Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
89
ovsunladığı kimi, Fikrət Nəbiyevi də döyüş meydanına səsləmiş,
Vətəninin qurtuluşu üçün ona hazır olmaq əmri vermişdi. Fikrət
müəllim bu əmri dərhal yerinə yetirmiş, düşmənin əl-qol açmaq
imkanlarını rəhbərlik etdiyi batalyonda heçə endirmişdir. Vətən,
vətənpərvərlik və azadlıq haqqında böyük mütəfəkkirlərin
söylədikləri onun həyatının devizi olmuş, qəlbi ilə duyduqlarının
əsl sərvətinə çevrilmişdi. M.F.Axundov demişdir: «Əsl yüksək
əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, özünün
bütün hərəkət və davranışlarını
əsl vətənpərvərliklə
uyğunlaşdırsın».
Davranışlarını əsl vətənpərvərliklə uyğunlaşdırmağı bacaran
Fikrət müəllim Vətənə, gələcək nəsillərə faydalı yadigarlar qoyub
gedən insanları ölməz hesab edir. İ.V.Hötenin müdrik bir
kəlamında deyilir: «Yaşamağa və azadlığa yalnız o adam layiqdir
ki, o hər gün bunların uğrunda döyüşə gedir». Fikrət Nəbiyevin
də həyat amalı, ömür yaşantılarında sanki bir narahatlıq, həyəcan
və narazılıq var. Bu hələ də düşmən tapdağı altında haray qoparan
Vətən torpaqları, Vətən nisgili, bir də ulu babaların narahat
ruhudur.
Sözümü böyük sosial demokrat Nəriman Nərimanovun bir
aforizmi ilə bitirmək istəyirəm: «Siz ata-babalarımızın müqəddəs
yerlərinə o vaxt gedə bilərsiniz ki, onun sahibi olarsınız». Fikrət
müəllim hansı mövzuda yazırsa-yazsın, yazılarında bir an olsun
belə acizlik göstərənləri, kənardan durub döyüşü izləyənləri
sevmir. O, bunu böyük Şeyx Nizaminin ruhuna bir xəyanət hesab
edir. Əgər acizlik göstərilirsə:
Acizlik ürəyi ağrıdır bilsən,
Bir alçaqlıq olar hər zülmə dözsən.
Mən onun milli qəhrəman adına yüksələnlərin sırasında yer
alacağına ümid bəsləyirəm. Çünki namuslu insan olub ömrünün
mənasını Vətənə xidmətdə, çətinliyə sinə gərməkdə görənlər
qəhrəmanlığa layiqdirlər.
M.Ə.TAĞIYEVA
«Politologiya» şöbəsinin elmi işçisi
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
90
Fikrət Nəbiyevi vətənpərvər insan, sədaqətli dost, xeyirxah
yoldaş kimi tanıyıram. Ümumiyyətlə, bütün müsbət keyfiyyətləri
görürəm Fikrət müəllimdə. Gözəl tədqiqatçı alim olduğu kimi də
gözəl hərbiçi olub. Onu tanıyanlar onun Qarabağ döyüşlərindəki
igidliklərindən heyranlıqla danışırlar. Mən Fikrət müəllimi
tanıyan gündən öz işlərim də qaydasındadır. Çətinə düşəndə
həmişə ondan məsləhət alıram. O seyiddir. çətin vaxtlarımda
yanımda olar və xeyrini də görərəm. Allah cədd-əbasına rəhmət
etsin. mən inanıram ki, Fikrət müəllim çəkdiyi zəhmətlərə görə
gec-tez qiymətini alacaqdır. O Azərbaycan Respublikasının Milli
Qəhrəmanı adına layiqdir.
Şahin BAĞIROV
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun elmi işçisi
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
91
Şəkildə Fikrət Nəbiyev AMEA Fəlsəfə və Siyasi-Hüquqi
tədqiqatlar institutunun «Qloballaşma və sosial ekologiyanın fəlsəfi
problemləri» şöbəsinin alimləri və əməkdaşları ilə birlikdə (soldan
sağa A.İbrahimova, N.Məmmədova, F.Əliyeva, f.e.d. S.Hüseynov, f.e.d.
A.Şükürov, f.e.n. S.İskəndərova, f.e.n. T.allahyarova)
Gənclərimizin mərdliyi, qorxmazlığı, şücaəti ilə hər zaman
qürur duymuşuq. Sevindirici haldır ki, bu xüsusiyyətlər bu gün də
bir çox gənclərimizdə yaşayır. «Vətən həsrəti, mübarizə bir çox
igidlərin əməyindən xəbər verir».
Bu igidlərdən biri Nəbiyev Fikrət Həbib oğlu ilə 1998-ci
ildən AMEA «Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda»
əməkdaşlıq edirik. Mən Fikrət Nəbiyevi fəlsəfə elmləri namizədi,
kimi daima elmi axtarışda olan bir alim kimi tanıyıram.
Onun haqqında kitablarda, çap edilmiş məqalələrdə, AzTV-
1-də verilmiş sənədli filimlərdə qibtə oluna biləcək təssüratlar
məni də heyrətləndirdi. Beləliklə, Nəbiyev Fikrət Həbib oğlunun
şücaəti, ordu sıralarında, döyüş bölgələrində hamının dilinin
əzbəri, qəhrəmanlıq nümunəsi olduğunu öyrəndim. Gənc əsgərlər
ondan ibrət götürməyi özlərinə borc bilirlər.
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
92
Gənc yaşlarından ömrünü, həyatını Vətənə, torpağa qurban
verməyə hazır olan Fikrət müəllimin keçdiyi həyat yolu o qədər də
asan olmayıb. O, dəfələrlə güllələrlə üz-üzə gəlmiş, ölümün
qucağına atılmış, düşmənin gözlərinin içinə dik baxmışdır. Bu
günə qədər bir an da olsun qəlbindən peşimançılıq hissi
keçirməyən Fikrət Nəbiyevə sanki Tanrı «qorxu» adlı hissdən pay
ayırmamışdı. Qəlbində də, ağlında da, hərəkətlərində də yalnız bir
fikir sezilirdi: «Hər şey Vətən üçün!» Sanki daxilində yaşatdığı bu
möhtəşəm hissin əsirinə çevrilmişdi Fikrət Nəbiyev. Dəfələrlə
döyüşə birinci addımlamış, ön sıralarda getmiş, qorxmazlığı ilə
digərlərinə nümunə olmuşdur.
Bu günə qədər onunla bir cəbhədə vuruşmaqdan qürur
duyan o qədər insanlar var ki…
Xüsusilə də Fikrət müəllimin ölümlə nəticələnə biləcək
terror aktının qarşısını alaraq, tabor komandiri Mustafa Əliyevi
təxribatçıların əlindən qurtarması bütün ordu tərəfindən yüksək
qiymətləndirilmişdi.
Sözsüz ki, möhtəşəm insanın şücaəti, qəhrəmanlığı
danışmaqla bitən deyil. Bütün ordu sıralarının tanıdığı, az qala
qarşısında baş əydiyi insanı sizlərin də qiymətləndirməyinizi
istəyirəm. Hamımız yaxşı adamlardan ibrət götürməyi bacarmalı,
vətən uğrunda can verməyə hər zaman hazır olmalıyıq. Məhz elə
Fikrət Nəbiyev kimi!
İSGƏNDƏROVA SƏBIRƏ
Fəlsəfə elmləri namizədi
Mən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun elmi işçisi Fikrət Nəbiyevin keçdiyi döyüş yolu
haqqında qəzetlərdə yazılmış məqalələrə öz münasibətimi
bildirmək istəyirəm. Mən bu yazıları oxuyarkən çox
həyəcanlandım. Bir tərəfdən sevindim ki, bizim belə mərd,
cəsarətli gənclərimiz vardır. Onlar erməni qəsbkarlarına qarşı
Dostları ilə paylaş: |