Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə28/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

Şəkərnuş xanımın nağılı



Biri var idi, biri yox idi, bir padşah var idi. Padşahın gö­zünün ağı-qarası bi dənə oğlu var idi. Bı padşah özü Şəkər­nuş xanımı istiyib haaa, ala bilmiyib. O qədər adamları qırıb öl­dürüb, amma ala bilmiyib. Bı oğlan deyib, mən hökman gərək Şə­kərnuş xanımı alam. Arvad da yaşdaşmışmış amma deyib alacam.

Bi dənə qoca qarı suya gəlmişmiş, səhəngi əlində, bı oğ­lan bir dənə daşı vırıb sındırıb onun səhəngin. Nadinc imiş də­nə. Deeb səni görüm, səni görüm, Şəkərnuş xanım sənin ya­rın olsun. Oğlan gəlib anasına deyib ki, ana mən getmə­li­yəm. Atama de ağ atımı, qırmızı atımı yemləsin mən gedirəm Şəkərnuş xanımın dalıycan.

Oğlan düşür yola, gedir. Gedir görür, bi dənə gözəl-göy­çəy qız, sizə çata bilməz, asılıb saşdarınnan. Bı qız deyir ki, ay oğlan, bıra gəlməginən, bıra divin evidi. Gələr səni parça-parça eliyər. Deer:

– Qorxma, qorxma, mən onu öldürəcəm, sənin saşdaru açacam. O oğlan bı qızın saşdarını kəsir ordan salır yerə. Deer:

– Sən hara gedirsən?

Deer:

– Mən gedirəm Şəkərnuş xanımın dalıycan.

Deer:

– Orda bi göyərçin var, daşın içində, onu vır öldür o göyərçini, sora div öləcək. Onnan gedərsən. Mən qalacam bır­da, səən yoluu gözziyəcəm. Bı qız da bırda gözzeer.

Bi oğlan gedir 7 dənə belənçi qıza rast gəlir. Qızdarın ha­mısın azad eleer. Qızzar qalır, oğıan gedir. Axırıncı qız de­yir ki, oğlan, gedərsən, bi bağa rast gələcəysən, orda div yatıb nar ağacının altında. O Şəkərnuş xanım da ordadı. Sən ora gedərsən bi dənə ağac sındırarsan, narrarı bi dənə, bi dənə də­rər­sən, onnan sora o Şəkərnuş xanım küləfrəngidən baxa­cağ. O səni görən kimi aşiğ olacağ. Allah ona deyib, onnan gələ­cəy sənün yanıva. O formada da eleer. Qayıdır narı belənçi-be­lənçı dərir, ağacnan. Gözətçilərdən biri deer:

– Ay div, narı dərdilər.

Deer:

– Nə dərdi?

Deer:

– Ağac.

Deer:

– A kopoyoğlu, ağac ağacı dərər?

Nəsə, bı belənçi narrarın hamısın dərir atir ora. Şəkərnuş xanım ordan düşür gəlir, bırda qızı da götürüllər, gəlillər ata­larının vılayətinə.

Gələndə şaha səda catır ki, sənin oğlun Şəkərnuş xanımı gətirir. İndi gör nə də.

Bi dənə də atarabaçı, bi kecəl qızı qaçırdıbmış. Deer, noolar, sən paltaru ver bı geysün, sən də onunkunu geyin. Ara­­baçı deeb aaa, Şəkərnuş xanıma. İndi pıl almağçun də yə­qin. Nəsə dəyişiblər. Amma o vaxtı Şəkərnuş xanım oğlana demiş­miş ki, mən sənə cıncığdan-mıncığdan şalvar toxu­yacam.

Hə, elə olur ki, bı kecəli aparıllar padşahın evinə, bı Şə­kərnuş da gedir arabaçının evinə. Bı qız gedir bi qoca ar­va­dın evinə. Helə gündə gedirmiş, çöldən biy az təzəy yığırmış, odun yığırmış, gətirib verirmiş bu arvada.

Günnərin bi günü də yenə çör-çöp yığmağa gedəndə çöldə qızzar danışırdı ki, deer, birda padşahın bi gəlini var, deer cıncığdan-mıncığdan şalvar toxuyacam. Tez barmağın dişdeer, deer, adə mən adaxlıma demişdim axı bu sözü.

Gəlir deer, nənə, məni elə bı cırığ paltarnan da olsa qoy gedim də ora, deeb ay, bala bizi ora kim qoyar? Deeb, yox, sən məni apar ora. Gedib görüb o yannan belə arvatdarın qa­bağına teşt qoyublar, ici dolu mıncığ. Hərənin də əlində bi iy­nə sap, hamı elə düzür. Nə bilirdilər şalvar toxumağı. Qız gedib irəli deeb:

– Padşah sağ olsun, olar ki, bı şalvarı mən toxuyum?

Deeb:

– Qızım icazə verirəm, gəl toxu. Mənim gəlinim demiş­di ancağ nəsə.

Qız gəlir teşdən iynə sapı götürüb, mıncığı götürüb dü­zəndə deer ki, mən belənçi 7 divin saxladığı qızzarın biriy­dim. Mən yolda adaxlıma demişdim sənə cıncığdan-mıncığ­dan şalvar toxuyacam. Naxırçı məni allatdı, filan, nəsə hamı­sını danışır. Padşah durur ayağa, o naxırçı qızın, o araba­çı­nın­kın göndərir çıxır gedir evlırinə. Bını da saxleer özünə gəlin eleer.

İsgəndərin nağılı



Deyir günnərin bir günüdü, İsgəndər şah o yer qalmadı ki, dərə, təpə gəzməsin. Getdi çıxdı dəryaya. Köçü saldı dər­yanın qırağında. Əmr verdi qoşuna, bu dəryadan gündə on ved­rə gətirib tökərsiz bura. Bular başladı, beş gün, üç gün. Xə­bər getdi balığların şahına. Bura köç gəlib tökülüb. Deyə­sən bu dəryanı qurudacaxlar.

Dedi:

– Nağayrır o?

Dedi:

– Gündə adama on vedrə, iyirmi vedrə su aparır tökür qıra­ğa.

Dedi:

– Deyin ki, nə istiyir.

Gəldilər xəbər verdilər ki balığlardan xəbər gəldi nə isti­yirsən?

Dedi:

– Badxaracın ver, verməsən, bu dəryanı qurudacam.

Şaha getdi əmir çatdı. Xəbər çatandan sonra balığların şahı başladı dedi ki, hə, İsgəndər dedi ki, mənə dərya lölün­dən, qızılından, gümüşündən, briliyantından ver mənə küllü miqdarda. Balıxlara əmr verildi, balığlar da düşdülər harda gümüş var, harda qızıl var, doludu dənə, gətirdilər, tökdülər fəh­lələr daşıdı, yığdı qızılı. Daşıyıb yığandan sonra bir il keç­di, getdi, az getdi, çox getdi ordan dəryadan köçün çəkdi. Çə­kəndən sonra yolun bi tərəfində bunu xəstəlik tutdu, ağrı tut­du. Həkim, təbib qalmadı, buna əlac eliyə bilmədilər.

Dedi:

– Mən ölürəm, gedirəm.

Mollalar qabağda, onun dalından bir dəstə qoşun, onun dalından bir dəstə atlı, onun qabağından bir dəstə həkim helə-helə beş dəstəyə bölünüb mənim nəşimi aparın anama. Mol­lay­nan qaytarmağ olsaydı mollaynan qaytarardım, həkimnən qaytarmağ olsaydı, həkimnən qaytarardım. Həmi gözü açığ qaldı, həmi əli qaldı çöldə.

Çox getdilər, az yol getdilər, getdilər çıxdılar vilayətə. Yolda mənim kimi qocaya rast gəlirlər.

Dedi:

– Nə işdi, nədi?

Dedi:

– İsgəndər şah ölüb, nə gözü yumulmur, nə əli yumul­mur.

Bu getdi bir az torpağ götürdü, tökdü gözünə, əllərinə. Əlini çəkdi, gözləri yumuldu.

Anasına vəsiyyət eləmişdi mənim yeməyimi, ehsanımı kefqom adamlara aparıb verərsən, harda kefqom var, yetim- yesirə yox. Aparıb elə adama verərsən ki, həddindən artıq adam­lar olsun. Üç gün bu meyidi qoydular qaldı. Ana deyir, yox, mən yemiyəcəm, mən özümü öldürəcəm. Gətdilər orda belə baca qoydular, usdən aşağı, arvadı da qoydular bacanın yanına. Arvad yatar orda İsgəndərin yanında. Arvad iki gün qaldı ac, üç gün, gördü yox, imkan yoxdu, ölürəm. Ora da çö­rək qoyublar düz bacanın ağzına, elə ayağını qoyub sinəsinin üstünə İsgəndərin, qoyub qalxanda çörəy götürməyə yanında qarçuxa.

Deyir:

– Sənin bura cıxmağa yerin yoxdu.

Düşürtdülər, çörəyini yedi.

İsgəndərin malından, dövlətindən yüklədi dəvəyə, dəvəynən düşdü diyarbadiyar, ay, burda kefqom kimdi, dərdi səri olmuyan kimdi, hey çox getdi, az getdi, bir gün getdi, iki gün getdi, üç gün getdi, gördü bi küləfrəngidə bir cavan oğ­lan­nan bir cavan qız. Qız çalır, oğlan oynuyur, oğlan çalır, qız oynuyur. Hər ikisi kefdədi.

Deyir həə, adə, saxlıyın, saxlıyır.

Deyir:

– Sənin dərdin-sərin yoxdu?

Deyir :

Nə dərd-sər, görmürsən burda mən kefdəyəm.

Day xəbəri yox oyannan.

Dedi:

– Gələ, bala.

Dedi:

– Hə elə sənin gətirdiyini biz yiyəcüy.

Axşamçağı gün batırdı, batmırdı, hava qaralanda, hə­mən bu cavanın qara qulu varıydı, həmən gəlin, səhərdən bur­da şıllaxlıyan, qoşuldu qara qula getdi. Getdi o birsi otağa, bu qaldı bu otağda.

Dedi:

– Ana.

Dedi:

– Hə.

Dedi:

– Bu mənim əmim qızıdı, doğma əmi qızı, əmi oğluyuğ. Əhd eləmişik evlənəndə sən ölsən. mən arvad almıyım, mən öl­səm, sən ərə getmə.

Vaxt gəldi çatdı, sən gəldin ölüm halına, ölürsən, sən üs­tün­dən buracan qara çəkdilər. Sənin üstündən qara çəkən­dən sonra mən qaldım məcbur qarşısında, qaldım, getdim hə­kimə. Getdim, kişiliyimi yerinnən kəssirmişəm, hes sadım yox­du. Gündüz mənimdir, burda çalıb-oynamağa, gecə qara qulun. Kef onundur. Ana mənim dərdim budur. Dərtsiz adam mə­nəmsə, mənim də dərdim budu

Onu özü də adlandırırdılar rəhmətlik Allahşükür Gülnən samavar nağılını danışardı. Onun adını qoymuşdu Gülnən sa­mavar.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə