Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
67
müddət həmin sahədə fəaliyyət göstərdim. Qısa müddətdə Milli
qəhrəmanımız Şirin Mirzəyevin göstərişi ilə moyor Əliyev
Mustafa həmin hərbi hissəyə, həmin tabora komandir təyin edildi.
Mustafa müəllim zabit idi. Hərbi mənimsəmiş, ziyalı, texniki,
taktiki döyüşləri bilən bir şəxs idi. Bəli tabora komandir təyin
ediləndən sonra bir müddət müəyyən çətinliklərimiz də var idi və
beləliklə Milli qəhrəman Şirin Mirzəyevin göstərişi ilə həmin
təlim-tədris taboruna kapitan İbad Əlif oğlu Həsənov qərargah
rəisi təyin edildi. Bir müddət, İbad Həsənov taborda fəaliyyət
göstərdi. Burada texniki döyüş, taktiki döyüş, təkbətək döyüş,
fiziki hazırlıq işləri yerinə yetirilirdi və 1992-cü ilin may ayında,
əgər səhv etmirəmsə, mart ayında batalyonun komandiri Əliyev
tərəfindən göstəriş verilir ki, tədris batalyonuna iki şəxs təyin
edilmişdir. Alay komandirinin sərəncamı ilə mən o şəxsləri qəbul
etdim, yoldaşlarla görüşdüm. Bir zabit kimi öz vəzifəmi yeninə
yetirdim. Fikrət Nəbiyevi, Kamil Qədimovu hərbi geyimlə təmin
etdim və məruzə etdim ki, yoldaş mayor, yoldaşlar lazımı
geyimlər aldılar və hərbi hissədə xidmətə başladılar. Mən Fikrətin
hərbi hissədə xidmətini belə qeyd edə bilərəm. Fikrət Nəbiyev
sağlam ruhlu,sağlam düşüncəli, sağlam əqidədə olan bir şəxs idi.
Qarabağın erməni faşizmi işğalından azad olmasını qarşısına
məqsəd qoymuş və döyüşə atılmışdı. O tədris batalyonuna
sərəncamla gəlmişdi. Fikrət Nəbiyev fiziki, mənəvi hazırlığa,
vətənpərvərliyə çox gözəl dərslər, saatlar ayırırdı və
gənclərimizin sağlam ruhda, sağlam əqidədə inkişaf etməsi üçün
qarşısına qoyduğu məqsədə çatdırırdı. Fikrət Nəbiyev, İbad
Həsənov, Mustafa Əliyev haqqında çox danışmaq olar.
Ümumiyyətlə tədris batalyonunun şəxsi heyəti haqqında çox
geniş danışmaq olar. Düzdür hal –hazırda mənim üçün danışmaq
çox çətindir. Amma Fikrət Nəbiyev haqqında bir neçə yaxşı
fikirləri sizə çatdırmağı özümə borc bilirəm. 1992-ci ilin iyul ayı
idi. Alay komandiri Şirin Mirzəyevin göstərişi ilə həyəcan siqnalı
verildi. Həyəcan siqnalndan sonra qərargah rəisi Həsənovun
rəhbərliyi altında 35-40 nəfər əsgər Qaralar, Əlağalılar
istiqamətində döyüşə göndərdi, yəni erməni silahlı qüvvələri
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
68
Qaralar, Əlağalılar kəndinə keçmişdi. İbad Həsənov həmin o 35-
40 nəfərlə iki gün həmin kənd uğrunda gedən döyüşlərdə
fəaliyyət göstərmişdi. Hərbi hissənin alay komandiri polkovnik -
leytenant Şirin Mirzəyev tabora həyəcan siqnalı verdi. Taborun
ikinci bölüyü həyəcan siqnalına qaldırıldı. Bölüyün rota ko-
mandiri Kamil Qədimovun rəhbərliyi ilə şəxsi heyət hazır oldu.
Mustafa Əliyevin göstərişi ilə Fikrət Nəbiyev həmin bölüyə
rəhbər təyin edildi ki, bölüyü döyüşə aparsın. Fikrət Nəbiyev
Əliyevdən əmri alandan sonra xahiş etdim ki, mən də onlarla
birlikdə döyüşə gedim. O, mənə icazə vermirdi. Amma mən israr
edəndən sonra axırda dedi: «Buyur get». Mən Fikrət haqqında
bunu deyə bilərəm ki, Fikrət düşmən gülləsi qarşısında dik gedən
bir oğlan olub. Və biz Əlağalılar kəndinin alt hissəsinə çatanda
orada bizi Şirin Mirzəyev qarşıladı, bizə hər şeyi başa salıb
göstəriş verdi. Fikrət sərəncamı alandan sonra həmin bölüyü
döyüşə səslədi. O zaman tanklar geri qayıdırdılar. Şirin
Mirzəyevin göstərişi ilə Fikrət Nəbiyev həmin tankların qaytarıl-
masına səy göstərdi. O tanklar geri qaytarıldı. Şirin Mirzəyevin
sərəncamı ilə Fikrət Nəbiyev, Kamil Qədimov və mən tankın qa-
bağında düşmənin üzərinə gedirdik. Yadımdadır ki, biz güclü
müqavimətə rast gəldik. Ermənilər həddindən artıq müqavimət
göstərirdilər. Fikrət dik gedirdi. Yaxınlaşıb dedim: «Komandir
sənə güllə dəysə heç nə. Vətən uğrunda şəhid olarsan. Amma səni
burdan çıxarmaq çətin olacaq. Sən çox qüvvəli adamsan. Ko-
mandir, qanunlara riayət elə dik getmə, aşağı əyil». Amma o buna
məhəl qoymadı. Şirin Mirzəyevin ardınca dik getdi. Fikrət Şirin
Mirzəyevdən dərs almışdı. Onun təlimini keçmişdi.
Umumimilli liderimiz, mərhum prezidentimiz Heydər
Əliyevin siyasətini davam etdirən prezident İlham Əliyev
cənabları nə vaxt döyüşə çağırsa biz, yəni bütün o tədris bata-
lyonu Qarabağ uğrunda, Azərbaycan torpaqlarının azad edilməsi
uğrunda yenə də döyüşə getməyə hazırdır.
Təəssüf ki, bu bizim ürəyimizdən keçən arzulardır. Çox
şükürlər olsun ki, silahlı qüvvələrimiz çox güclüdür. Amma
məsələ burasındadır ki, biz bir zabit kimi, keçmiş döyüşçü kimi,
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
69
Vətəni, millətini sevən bir şəxs kimi bu bizim borcumuzdur. Səhv
etmirəmsə, avqust ayı idi. Taborun axşam yoxlanışından sonra
mayor Əliyev tərəfindən göstəriş alındı ki, hər bir sahənin
rəhbəri, yəni təhcizat –təminat komandirinin müavini, qərargah
rəisi, şəxsi heyət komandlirinin müavini sabaha öz təlimatlarını
bildirsinlər. Bəli mən öz yataq və iş otağıma çəkilib sabahkı gün
haqqında tabeliyimdə olan gizir Vüqar Gərayevlə və çavuş
Ağalar Cəfərovla birlikdə sabah üçün plan tərtib edirdik. Bu anda
biz bir güllə səsi eşitdik. Hərbi hissənin növbətçisi gəldi və dedi
ki, bir naməlum, nömrəsiz UAZ maşını içində 5 nəfər silahlı
hərbi hissənin komandiri Əliyev Mustafanı tələb edirlər. Bəli bu
vaxt növbətçi komandirə müraciət etdi. Komandir zabitlərlə hərbi
hissənin postuna getdi və bir qədər sonra mən səs eşitdim. İş
otağından çıxıb gördüm ki, Fikrət Nəbiyev bir nəfərlə əlbəyaxa
olub, silahlı bir adamla döyüşür. Nəbiyev o şəxsin əllərini tut-
muşdu. Onun əlindən silahı almamışdısa da, onu müqavimətdən
salmışdı. Fikrət Nəbiyev Mustafa Əliyevə qarşı edilən bu terrorun
qarşısını aldı. Yəni öz vətənpərvərliyi ilə, o öz komandirini real
təhlükədən, real ölümdən qurtarmışdı. Və bunu qeyd etmək
vacibdir ki, mən onun etdiklərinin canlı şahidiyəm. Fikrət
Nəbiyev haqqında çox danışmaq olar. Mustafa Əliyev haqqında
çox danışmaq olar. Ümumiyyətlə tədris batalyonu haqqında çox
danşmaq olar. Fikrət Nəbiyevin Azərbaycan xalqı qarşısında,
Dağluq Qarabağ qarşısında böyük fəaliyyətləri olmuşdu. Fiziki
hazırlıqda sağlam ruhda, sağlam tərbiyə almışdı Fikrət müəllim.
Azərəbaycan Respubliasının Prezidenti cənab İlham Əliyev
Azərbaycan dövləti adından Fikrət Nəbiyevə fəxri ad verməsini
arzu edirəm. Düşünürəm ki, Fikrət Nəbiyev öz halal dəyərini ala-
caqdır. Xalq qarşısında mən qeyd edirəm ki, əgər yenə də döyüşə
çağrılsaq, Fikrət Nəbiyev öz elmi işini qoyub yenə döyüşə
getmək, silaha sarılmaq istəyən bir adamdır. Mən bunları qeyd
etməyi özümə borc bildim.
Kamil Qədimovun dediklərindən: Şəfayət müəllim çox
düzgün qeyd elədi. Mən bu gün özümü xoşbəxt hesab edirəm ki,
keçmiş döyüşçülərimizlə birlikdə bir stol arxasında oturmuşuq,
Dostları ilə paylaş: |