Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
93
cəsarətlə döyüşmüşlər. Biz belə gənclərlə fəxr edə bilərik. Fikrət
Nəbiyev kimi igid, qəhrəman gənclərimiz bu gün də
torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadirdirlər.
Digər tərəfdən kədərləndim, daha doğrusu əsəbiləşdim. Nəyə
görə belə döyüşkən, bacarıqlı oğlanlarımızı vaxtında
qiymətləndirə bilmirik. Müharibənin ağır sınaqlarından çıxmış,
erməni cəlladlarından neçə-neçə döyüşçü yoldaşlarını xilas etmiş
Fikrət Nəbiyev hələ də dövlətimiz tərəfindən layiqincə
qiymətləndirilməyibdir.
Fikrət Nəbiyev bacarıqlı zabit olmaqla bərabər eyni zamanda
elmi araşdırmalar sahəsində də bilikli və savadlı alimdir.
1991-1996-cı illərdə Azərbaycan Milli Ordusunun
tərkibində döyüş bölgələrində ermənilərə qarşı vuruşmuş divizion
komandiri – Fikrət Nəbiyevin ağır döyüş yolu bu günkü
gənclərimizə bir örnək olmalıdır.
ƏLIYEVA FÜRUZƏ
Fəlsəfə elmləri namizədi
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
94
Şəkildə Fikrət Nəbiyev AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi
Tədqiqatlar İnstitutunun bir qrup alimləri və əməkdaşları ilə
birlikl (soldan sağa f.e.n. A.Gözəlov, H.Hüseynov, Ş.Abdullayev,
f.e.n. F.Nəbiyev, S.Həsənov, Q.İsfəndiyarov, Ş.Bağırov)
Azərbaycan xalqı tarix yazmır, tarix yaradır. Məhz həmin
tariximizin qızıl səhifələrinin müəyyən hissəsi Qarabağ torpaqları
uğrunda döyüşə atılmış, cəsur, mətin və Qəhrəman Fikrət
Nəbiyevin payına düşür. Fikrət Nəbiyev torpaqlarımız uğrunda
gedən ilkin döyüşlərdə özünü döyüş meydanına atan ilk şərəfli
hərbiçilərimizdən biridir. O, həm də peşəkar və hərb sənətini
dərindən mənimsəmiş vətənpərvər insandır ki, xalqımızı qan
çanağına çevirmiş Sovet ordusu sıralarını tərk edib, doğma
Vətəninə qayıdaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə
qoşulmuş və ordu quruculuğunda onun böyük xidmətləri
olmuşdur.
Fikrət Nəbiyevin bacarıqlı hərbçi kimi fərqləndirici
xüsusiyyətlərindən biri də odur ki, kiçik yaşlarından ailədə
vətənpərvərlik ruhunda tərbiyə edilmiş, dövlətimizin mənafeyini
öz həyatından üstün tutaraq, onun nufuzunun və qüdrətinin
möhkəmlənməsinə səy göstərmiş, Vətən qarşısında hərbi borcunu
layiqincə yerinə yetirərkən, bütün qüvvəsini sərf etmiş və lazım
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
95
gəldikdə canını da əsirgəməməyə hazır olaraq döyüşdə
komandirlərinin müdafiəsində canını sipər etmişdir.
O, erməni faşistləri ilə döyüş meydanında üz-üzə gələndə
də çevik hərəkətləri ilə hərbi təlimləri dərindən öyrətdiyi, şəxsi
heyətin gücündən komandir kimi məharətlə istifadə edərək
düşmənə həmişə tutarlı cavablar vermişdir.
Bütün yuxarıda qeyd olunanlar öz əksini Milli Qəhrəman
Çingiz Müstafayevin lentə aldığı video arxiv materiallarında və
şahid ifadələrində tapmışdır.
Fikrət Nəbiyevin döyüş yoldaşlarının söylədiklərindən
aydın olur ki, o öz həyatını real ölüm təhlükəsi altına qoyaraq
komandirini və alayın şəxsi heyətini terror və təxribatlardan
fədakarlıqla qoruya bilmişdir.
Fikrət Nəbiyevin keçdiyi tarixi döyüş yolu onun
Azərbaycan xalqının qəhrəman oğlu kimi qiymətləndirilməsinə
əsas verir.
Mən də Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, Fikrət
Nəbiyev xalqın qəhrəman oğludur və onunla qürür duyuram!
QƏLƏNDƏR KÖÇƏRI OĞLU
İSBƏNDIYAROV
AMEA Fəlsəfə və Siyasi-Hüquq
Tədqiqatlar İnstitununun
«Cinayət hüququ və cinayət prosesi»
şöbəsinin elmi işçisi
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
96
Величественно-неприступное и строгое здание – Ака-
демия Наук Азербайджанской Республики.
Вхожу и медленно поднимаюсь на четвертый этаж, где
расположен Институт Философии и Политико-Правовых Ис-
следований. Последняя ступенька и человек, с которым стал-
киваюсь у поворота, высокий симпатичный седеющий муж-
чина средних лет. Спокойные внимательные глаза, стара-
ющиеся разглядеть в тебе что-то или кого-то, какая-то насто-
роженная отчужденность и в то же время сострадательная
мягкость смешаны и во взгляде, и в самом этом человеке.
Встреча, затем легкое знакомство, все более углубляю-
щееся в дружбу. И я рада чувствовать присутствие Фикрета
Набиева в своей жизни, привносящего в нее положительный
настрой.
Герой Карабахской войны. Учитель по жизни. Философ
в науке. Совмещающее разнообразие жизненного пути. Все
взаимовлияюще и, наверняка, взаимоопределяюще.
Война ломает, разрушает, уничтожает все то, что созда-
ется людьми и благословляется Всевышним. Война умерщв-
ляет душу и плоть. Война – женское обвинение смерти.
Пройти войну и остаться Человеком, пережить ее и дарить
радость, разрушаться и не уничтожить способность понимать
и сострадать – сложнейшее и посильное далеко не каждому
участнику войны состояние. Именно способность растворять
каждую боль и трагедию в себе и не растворяться самому в
небытие войны и преобразуют простого участника войны в
героя.
Герой не только и не столько потому, что соврешал
подвиги на войне. А потому, что на войне добивался мира, не
страшась не дожить до него, потому что в мирной жизни
воюет за то, чтобы не было потерь. Герой потому, что остал-
ся в двух этих измерениях самим собой – Человеком, не
боящимся терять ради приобретения, учиться ради обучения,
прощать ради спасения.
Dostları ilə paylaş: |