Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
78
Fikrət Nəbiyev artıq elm sahəsində də özünü təsdiq edib,
fəlsəfə üzrə alimlik dərəcəsi alıb. Bütün institut əməkdaşları bu
döyüşçü-alimə hörmətlə yanaşır və onunla fəxr edir.
DILQƏM İSMAYILOV
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu,
«Sosial fəlsəfə» şöbəsinin böyük elmi işçisi,
fəlsəfə elmləri namizədi
Mən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İns-
titutunun elmi işçisi Fikrət Nəbiyevin keçdiyi döyüş yolu haq-
qında qəzetdə yazılmış məqaləyə öz münasibətimi bildirmək
istəyirəm. Mən bu yazıları oxuyarkən çox həyəcanlandım. Bir
tərəfdən sevindim ki, bizim belə mərd, cəsarətli, vətənpərvər
gənclərimiz vardır. Onlar erməni qəsbkarlarına qarşı cəsarətlə
döyüşmüşlər. Biz belə gənclərlə fəxr edə bilərik. F.Nəbiyev kimi
igid, qəhrəman gənclərimiz bu gün də torpaqlarımızı erməni
işğalçılarından azad etməyə qadirdirlər. Digər tərəfdən
kədərləndim, daha doğrusu əsəbiləşdim. Nəyə görə belə
döyüşkən, bacarıqlı oğlanlarımızı vaxtında qiymətləndirə bil-
mirik. Müharibənin ağır sınaqlarından çıxmış, erməni cəllad-
larının törətdiyi terrordan neçə-neçə döyüşçü yoldaşlarının
həyatını xilas etmiş F.Nəbiyev hələ də dövlətimiz tərəfindən
layiqincə qiymətləndirilməyibdir.
F.Nəbiyev bacarıqlı zabit olmaqla bərabər eyni zamanda
elmi araşdırmalar sahəsində də bilikli və savadlı alimdir.
1991-1996-cı illərdə Azərbaycan Milli Ordusunun tərki-
bində döyüş bölgələrində ermənilərə qarşı vuruşmuş taqım
komandiri F.Nəbiyevin ağır döyüş yolu bugünkü gənclərimizə bir
örnək olmalıdır.
AFAQ RÜSTƏMOVA
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu,
«Sosial fəlsəfə» şöbəsinin böyük elmi işçisi,
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
79
fəlsəfə elmləri namizədi.
BİR İNSAN HAQQINDA DÜŞÜNDÜKLƏRİM
Bu sirli, suallı həyatın qovhaqovunda hər gün onlarla
insanla rastlaşırıq, söhbətləşirik, hal-əhval tuturuq. Lakin onların
az bir hissəsi xatirimizdə qalır.
Fikrət müəllimlə bir kollektivdə çalışırıq. O, ilk baxışdan
gülərüz, salamlı-sabahlı, xoş rəftarlı bir insan təəssüratı yaradır.
Haqqında yazılanları oxuduqca, keçdiyi həyat yolu barədə
verilişləri izlədikcə isə başa düşürsən ki, namuslu, qeyrətli, ciddi,
həyata mükəmməl baxışları olan bir insandır Fikrət müəllim.
İnsan var ki, ömrü boyu nəyi isə axtarır və bəlkə də, heç
ömrünün sonuna qədər axtardığını tapmır. Fikrət müəllim
kimiləri isə hər zaman nə etdiklərini, xüsusilə nə edəcəklərini
yaxşı bilir. Tələbəlik, əmək fəaliyyəti və nəhayət, Vətən
qarşısında borc.
Cavanlara həmişə bir tövsiyəm olub: «Heç vaxt heç bir işin
bünövrəsini əyri qoymayın, əyri yol getməyin, əgər həyatda çaşıb
əyri yola tuş olsanız, mütləq qayıdın. Bu yol nə qədər cazibədar
nəticələr vəd etsə də. Ən nəhayət, özünüzə yeri gələndə hər şeydə
«yox» deməyi bacarın».
Vətənin ağır günündə Fikrət müəllim də rahat həyatına
«yox» deyə bildi. Torpaqlarımız uğrunda cəsarətlə döyüşlərə
atıldı, vətəndaşlıq, oğulluq borcunu yerinə yetirməyi özünə vacib
saydı.
Bəşəriyyət nə qədər inkişaf etsə də həyatın bir çox sirri
insanlara hələ də məlum deyil. «Vətən məhəbbəti». Bu iki sözdə
olan sehrin gücünü heç bir alim, heç bir mütəfəkkir ayırd
etməyib. İnsanın Vətənə, torpağa bu qeyri-adi bağlılığı, sonsuz
sevgisi heç kim tərəfindən izah olunmayıb. Və yəqin ki, həyat
durduqca da izah oluna bilməyəcək. Çünki ölçüsü olmayan
mahiyyətləri izah etmək mümkün deyil.
Fikrət müəllim kimi insanlar isə vətənə olan məhəbbətlərini
yalnız ürəklərində yaşatmırlar, əməlləri ilə sübut edirlər,
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
80
həyatlarını təhlükə qarşısında qoyurlar, sinələrini sipər edib
torpağı qorumağa çalışırlar.
Bu gün Fikrət müəllim AMEA-nın Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutunda çalışır. Burada da özünü
doğrultmağa cəhd edir. Yazdığı monoqrafiyada, məqalələrdə
yenə də vətəninə qulluq etməyə çalışır.
Düşürünürəm ki, Vətənimizin bu ağır günündə, hələ də
torpaqlarımızın işğaldan azad olmadığı bir zamanda Fikrət
müəllim kimi insanların həyatı cavanlara örnək ola bilər.
Fikrət müəllim özünəməxsus bir insandır. Özünün
səmimiliyi, xeyirxahlığı və məhsuldarlığı ilə seçilən bu şəxs
yorulmaq nə olduğunu bilmir. Hər bir sahədə öz töhfəsini
verməkdən çəkinmir. Məhz buna görədir ki, torpaqlarımızın
bütövlüyü uğrunda gedən döyüşlərdə əsl əsgər kimi vuruşmuşdur.
Əgər istənilən bir şəxs vətənin belə çətin anında heç nədən
çəkinməyərək onun müdafiəsinə qalxarsa, o, artıq qəhrəmandır.
Mərdlik, mətinlik və vətənpərvərlik nümunəsi göstərən Fikrət
müəllim gənclərimizə həm də bir örnəkdir. Biz onun kimi
insanların qədrini bilməli, onları qorumalıyıq.
Arzu edərdim ki, mən Fikrət müəllim haqqında bundan da
gözəl sözləri Vətənimizin mənfur düşmənlərimiz üzərində tam və
qəti qələbəsinə həsr olunmuş kitabda yazam. Allah mənə və
hamımıza o günü qismət etsin.
AYNUR TALƏDDIN QIZI VEYSƏLOVA
«Sosial fəlsəfə» şöbəsinin əməkdaşı
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
81
GƏLİN İNSANLARI TANIYAQ!
Ölümün qolları güclü olsa da,
Vətən məhəbbəti güclüdür ondan!
Bax, bu məhəbbətdir aparan bizi,
Ağır döyüşlərə hər vaxt, hər zaman.
Tatar şairi Musa Cəlilin qələmindən qopan bu sözlər nə
qədər düşündürücü, nə qədər cəlbedicidir. Burada ölüm saçan
hisslərlə sevgi, məhəbbət duyğuları qarşı-qarşıya dayanmışdır.
Hər iki duyğu və hissin daşıyıcısı insandır. İnsan üçün bütün
həyatı boyu rahatlığın olması qeyri-mümkündür. İnsan həmişə
narahatdır. Bəlkə də bu narahatlıqda bir dünya var, aləmə
sığmayan həm sevgi, həm də nifrət var. Bu ikili xüsusiyyətlə
fəaliyyətini tənzimləyən insan ümidini heç vaxt itirmir. Ümid
onun üçün sanki bir çıraqdır, gecəli-gündüzlü qəlbində yan-
maqdır. Vətən sevgisini qəlbində yaşadanlar daha yüksəkdə
dayanırlar. Bunu sezmək çox da çətin deyil. Əgər insan üzünün
cizgiləri, alnının qırışları, əllərinin qabarları ilə tanınsaydı bəlkə
də sınaqlara ehtiyac qalmazdı.
Fikrət müəllimin insanlara müraciətlərində və davra-
nışlarında elə səmimiyyət var. Ona görə onun haqqında xoş və
xeyirxahlığa çəkən sözlər deməmək mümkün deyil. Fikrət
müəllim böyük hisslərlə, böyük duyğularla yaşayan, hər cür
fədakarlığa qadir bir insan olduğunu artıq sübut etmişdir. Onun
haqqında çəkilmiş sənədli filmdə cəbhə ilə bağlı döyüş səhnələri
onun vətən eşqi ilə yaşadığına əyani sübutdur. Budur hər cür
qəhrəmanlığın mayası! Bu ölümə meydan oxumaq, ölümə qalib
gəlmək deməkdir. Bu qaliblik ürəkdə çırpınan əqidənin
ölməzliyinə inam hissi ilə yanaşmaqdadır. Fikrət müəllim bu
keyfiyyətləri qəlbində daşıyan insanlardandır.
Böyük rus ədibi Tolstoy yazırdı: «Mənim Vətənim, mənim
doğma torpağım, mənim ana diyarım! Həyatda sənə olan
Dostları ilə paylaş: |