20
Epikür fəlsəfənin ən vacib sahəsinin etika olduğunu qeyd
edirdi. Bu etikada canlı insanın xeyiri, real fərdlərin əməlləri
qiymətləndirilirdi. Epiküru maraqlandıran əsas məsələ həzz
yox, ruh azadlığı və müstəqilliyi olmuşdur. Fərd hər bir şeydən
azad olmalı, daxilən tam rahat (ataraksiya) olmalıdır. Budur əsil
xoşbəxtlik, insanın yaşamağının ali və son məqsədi. Epikür
hesab edirdi ki, həzz, ləzzətalma hissi xeyirxah yaşayışın
meyarıdır. Həzz və əziyyət arasında olan fərq insana nəyə
doğru hərəkət etməsi barəsində xəbər verir. “Həzz xoşbəxt
həyatın alfası və omeqasıdır” (yəni əvvəli və axırı) (Epikür).
Həzzalma dedikdə Epikür onun psixoloji yox, sosial mənasını
nəzərdə
tutur.
Hər
hansı
bir
həzzalmanı
düzgün
qiymətləndirmək, onun üzərində düşünmək lazımdır. Burada
vəziyyəti fayda baxımından qiymətləndirmək lazımdır. Bütün
məziyyətlər kamal, ağıl üzərində qurulur. Həzzalamanın özünü
isə insan cəmiyyətinin birgə yaşayış qaydaları baxımından
qiymətləndirmək lazımdır.
Epikürun fikrincə, həzzalma üç qrup tələbatların
ödənilməsi ilə faydalıdır: 1 təbii və zəruri (aclıq, susuzluq və
s.); 2. təbii və zəruri olmayan (məs. ləziz xörəklər); 3. qeyritəbii
və zəruri olmayan (şan-şöhrət və s.). Birinci qrup
tələbatlarımızı təbiət təmin edə bilir, lakin bununla
kifayətlənməyən insan asanlıqla mövcud vəziyyətin təsiri altına
düşür, nədənsə asılı olur. Burada münaqişə, paxıllıq üçün
zəmin yaranır. Lakin təbii tələbatların lazımi qədər (az olanı
ilə) təmin olunması insanı şəraitdən asılı vəziyyətə qoymur,
başqa adamlarla onu toqquşdurmur. Epikürun fikrincə, insanın
o tələbatları ödənilməlidir ki, ödənilmədiyi halda insan əziyyət
çəkir. Həzzalma iztirabların olmaması deməkdir. Həzzalmanın
dəyəri xoşbəxtliyə nailolma dərəcəsindədir. Əzabkeşlikdən
qurtarmaq xoşbəxt həyatın ali məqsədidir. Həzzalma fərdi
xarakter daşıyır, fərdin təkrarsızlığını göstərir. Həzzalma
növləri möxtəlifdir, buna görə də insanı şəraitdən asılı
vəziyyətdə qoyur. İnsanın arzu və istəkləri fərdi ətraf aləmlə
21
birləşdirən bir növ körpüdür, lakin fərd ağıllı hərəkətləri ilə
dünyadan öz asılılığını azalda bilər. Həzzalamanı müəyyən
mənada məhdudlaşdırmaq olar ki, insan sakitlik tapsın,
dünyadan öz asılılığını azaltsın, harmoniyaya nail olsun.
Mənəvi həzzalmalar cismanilərdən üstündür. Keçmişlə bağlı
olan, gələcəyə aid olan həzzalmanın da mühüm əhəmiyyəti var.
Daxili əmin-amanlığa nail olmağın ən yaxşı yolu fəlsəfənin,
elmin dərk edilməsidir.
Əxlaqi məqsəd – ruhun rahatlığı, cismani əzabların
olmaması estetik seyretmə zamanı da meydana gəlir. Fəlsəfə
zəminində dərketmə insanı üç qorxudan qurtarır: allaha olan
qorxu (fövqəl qüvvələrə) zərurət üzündən baş verir, digər qismi
təsadüfün üzündən, üçüncülər isə özümüzdən asılıdır. Yalnız
ikinci və üçüncü qorxu təqdir və yaxud məzəmmət qazanıb
insan həyatının məziyyətlilik dərəcəsini müəyyən edə bilərlər.
Zərurət və təsadüf yan-yana gedir, ona görə də insan təbiətin
zəruri qaydalarından istifadə etməkdə sərbəstdir. Üçüncü qorxu
ölüm qorxusudur. Ölümün əslində bizə heç bir aidiyyatı
yoxdur. Burada duyğular, duyma qabiliyyəti itir. Yaxşı və pis,
xeyir və şər isə duyğuların üzərində qurulur.
Bədən öləndə ruh da ölür, çünki o da cismanidir.
Ölümdən sonra heç nə yoxdur. İnsana əzab verən ölümün özü
yox, ölüm qorxusudur. Ölümü qorxu ilə gözləmək, ölməzliyi
arzulamaq mənasız bir şeydir. İnsan gərək ömrün uzunluğunu
yox, onun keyfiyyətini düşünsün. Əgər insan öz arzu və
istəklərini məhdudlaşdıra bilsə, onda o, xoşbəxt ola bilər. Bir
çox şeylərdən də (bəzən də uydurulmuş) azad olan insan
xoşbəxtliyə nail ola bilər.
Epikür hesab edirdi ki, ictimai müqavilə əsasında
yaranmış dövlət ədalət üzərində qurulmalıdır. lakin ədalətə
riayət etməklə unutmaq olmaz ki, o, tarixi xarakter daşıyır.
Ədalətə nail olmaq üçün qanunları gözləmək lazımdır. Var-
dövlət, şan-şöhrət, hakimiyyət kimi hərəkətverici qüvvələr və
motivlər həm də insan üçün ən böyük nigarançılıq və həyacan
22
mənbəyidir. Əxlaqi dəyərlər sırasında ən vacibi dostluqdur.
Dostluq edənlər həm də faydanı, təhlükəsizliyi, əlverişliliyi
gözləməklə daxili rahatlıq və təskinlik tapırlar.
Stoisizm cərəyanının nümayəndələri isə hesab edirdilər
ki, əsl (həqiqi) əxlaq borc əxlaqıdır. Bununla belə onların
əxlaqa olan baxışları bir çox hallarda epikürçuların baxışlarına
çox yaxındır. Stoiklər də fərdin azadlığını əsaslandırır, həyatda
yaranmış vəziyyətdən asılı olmayaraq xoşbəxt olmaq
qabiliyyətini bəyan edirdilər.
Dünyada zərurət hökm sürür. Bununla belə ağla malik
insan iradə azadlığından istifadə edərək taleyi öz əlində saxlaya
bilər. Kitionlu Zenon göstərirdi ki, insan həyatının ali məqsədi
və amalı təbiətlə həmahəng yaşamaqdır. Dünyadan qaçmaq
yox, əksinə, onu bütövlükdə olduğu kimi qəbul etmək lazımdır.
Bunu həm fiziki baxımdan, həm də mənən etmək lazımdır.
Təbiət dedikdə ilk növbədə insanın özü, özünüqoruma zərurəti
nəzərdə tutulur. Təbiətə uyğun yaşamaq ağıllı yaşamaq
deməkdir. Dünya vahid bir cisimdir. O, oddan yaranıb və oda
qayıdır. Səbəbiyyət əlaqələrin vahidliyini burada “pnevme” –
hava, nəfəs, ruh təmin edir. Od, həm də qanun, zərurət, ağıllı
başlanğıc olaraq, dünyanı idarə edir. İnsan ağlı elə bir fürsətdir
ki, insan ondan axıra qədər istifadə etməyə bacarmalıdır. Ağıl
tələb edir ki, insan şəxsiyyəti özünü daima təkmilləşdirsin.
Xoşbəxtlik elə ondan ibarətdir ki, insan mənəvi cəhətdən
yüksəlib, özünü təkmilləşdirsin və kamillik dərəcəsinə görə
özünü kosmik ağıl səviyyəsinə ucaltsın. Təbiəti eşitmək, onunla
harmoniyada yaşamaq xoşbəxtliyə nail olmaq deməkdir.
Stoiklər məziyyətləri belə qruplaşdırırdılar: yaxşılıqlar –
qavramaq, ədalət, comərdlik, sağlam düşüncə və s. Şər –
ağılsızlıq, ədalətsizlik və s.-dir. Neytral olanlar – yaşamaq,
sağlamlıq, həzzalma, gözəllik, qüdrət, var-dövlət, şöhrət, ad-san
və bunların əksi olan ölüm, xəstəliklər, əzabkeşlik, eybəcərlik,
gücsüzlük, yoxsulluq, unutqanlıq və s. Xeyir və yaxud
xoşbəxtlik məziyyətlərə uyğundur.
Dostları ilə paylaş: |