Mehman ağayev


BÖYRƏK  XƏSTƏLİKLƏRİ  ZAMANI  PƏHRİZLƏR



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   97   98   99   100   101   102   103   104   105

 
333
BÖYRƏK  XƏSTƏLİKLƏRİ  ZAMANI  PƏHRİZLƏR 
 
Böyrək xəstəlikləri zamanı orqanın ifrazat funksiyasının pozulduğu 
və böyrək çatışmazlığı baş verdiyi üçün pəhriz seçimi xəstəliyin xüsu-
siyyətindən və böyrək funksiyasının pozulma dərəcəsindən asılıdır. 
Kəskin nefrit. Dietoterapiyanın əsas prinsipi xörək duzunun, züla-
lın, ətin və balığın ekstraktiv maddələri, meyvə və tərəvəzin efir yağ-
larının kəskin şəkildə məhdudlaşdırılmasından ibarətdir. Qəbul olunan 
mayenin miqdarı ya ötən gün ərzində ifraz olunan sidiyin miqdarına 
bərabər olmalı, ya da ondan 0.3-0.4 l çox ola bilər. Kəskin nefritin ağır 
gedişli formasında oliqo-anuriya və ödemlər müşahidə edildikdə 
xəstəyə yemək və maye qəbulu tam məhdudlaşdırılır: «aclıq və 
susuzluq» ilə müalicə aparılır. Sonra 2-3 günə  şəkər günləri təyin 
edilir: 150 q və 1.5-2 stəkan limonlu, açıq çay 4-5 dəfəyə verilir. Orta 
ağırlıqlı nefritlərdə  şəkər günləri xəstəliyin ilk günlərindən tətbiq 
edilir. Başqa karbohidrat – kartof, qarpız, kompot, üzüm yüngülləş-
dirmə pəhrizləri istifadə olunur. Yüngülləşdirmə günlərində xəstələrə 
maye verilmir. Sonra xəstə 3-4 günə 7 a stoluna keçirilir. Sonrakı 
dövrdə xəstənin vəziyyətinin yaxşılaşdığı təqdirdə - ödemlərin, yüksək 
atreial hipertenziyanın azalması, qanın və sidiyin analizlərinin 
yaxşılaşması baş verdikdə 10 gün ərzində 7 b stoluna və sonra 7 stola 
keçməyə imkan yaradır. 7 pəhrizlərin hamısında xörək duzu məhdud-
laşdırılır, zülalsız çörək istifadə olunur, rasion vitaminlərlə  zəngin-
ləşdirilir. Pəhrizin enerji qiyməti yağlar və karbohidratların hesabına 
doldurulur, amma kəskin nefrit allergik xəstəlik oldugu üçün şəkərin 
miqdarı məhdudlaşdırılır. Orqanizmin tam natrium və xlor ehtiyatları 
tükəndikdə, iştahasızlıq, zəiflik, ürəkbulanma baş verdikdə 20-25 
gündən sonra yeməyini duzlamaq üçün xəstəyə gündə 3-5 q xörək 
duzu verilir. Yeməklərin dadını yaxşılaşdırmaq üçün qida turşuları, 
ədviyyatlar, souslar və natriumsuz xüsusi duzlar icazə verilir.  
Xroniki nefrit zamanı böyrəklərin funksiyaları tədricən pozulur. 
Xəstəlik simptomsuz keçə bilər, yaxud da ödemlər, arterial hiperten-
ziya, proteinuriya və xroniki böyrək çatışmazlığı müşahidə oluna bi-


 
334
lər. Nefrotik sindrom ilə müşayiət olunan xroniki nefrit xüsusi bir 
forma təşkil edir. 
Remissiya dövründə olan xroniki nefrit zamanı ödemlər, arterial hi-
pertenziya, xroniki böyrək çatışmazlığı  və sidiyin müayinəsində bö-
yük dəyişikliklər olmadıqda 7 pəhriz stolu, xörək duzunun gündəlik 
qəbulu bir qədər azaldılmaqla (6-10 q) təyin olunur. Ayda iki dəfə 
yüngülləşdirmə günləri (karbohidratlar verilir, xörək duzu məhdudlaş-
dırılır) təyin olunur. Xəstəliyin kəskinləşməsi dövründə 7 a pəhrizə 
keçilir, yüngülləşmə günləri (şəkər, düyü, kompot, meyvə, tərəvəz, 
kartof) təyin edilir. Nefrotik sindrom və xroniki böyrək çatışmazlığı 
zamanı xüsusi pəhrizdən istifadə olunur. 
Nefrotik sindrom. Nefrotik sindrom zamanı  pəhriz aşağıdakı 
prinsip əsasında qurulur: 1) tam qiymətli zülalların miqdarının artırıl-
ması; 2) xörək duzunun miqdarının məhdudlaşdırılması; 3) sərbəst 
mayenin, xolesterinin, heyvani yağların,  şəkərin məhdudlaşdırılması; 
4) kalium və vitaminlərin artırılması. 7 pəhriz stolu təyin olunur, züla-
lın miqdarı  kəsmiyin, yumurta ağının, soyutma ətin və balığın hesa-
bına 120-125 q-a çatdırılır, bitki mənşəli yağlar artırılaraq, heyvan 
mənşəli yağlar azaldılır. Yeməyin dadını yaxşılaşdırmaq üçün ona li-
mon, tomat, gavalı və başqa şirələr qatılır, ədviyyatlar – dəfnə yarpağı, 
sirkə, zirə, şüyüd, cəfəri istifadə olunur. Yüngülləşdirmə günləri təyin 
edilir. Xörək duzunun məhdudlaşdırılması 1-1.5 ay davam edir və bu 
müddətdən sonra xəstəyə gün ərzində 4-5 q duzun istifadə olunmasına 
icazə verilir.  
Pielonefrit.  Pielonefrit zamanı  pəhriz təyin etdikdə sidiyin pH-i 
nəzərə alınır, onu dəyişməklə mikrobların inkişafı üçün dözülməz şə-
rait yaradılır. Sidiyin turş reaksiyasında pəhriz 6, qələvi reaksiya ol-
duqda pəhriz 14 təyin olunur. Sidik yollarını qıcıqlandıran məhsullar 
– tərəvəz, tərkibində efir yağları olan tərəvəzlər (soğan, sarımsaq, 
xren, turp), ədviyyatlar  pəhrizdən çıxarılır. Xəstələrə pəhriz 7 təyin 
olunur, çoxlu maye, təzə meyvə-tərəvəz verilir. 
Böyrəkdaşı  xəstəliyi. Böyrəkdaşı xəstəliyi zamanı dietoterapiyanın 
prinsipləri: 1) sidik yollarında çöküntü və daş  əmələ  gətirə bilən qida 


 
335
məhsullarını məhdudlaşdırmaq; 2) qidanın xarakterini dəyişməklə  sidi-
yin pH-i requlə etmək və bununla da sidik yollarında çöküntünün ya-
ranmasının qarşısını almaq və daşların həll olmasına nail olmaq; 3) çö-
küntüləri sidik yollarından çıxartmaq üçün çoxlu maye içmək. 
Oksaluriya zamanı tövsiyə olunan məhsullar: 
-
 
ət, toyuq, balıq orta miqdarda (gündə 100 q və ya 150-200 q 
günaşırı) qaynamış halda, bişirilmiş kolbasa, sosiska, yumurta, qay-
nadılmış ətdən və balıqdan salatlar; 
-
 
süd, qatıq, kəsmik, xama; 
-
 
piylər, kərə və bitki yağları; 
-
 
yarmalar: qarabaşaq, yulaf, buğda, arpa, makaron 
məmulatları, onlardan suplar; 
-
 
çörək: buğda, çovdar, un məmulatları; 
-
 
meyvə və tərəvəz, tərkibində oksalat turşusu az olmalı (xiyar, 
kələm, noxud, badımcan, balqabaq, mərci, ərik, banan və s); 
-
 
suplar, souslar; 
-
 
tərəvəzdən düzəldilmiş soyuq qəlyanaltılar, badımcan kürüsü; 
-
 
kompot, kisel, muss; 
-
 
çay, açıq südlü qəhvə, mors, kvas, mineral sular. 
Pəhrizdə azaldılır və ya tam çıxardılır: 
-
 
qaraciyər, böyrək, dil, beyin, duzlu balıq, paxlalılar; 
-
 
duzlu pendir;  
-
 
ispanaq, turşəng, göbələk, çiyələk, armud, lobya, duzlu 
tərəvəzlər, çuğundur, yerkökü, soğan, pomidor; 
-
 
ət, göbələk, balıq  bulyonu, sousu; 
-
 
duzlu qəlyanaltılar, konservlər, kürü, istiot, xardal; 
-
 
şokolad,  əncir, qara qarağat, qaragilə, konfetlər, mürəbbələr, 
qənnadı məmulatları; 
-
 
kakao, tünd qəhvə. 
Uraturiya zamanı tövsiyə olunan məhsullar (pəhriz 6): 
-
 
yağsız ət, balıq, quş günaşırı, soyutma şəklində; 
-
 
süd məhsulları: süd, qatıq, kəsmik, xama, pendir; 
-
 
yumurta, gündə 1 dənədən çox olmamaqla; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə