Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110


 
Hindistanda  olmuş  və  öz  bilikləri,  əxlaqi  kamilliyə  nailolma 
yollarını şərq müdrüklərindən qavramış və öyrənmişdir. 
Beləliklə,  qədim  yunan  mütəfəkkirləri  əxlaqın  ən  vacib 
tərəfini  mənəvi  borc  və  real  həyatın  arasında  yaranan 
ziddiyyətlərin  həllində  görürdülər.  Ümumi  zərurət  anlayışının 
tətbiqi  dövlətin,  şəhər-polisin  (ilk  növbədə  hakim  sinfinin) 
əxlaqının  əsaslandırılmasına  xidmət  edirdi.  Burada  hələ  ki, 
əxlaqi münasibətlərin konkret strukturu araşdırılırdı. 
Antik  dövrə  ald  əxlaqi  fikirlərin  növbəti  mərhələsi 
sofstlərin adı ilə bağlıdır. Bu zaman cəmiyyətdə bir sıra mühüm 
dəyişikliklər  baş  vermişdi.  Sosial  antaqonizmlərin  sayı, 
cəmiyyətdə  onun  siyasi  təşkilinin  rolu  artmış,  quldarlıq 
demokratiyası  çiçəklənməyə  başlamışdır.  İnsan,  bir  şəxsiyyət 
olaraq  əxlaqi  dəyər  kimi  qiymətləndirilir.  Yeni  əxlaqi 
təsəvvürlər  formalaşır.  Artıq  ictimai  əxlaqın  təsirliliyi  yalnız 
xarici  qüvvələrlə  yox  (yəni  qanun,  ənənə,  dini  sanksiyalar), 
həm də şəxsiyyətin fərdi mövqeyi ilə müəyyən olunurdu. 
 
 
1.2. Sofistlər məktəbində əxlaq 
 
Əxlaqı  bir  elm  kimi  qəbul  edən  ilk  filosoflar  sofistlər 
olmuşlar.  İlk  dəfə  olaraq  onlar,  təbiətə  nisbətdə  insan 
probleminə  üstünlük  verməyə  başlamışdılar.  Bunu  Protaqorun 
(e.ə. 490-420) məşhur kəlamında da izləmək olar: “insan bütün, 
mövcud  olmadıqlarına  görə  mövcud  olan,  mövcud 
olmadıqlarına  görə  mövcud  olmayan  şeylərin  ölçüsüdür”. 
Protaqorun hesab etdiyi kimi, insan varlığı xüsusi bir reallıqdır 
ki,  xarici  aləmin  xüsusi  ifadəsi  kimi  yox,  həmin  aləmin 
anlanılması  üçün  bir  açar  olan  reallıqdır.  İnsan  öz  insani 
məqsəd və mənafelərinə uyğun ətraf aləmi qiymətləndirə bilər. 
Buna insanın tam haqqı çatır.  
Sofistlər 
insan 
həyatında 
təlimin, 
tərbiyənin, 
mədəniyyətin  rolunu  olduqca  yüksək  qiymətləndirmişlər. 



 
Onların mübahisə obyekti dialektika ilə yanaşı əxlaq olmuşdur. 
Əsas  müzakirə  olunan  məsələlər  –  xeyirxahlığın  tərbiyə 
olunması  mümkünlüyü  və  təbii  qanunlarla  mədəni  tələblərin 
uzlaşdırılması idi. Sofistlər hesab edirdilər ki, yaxşılıqları insan 
yalnız tərbiyə yolu ilə əldə etməlidir. Xeyirxahlıq dedikdə onlar 
bütövlükdə  insanların  formalaşan  sosial  keyfiyyətləri  nəzərdə 
tuturdular. Düzgün təşkil olunmuş təlim və tərbiyə nəticəsində 
insan  öz  kamilliyinə  nail  ola  bilər.  Əxlaqi  qüsurlar  sosial 
münasibətlərin  mahiyyətindən  irəli  gəlir  və  qaçınılmazdır. 
Tərbiyə yolu ilə onları aradan qaldırmaq mümkündür.  
Sofistlər  mədəniyyəti,  cəmiyyəti  (qanunları,  aədt-
ənənələri,  incəsənəti  və  s.)  təbii  hadisələrədən  fərqləndirərkən 
təbiət qanunlarının əbədiliyini, cəmiyyət qanunlarının isə insan 
tərəfindən  yaradılmasını  qeyd  etmişdilər.  Təbiət  insanları 
özündə  birləşdirir,  adət-ənənələr  və  qanunlar  isə  onları  bir-
birindən  ayırır.  Beləlikə,  əxlaqi  baxışlar  da  müxtəlif  və 
ziddiyyətlidir. Əxlaqi qanunlar dəyişkəndir və cəmiyyətin tarixi 
inkişaf xüsusiyyətlərindən bir başa asılıdır. 
Sofistlər insan cəmiyyətinin daha bir xüsusiyyətini qeyd 
edirlər:  cəmiyyət  qanunlarının  pozulması  aşkar  oludunduğu 
zaman cəzalandırır, əgər həmin pozuntu nəzərdən qaçıbsa, onda 
heç  kəs  cəzalandırılmır.  Təbiətdə  belə  hallar  mümkün  deyil. 
Sofistlər  birmənalı  bildirmişlər  ki,  mədəni  hadisə  olan  əxlaqi 
normalar insan yaradıcılığının məhsulu olduğu üçün ümumi və 
zəruri  halına  salına  bilməz.  Xeyir  və  şər  arasında  fərq  həmişə 
konkret olur. Xeyirxahlığa bir, yeganə tərif verilə bilməz. Orgi 
(təxminən  e.ə.  580-480)  müxtəlif  insanlarda,  onların  statusuna 
və  yaşına  uyğun  olaraq  məziyyətləri  fərqləndirirdi.  Bunu  şər 
haqqında  da  demək  olar.  Eyni  zamanda  Pifaqor  əxlaqı 
cəmiyyətdə insanları birləşdirə biləcək amil olduğunu gösətirir. 
 “Kiçik”  sofistlər  dövlətin  mənəvi  nüfuzuna  bir  o  qədər 
əhəmiyyət  vermir,  əxlaqın  hüdudlarını  isə  fərdin  faydası  ilə 
müəyyənləşdirirdilər.  Əxlaq  siyasi  hakimiyyətin  maraqları  ilə 


10 
 
sıx  bağlıdır.  Eyni  zamanda  insanların  anadangəlmə  bərabər 
olması ideyası da irəli sürülürdü. 
Beləliklə,  sofistlər  əxlaqın  tarixi  xarakterini  qeyd  edir, 
cəmiyyətdə  qəbul  olunmuş  əxlaqi  normalar  və  davranış 
qaydalarının nisbi olmasını sübut etməyə çalışırdılar. 
Görkəmli yunan filosofu Demokritin də (e.ə. 460 – vəfat 
ili  məlum  deyil)  əxlaqi  baxışları  müəyyən  maraq  kəsb  edir. 
Onun etika haqqında olan mülahizələrində bir-birinə ziddiyyətli 
fikirlər irəli sürülür. Bununla belə qeyd etmək olar ki, Demokrit 
dövlət  mənafeyini  hər  şeydən  üstün  tuturdu.  Eyni  zamanda 
insan azadlığı baxımından qanunlar müəyyən bir əngələ çevrilə 
bilər.  Ümumiyyətlə  Demokrit  hesab  edirdi  ki,  insan  gərək 
daima  harmoniyaya  doğru  can  atsın,  bunun  üçün  də  ağıldan, 
zəkadan  istifadə  edərək  həyatında  xoşbəxtliyə  nail  olmağa 
bacarsın.  Sokratda  olduğu  kimi,  Demokrit  də  bütün  səhvlərin, 
ədalətsizliyin  səbəblərini  nadanlıqda  görürdü.  Demokritin 
ideyalarında  Platon  və  Aristotelin  əxlaq  haqqında  baxışlarına 
bənzər  fikirlərə  rast  gəlmək  olur.  Məs,  Demokrit  dostluğa 
yüksək  qiymət  verir,  xeyirxahlığı  isə  iki  nöqsan  arasında 
yerləşən ortaq vəziyyəti adlandırırdı. 
Tədqiqatçıların  hesab  etdiyi  kimi,  Demokrit  etikanın 
sinfi xarakterini qeyd edir. Demokrit göstərir ki, insan həyatının 
əsas  məqsədi  və  hərəkəverici  qüvvəsi  yaxşı  əhval-ruhiyyəsi, 
durumudur. Buna başqa cürə harmoniya, “evtimiya” da deyilir. 
Hər bir fərd xeyirli və zərərli olanlar arasında fərqi başa düşür. 
Xeyirli  olana  can  atmaq,  xeyirli  olmayandan  isə  qaçmaq 
lazımdır.  Bununla  belə  insanın  arzu  və  istəkləri  olduqca 
müxtəlifdir.  Burada  harmoniyaya  nail  olmaq  mümkündürmü? 
İlk  növbədə  hər  bir  adamın,  hər  bir  hərəkətin  nəticələrini 
düzgün  hesablamaq  və  qiymətləndirmək  lazımdır.  Xoşbəxtlik 
(yaxşı  əhval-ruhiyyə,  məziyyət,  harmoniya,  simmetriya  və  s.) 
həzzalma  mərhələlərinin  düzgün  fərqləndirilməsini  nəzərdə 
tutur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə