Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   110

131 
 
Antropomorfizm özünü bir çox səcdə obyektlərində göstərirdi. 
Ən güclü səcdə obyektləri od və su idi. 
Ümumiyyətlə, 
məkan, 
zaman 
anlayışları 
da 
antropomorfizm  mövqeyindən,  xeyir  və  şər  baxımından 
qiymətləndirilirdi.  Beləlikə,  dünyanın  dərk  edilməsi  təfəkkür 
imkanlarının  genişlənməsinə,  mənəvi  aləmin,  o  cümlədən 
qiymətvermə mövqeyindən formalaşmasına imkan yaratmışdır. 
Qədim  təlimlərdə,  o  cümlədən,  zərdüştlükdə  xeyir  və  şər 
qüvvələrinin  həyat  mənbəyi,  insan  davranışının  meyarı  olması 
ideyası  artıq  inkişaf  etdirilir.  Xeyir  və  şərin  döyüş  meydanı 
ruhdur.  İnsanın  taleyi  allahdan  yox,  onun  özündən  asılıdır. 
Əgər insan xeyirli fikri, xeyirli əməli və xeyirli işi seçirsə, onda 
o, dünyanın ümumi müqəddəs nizamını təmin edə bilər. 
Zərdüştə görə insan gərək tənbəllik etməsin, öz əməyi ilə 
yaşasın,  qazandığı  var  –  dövləti  ehtiyacı  olanlarla  bölüşsün, 
həmişə  ədaləti  gözləsin.  Əsas  mənəvi  məziyyətlər  - 
əməksevərlik,  qənaətçillik,  ədalətdir.  Zərdüştün  sosial  idealı  - 
əhalinin yüksək maddi rifahının və yüksək mənəviyyatının əldə 
edilməsidir.  Hakimiyyət  (xeyirxah  hakimiyyət)  bunu  təmin 
etməlidir. 
Azərbaycanda erkən feodal mərhələsində həm də manilik 
təlimi geniş yayılmışdır. Onun banisi Mani (təxminən 216-277) 
bir  çox  ərazilərdə  öz  ideyalarını  təbliğ  etmiş  və  böyük  uğur 
qazanmışdı.  Mani  hesab  edirdi  ki,  şər  də,  xeyir  kimi  əzəlidir. 
Dünya tarixi zülmət və işığın, şər və xeyirin, şeytan və allahın 
mübarizəsi  tarixidir.  Mani  öz  əxlaqi  baxışlarını  “Nəsihətlər” 
əsərində  izah  etməyə  çalışmışdır.  O,  göstərirdi  ki,  insan 
təbiətinə də iki başlanğıc xasdır və insan həmin şər qüvvələrdən 
azad  olunması  üçün  özünə  kömək  etməlidir.  Bunun  üçün 
özünə,  xüsusilə  ruhuna  zərərli  olacaq  hər  bir  şeydən  özünü 
gözləməlidir.  Maninin  əsas  əxlaqi  prinsipi  dünyanın 
faniliyindən  uzaqlaşmaq  bu  dünyanın  məziyyətlərindən  imtina 
etməkdir. 


132 
 
Məzdakilərin  təlimi  də  sosial  problemləri  önə  çəkdiyinə 
görə  Azərbaycanın  tarixi  ərazisində  geniş  yayılmışdı.  Bu 
təlimin  ideya  mənbəyi  erkən  zərdüştlüyün,  maniçiliyin  və 
qnostisizmin  bəzi  ideyaları  olmuşdur.  Məzdək  və  onun 
davamçıları  düşünürdülər ki,  dünyanın  inkişafının əsasında iki 
– işıqlı və qaranlıq başlanğıclar arasında gedən mübarizə durur. 
Ədalət  Məzdəkin  təlimində  əsas  əxlaqi  prinsipdir.  Ümumi 
mülkiyyəti, bərabərçiliyi təbliğ edən məzdəkilər hesab edirdilər 
ki,  yaxşı,  Allaha  xoş  gələn  davranış  bir-birinə  dəstək  və 
yardımdan ibarətdir. Bununla belə bərabərlik prinsipi qullara və 
qadınlara aid edilmirdi. 
 
5.2.
 
Orta əsrlərdə etik baxışlar 
 
Saflıq  qardaşları”  cəmiyyəti  X  əsrin  ikinci  yarısında 
yaradılmışdı.  Onların  məqsədi  əhali  arasında  fəlsəfi  və  elmi 
bilikləri  yaymaq  idi.  Təşkilatın  üzvləri,  o  cümlədən  Əli  ibn 
Harun  əz-Zəncani  həm  də  etika  məsələlərini  araşdırmışlar. 
Hesab  olunurdu  ki,  dövlət  ədalət  rəmzidir  və  dövlət  başçısı 
müdrik  və  ədalətli  olmalıdır.  Vətəndaşların  mənəvi  durumu 
onların  savadlılıq  dərəcəsindən  asılıdır.  İnsanların  maddi  və 
mənəvi  tələbatları  cəmiyyətdə  bir-biri  ilə  toqquşduğu  üçün 
ziddiyyətlərə gətirib çıxarır. 
Ədalətsiz  cəmiyyətdə  qüsurlar,  şər  qüvvələr  artır;  belə 
bir  dövlət  dağılmalıdır.  Cəmiyyətdə  olan  sosial  bərabərsizlik 
insanların şəxsi qabiliyyətləri, həm də sosial şəraiti ilə müəyyən 
olunur.  İnsanlar  isə  həm  təbii,  həm  sosial  bərabərliyə 
malikdirlər  və  buna  layiqdirlər.  Allah  qarşısında  hamı 
bərabərdir.  Hakimiyyət  uğrunda  mübarizədə  insanlar  hədsiz 
dərəcədə qəddar və amansız olurlar. “Saflıq qardaşları” xüsusi 
mülkiyyətə  qarşı  çıxış  etməsələr  də,  var-dövləti  cah-cəlalı  ön 
plana  gətirib  onu  həyat  məqsədinə  çevrilməsinin  əleyhinə 
idilər.  Ədalətli  hökmdara  ölkə  vətəndaşları  da  uyğun  gəlməli, 
yəni  onlar  itaətkar  və  sözə  baxan  olmalıdırlar.  İdeal  dövlətdə 


133 
 
dövlət başçısı eyni zamanda imam, yəni ali ruhani şəxs, rəhbər 
olmalı  idi.  Müəyyən  mənada  ideal  cəmiyyətdə  din  deyildikdə 
fəlsəfə nəzərdə tutulurdu. 
Beləliklə,  qədim  yunan  cəmiyyətində  olduğu  kimi, 
“saflıq  qardaşları”  şəri  əsasən  insan  nadanlığı  və  cəhaləti  ilə 
əlaqələndirirdilər.  Onlar  düşünürdülər  ki,  maarifləndirmə  yolu 
ilə  insanların  şüurunda  və  qəlbində  xeyirxahlıq,  ədalətlilik, 
həqiqətə  meyllilik  kimi  keyfiyyətləri  aşılamaq  olar.  Əxlaqi 
amilin  rolunu  cəmiyyətdə  yüksək  qiymətləndirən  bu  alimlər 
hesab  edirdilər  ki,  insanların  əxlaqi  keyfiyyətləri  müəyyən 
dərəcədə  göy  cisimlərinin  hərəkəti,  ilahi  emosiya,  psixoloji 
amil,  coğrafi  və  sosial  mühit,  əmək  fəaliyyəti,  maarifçiliyin 
təsiri altında formalaşır və müəyyən edilir. 
İnsanda müxtəlif qüvvələr, o cümlədən bitkisəl, heyvani, 
zəkalı,  düşünən  və  mələkmisal  qüvvələr  qarşılıqlı  təsirdə 
olduğu üçün burada müxtəlif mənəvu keyfiyyətlər özünü biruzə 
verir  –  axmaq,  eqoist  və  yaxud  altruist,  ali  və  s.  Birinin 
artmasına,  digərinin  azalmasına  isə  insanın  yaşadığı  mühitin 
xüsusi  rolu  var.  İnsan  nəinki  təbiətin,  həm  də  cəmiyyətin 
övladıdır: “əxlaqi keyfiyyətlər biliklər kimi əmələ gəlir. Bunun 
sübutu  odur  ki,  cəsarətli  və  mərd  adamlar  arasında  böyüyən 
uşaqlar  həmin  keyfiyyətləri  özlərində  aşılayırlar.  lakin  qorxaq 
adamların yanında yaşayıb və böyüyən uşaqlar qismən olsa da, 
onların  axmaq  hərəkətlərini  götürürlər;  ümumiyyətlə, 
“insanların davranışı, xüsusiyyətləri onların gördüyü iş və həyat 
tərzi ilə müəyyən olunur”. 
İnsanda  əxlaqi  keyfiyyətlər  əbədi  deyil;  burada  daima 
yenilənmə  gedir,  xasiyyət  dəyişir,  yeni  xüsusiyyətlər  əmələ 
gəlir.  “Saflıq  qardaşları”  əxlaqi  şüurun  dəyişilməsini  qəbul 
edərək,  real  həyatda  insanlarda  yüksək  əxlaqi  keyfiyyətləri 
formalaşdırmaq  üçün  maarifləndirmə  və  tərbiyə  işlərində  fəal 
şəkildə iştirak edirdilər. Onlar qəti əmin idilər ki, mənfi əxlaqi 
keyfiyyətlər  bütövlükdə  təhsildə  və  tərbiyədə  yaranmış 
qüsurlarla bağlıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə