən»  əsəri,  C.Quliyevin  «Lenin  və 
Azərbaycanda  sovet  hakimiyətinin  qələbəsi  və  möhkəm-
lənməsi  uğrunda  mübarizə»  (34)  kitabı,  «Azərbaycan  tarixi» 
(2),  «Azərbaycan  ədəbiyyat  tarixi»  və  s.  kitablar,  monoq-
rafiyalar, dissertasiyalar, publisistik məqalələr mövcuddur. 
1980-ci  illərin  sonlarından  başlayaraq  M.Ə.Rəsulzadəyə 
münasibət müsbət istiqamətdə dəyişdi. O, artıq xalq düşməni 
deyil,  Azərbaycanın  böyük  oğlu,  ictimai-siyasi  xadim  kimi 
qələmə  verildi.  Azərbaycan  müstəqilliyini  bərpa  etdikdən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
14 
14 
sonra  M.Ə.Rəsulzadənin  yaradıcılığının  obyektiv  şəkildə 
araşdırılması  prosesi  sürətlənmişdir.  M.Ə.Rəsulzadə  irsinin 
obyektiv tədqiqində Şirməmməd Hüseynov, Şamil Qurbanov, 
Nəsiman  Yaqublu,  Nəsib  Nəsibzadə,  Mövsüm  Əliyev,  Xalid 
İbrahimli,  Cəmil  Həsənli,  Müstəqil  Ağayev,  Vaqif  Sultanlı, 
Aydın  Balayev  və  başqalarının  gördüyü  işləri  xüsusilə 
qiymətləndirmək lazımdır. 
Azərbaycandan  kənarda  -  xaricdə  yaradılmış  ədəbiyyatda 
M.Ə.Rəsulzadə  Azərbaycan  xalqının  görkəmli  ictimai-siyasi 
xadimi,  publisisti,  AXC-nin  ideoloqu  və  qurucusu  kimi 
təqdim 
edilib. 
M.B.Məmmədzadə, 
M.Ə.Rəsuloğlu, 
H.Baykara,  Ə.Qaraca,  Ə.Yurdsevər,  İ.İhsan,  T.Svyatoçovski, 
S.N.Tağızadə, C.Heyət, K.Arran, F.M.Aküzüm, S.Mehmet və 
b.  onun  sosial-siyasi,  sosial-fəlsəfi  yaradıcılığına  obyektiv 
şəkildə yanaşıblar.  
M.Ə.Rəsulzadə  haqqında  yazılmış  dissertasiyalar,  məqalələr, 
publisist  yazılar  və  s.  onun  həyat  və  yaradıcılığının  üzə 
çıxmasında  müəyyən  rol  oynamışdır.  Ancaq  hələ  də 
M.Ə.Rəsulzadənin irsini tam və obyektiv şəkildə aşkar etmək 
mümkün  olmamışdır.  Mövcud  monoqrafiya  məhz  bu 
çatışmazlıqları  aradan  qaldırmağa  xidmət  edir.  İlk  elmi 
işlərdəndir ki, burada M.Ə.Rəsulzadənin yaradıcılığı bütöv bir 
sistem  şəklində  tədqiqata  cəlb  olunmuşdur.  Belə  ki,  ədəbiy-
yatçılar  onu  ədəbi,  tarixçilər  isə  tarixi  baxımdan  araşdıraraq 
Rəsulzadənin etik, estetik və sosial-fəlsəfi dünyagörüşünü nə-
zərdən  qaçırıblar.  Monoqrafiyada  M.Ə.Rəsulzadənin  sosial-
siyasi,  sosial-fəlsəfi  və  etik-estetik  görüşləri  əsaslı  şəkildə 
araşdırılmağa  cəhd  edilib  və  onun  zəngin  elmi  irsi  başlıca 
çalarları ilə cəmiyyətə təqdim edilmişdir.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə