Мцгяддимя



Yüklə 2,8 Kb.

səhifə81/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   110

246 
 
daha  sonra  -  feodal  münasibətləri  şəraitində  bütöv  ictimai 
orqanizmin,  bütöv  xalqın  ruhunun  formalaşması  üçün  belə 
proses  müsbət  rol  oynayırdı.  Dinin  əsas  qüsuru  -  insan  və 
dünyanın,  insan  və  insanın  qarşılıqlı  münasibətlərin 
qiymətləndirilməsində  ehkamçılıq  mövqedən  çıxış  etməsidir. 
Nəticədə  dini  ideyalar  cəhalət  və  irticanın  mənbəyinə,  bu 
ideyaların  təbliğatçıları    fanatizm  və  cəhalətin  rəmzlərinə 
çevrilir. 
Islam  dini  azərbaycanlıların  mənəvi  və  sosial  həyatında 
mühüm  rol  oynayır;  biz,  bir  müsəlman  olaraq,  digər  din 
nümayəndələrinə  qarşı  tolerantlıyıq;  islamçılıq  ideyaların 
ümumbəşəri və sinfı məzmunu var. Digər dinlərdə olduğu kimi, 
islamda  da  dini  ideologiya  və  praktika  müəyyən  mənada 
ziddiyyətlidir.  Bütün  bunlar  müxtəlif  təriqətlərin  yaranmasına 
və  yaşamasına  səbəb  olub.  Insanların  şüurunda  dinə  müsbət 
münasibət formalaşıb.  
Müsəlman  olmaq  ancaq  müəyyən  dini  ibadətlərə  riayət 
etmək  yox,  həm  də,  yeri  gələndə,  bir  xalqın,  bir  etnosun 
nümayəndəsi  olduğunu  düşünmək,  hansısa  ümumbəşəri 
normalara  zidd  olan  hərəkətin  qarşısını  almaq  deməkdir. 
«Müsəlmançılıq»  -borclu  qalmamaq,  yaxşılığa  yaxşılıq  etmək, 
fayda  götürmək  deməkdir.  Bir  çox  mənəvi  keyfiyyətlərin 
mövcud  olması  (həm  qadınların,  həm  kişilərin  davranışına  xas 
olan  təmkinlik,  ləyaqət,  ciddilik,  böyüklərə  ehtiram)  şəriətin 
ciddi  qaydalarına  əsrlər  boyu  əməl  edilməsi  ilə  bağlıdır. 
Müəyyən 
mənada 
bu 
keyfiyyətlər 
həm 
də 
icma 
münasibətlərinin, evcanlılığın, əcdadlara, nəslə hörmətin olması 
ilə bağlıdır. Yadellilərə, əcnəbilərə qarşı hiddət və ya aqressiya 
о  zaman  yaranır  ki,  bilavasitə  etnik  rahatlığa  (dilə,  əraziyə, 
inama, ənənələrə) qarşı təhlükə yaransın. 
Etnik təfəkkürdə hələ də çoxuşaqlılıq, erkən kəbinkəsmə 
ənənəsi  yaşayır.  Bunım  əsasında  sosial-iqtisadi  amillər  durur 
(əməyin  xarakteri,  aqlomerasiya  tipi,  üstəlik  tez-tez  baş  verən 
müharibələr,  basqınlar,  xəstəliklər  və  digər  səbəblər).  Tarixi 


247 
 
yaddaşda  spirtli  içkilərə  mənfi  münasibət  də  var;  islamın 
burada  müstəsna  rolunu  qeyd  etmək  lazımdır;  təəssüflər  olsun 
ki, xalqların həyat tərzi yaxşılaşdıqca, bir çox mənəvi ideallar, о 
cümlədən qeyd olunan stereotip də itir. 
Etnik  təfəkkürdə  «vasıtəçi»  rolunu  oynayan,  ən 
mürəkkəb  işarələr  sistemindən  biri  olan  dilin  rolu  çox 
böyükdür. Həm şifahi, həm yazılı formalarında dil, insanın özü-
özünə  və  dünyaya  olan  münasibətinə  hiss  edilmədən  təsir 
göstərir. Bir çox dillərdən, ləhçələrdən əmələ gəlmiş məlahətli, 
melodik, anlaşıqlı fonetik struktura malik olan Azərbaycan dili 
tezliklə  poeziya,  fəlsəfə  və  millətlərarası  ünsiyyətin  dilınə 
çevrildi.  Məlumdur  ki,  dünyaya  göz  açan  körpə  islənilən  dili 
öyrənə bilir; onun imkanları bu mənada tükənməzdir. Lakin, bir 
dili öyrəndikdən sonra təfəkkürdə sanki «buxov» yaranır: başqa 
dilləri  öyrənmək  imkanları  məhdudlaşır.  Məs.,  yapon  dilinin 
strukturu,  məntiqi-obrazlı  aparatı,  yaponiyalılar  tərəfindən 
Avropa  dillərin  öyrənilməsi  üçün  bir  əngələ  çevrilir. 
Azərbaycan  dilinin  bu  mənada  üslünlükləri  çoxdur:  əcnəbi 
dilləri biz böyük asanlıqla mənimsəyirik. 
Sözün  mənası  və  mahiyyəti  ilə  bağlı  olan  obrazlar, 
assosiasiyalar  insan  şüurunda  uzun  müddət  yaşayır. 
Azərbaycanlıların 
yaşadıqları 
ərazidə 
dil 
proseslərin 
təkamülünü  -  tarixi  şüurun  təkamülü  ilə  üst-üstə  düşüb  və 
əsrlərlə davam edib. 
Türk,  Ərəb,  Iran,  Slavyan,  Qərbi  Avropa  dilləri  - 
Azərbaycan  dilinə  müxtəlif  dövrlərdə  təsir  edib.  Qeyd  edilən 
hər  bir  dil  qrupu  insanların  dünyagörüşünə  mühüm  təsir 
göstərib və göstərməkdədir. 
Öz  dilini  itirən  azərbaycanlı  özünəməxsusluğunun  bir 
çox  elementlərini  itirir;  o,  dünyanın  poetikcəsinə  təsvir  edə 
bilmir,  öz  musiqisinə,  tarixinə,  şifahi  xalq  ədəbiyyatına, 
məişətin  adət  və  ənənələrinə  biganədir.  O,  bədii  ədəbiyyatın 
obrazlarını  və  ideyalarını  mənimsəyə  bilmir,  etnik  düşüncə 
tərzinin  mahiyyətini  başa  düşmür.  Dilin  ölümü  xalqın  tarixi 


248 
 
özünüdərkinin ölümünə bərabərdir. Bu problemin düzgün həlli 
etnik  dilin  dövlət  səviyyəsində  dirçəldilməsi  və  istifadəsi 
siyasətindədir. 
Şübhəsiz,  qeyd  olunan  amillər  azərbaycanlıların  etnik 
şüurunda baş verən proseslərin açıqlanması üçün kifayət deyil. 
Kütləvi  şüur  səviyyəsində,  bütün  nəsillərdə  tarixi  həqiqətlərin 
qavranılması  prosesi  gedir  (mənim  mənşəyim,  mənim 
mədəniyyətim,  mənim  dilim  və  s.).  Təəssüf  olsun  ki, 
azərbaycanlılarda öz tarixi keçmişi (həm uzaq, həm də ki, yaxın 
olanı), öz adət-ənənələri haqqında çox məhdud təsəvvürlər var. 
Bədii  təxəyyül,  bədii  yaradıcılıq  vasitəsilə  də  əxlaqi 
dəyərlərin  mahiyyəti  açıqlanır,  insan  şüuruna,  davranışına 
təsirliliyi  artır.  Gəlin  misallara  müraciət  edək.  Ələsgər 
Ziyatayın  tərcüməsində  görkəmli  Qazax  şairi  Kalijan 
Bekxojinin  “Afaqnamə”  əsərindən  bir  parçanı  gətirək:  Burada 
böyük Nizami öz oğluna nəsihət verir: 
Çeşmədi elm-içdikcə iç! Budur sənə vəsiyyətim. 
Nə sənəti seçirsən seç: tapdanmasın heysiyyətin. 
Boş-boşuna oturmaqdan hər peşənin adı xoşdur; 
Cənnətdəki bekarlıqdan, cəhənnəmin odu xoşdur. 
Şimşək kimi bircə kərə xoşdur yanıb parlayasan, 
Nəinki boş-bica yerə şam tək yanıb his yayasan
1

Burada  zəhmətkeşlik,  ləyaqət,  vicdanlılıq,  namus, 
şücayət kimi yüksək əxlaqi dəyərlər alqışlanır. 
Nəhayət,  müasir  psixoloji  tədqiqatlarda  etik  ideyaların 
təhlili  xüsusiyyətlərinə  müraciət  edək.  Bunun  üçün  bir  neçə 
metodikanın burada əxlaqi dəyərləri, istiqamətlənmələri, hisslər 
və  emosiyaları  necə  öyrəndiyini  izləyək.  Belə  bir,  çoxdan 
aprobasiyadan  keçmiş  Şubertin  riskə  hazirliq  dərəcəsinin 
diaqnostik metodikası var
2
. Bu metodikadan özünüz də istifadə 
edə bilərsiniz. 
 
                                                 
1
 Afaqnamə. B.: “MBM”, 2011. 318 s., s.79-80 
2
 Psixodiaqnostika. Metodlar və metodikalar. B.: 2014 




Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   110


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə