Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
70
ancaq mən xahiş edirəm! Bizim bu Azərbaycan uğrunda, Qarabağ
uğrunda şəhid olmuş qardaşlarımızın ruhunu bir dəqiqəlik sükütla
yad edək. Allah onlara rəhmət etsin! Biz onların ruhu qarşısında
borcluyuq. Nə qədər ki, Azərbaycan torpaqları düşmən tapdağı
altındadır biz özümüzü heç vaxt azad hiss edə bilmərik. Nə qədər
ki, bizim torpaqlar erməni işğalçılarındadır, nə qədər ki, bizim
qaçqınlarımız, soydaşlarımız çadırlarda, pis gündə yaşayır. Bizim
heç vaxt haqqımız yoxdur ki, nəyisə qeyd edək, nə iləsə fəxr
edək. Nə vaxt, bizim torpaqlarımz azad olacaq o zaman biz
özümüzü xoşbəxt və azad hiss edəcəyik. Fikrət müəllim haqqında
söhbət belədir ki, o mənim ən yaxın dostum, cəbhə yoldaşım
olub. Bu gün də bizim qonağımızdır.
Mən 1970-ci ildən 87-ci ilə qədər Daxili Işlər orqanlarında
xidmət etmişəm. Milis məktəbini əyani qurtarmışam. Daxili Işlər
Nazirliyi sıralarında zabit kimi xidmət etmişəm. Erməni iş-
ğalçıları Azərbaycan torpaqlarına qarşı mübarizə etdiyi anda mən
bir keçmiş zabit kimi televiziyada, mətbuatda erməni
vəhşiliklərini görüb, bu haqsızlığa dözə bilməyib Müdafiə
Nazirliyinə müraciət etmiş və könüllü cəbhəyə yola düşmüşəm.
Mən Ağdama gedəndə rəhmətlik polkovnik Şirin Mirzəyev həm
alay komandiri, həm də hərbi komissar idi. Görüşdük, söhbət et-
dik. Mən özüm haqqımda ona məlumat verdim. O çox səmimi,
gözəl insan idi. Mənim keçmiş zabit olmağımı nəzərə alıb 836-cı
hərbi alaya göndərdi. 836 –ci alaya gəldik və biz orada bir
müddət fəaliyyət göstərəndən sonra Şirin Mirzəyevin sərəncamı
ilə məni tədris batalyonuna rota komandiri təyin etdilər. Mən
Çullu kəndinə gələndə o batalyon Çullu kənd orta məktəbində
yerləşirdi. Orada Şəfayət, Mustafa müəllim və başqa zabitlər
söhbət aparırdılar. Mən Çullu məktəbiə daxil olanda gördüm ki,
məktəbin qarşısında mülki geyimdə bir cavan oğlan dayaınıb.
Mən ona yaxınlaşdım, salamlaşdım və soruşdum. Qardaş, siz bu-
ralısınız? Dedi: «yox mənidə bura göndəriblər». Mənim Fikrətlə
tanışlığım Çullu məktəbində oldu. Sonra məlum oldu ki, Fikrət
müəllim batalyona komandir müavini təyin olunub. Şəfayət
müəllimin köməyi ilə biz hərbi forma geyindik. Öz xidməti
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
71
fəaliyyətimizə həmin andan başladıq. Bunları deməkdə məqsədim
odur ki, bilsəniz ki, mən Fikrət müəllimlə eyni gündə əmr alıb bir
batalyonda fəaliyyətə başlamışıq. O komandir müavini kimi, mən
isə rota komandiri kimi. Batalyonda qarşımızda duran əsas
məqsəd nə idi? Döyüşə gələn cavanları geyindirmək, onlara silah
atmağı öyrətmək və tezliklə onları erməni işğalçılarına qarşı
müharibə aparmağa hazırlaşdırmaq idi. Üzərimizə düşən
məsuliyyət həddindən artıq çox idi. İndiyə qədər yadımdadır.
Orta məktəbdə 120-130 nəfəri mənim rotamla şəxsi heyəti üç
sinifə yerləşdirdik. Təzə –təzə ordu yaradırdıq. O vaxt
Azərbaycanın qeyrətli oğlanları onun gələcəyini düşünən oğlanlar
təzə-təzə yaranan orduya öz koməkliyini göstərirdilər. O vaxt 13-
14 yaşlı oğlan uşaqları gəlirdilər ki, biz də ermənilərlə
müharibəyə gəlmişik. Yəni belə günlər də yaşamışıq. Bizim
qəhrəman oğlanlarımız, yəni Bakıdan, Qaxdan, Lənkərandan və
daha haralardan tökülüb gəlib özünü-müdafiə batalyonları
yaradırdılar. Erməni işğalını qeyrətlərinə götürməyən oğlanlar öz
Vətənlərində, öz doğma diyarlarında azad oturub yaşaya
bilmirdilər. Hamısı axışıb gəlirdilər Qarabağa, Qarabağı müdafiə
etməyə. O vaxtlar həqiqətən də çox çətin vaxtlar idi. Bunu
deməkdə məqsədim odur ki, mən özümdən götürürəm. Mən o
vaxtı yaxşı vəzifədə işləyirdim. Erməni işğalçılarının etdiklərinə
dözə bilməyib işimi-gücümü, ailəmi atdım. Dedim ki, erməni iş-
ğalçılarına cavab vermək lazımdır. Biz türk qanından əmələ
gəlmiş insanlarıq, koroğlular, nəbiələr yetirmiş bir xalqıq. Biz
erməni işğalçılarının qarşısında aciz qalan bir xalq deyilik. Bizi
heç kəs aparmayıb. Biz özümüz könüllü surətdə döyüşə getmişik.
Mən könüllü getmişəm və Fikrət müəllimlə orada tanış olmuşam.
O gündən biz də və qarşımıza məqsəd qoymuşuq ki, erməni iş-
ğalçılarının kökünü kəsənə qədər biz öz fəaliyyətimizi davam
etdirəcəyik.
Şəfayət müəllim də qeyd etdi ki, o vaxtlar hakimiyyət
üstündə mübarizə var idi. Ona görə də ordunun yaranmasına
mane olan qüvvələr də var idi. Fikrət kimi döyüşçü, Şəfayət
müəllim, Şakir müəllim, Şirin Mirzəyev kimi vətənpərvər adam-
Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды?
72
lar lazım idi ki, həmin qüvvələrə qarşı çıxsın. Fikrət Nəbiyev
doğrudan da Milli qəhərman adına layiq bir şəxsdir. Bunu qeyd
etmək istəyirəm ki, Fikrət Nəbiyevə Azərbaycan prezidenti
tərəfindən Milli qəhrəman adı verilərsə çox şad olarıq. Həqiqətən
də Fikrət Nəbiyev o ada layiqdir. Bu günləri biz Fikrət müəllimlə
fəxr edirik. O elmi işlə məşquldur. Mən öz cəbhə dostumun
fəlsəfə elmləri namizədi olması münasibəti ilə təbrik edirəm, ona
uzun ömür, daha da yüksəklərə qalxmağını arzu edirəm. Bir faktı
sizin nəzərinizə çatdırmaq istəyirəm 1992-ci ilin iyul ayının ağır
günləri idi. Erməi işğalçıları qəflətən Əlağalı kəndi istiqamətində
hücuma keçmişdilər. Mən rota komandiri kimi həmin günü post-
dan qayıtmışdım. Şirin Mirzəyevin səsi gəldi. Həyəcan siqnalı
verildi. Komandir deyirdi: «Əlağalı kəndi əldən gedir. Məni
istəyən gəlsin». Mən bu həyəcanla əlaqədar şəxsi heyətə
«trevoqa» verdim. Komandir Mustafa Əliyev 45-50 nəfəri həmin
rotadan ayırdı. Orada Fikrət müəllim başda olmaqla həmin
istiqamətə getməyə əmr aldıq və biz həmin əmri yerinə yetirmək
üçün Əlağalı kəndinə getdik. Şirin Mirzəyev çox pis vəziyyətdə
idi. Daxili qoşunların bir qrup əsgəri geri qaçırdılar. Bizə əmr
verildi ki, ermənilərə əks hücum olmalıdır. Onlar Əlağalı
kəndindən çıxmalıdır. Hətta bizim tanklarımız da erməni hücu-
muna davam gətirə bilməyib, geri çəkilmişdilər. Orada Fikrət
müəllimin şəxsi heyətlə etdiyi söhbət nəticəsində Şirin Mirzəyev,
Fikrət Nəbiyev, Şəfayət və biz birlikdə tankların qabağına keçdik.
Ermənilərlə vuruşa –vuruşa-vuruşa qabağa keçdik, tanklar da
hərəkətə gəldi.
Mənim atam Böyük Vətən Müharibəsinin veteranıdır. Onun
söhbətlərindən mənə məlumdur ki, alman faşistləri o zamanlar
SSRİ-yə hücum edəndə əsir düşmüş insanları tankın qabağına
salırmışlar ki, minaya düşsünlər. Onlar ölsünlər. Tanklara bir xəta
dəyməsin. Demək olar ki, biz də həmin əsr rolunda tankların qa-
bağı ilə getdik. İki gün müddətində düşmənləri Əlağalı kəndindən
aralaşdırdıq. Biz hamımız Xocalı faciəsini yaşamışıq. Həmin
müddətdə Fikrət olmasaydı Şirin Mirzəyev olmasaydı, və
ümumiyyətlə, Şirin Mirzəyevin komandası olmasaydı, biz Xocalı
Dostları ilə paylaş: |