Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə79/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   110

240 
 
Nəhayət,  estetik  maraqlar  və  tələbatlar  haqqında  zövqü 
müəyyən  edən  suala  -  (insanların  xarici  görünüşündə  ilk 
növbədə  “sizi  nə  cəlb  edir”  sualına  qızlar  cavab  veriblər  ki, 
onları insanda gözəllik (gözlər, dodaqlar, əllər, bədən quruluşu, 
saçlar),  geyim  (ayaqqabılar.  təmizlik,  zinnət  əşyaları,  qeyimdə 
uyğınluq), bir də daxili aləmi ifadə edən əlamətlər (səmimilik, 
mehribanlıq, gülərüzlük, mədəniyyət, savad, ağıl, tərbiyə və s.) 
cəlb  edir.  Insanın  xarici  görünüşündə  oğlanların  diqqətini  ən 
çox  gözləri  cəlb  edir,  sonra  üzü,  ümumən  davranışı,  yəni 
hərəkətləri, biliyi, sadəliyi, intellekti, danışığı və s. Cavablardan 
görünür  ki,  qızlar  insanın  xarici  və  daxili  aləminin 
qiymətləndirilməsində daha diqqətlidirlər. 
Estetik  duyumu  aşkarlayan  daha  bir  imkandan,  yəni 
musiqidən istifadə etdik. Görünür ki, müsiqi bizim həyatımızın, 
xüsusilə  gənclərimizin  həyatının  vacib  bir  hissəsidir,  çünki 
qızların 
cavablarında 
tez-tez 
«ruhıımu 
oxşayır», 
«həyacanlandırır»,  “musiqisiz  həyatımı  təsvir  etmirəm”, 
«sakitbşdirir», «əla hisslər oyadır», сох yaxşı təsir bağışlayır», 
«mənəvi qidamdır» kimi ifadələrə rast gəlmək olur. Oğlanlar da 
qeyd ediblər ki, musiqi onları sakitləşdirir, həyacanlandırır, çox 
təsir  göstərir,  duyğulandırır,  həyatlarını  musiqisiz  təsəvvür 
etmirlər.  Lakin  onlardan  üçü  göstərib  ki,  “heç  bir  təsir 
göstərmir”, doqquzu isə pis təsir etdiyini qeyd edib. Ola bilsin 
ki,  pis  dedikdə,  həyacanlanmanı  nəzərdə  tııtublar.  Bəlkə  də 
onların estetik tərbiyəsində güsurlar var. 
Bədii  təxəyyülü,  xeyir  və  şər,  gözəllik  və  eybəcərlik 
haqqında  təsəvvürləri  inkişaf  etdirən  kinofilmlər  və  kitabların 
təsirini on iki nəfər oğlan inkar etdi. Qalanları təsdiqləsələr də, 
qeyd  etdilər  ki,  bu  kitabdan  və  filmdən  aslıdır.  Ümumiyyətlə, 
belə  bir  qənaətə  gəlmək  olar  ki,  tələbələr  heç  də  az  kitab 
oxumurlar. Qızların səkkiz nəfəri də bu təsiri inkar etdi. Qeyd 
edildi ki, bu kitabın məzmımundan asılıdır: daha çox romantik 
və  həyati,  sevgi  haqqında  kino  və  kitabların  təsirindən  söhbət 
gedir;  eləsi  var,  tez  unudulur,  eləsi  də  var  ki,  ömür  boyu 


241 
 
yaddaşda  qalır.  Belə  nəticə  çıxarmaq  olar  ki,  kitab  hələ  də 
gənclərin  həyatında  mühüm  rol  oynayır  (xüsusilə  qızların, 
çünki onlar kitabları oğlanlardan daha çox oxuyurlar). 
Gənclərin dünyagörüşünün formalaşmasında təqlidçiliyin 
rolu çox böyükdür. Qəhramanlıq obrazı həm kitabdan, həm də 
həyatdan  götürülür.  IOğlanların  zövgü  burada  çox  əhatəlidir: 
içində Tom Soyer, Robinzon Kruzo, Qladiator Maksimus, Don 
Juan,  Sezar,  Napoleon,  Stalin,  H.Əliyev  də  var.  Qızların 
sevimli  qəhramanları  sirasında  qadınlar,  nağıl  və  əsərlər 
qəhrəmanları çoxdur. Ata-anadan tutmuş Hitlerə qədər olan real 
şəxsiyyətlər göstərilsə də, çox ümumi xüsusiyyətlər qeyd edilir 
(namuslu,  savadlı,  alicanab  və  s.).  Bir  neçəsi  qeyd  etdi  ki, 
həyatda ümumiyyətlə qəhrəman yoxdur. 
Sevimli  aktyorlar,  idmançılar,  yazıçılar  haqqında  da 
tələbəbərin  fıkrini  öyrəndik.  Həm  Azərbaycan,  həm  də  Qərb 
nümayəndələrinin adları çəkildi. Qeyd edək ki, rus bölməsində 
oxuyan  qızlar  daha  çox  adları  qeyd  etdilər:  burada  rus, 
Azərbaycan, 
Qərb 
klassik 
ədəbiyyatı, 
kino, 
idman 
nümayəndələri göstərilmişdir. 
Beləliklə,  bu  kiçik  nümunə  əsasında  sosioloji  tədqiqat 
vasitəsilə  əxlaqi-mənəvi  dəyərlərin  insan  təfəkküründə,  o 
cümlədən  milli  mentallıq  səviyyəsində  oynadığı  rolu  necə 
qiymətləndirmək haqqında qənaətə gəlmək olar. 
İndi  başqa  bir  misala  keçək.  Burada  yuxarıda  qeyd 
etdiyimiz  monoqrafik  metoddan  istifadə  edilmişdir.  Etnik 
mənəvi  təfəkkürünün  inkişafında  təbii  və  ictimai  amillərin 
rolunu  araşdıraraq,  burada  ümumelmi  və  xüsusi  tədqiqat 
metodlarından  necə  istifadə  etmək  olar?  Kiçik  tədqiqat 
nümunəsini nəzərinizə çatdırırıq. 
Məlumdur ki, insan həyatı coğrafi mühitin inkişafı təsiri 
altında  formalaşır  və  inkişaf  edir.  Azərbaycan  etnosunun 
inkişafında da belə bir qanunauyğunluğu izləmək mümkündür. 
Təbiət  haqqındakı  təsəvvürlərdə  mifoloji  əsas  çox  güclüdür: 
təbiətlə  öz  «köhnə»  bağlılığını  insanlar  bir  çox  rituallar 


242 
 
(mərasimlər,  о  cümlədən  sehrli),  inanclar,  oyunlar,  atalar 
sözləri,  zərbi-məsəllər,  mahnılar,  nağıllar  və  s.  vasitəsilə 
dirçəldirlər. Məs., qədim yaz əkini bayramı olan Novruzda bir 
sıra zərdüştilik, animizm inanclarının qalıqları mövcuddur.  
Bu  cür,  öz  ilkin  mənalarını  çox  vaxt  itirmiş  qaydaları 
yerinə  yetirən  etnik  qrupun  nümayəndələri  əslində  özü-özünü 
yenidən təkrar bərpa edir, öz təşəkkülünü tapır. Bu prosesi çox 
qədim  tarixə  malik  olan  qədim  ovçuların  və  əkinçilərin  ritual 
rəqslərindən  yaranmış,  sonradan  səhnələşdirilmiş  xalq 
tamaşalarının  «repertuarlarına»  daxil  edilmiş  və  hal-hazırda, 
demək  olar  ki,  çox  az  göstərilən  «Kosa-kosa»,  «Çoban-yallı», 
«Qurd və qoyun», «Oyma», «Sayaçı» və digər qədim oyunların 
timsalında göstərmək olar. Qədim soşial  yaddaşı bir sıra digər 
rituallar  da  təmsil  edir:  «Qodu-qodu»,  «Səməni»,  «Daş  atma», 
«Qapı pusma» və s. Yazın gəlişinin «Sümük atma», «Dar-dar», 
«Atdandırma», «Yalağ qazma», «Çiling-ağac» və digər oyunlar 
ilə qarşılayırlar. 
Təbiət  haqqındakı  təsəvvürlərə,  mifoloji  şüurla  yanaşı, 
gündəlik  həyatda  istifadə  olunan,  adi  şüurda  əks  olunan 
müəyyən  informasiya  da  daxildir  (suya,  çörəyə,  torpağa, 
bitkilərə, ümumiyyətlə təbiətə hörmətlə, ehtiramla yanaşmaq və 
s.). 
İnsanın  və  təbiətin  qarşılıqlı  münasibətlərinin  daha  bir 
tərəfı  var:  insan  şüurunda  təbii  mühitin  estetik  və  rasional 
formalarda  əks  olunması.  Məs.,  qədim  dövrlərdən  tutmuş 
indıyə  qədər  azərbaycanlıların  bir  sıra  bayram  və  mərasim 
rəqsləri  (məs.,  Cəngi,  Yallı,  «Наlay»  və.  s.)  xor  mahnısı  ilə 
müşayiət  edilir.  Daha  bir  sıra  qaydalar  və  mərasimlər  saz 
musiqisi və aşıq nəğməsi ilə müşayiət edilir. Tarixi yaddaş həm 
də  bayatılarda  (müxtəlif  hallarda  ifa  olunan  lirik  şerlər), 
təsniflərdə.  muğamlarda  yaşayır:  məhz  bu  formada 
əcdadlarımız,  özlərini  əhatə  edən  aləmdən  (təbii  mühitdən) 
ilham alırdılar.  




Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə