147
3.
Sidiyin ümumi müayinəsi, Zimnitski, Neçiporenko sınaqları,
kreatininin klirensi;
4.
Qanın biokimyəvi müayinəsi – sidik cövhəri, kreatinin, elektro-
litlər, qələvi-turşu müvazinəti, bilirubin, ümumi zülal, xolesterin,
triqliseridlər, qlyukoza, ALT, AST, hepatit B, C, İİV, sitomeqa-
lovirus, venerik xəstəliklərə görə testlər;
5.
Mantu sınağı;
6.
EKQ, kardioloqun müayinəsi;
7.
Qarın boşluğu orqanlarının USM;
8.
Döş qəfəsinin rentgenoqramması;
9.
Dişlərin və başqa mümkün infeksiya ocaqlarının
sağlamlaşdırılması;
10. Qastroskopiya (lazım olduqda);
11. Sistoqrafiya;
12. İmmunoloji müayinə;
13. Əsnək möhtəviyyatının və sidiyin əkilməsi.
Böyrək xəstəliyinin ilkin diaqnozu dəqiq təyin olunmalı, sidik
yollarının infeksiyası, sidik kisəsinin disfunksiyası, sistem xəstəlik-
ləri aşkar edilir. Dəqiq fizikal müayinə nəticəsində ürək-damar,
mədə-bagırsaq, sidik-cinsiyyət xəstəlikləri aşkarlanmalı, agciyərlərin
funksional vəziyyəti aydınlaşdırılmalı, karies dişlər daxil olmaqla
infeksiyanın potensial mənbəyi tapılmalıdır. Xəstə yaxın, uzaq nəti-
cələr və ağırlaşmalar haqqında məlumatlandırılır. Qadınlar üçün ha-
miləlik testi aparılır.
Obstruksiyası və ya sidik kisəsi-sidik axarı reflyuksu olan xəstə-
lərdə sistoureteroqrafiya aparılır. İkitərəfli nefrektomiya hazırda az
hallarda, o da xüsusi göstərişə görə, aşağıdakı hallarda aparılır: sidik
yollarının davamedici infeksiyası, ağrı sindromu, infeksiya, qanaxma
ilə müşayiət olunan böyrək polikistozu, böyük ölçülü böyrəklər, sidik
kisəsi-sidik axarı reflyuksu, Qudpasçer sindromu olduqda. Qalça
arteriyasının vəziyyətini dəqiqləşdirmək üçün (stenoz, kalsifikasiya)
aşağı ətrafların Doppler müayinəsi və lazım olduqda aorta-qalça
seqmentinin arterioqrafiyası edilir.
148
Resipientin qan qrupu ABO sistemi üzrə təyin edilir. İnsan Ley-
kosit Antigen sistemi A, B, C və DR lokusları üzrə müayinə olunur.
Böyrəkköçürmədə ABO sistemi üzrə uyğunluq mütləq vacib şərtdir,
çünki hətta ailə üzvləri arasında bu şərti gözləməyib transplantasiya
etdikdə nəticə yaxşı olmur. Anticisim sensibilizasiyası resipient zər-
dabında T və B limfositlərə qarşı sitotoksik anticisimlərin təyin olun-
ması ilə ölçülür. Pasientin güclü sensibilizasiyası krossmatçı mənfi
meyit böyrəyinin tapılması müddətini uzadır. Böyrəkköçürmədən qa-
baq son T (və bəzən B) krossmatçı aparılır, donor üçün spesifik anti-
cisimlər identifikasiya olunur. Bu testin mənfi olması ildırımsürətli
rəddetmə sindromunun baş verməyəcəyinin göstəricisi sayılır.
Əməliyyatönü hazırlıq böyrəkköçürmədən qabaq xəstənin vəziy-
yətinin optimizasiyasına xidmət etməlidir. Əməliyyatdan 6-12 saat
əvvəl xəstəyə hemodializ aparılır, qələvi-turşu və elektrolit müva-
zinəti normalaşdırılır. Hipotenziv dərmanların qəbulunu xəstələr da-
vam etməlidirlər. ÜİX olan pasientlərə (çox halda sol koronar arteri-
ya zədələnir) əməliyyata qədər revaskulyarizasiya və ya angioplasti-
ka edilir. Əksər xəstələrdə anemiya (Hb səviyyəsi 60-80 q/l) olması-
na baxmayaraq onlar anesteziyanı yaxşı keçirirlər və ona görə də
əməliyyatdan qabaq qan köçürmək zəruri sayılmır.
Cərrahi əməliyyat kimi texniki cəhətdən böyrəkköçürmə əksər
mərkəzlərdə standart prosedura kimi yerinə yetirilir. Adətən sol
böyrək sağ qalça çuxuruna yerləşdirilir. Böyrək venası ümumi qalça
venasına uc-yan, böyrək arteriyası isə ümumi qalça arteriyasına uc-
yan anastomoz qoyulur. Sidik axarı sidik kisəsinə xarici
ureterosistoneostomiya üsulu ilə birləşdirilir (şəkil 17).
Əməliyyatdan sonrakı dövrdə böyrəyin işemiya müddəti qısa
olduqda o revaskulyarizasiyadan bir neçə dəqiqə sonra sidik ver-
məyə başlayır. Diri donordan götürülmüş böyrəkdən fərqli olaraq,
meyitdən götürülmüş böyrəyin transplantasiyasından sonra 40%-ə
qədər halda kəskin kanalcıq nekrozu müşahidə edilir. Diurezin 100-
1000 ml/saatdan yüksək olmasına səbəb transplantatın osmotik yük-
lənməsi, su və elektrolitlərin bədəndə artıq olması və transplantatın
proksimal kanalcıqlarının işemiyaya uğramasıdır.
Şəkil17. Böyrək transplantasiyasının sxemi.
Erkən əməliyyatdan sonrakı dövrdə ifraz olunan sidiyin miqdarına
görə adekvat olaraq bədənə məhlullar yeridilir, bəzən hətta diurezi
saxlamaq məqsədi ilə sidikqovucu da tətbiq edilir. Məhlulun qeyri-
adekvat yeridilməsi oliquriya və böyrək funksiyasının pozulmasına sə-
bəb ola bilir ki, bu da vaxtında ayırma sindromunun, sidik yollarının
obstruksiyasının və damarların oklyuziyasının aşkar olunmasına mane
olur. Əksinə, transplantatın minimal funksiyası zamanı mayenin artıq
yeridilməsi durğun ürək çatışmazlığının baş verməsinə səbəb olur. Belə
hallarda hiperkaliemiya müşahidə olunur, ona görə kaliumun plazmada
səviyyəsinin monitorinqi vacibdir və pozğunluqlar tez aradan qaldı-
rılmalıdır. Bədəndə mayenin qıtlığı 0,45% natrium xlorid məhlulu və
qanda şəkərin səviyyəsindən asılı olaraq 5% qlyukoza məhlulu ilə
aradan qaldırılır. 12-48 saat əməliyyatdan sonra yeridilən mayenin
149
150
miqdarı tədricən azaldılır və bu sidiyin həcminin normaya qayıtmasına
qədər davam etdirilir, çünki yeni köçürülmüş böyrək sidiyin miqdarını
requlə etmək qabiliyyətini itirmiş olur.
Sidik kisəsində Foley kateteri 3-5 gün saxlanılır. Retroperitoneal
əməliyyat yolu istifadə olunduğu üçün bağırsaqların parezi minimal
dərəcədə olur. Ona görə anesteziyadan ayılandan sonra xəstə qida
qəbul edə bilər. Arzusu olduqda birinci gündən xəstə ayaq üstə qal-
xıb yeriyə bilər. Cərrahi əməliyyat zamanı və sonrakı 24-48 saat
ərzində yara infeksiyasının profilaktikası məqsədi ilə antibiotik
(sefazolin) təyin olunur. Sonrakı dövrdə (6 aya qədər) kiçik dozada
biseptol (480 mq/gün) təyin etməklə sidik yollarının infeksiyasının
profilaktikası məqsədi güdülür və həm də Pneumocystis carinii
pnevmoniyasının universal müdafiəsini təmin etmək olur. Kandi-
dozun profilaktikası üçün nistatin istifadə olunur. Sitomeqalovirus
infeksiyası olduqda asiklovir, qansiklovir tətbiq edilir. Antasid, H
2
-
reseptorlarının blokatorları mədədə xora əmələgəlmə prosesinin qar-
şısını almaq məqsədi ilə transplantasiyadan sonrakı dövrdə və ya
ayırma sindromu baş verdikdə təyin olunur. Siklosporin alan əksər
xəstələrdə arterial hipertenziya müşahidə olunur və ona görə diure-
tik, kalsium antaqonistləri və vazodilatatorlardan istifadə olunur.
Əməliyyatdan sonrakı dövrün ağırlaşmasız getdiyi halda diri-do-
nor transplantasiyasından 3-5 gün, meyit-donor transplantasiyasın-
dan 7-15 gün sonra böyrəklərin fəaliyyəti normal göstəricilər həddi-
nə çatır. Bu zaman böyrək funksiyasının pozulmasına səbəb kəskin
və çox kəskin ayırma sindromu, kəskin tubulyar nekroz, siklosporin
nefrotoksikliyi, transplantatın damarları və ya sidik axarı tərəfindən
ağırlaşmalar (oklyuziya və obstruksiya) və qəflətən inkişaf etmiş şə-
kərli diabet ola bilər. Vaxtında aparılmış USM, radioizotop skanlama
və dupleks-dopller skanlama, translantatın perkutan biopsiyası həl-
ledici məlumatları almağa və diaqnozu qoymağa kömək edir.
İmmunosupressiv müalicə kimi hazırda azatioprin və ya Sellsept,
prednizolon və siklosporinin kombinasiyasından istifadə olunur.
Azatioprin 1-3 mq/kq/gün dozada başlanılır, leykositlərin periferik
Dostları ilə paylaş: |