Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   89   90   91   92   93   94   95   96   ...   105

 
299
REVMATİZM
 
 
Revmatik proses 5% halda böyrək zədələnməsi ilə nəticələnir. Bu 
zaman böyrək zədələnməsi vaskulit formasında baş verir. Revma-
tizmin aktiv fazasında damarların iltihabi prosesi nəticəsində onların 
keçiriciliyi artır. Əsas dəyişikliklər paycıq arteriyalarında və gətirici 
yumaqcıq arteriolasında baş verir, sonrakı dövrdə onlarda sklerotik 
proseslər baş verir. 
İzolə olunmuş sidik sindromu revmatizm zamanı  ən müntəzəm 
təsadüf olunur, amma kəskin birincili revmatizmdə streptokok in-
feksiyası dövründə kəskin böyrək zədələnməsi keçici infeksion nef-
rit formasında ola bilər (E.M.Tareyevə görə infeksion böyrək). 
Təkrari revmatik  hücumlardan sonra latent nefrit baş verə bilər 
ki, bu zaman mülayim, daimi sidik sindromu (davamedici proteinuri-
ya, mikrohematuriya) müşahidə olunsa da xəstələrdə heç bir şikayət 
olmur. 
Revmatik diffuz qlomerulonefrit bütün QN arasında 0,67-1% təş-
kil edir. Bu QN zamanı müxtəlif variantlar: latent, hipertenziv, nef-
rotik qarışıq müşahidə olunur. Böyrəklərin qatılaşdırma funksiyası 
enir, nefroskleroz baş verir. 
Çox hallarda revmatik nefriti ürək çatışmazlığı  nəticəsində baş 
verən durğun böyrəkdən ayırmaq lazım gəlir. Durğun böyrək üçün 
eritrosituriya və sidik əlamətlərinin qeyri-stabil olması xarakterikdir. 
Revmatizm zamanı (ürək qüsuru olduqda) 1/3 halda təşrihdə böy-
rək infarktı tapılır. Çox zaman belə infarktların kliniki təzahürlər 
olunur. 
Revmatizm ilə xəstələrdə böyrək simptomları bəzən davamlı sep-
tik endokardit ilə əlaqədar olur (diaqnoz qanda törədicinin tapılması, 
antibakterial müalicənin effektli olmasına görə təsdiq olunur). 
Müalicə.  İlk növbədə revmatizmin müalicəsi aparılır, kiçik doza 
(30 mq/gün qədər) kortikosteroidlər təyin edilir. 
 


 
300
DÜYÜNLÜ  PERİARTERİİT 
 
Düyünlü periarteriit (DP) allergik vaskulitin bir forması kimi bir 
çox sistem və orqanların kiçik, orta diametrli damarlarının zədələn-
məsi ilə xarakterizə olunur. Böyrək zədələnməsi 70-80% halda rast 
gəlir. Əsasən kişilər 30-50 yaşda xəstələnirlər. 
30-50% DP xəstələrinin qanında avstraliya antigeni tapılır. Bu 
xəstəlikdə böyrək daxili damarlar (qövs, payarası, düz arteriyalar, 
yumaqcıqların gətirici və çıxarıcı arteriolaları, kapillyarlar, venalar), 
bəzən hətta  əsas böyrək arteriyası  zədələnir. Damarlardakı  dəyişik-
liklər produktiv, bəzən sklerozla bitən produktiv - destruktiv panvas-
kulit ilə başlayır, damar divarının qalınlaşması (xüsusən intimanın) 
baş verir, anevrizmlər əmələ gəlir, damar mənfəzi daralır, trombozla-
şır. Bu xəstəlik üçün böyrək infarktı patoqnomonikdir, sonra böyrək 
büzüşməsi baş verir. Bəzən böyrək zədələnməsi keçici sidik sindro-
mu və ya QN əlamətləri ilə xarakterizə olunur. 
Klinika.  Xəstəlik ümumi əlamətlər ilə  tədricən başlayır, qeyri-
düzgün hərarət, arıqlama, oynaq-əzələ ağrıları müşahidə olunur. Vis-
seral əlamətləri 5 qrupa bölmək olar: arterial hipertenziya ilə böyrək; 
abdominal; stenokardiya və ya miokard infarktı ilə keçən koronar; 
pnevmonit və ya bronx astması ilə təzahür edən ağciyər, polinevrotik 
sindromlar formasında təzahür edirlər. 
Laborator müayinələr arasında leykositoz, EÇS artması, bəzən 
eozinofiliya qeyd olunur. 
DP zamanı böyrək zədələnmələri  aşağıdakı kliniki variantlara 
ayrılır: 
Böyrəklərin latent formalı zədələnməsi xəstəliyin xoşxassəli gedi-
şi zamanı müşahidə olunur. 
İzolə olunmuş sidik sindromu zamanı xəstədə ancaq proteinuriya 
(1 g/gün), mikrohematuriya müşahidə olunur. Bu forma xoş gedişə 
malik olub  proqress etmir. 
Arterial hipertenziya sindromu. 45-80% təsadüf olunur.  
Nefrotik sindrom az təsadüf olunur. 


 
301
Xəstəliyin gec təsadüf olunan formalarına anevrizmanın partlama-
sı, böyrəkətrafı hematoma və bədxassəli tubulopatiya aiddir. Axırıncı 
forma poliuriya (gündə 10 l) elektrolit balansının pozğunluğu, asidoz 
ilə xarakterizə olunur. 
Diaqnostika. Xəstəliyin diaqnostikası üçün daxili orqanların qara-
ciyər, ağciyər, böyrəklər və  dərialtı düyünlərin punksion biopsiyası 
aparılır. Arterioqrafiyanın, radioizotop müayinə, klirens testlərin kö-
məyi ilə diaqnozu qoymaq olur. 
Müalicə. DP müalicəsində  hazırda kortikosteroidlər, immunodep-
ressiv preparatlar, 4-aminoxinolonlardan istifadə olunur və adekvat 
simptomatik terapiya aparılır. 
 
BÖYRƏKLƏRİN  PODAQRA  ZAMANI  ZƏDƏLƏNMƏSİ 
 
Podaqra – xroniki, proqressedici xəstəlik olub, purin metaboliz-
minin pozulması və bədəndə artıq miqdarda sidik turşusunun artması 
və uratların (sidik turşusunun mononatrium duzu) dayaq-hərəki apa-
ratda və daxili orqanlarda, əsasən böyrəklərdə çökməsi və bu orqan-
ların sistemli şəkildə zədələnməsidir. Xəstəlik üçün hiperurikemiya, 
podaqrik artrit, böyrək interstisiyasının və damarlarının zədələnməsi, 
böyrəkdaşı xarakterikdir. Podaqra zamanı böyrəklərin zədələnməsi 
30-80%, hətta bəzi müəlliflərə görə 100% halda müşahidə olunur. 
Xəstəlik purin mübadiləsinə  təsir edən bəzi irsi deffektlərlə  və ali-
mentar faktorlarla əlaqədar baş verir. Hiperurikemiya və podaqra 
eyni məfhum deyildir. Hiperurikemiya hədəf orqanlarda kristallizasi-
ya və leykositar infiltrasiya baş verdikdə podaqraya transformasiya 
edir. Urikemiyanın aşağı  həddi haçan ki, podaqra baş vermir, təyin 
olunmamışdır, amma yüksək hiperurikemiyanın risk faktoru olması 
sübut edilmişdir. Belə ki, hiperurikemiya səviyyəsi 0,54 mmol/l 
olduqda 90% müayinə olunmuşlarda podaqrik artrit aşkar edilir, am-
ma urikemiya 0,42 - 0,48 mmol/l olduqda ancaq 17,3% xəstələrdə 
ağırlaşma qeyd olunur. Çoxsaylı klinik müayinələrə  əsasən kişilər 
üçün urikemiyanın yüksək həddi 0,36 mmol/l, qadınlar üçün 0,32 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə