Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   61   62   63   64   65   66   67   68   ...   94

122 
 
Dram  Teatrının  profili  dəyişdirilərək  ona  Dövlət  Musiqili  Dram  Teatrı  statusu  verildi.  1992-ci  ildə 
Bakıda Bələdiyyə Teatrı da yaradıldı. 
Akademik Milli Dram Teatrında 1991-2006-cı illərdə "Tənha iydə ağacı", "Dəlilər və ağıllılar", 
"Hökmdar  və  qızı"  (İ.Əfəndiyev),  "Hara  gedir  bu  dünya",  "Özümüzü  kəsən  qılınc",  "Dar  ağacı", 
"Rəqabət" (B.Vahabzadə), "Dişi canavar" (Qarsia Lorka), "Qarağac altında məhəbbət" (Yucin O'nil), 
"Ah  Paris...  Paris",  "Mənim  sevimli  dəlim",  "Mənim  ərim  dəlidir",  "Poçt  şöbəsində  xəyal",  "Qatil" 
(Elçin),  "Pompeyin  Qafqaza  yürüşü"  (Nəriman  Həsənzadə),  "Şah  Edip"  (Sofokl),  "Burla  xatun" 
(N.Xəzri), "Bu dünyanın adamları" (Hidayət), "Kral Lir" (U.Şekspir), "Fərhad və Şirin" (S.Vurğun), 
"Aydın,  "Ədirnə  fəthi"  (C.Cabbarlı), "Eşq  və  intiqam"  (S.S.Axundov),  "Mesenat"  (Əli  Əmirli)  və  s. 
tamaşalar  oynanıldı.  Bu  tamaşaların  uğurlu  alınmasında  M.Fərzəlibəyov,  A.Kazımov,  Azərpaşa 
Nemətov, Bəhram Osmanov kimi rejissorların xidməti böyükdür. 
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1990-2006-cı illərdə Türkiyədə, Almaniyada, 
Rusiyada uğurlu tamaşalarla qastrol səfərlərində olmuş, bir sıra beynəlxalq teatr festivallarında iştirak 
etmişdir. 
Teatr  -  Akademik  Dram  Teatrı  (1922-1929),  Bədaye 
Teatrı  (1929-1935),  Dram  Teatrı  (1935-1950),  Akademik 
Dram  Teatrı  (1950)  adı  ilə  fəaliyyət  göstərmişdir.  1991-ci 
ildən  Azərbaycan  Dövlət  Akademik  Milli  Dram  Teatrı 
adlandırılır. 
Bakı  Azad  Türk  Tənqid-Təbliğ  Teatrı  rus  (1920), 
azərbaycan  (1921)  bölmələri  ilə  Bakının  teatr  həyatında 
mühüm  rol  oynadı.  Teatrın  təşəbbüsçülərindən  biri  və  ilk 
direktoru Hacağa Abbasov, baş rəssamı Əzim Əzimzadə idi. 
Teatrda  Azərbaycan  dramaturqlarının  kiçik  həcmli,  aktual 
mövzulu  əsərləri  tamaşaya  qoyulur,  rejissorlardan  Ələkbər 
Süheyli,  S.Ruhulla,  aktyorlardan  Əhməd  Qəmərlinski, 
Mirmahmud  Kazımovski,  Ağasadıq  Gəraybəyli  fəaliyyət 
göstərirdi.  Tamaşalar  Zülfüqar  Hacıbəyov  və  Asəf 
Zeynallının musiqisi ilə müşayiət olunurdu. 
Teatr 1925-1926-cı illərdə Türk İşçi-Kəndli Teatrı, 1927-1932-ci illərdə isə Bakı Türk İşçi Teatrı 
adlanırdı. Teatrın repertuarına "Ölülər", "Anamın kitabı" (C.Məmmədquluzadə), "Sevil" (C.Cabbarlı) 
və  başqa  milli  pyeslərlə  yanaşı,  tərcümə  əsərləri  də  daxil  idi.  Aktyorlardan  Kazım  Ziya,  Ələsgər 
Ələkbərov, Əjdər Sultanov, Ağahüseyn Cavadov, Fatma Qədri, İ.Talıblı, Ələkbər Seyfi, rejissorlardan 
Rza Darablı, David Qutman, rəssam Rüstəm Mustafayev çalışmışlar. 1932-ci ildə teatr Gəncə şəhərinə 
köçürülmüş, orada professional teatr sənətinin yaranması və inkişafında mühüm rol oynamışdır. 
Bakı Azad Tənqid-Təbliğ Teatrının rus truppası 1923-cü ildən Bakı İşçi Teatrı adı ilə fəaliyyət 
göstərmiş, 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı 
(1956-ci ildən S.Vurğun adına) adlandırılmışdır. 1925-1930-cu 
illərdə teatrın repertuarında çağdaş dramaturgiyaya xüsusi yer 
verilmişdir. 
1930-1940-cı  illərdə  teatrın  repertuarı  "Düşmənlər", 
"Həyatın  dibində"  (M.Qorki),  "Məkr  və  məhəbbət",  "Don 
Karlos"  (F.Şiller),  "İki  ağanın  bir  nökəri",  "Mehmanxana 
sahibəsi"  (Karlo  Qoldoni),  "Otello",  "Romeo  və  Cülyetta" 
(U.Şekspir) kimi əsərlərlə zənginləşmişdir. 
Teatrın  repertuarında  Azərbaycan  dramaturgiyasına  da 
geniş  yer  verilirdi  ["Sevil",  "1905-ci  ildə",  "Od  gəlini" 
(C.Cabbarlı),  "Xırs  quldurbasan"  (M.F.Axundzadə),  "Vaqif', 
"Xanlar"  (S.Vurğun)  və  s.].  Bu  illərdə  teatrda  rejissorlardan 
Sergey  Arsenyeviç  Mayorov,  Aleksey  Lvoviç  Qripiç, 
aktyorlardan  Borislav  Pavloviç  Baykov,  Naum  Adolfoviç 
Sokolov,  Aleksandra  Lavrentyevna  Suvirova  və  başqaları. 
fəaliyyət  göstərmişlər.  İmran  Qasımovun  "Xəzər  üzərində 


123 
 
şəfəq"  pyesinin  tamaşasına  (1950)  görə  rejissor  Məhərrəm  Haşımov,  rəssam  Sergey  Mitrofanoviç 
Yefimenko,  aktyorlardan  Konstantin  Mixayloviç  Myakişev,  Pyotr  Borisoviç  Yudin,  Viktor  Petroviç 
Şarlaxov, Boris Mixayloviç Çinkin SSRİ Dövlət mükafatına layiq görülmüşdülər (1951).  
60-cı  illərdə  teatrın  repertuarında  klassik  pyeslərlə  yanaşı,  çağdaş  dramaturqların da  əsərlərinə 
geniş yer verilmişdi.  
1970-1980-ci illərdə teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının əsərləri - "Komandorun 
addımları"  (V.Korostılyov,  Azərbaycan  SSR  Dövlət  mükafatı,  1972),  "Cinayət  və  cəza"  (Fyodor 
Mixayloviç  Dostoyevski),  "Kaliforniyada  dəfn"  (Rüstəm  İbrahimbəyov),  "Dairəni  genişləndirin" 
(İ.Qasımov), "Şəhərin yay günləri" (Anar), "Əldən düşmüş at" (1979, Fransuaza Saqan), "Şeyx Sənan" 
(1983, H.Cavid), "Dayaq nöqtəsi" (1984, R.Ağayev), "Premyera" (1984, L.Roseba), "Barbarlar" (1984, 
M.Qorki),  "Cavan  qadına  yaraşan  kişi"  (1985,  M.İbrahimbəyov),  "Vicdan  diktaturası"  (1986, 
M.F.Şatrov),  "Qaban"  (1987,  V.S.Rozov),  "Lanqust  gülüşü"  (1987,  C.Marrel),    "Qürub"    (1988, 
İ.Babli), "Səhər səmasında ulduzlar" (1988, A.Qalin), "Qətl günü" (1989, Yusif Səmədoğlu), "Şahzadə 
və  dilənçi"  (1989,  Sergey  Mixalkov), 
"Tamaşaçılar 
üçün 
baxmaq 
qadağandır"  (1990,  J.Marsan)  və 
başqaları  tamaşaya  qoyulmuşdur. 
Ayrı-ayrı illərdə teatrda rejissorlardan 
SSRİ  xalq  artisti  Mehdi  Məmmədov, 
Azərbaycanın xalq artistləri Gülcahan 
Güləhmədova-Martınova, 
Cənnət 
Səlimova,  RSFSR  xalq  artisti  Ənvər 
Behbudov,  Azərbaycanın  xalq  artisti 
Aleksandr  Yakovleviç 
Şarovski, 
aktyorlardan 
Azərbaycanın 
xalq 
artistləri  Kseniya  Lvovna  Babiçeva, 
Anatoli  Solomonoviç  Falkoviç,  Nina 
Dmitriyevna Sarnatskaya və başqaları 
işləmişlər.  80-ci  illərin  sonlarından 
teatrda aktyorlardan xalq artistləri Lev 
Lazareviç  Qruber,  Məlik  Dadaşov, 
Hacı  Murad  Yagizarov,  Qalina 
Borisovna  Koltunova,  Raxil  Solomonovna  Ginzburq,  F.Poladov,  Dina  İosifovna  Tumarkina,  Vera 
Karlovna  Şirye,  əməkdar  artistlər  Natalya  Bağırova,  Lyudmila  Semyonovna  Duxovnaya,  Vyaçeslav 
Petroviç Kovtun, İrina Aleksandrovna Perlova, Mariya Qriqoryevna Stepanova və başqaları fəaliyyət 
göstərirdilər. 
Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-
cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və 
rus bölmələri ilə) çevrildi. Hazırda M.F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet 
Teatrı adlanır. Teatrda milli əsərlərlə yanaşı, inqilabi və vətəndaş müharibəsi mövzusunda operalar da 
tamaşaya 
qoyuldu.
  Repertuarda 
klassik  operalara  da  geniş  yer 
verilirdi  ["Qaratoxmaq  qadın", 
"Mazepa" 
(P.İ.Çaykovski), 
"Sevilya  bərbəri"  (C.Rossini), 
"Toska"  (C.Puççini),  "Demon" 
(A.Q.Rubinşteyn), 
"Karmen" 
(J.Bize),  "Lakme"  (L.Delib), 
"Boris 
Qodunov" 
(M.P.Musorqski),  "Su  pərisi" 
(A.S.Darqomıjski),  "Tanheyzer" 
(R.Vaqner), "Aida", "Trubadur", 
"Traviata" 
(C.Verdi) 
və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə