Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə49/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   110

149 
 
tədricən  dəyişilir:  istəklər,  sevinc,  qorxu,  hiddətlənmə  və  s. 
bunlara aiddir. Beləliklə, zəkanın mahiyyəti öz bölünməzliyini 
qorumaq şərtilə hər hansı bir dəyişikliyə həssas olmaqdır.  
Əvhədi  Marağai  (1274-1338)  Azərbaycan  müəfəkkir-
şairidir.  Onun  poetik  yaradıcılığı  ilə  yanaşı  həm  də  fəlsəfi 
fikrinin  parlaq  ifadəsi  olan  “Cam-e-cam”  (Cəmşidin  cəmi) 
əsəridir.  Bu  kitab  bir  növ  orta  əsrlər  dövrünün  fəlsəfi 
ensiklopediyasıdır.  Burada  həm  də  bir  sıra  etik  problemlər 
araşdırılır.  Çox  vaxt  təhlil  zamanı  sufi  təliminin  nəzəri  və 
praktik məsələlərinə müraciət olunur. 
Əvhədinin  fikrincə,  insan  ruhunun  zəka  tərəfi  ölməzdir, 
özü  də  bu  yalnız  xeyirxah,  fəzilətli  insanın  ruhuna  aiddir.  Bu 
insanın  bütün  hərəkətləri  və  əməlləri  mənəvi  paklanmaya  və 
intellektual 
kamilləşməyə 
istiqamələnmişdir. 
Beləliklə, 
xeyirxah  əməllərini  həyata  keçirən  insanların  ruhu  ölməzdir. 
Nadan, cəhalətdə olan insanların ruhu isə ölümə düçardır. İnsan 
elm  vasitəsilə  özünü  kamilləşdirməli,  yüksək  məqsədlərə  çan 
atmalıdır. Elm sahəsində çalışan adamlar mənən kamil olmalı, 
yüksək  amala,  əməksevərliyə,  çalışqanlığa  malik  olmalıdırlar. 
Alim  olmaq  istəyən  adamın  saf  qələmi  və  təmiz  xisləti,  azad 
ruhu  və  ləyaqətli  müəllimi  olmalıdır,  göylər  də  ona  yardımçı 
olmalıdır
1

Ali biliyə (yəni Allahın özünə aid olan biliyə) nail olmaq 
mümkündür, bununla belə yalnız vəhy həqiqəti birbaşa, mistik 
təcrübə  vasitəsilə  qavramağa  imkan  verir.  Varlığın  əsl 
mahiyyəti  həm  də  insana  olan  sevginin  sonsuz  qüvvəsidir. 
Sufilikdə  qəlb,  ürək  “mənəvi  ilahi  vergi”  olduğu  bəyan  edilir, 
bu da öz növbəsində insanın mahiyyətinin əsasını təşkil edir. 
İnsan  qəlbi  həm  ilahi  şüalanmanın  sığınacağı,  həm  də 
mistik  vəhyin  alətidir.  Ağıllı  olanı  yox,  arif  olanın  qəlbində 
yaranan sevgi Allahın dərki yolunda əsas vasitədir. Sevgi insanı 
Allaha  qovuşdurur.  Beləliklə,  insan  Allahın  bütövlüyünü  və 
mahiyyətini rasional yolla yox, duyğu, qəlb vasitəsilə qavrayır. 
                                                 
1
 История азербайджанской философии. Том 2. Баку: Элм, 2008, 640 с. 


150 
 
İnsanı sevgi bütövlükdə əhatə edir, “fəna” halına salaraq, məhv 
edir,  bununla  da  ilahi  varlığına  qovuşdurur.  Zəka  və  sevgi 
həqiqətin  dərkində  iki  pillə,  iki  səviyyədir.  Ağıl  xarici  olanı 
dərk  edə  bilər,  daxilə  nəzər  salmaq  imkanına  yalnız  sevgi 
malikdir,  bu  da  ekstaz,  cuşa  gəlmə  yolu  ilə  mümkündür. 
Nəticədə  dünyanın  əzəməti  ilahi  yaranışın  nəticəsi  olaraq 
insana verilir. 
Allaha yaxın olmaq, ona qovuşmaq üçün hər bir insan öz 
psixikasının  ən  dərin  qatlarına  müdaxilə  etməlidir  ki,  mənəvi 
kamillliyə nail ola bilsin. Bunun üçün xüsusi yol var, bu yolun 
məqamları  tövbə,  zühd,  səbr,  təvəkkül,  şükrdir.  Hər  bir 
məqamın  xüsusi  tələbləri  var  ki,  onlara  riyaət  olunmalıdır. 
Məsələn,  tövbə  zamanı  insan  tənhalığa  üstünlük  verməli,  ac 
qalmalı, susmalı, yuxusuz qalmalıdır. Zühd mərhələsində insan 
günaha batmamalı, artıq şeylərə tamah salmamalı, yaxşı geyim, 
mənzil,  qida,  qadınlardan,  hər  hansı  bir  istəkdən,  meyllərdən 
uzaq  olmalıdır  və  s.  Ən  əsası  özünü  hər  bir  şeydə 
məhdudlaşdırmalıdır.  Təvəkkül  zamanı  insan  bütün  ümidlərini 
ilahi  vəhylə  bağlayır.  Səbr  ən  böyük  sınaqdır.  Nəticədə  insan 
biganə  olmalı,  hər  bir  sınağı  səbrlə  qəbul  etməlidir.  Şükr 
mərhələsində insan həm qəlbən, həm zahirən öz minnətdarlığını 
ifadə etməyə bacarmalıdır. Bu zaman xeyirxah əməlləri həyata 
keçirməli, canla-başla gördüyü işə sadiq olmalıdır. 
Əvhədinin 
sosial-siyasi 
baxışlarında 
ədalətlilik 
probleminə böyük diqqət yetirilir. Ədalətli idareyi-üsul şəriətin, 
ədalətli  məhkəmənin,  qanunçuluğun  gözlənilməsini  nəzərdə 
tutur.  Özbaşınalıq,  zorakılıq  yolverilməz  hallardır.  Ədalətli 
idarəetmə  ilk  növbədə  əxlaqi  kamilliyi  və  hakimiyyət 
başçısının  daima  öz  üzərində  işləməsini  tələb  edir.  Hökmdar 
ədalətli, savadlı olmalı, öz yanında ədalətli və vicdanlı adamları 
işlətməlidir. 
İnsanın  tərbiyə  olunmasında,  böyüməsində  ailənin  və 
əməyin  rolu  müstəsnadır.  İnsan  ləyaqətini,  onun  həyatını 
qorumaq lazımdır. Hakim, başçı  mərhəmətli, əl  tutan, ədalətli, 


151 
 
var-dövlətə biganə olmalı, şərdən, zorakılıqdan uzaq olmalıdır. 
Bu  mənada  örnək  kimi  o,  Məhəmməd  peyğəmbərin  və  imam 
Əlinin  həyatını  misal  gətirir.  Məmurlar  öz  xalqına  canla-başla 
qulluq  etməli,  imkansızlara  kömək  etməli,  paxıl  olmamalı, 
qəlbən  saf  olmamalıdır.  İnsanın  gücü,  onun  şərəfi,  vicdanı  və 
şöhrəti fikir və əməllərin vəhdətindədir.  
Saadəddin  Mahmud  Əbdulkərim  oğlu  Şəbustəri  (1287-
1320)  yaşadığı  dövrün  ən  savadlı  və  qabiliyyətli 
mütəfəkkirlərdən  biri  sayılır.  Şəbustəri  bir  sıra  fəlsəfi 
traktatların,  poetik  əsərlərin,  tərcümələrin  müəllifidir.  Onun 
məşhur  poeması  “Gülşəni-i-raz”  bir  çox  dünya  dillərinə 
tərcümə  olunmuşdur.  Panteizm  fəlsəfəsinin  nümayəndəsi  olan 
Şəbustərinin  antropoloji  baxışlarında  insan  mərkəzi  yer  tutur. 
İnsan  öz  mürəkkəbliyi  və  möhtəşəmliyi  ilə  dünyaya  bərabər 
tutula bilər. 
Şəbustərinin  etik  və  sosial  baxışları  “Gülşən-i-raz”  və 
“Səadət-namə”  əsərlərində  öz  əksini  tapmışdır.  Təhlil  olunan 
məsələlər  sırasında  ədalətsizliyə,  zorakılığa,  ruhanilərin 
riyakarlığına qarşı sosial etiraz kimi məsələlər də vardır. İnsan 
cəmiyyət  üçün  də  yaşamalıdır.  Onun  qabiliyyətləri  və 
bacarıqları  həmin  istiqamətdə  sərf  olunmalıdırlar.  İnsanın  fəal 
həyat mövqeyi onun daima kamilləşməyə doğru hərəkət etməyə 
yardımçı ola bilər. Gözləmə möqeyi qəbul edilməzdir. 
Tərbiyə  məsələsinə  münasibətini  bildirən  mütəfəkkir 
göstərir  ki,  tərbiyədə  ən  yaxşı  vasitə  elmə,  müdrikliyə 
yiyələnməkdir.  Ağıllı  insanda  mənfi  xüsusiyyətlər  olmur. 
İnsana  ilk  növbədə  yüksək  mənəvi  dəyərlər,  o  cümlədən 
ədalətlilik,  vicdanlılıq,  comərdlik  aşılanmalıdır.  Ədalətli  insan 
başqa insana zərər vurmaz, xələl gətirməz. Cəmiyyətdə istibdad 
və  zorakılıq  hökm  sürürsə,  bu  adicə  bir  cəhənnəmdir. 
Müdrikliyi  öyrənən  insan  özündə  hissi  istəkləri  cilovlaya 
bilməlidir. Mərdlik də yüksək əxlaqi keyfiyyətdir. 




Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə