Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
86
Rus yazıçısı Nikolay Ostrovski demişdir: «İnsan üçün ən
əziz şey həyatdır. O, adama bir dəfə verilir, ona görə həyatı elə
başa vurmaq lazımdır ki, mənasız yaşadığın illər səni
yandırmasın. Rəzil və mənasız həyat sürdüyün üçün qəlbin
ağrımasın və dünyadan gedərkən deyə biləsən ki, mən bütün
həyatımı, bütün qüvvəmi dünyada ən gözəl bir şeyə bəşəriyyətin
azadlığı uğrunda mübarizəyə həsr etmişəm».
Fikrət müəllimin həyat idealı da «Polad necə bərkidi»
romanındakı qəhrəmanın idealı kimidir. Bu idealda milli iftixar
hissi, böyükdən kiçiyə qədər hamıya hörmət, izzət və səmimiyyət
duyğuları çoxdur.
Çalışdığı və fəaliyyət göstərdiyi AMEA Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutunda onu tanımayan yoxdur. Xoş və
səmimi rəftarı, qəlbinin səsi ilə duymaq, qavramaq eşqi, təfəkkür
və təxəyyülünün gücü ilə yazıb-yaratmaq səyi həyatının mənasını
təşkil edir.
Qədim dini kitablarda deyildiyi kimi: «Allah insanları və
xalqları hökmdarların iradəsi xaricində yaratmışdır. Yəni, əgər
hamı eyni əqlə, eyni əxlaqa malik olsaydı, hamı eyni cür
düşünsəydi, onda təzadlar və rəngarənglik olmazdı, deməli həyat
maraqsız və sönük görünərdi» (Ə.Tağıyev. Fəlsəfədən siyasətə.
B., Təfəkkür, 2001, səh.115).
Şəxsiyyətin rolu konkret həyatda, konkret cəmiyyətdə onun
tutduğu yerlə, insanlara nə dərəcədə gərəkli olması ilə ölçülür. Bu
mənada Fikrət Nəbiyevin timsalında yaşadığı 90-cı illərdən bu
günə qədərki həyatı çağdaş gənclərimizə nümunə göstərilə bilər.
Cəmiyyətin bütün yaralı yerlərinə sığal çəkmək, onların
tarazlığının bərpası üçün xalqın, millətin harayına səs verməklə
Fikrət Nəbiyev kimi oğulların əvəzsiz xidmətlərindən danışdıqca
daha da rahatlaşır, mənəvi borcumuzu ödəməyə çalışırıq.
Harada ədalətsizlik varsa, Fikrət müəllim onunla barışmır.
Bürokratçılıq, başdansovduluq, saymamazlıq, laqeydlik,
tənbəllik, səriştəsizlik ona tamam yaddır. Bu kimi bəlaların
kökünün cəmiyyətimizdən götürülməsi üçün kəskin mübarizənin
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
87
zəruriliyini inkar etmirik. Dövlət öz cəsarətli vətəndaşları ilə,
daha da möhkəmlənir.
Nəsirəddin Tusiyə görə, dövlət o yerdə yaranır ki, adamlar,
öz maraqlarına görə könüllü şəkildə birləşib dövlət təşkil edirlər.
Hazırda ulu öndər Heydər Əliyevdən bu nəsillər üçün yadigar
qalan dövlətimizdə qanunlarımızın daha da təkmilləşdirilməsi
yolunda yorulmadan iş gedir. Biz inanırıq ki, ədalət üzərində
qurulan dövlətin ömrünə heç vaxt xələl gəlməyəcəkdir. Fikrət
müəllim bütün dünyada sülh və əmin-amanlığın carçısı kimi
tanınmış Heydər Əliyevin dövlətçilik və demokratiya işığında
möhkəm addımlayan xalqımızın gələcək nəsilləri üçün öz
sınanmış həyat və döyüş yolu ilə bağlı sanki bir həyat proqramı
hazırlayıb və hamıya şərəfli yol keçib uğurlu addım atmağı
tövsiyə edir. Sözümü dahi Füzulinin bir şeri ilə bitirmək
istəyirəm. Bu şer Fikrət kimi qeyrətli vətən oğullarımızın insanlıq
fəlsəfəsində şərəf və ləyaqətə, fədakarlıq və ucalığa bir
analoqdur:
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kamal kim, eylər məni.
Yaxud:
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni.
Bu beytlər fəzilət və qəbahətləri gözəl dərk edən insanlara
daha yaxındır. Burada qeyri-adilik görünsə də, mahiyyət
baxımından çox dərin qatlara gedən fəlsəfi fikirlər üzə çıxır. Eşq
deyilən məfhumun məna çalarları çoxdur. Göylə, kosmosla bağlı
məna çaları aspektlərindən yanaşıldıqda insanın tanrı eşqindən
ilham alıb hər çətinliyə, fədakarlığa hazır olub mənən yüksəlməsi
və qəhrəmanlıq dərəcəsinə qədər uculması başa düşülür. Füzuliyə
görə insan oğlu eşqin yolunu tərk edə bilməz, çünki bu özlüyündə
qananlar üçün bir fəzilətdir, mənəvi yüksəlişdir, mənən «kamal
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
88
əhli» olmaqdır. İnsanı həyatda bütün canlı və qeyri-canlılara
sevdirən eşqdir (sevgidir). Eşqdəki cazibəlikdə ən böyük məna
gizli olsa da, bu, rəftar və münasibətlərdə özünü büruzə verir.
Tanrıdan «eşqin bəlası ilə dost olmağı, bu bəladan onu heç vaxt
ayırmamağı» xahiş etməyin əsas mənası dünyanı, mövcudatı dərk
etmək, hər şeyin mahiyyətinə varmaq, şeylərin tərkibindəki
cövhəri müəyyənləşdirmək, beləliklə, əsl mənəviyyatı cəmiyyəti
həddindən artıq sevməkdə, və onu tərəqqidə görməkdir.
Məhz bütün sadalanan cəhətlərin müəyyənləşməsində eşqin,
sevginin başlanğıc rolunu dərk edən Fikrət müəllim sözün tam
mənasında Azərbaycan xalqının iftixar etdiyi milli
qəhrəmanlarının səviyyəsinə qalxmış və onun bu böyük və şərəfli
ada layiq olduğu artıq sübuta yetmişdir.
Hərbi təlim və döyüşlərdə sınanmış Fikrət müəllim eyni
zamanda elmi işlərinin icrasında, nüfuzlu kollektivdə həm
sınanır, həm də tapdığı yüksək mənəviyyatını uca tutur.
ƏLI İMANQULU OĞLU İBRAHİMOV,
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu,
Politologiya şöbəsinin əməkdaşı, elmi işçi.
FİKRƏT NƏBİYEV HAQQINDA
İnsan və onun yaşadığı mühit, fəaliyyət göstərdiyi əmək
kollektivinə, təmasda olduğu cəmiyyətin mümkün ola bilən hər
fərdinə münasibətlərində çox şeylər meydana çıxa bilər. Qarşıya
çıxan irili-xırdalı problemlər həm fərdi, həm də cəmiyyətin özü
ilə bağlı olduğundan həlli üçün insanı konkret yollar axtarmaq
məcburiyyətində qoyur. Fikrət müəllim keçmiş Sovetlər
İttifaqının ordu həyatından tərxis olunub vətəninə dönər-dönməz
acı bir xəbər sarsıntısına düçar olur. Yağı düşmən Azərbaycanın
Dağlıq Qarabağ ətrafındakı rayonları, o cümlədən doğma
Ağdamını təcavüzə məruz qoymuşdur. Mütəkəfəkkirlərin müdrik
sözləri, ipə-sapa düzülməmiş inciləri qəlbinin səsi ilə yaşayanları
Dostları ilə paylaş: |