Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   93   94   95   96   97   98   99   100   ...   105

 
312
Hemodinamik konsepsiya da metabolik hipoteza ilə sıx əlaqədar 
olub diabetik qlomerulosklerozu böyrəkdaxili hemodinamikanın po-
zulması, yəni yumaqcıqdaxili hipertenziya, hiperfiltrasiyanın baş 
verməsi ilə əlaqələndirilir. 
İrsi nəzəriyyəyə görə DN-nin baş verməsinin səbəbi müxtəlif genetik 
faktorlarla əlaqələndirilir (arterial hipertenziyaya irsi meyllilik, kationla-
rın transmembran transportunun genetik çatışmazlığı, angiotenzinçevi-
rən fermentin sintezini requlə edən genlərin polimorfizmi və s.). 
DN zamanı böyrəklərdə baş verən morfoloji dəyişikliklər yaxşı 
öyrənilmişdir. Əsas  dəyişikliklər yumaqcıqlarda, böyrək arteriyaları 
və arteriolalarında baş verir. Bazal membranın qalınlaşmasından baş-
qa 4 cür dəyişiklik baş verir: bura düyünlü və diffuz forma qlomeru-
loskleroz, «kapsula damcısı» və «fibrionoid papaqcıqları» aiddir. 
Hazırda DN üçün patoqnomonik patomorfoloji dəyişiklik düyünlü 
qlomeruloskleroz hesab olunur ki,  bu da mezangial matriksin artma-
sı hesabına baş verir. Mezangial matriksin genişlənməsi xəstəliyin 
erkən mərhələlərindən, yumaqcığın dəstəyindən başlayır və yumaq-
cıqdaxili hidrostatik təzyiqin artması ilə izah olunur. 
Arteriya və arteriolalarda güclü zədələnmələr -  arterioloskleroz və 
hialinoz DN üçün xarakterik sayılan morfoloji dəyişikliklərə aid edilir. 
Müalicə. DN-nin klinikaya qədər dövrünün 1, 2 mərhələsində heç 
bir xüsusi müalicə aparılmır, amma qanda şəkərin səviyyəsi yaxşı 
nəzarətə alınır. Şəkərli diabetin  yaxşı tənzim olunduğu hallarda  DN 
geri dönə bilər. 
Müalicə ancaq mikroalbuminuriya mərhələsində aparılır və kar-
bohidrat mübadiləsinin kompensasiyası fonunda əsasən sistem hiper-
toniyanı  və böyrəkdaxili hemodinamikanı normallaşdırmağa yönəl-
dilir. Bu məqsədlə istifadə olunan preparatlardan AÇFİ-ə (kaptopril, 
enalapril, ramipril, perindopril, lizinopril və b.) üstünlük verilir. Bu 
dərmanların istifadəsinə əsas göstəriş davamlı mikroalbuminuriyadır. 
Hətta arterial təzyiq normal olsa belə bu preparatlar istifadə olunur, 
çünki sübut olunmuşdur ki, bu  dərmanlar daha güclü nefroprotektiv 
təsirə malikdir. 


 
313
Kliniki dövrdə əsas müalicə tədbirləri proteinuriya arterial hiper-
tenziya, YFS-nin azalması, hiperlipidemiya kimi pozğunluqların kor-
reksiyasına yönəldilir. Bu dövrdə (YFS 30 ml/dəq aşağı endikdə) 
antihiperqlikemik tabletlərdən imtina edilir, xəstələr qısa müddətli 
təsirə malik olan insulin preparatlarına keçirilirlər. 
Xəstələrə az zülallı (0,6-0,7 q/kq) pəhriz verilir və gündəlik qəbul 
olunan xörək duzunun miqdarı (3-5 q/gün) azaldılır. Arterial təzyiqi 
125/80 mm civə sütunundan aşağı salmaqla AÇFİ, selektiv beta-blo-
katorlar, angiotenzin II reseptorların  blokatorları istifadə olunur. 
Hiperlipidemiyanın korreksiyasına xüsusi diqqət yetirilir: ümumi 
xolesterinin qanda səviyyəsi 6,5 mmol/l çox (norma 5,5 qədər) və 
triqliseridlərin 2,2 mmol/l (norma 1,7 qədər) çox olduqda statinlər-
dən istifadə olunur. 
Kapillyar damarlarda başlanan sklerotik proseslərin qarşısını al-
maq üçün trental, doksilek istifadə olunur. Trentalın 2%-5 ml – 0,9% 
NaCl 200 ml məhlulda 90-120 dəqiqə  ərzində kurs şəklində, 10-20 
gün, vena daxilinə yeridilməsi nefroproteksik müalicənin tərkib his-
səsini təşkil edir. 
Antiaqreqant, antikoaqulyant preparatlar kimi sulodeksid,  klopi-
doqrel, aspirin-kardio istifadə olunur. Antioksidantlardan  vitamin E, 
A, C, selen və s. tətbiq edilir. 
Dərman bitkiləri bir tərəfdən şəkərli diabetin kompensasiyasına, di-
gər tərəfdən böyrəklərin funksiyasının yaxşılaşdırılmasına yönəldilir. 
Böyrək  əvəzedici terapiya YFS 10 ml/dəq. aşağı düşdükdə (qan 
plazmasında kreatininin səviyyəsi 600 mmol/l-dən az, yəni qeyri- 
diabet mənşəli XBÇ olan xəstələrdən fərqli olaraq diabet zamanı ak-
tiv üsullarla müalicə daha tez başlanır. Bu onunla əlaqədardır ki, şə-
kərli diabetdə XBÇ inkişaf etmiş  mərhələlərində xəstələrin somatik 
statusu daha ağır olur, çünki bu zaman mikro- və makroangiopatiya-
lar daha sürətli inkişaf edir. 
Profilaktika. Şəkərli diabetin metabolik pozğunluqları daha effek-
tiv və stabil korreksiya olunur. Şəkərli diabeti öyrənən Avropa qru-
punun məlumatına görə damar ağırlaşmalarının qarşısını almaq və 


 
314
həyatın yüksək keyfiyyətini təmin etmək üçün qlikemiyanın aşağıda-
kı göstəricilərini təmin etmək lazımdır: qanda şəkər ac qarına 5,1 – 
6,5 mmol/l (90 -120 mq %), yeməkdən 2 saat sonra – 7,6 – 9,0 
mmol/l (136 – 160 mq %); HBA1c – 6,2 – 7,0 %  (norma 6,1).  
 
   BÖYRƏKLƏRİN  AMİLOİDOZU 
 
Böyrəklərin amiloidozu orqanizmdə amiloidin əmələ  gəlməsi və 
daxili orqanlarda onun yığılması ilə xarakterizə olunan maddələr 
mübadiləsinin pozulması nəticəsində baş verən sistem xəstəliyin tə-
zahür formalarından biridir. Amiloidozla zədələnmə ən çox böyrək-
lərdə olmasına baxmayaraq başqa parenximatoz orqanlarda – qaraci-
yərdə, bağırsaqlarda, böyrəküstü vəzidə, dalaqda, ürək əzələsində və 
s. amiloid birləşməsinin çökməsi və onların funksiyalarının pozul-
ması müşahidə edilir. 
Hazırda amiloidoz ən çox yayılmış xəstəliklərdən biri olub, 0,3% 
əhalidə təsadüf olunur. 
Etiologiya. İkincili amiloidozun baş verməsinə səbəb olan xəstə-
liklər arasında vərəm və revmatoid artriti, xroniki irinli xəstəliklər 
(osteomielit, bronxoektaziya xəstəliyi), sifilis, limfoqranulomatoz, 
böyrək parenximasının, ağciyərin  şişləri, qeyri-spesifik yaralı kolit, 
Kron və Uippl xəstəlikləri, uzunsürən septik endokardit və s. göstər-
mək olar. Son illər qoca yaşlarda (70-80 yaşdan yuxarı) amiloidozun 
artması qeyd olunduğu üçün bəzi alimlər belə fikir yürüdürlər ki, ate-
romatoz dəyişikliklər amiloidin yığılmasına təkan verir. 
Bəzi ölkələrin  əhalisi arasında amiloidozun çox yayılması orada 
çox təsadüf olunan xəstəliklərlə əlaqədardır. Məsələn, Aralıq dənizi 
ətrafında periodik xəstəliyin yayılması nəticəsində baş verən böyrək 
amiloidozu, Portuqaliyada – sinir sistemi amiloidozu (portuqal ney-
ropatik amiloidoz və s.). 
Amiloidoz təşrihlərin 1-1,9%-i zamanı qeyd olunursa, böyrək 
amiloidozu isə böyrək xəstəliklərindən ölənlərin 1,5-5,5%-ni təşkil 
edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə