Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
73
faciəsini yenidən yaşayardıq. Biz həqiqəti deməliyik. Xocalı
faciəsi bizim də başımıza gələ bilərdi. Amma bizim
qəhrəman
Fikrət kimi Şəfayət kimi, Şirin Mirzəyəv kimi, İbad kimi
oğlanlarımız var idi. Biz erməniləri qovduq. Bizim orada nə
qədər əskərlərimiz həlak oldu, amma Allah Təala bizə ölüm
yazmayıbmış. Hətta mənim şahidim də var ki,
Fikrət müəllim
buna şahiddir ki, ikimizin arasına bomba düşüb və partlamayıb.
Bunu deməkdə məqsədim nədir. Bizim qeyrətli oğlanların-
mız olub. Erməni işğalına qarşı mübarizə aparıblar. Amma bayaq
Səfayət müəllimin dediyi kimi, bizim daxili düşmənlərimiz, ordu
quruculuğunu gözü götürməyənlər də olub. Mən sizə bir faktı
çatdırmaq istəyirəm. Hansı ki, o faktla bağlı mən özüm canlı şa-
hid olmuşam. Hamınız bilirsiniz ki, biz Fikrət müəllimlə həmişə
bir yerdə olmuşuq. Bizim bu birliyimizə qibtə edənlər də olmuş-
dur. Şəfayət
müəllim bayaq qeyd etdi ki, 5-6 nəfər UAZ maşının-
ında bizə atəş açmışdı. Onlar bilmirdilər ki, Fikrət müəllim kimi
bir qara kəmən ustası ilə üz—üzə gələcəklər.
Vzvod komandiri Şakir müəllimin dediklərindən:
Komandirlərin Fikrət Nəbiyev haqqında dediklərini təsdiq
edirəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, yeni-yeni
yaranan ordunu biz kimlərlə birlidə qururduq? Gənclərlə,
könüllülərlə. Onların arasında xainlər də var idi. O xainlər də or-
dunun yaranmasını istəmirdilər. Hamınız
çox gözəl məqamlara
toxundunuz. Çox gözəl sözlər dediniz. Yəni Fikrət müəllim
haqqında çox danışmaq olar. Yəni onun vətənpərvərliyi haqqında,
həyat yolu haqqında çox danışmaq olar. Mən yenə də qeyd
edirəm ki, Azərbaycan xalqı belə oğulların qədrini bilməlidir.
Yəni gələcək nəsillərə örnək olar ki, Azərbaycanın belə
qəhrəmanı var. O, Azərbaycan Respublikasının Milli qəhrəmanı
adına layiq bir şəxsdir. Ona uzun ömür və can sağlığı arzu
edirəm.
Fikrət Nəbiyevin ifadəsi: Siz bu gün elə bir mövzuya
toxundunuz ki, istəyirəm təvazökarlıqdan bir az uzuqlaşam. Mən
şöhrətpərəst olmamışam. Əgər şöhrətpərəst olsaydım bu günə
kimi öz hərbi fəaliyyətimlə bağlı müraciət edərdim. Sizin şahid
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
74
kimi çox şeyi deməyiniz mənim xoşuma gəldi, çünki olan şeyi
demək lazımdır. Mən buna Kamil müəllimin təkidi ilə razı
oldum. Sizin bu təşəbbüsünüz sayəsində dəyirmi masa keçirdik
və siz öz münasibətinizi bildirdiniz.
Mən əminəm ki, torpaqlarımız
sülh yolu ilə azad
ediləcəkdir. Ancaq müharibə başlasa biz Ali baş komandan İlham
Əliyevin rəhbərliyi altında silaha sarılıb döyüşə getməyə hazırıq.
Heç bir zaman razı ola bilmərik ki, belə bir qarşıdurmada biz
kənarda duraq. Bu bizim milli qeyrətimizə sığışmaz. Allah Təala
bizə qismət eləsin ki, biz Qarabağ torpaqlarını alaq, düşmənləri
torpaqlarımızdan qovaq. Allah bizə yar olsun! Biz öz haqqımızı
tələb edirik, əslinə qalsa İrəvan torpaqları da bizim ərazimiz olub.
Inşaallah vaxt gələr, biz öz torpaqlarımızı alarıq. Ermənilər öz
havadarlarına arxalanaraq vaxtaşırı bizlərə təcavüz edirlər. Ona
görə də Azərbaycan xalqının birliyi, bir-birinə məhəbbəti lazım-
dır. Əgər
bizim birliyimiz olsa, ermənilər torpaqlarımızdan öz-
başına çıxıb gedəcək. Meydana o adam girir ki, qarşısındakına
qalib gələcəyinə əmin olsun. O gücü özündə hiss etsin. Ermənilər
çox hiyləgərdirlər.
Mənim fikrimcə Düşmənə qalib gəlmək üçün gərək onu
heyrətləndirməyi bacarasan. Bunun üçün biz gərək bir yerdə olaq.
Müdafiədə də, hücumda da. Əgər birinci zərbədə onları geri
oturda bilsək, ikinci zərbəyə ehtiyac olmayacaq. Qarabağ tor-
paqları azad ediləcək. Hazırda prezidentimiz İlham Əliyev bu
təcavüzün qarşısını siyasi yolla almaq istəyir. Mən onun
siyasətinə inanıram. Gün o gün olsun ki,
qələbəni Ağdamda, Xo-
calıda, Xankəndində, Şuşada, Laçında qeyd edək. Arzum budur
ki, xalqımız bu bəladan xilas olsun. Qaçqınlarımız, köçkünlərimiz
öz doğma torpaqlarına qayıtsın!
Bərdə rayonu
08 may 2005-ci il
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
75
Şəkildə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun
direktoru, tanınmış filosof, fəlsəfə elmləri doktoru, professor Yusif
Rüstəmovun sədrliyi ilə Fikrət Nəbiyev fəlsəfə elmləri namizədi
alimlik dərəcəsi almaq üçün müdafiə şurasında çıxış edərkən.
Fikrət Nədiyev elmi rəhbəri, tanınmış filosof, fəlsəfə elmləri
doktoru Adil Əsədov və hüquqşünas Aytən xanımla birlikdə.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
77
Şəkildə Fikrət Nəbiyev AMEA Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun «Sosial fəlsəfə» şöbəsinin alimləri və
əməkdaşları ilə birlikdə (soldan sağa N.Əsədova, S.İbrahimova,
f.e.n. A.Rüstəmova, f.e.n. F.Nəbiyev, f.e.n. D.İsmayılov,
A.Veysəlova, H.Məmmədova)
Mən Fikrət Nəbiyevi Milli Elmlər Akademiyasından
tanıyıram. Ünsiyyətcil, mehriban adam kimi. Hazırda biz eyni
institutda çalışırıq.
Fikrət müəllim bizdə işə başladığı ilk vaxtlarda mən onun
döyüş bölgəsində bir neçə il vuruşması barədə məlumata malik
deyildim. Bir dəfə təsadüfən Qarabağ dərdini
bölüşdürən zaman
bildim ki, Fikrət Nəbiyev Vətən torpaqlarının qorunmasında igid,
cəsur bir döyüşçü kimi vuruşub. Onun qəhrəman cüssəsi də
bundan xəbər verirdi. O, öz qürurlu yerişi, səmimi münasibəti ilə
başqalarından fərqlənir. Fikrət müəllim Vətən torpaqlarını azad
etmək üçün bu gün də döyüşə hazır olduğunu həmişə şəstlə
vurğulayır. Onun bu mövqeyi şəxsiyyətinə dərin hörmət
qazandırır.