MəŞrutə İNQİlabi iLLƏRİNDƏ demokratiK ƏNƏNƏLƏRİn formalaşmasi 1905-1911



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix19.07.2018
ölçüsü1,08 Mb.
#57348
1   2   3   4   5   6   7   8

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



olunan qəzetlər haqqında Ə.Kəsrəvi yazırdı ki, «doğrüdür, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. 

Lakin onların çoxu yersiz dualar, məddahlıq, qaranı  ağ göstərmək və s. kimi yazılarla dolu idi. Ölkədə 

aparılan işlər və baş verən proseslərin tənqidindən söhbət gedə bilməzdi. Sankı buradakı  məmurlar bütün 

işlərdən uzaq idi. Zəkaulmülk (Məhəmməd Hüseyn) «Tərbiyət» adlı bir qəzetdə bəzən fransızcadan etdiyi 

tərcüməsində çarəsizlikdən «qanun» sözünün əvəzinə «qayda» kəlməsini işlətmişdir». 

Yuxarıda şeyd olunduğu kimi qəzetlər nəinki Qacarın məmurları tərəfindən senzuradan keçirilirdi, hətta 

azadlıq o dərəcədə boğulurdu ki, ən kiçik ictimai və siyasi məsələlərə toxunmamaq üçün yazıçılar və naşirlər 

arasında bir növ özünü nəzarət də mövcud idi. 

Lakin haqqında söhbət gedən qanun qəbul olunduqdan sonra mətbuat bütün ölkədə azad şəkildə  nəşr 

edilməyə başladı. Qələm sahibləri tam qüvvə ilə xalqı informasiya ilə təmin etmək üçün səfərbər oldular. 

İstər siyasi, istər ictimai, istərsə  də iqtisadi baxımdan bütün məsələlər qəzet səhifələrində  şərh və analiz 

olunmağa başladı. Saray, hətta şəxsən Məhəmmədəli şah belə tənqid edildi. «Müsavat» qəzeti şahın və onun 

sarayının əməlləri haqqında daha çox yazırdı. Əhməd Kəsvərinin yazdığına görə «Sultanul üləma Xorasani 

«Ruhul qüds» qəzetində  cəsarətli sözlər yazmışdı ki, bu sözlərin başında Məhəmmədəli Mirzə dururdu. 

Təhsil nazirinin məhkəməyə müraciəti nəticəsində Sultanül üləma oraya dəvət edildi. Məhəmmədəli 

Mirzənin ünvanını «qəssab dükanı» adlandırılmasının səbəbi soruşulduqda «Sultanül üləma» münsiflər 

heyəti çağırılmasını tələb etdi. Bu bəhanə idə cavab verməkdən boyun qaçırdı və iddia təmin olunmadı» [62, 

87]. 

Bu dövrdə Azərbaycanda 50-yə yaxın şəzet və jurnal nəşr olunurdu. Tədqiqatçı Hüseyn Umud onlardan 



səkkizinin Azərbaycan-fars, birinin Azərbaycan, qalanlarının farsca çıxdığını qeyd edir  [65, 49]. 

1906-cı ildə Təbrizdə «İttahad», «Azad», «Dəbistan», «Əcnümən», «Azərbaycan», 1907-ci ildə «Hərfe-

həqq», «Mücahid», 1908-ci ildə «İttihad» (II), «Həşərətül-ərz», «Xeyrəndiş», «Molla əmi», «Naleyi-millət», 

1909-cu ildə «İstiqlal», «Buqələmun», 1910-cu ildə «Təbriz», «Şəfəq», 1911-ci ildə «Səadət» qəzetləri nəşrə 

başladı. Bu illərdə Urmiyə şəhərində «Fərvərdin» (1911) və «Fəryad» (1907) qəzetləri, Həmədanda «Ülfət» 

(1907), Kəmaliyyə (1910), «Səadət» (1907), Ərdəbildə «Bərge-səbz» (1908) qəzeti, «Şəfəq» (1911), 

«Mükafat» (1909) qəzetləri nəşr olunurdu. 

Məşrutə inqilabı dövründə  mətbuat həqiqətən dövrünün ictimai-siyasi və  ədəbi həyatının güzgüsünə 

çevrilmişdi. Bu dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii 

nümunələrdə deyil, məhz mətbuat səhifələrində  əks olunması idi. Məsələn,  Əşrəfəddin Gilani tərəfindən 

Rəştdə  nəşr olunan «Nəsimi-Şimal» qəzetinin  əksər səhifələri  şeir nümunələrindən ibarət idi. Yusifxan 

Etisalınmülkün redaktorluğu ilə  çıxan «Bahar» qəzetində Yusif xanın  şeirləri və rus, fransız,  ərəb 

ədəbiyyatından etdiyi tərcümələr  əsas yer tuiurdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının baş yazısı 

Əli  Əkbər Dehxudanın daimi rubrikası olan «Çərənd pərənd»də o dövr üçün yeni olan siyasi felyetonun 

nümunələri verilirdi. 

İstanbul  şəhərində azərbaycanlı ziyalıların daha iki mətbu orqanı çap olunurdu. Bunlardan biri Seyid 

Həsən Təbrizi və Seyid Məhəmməd Tofiqin rəhbərliyi ilə 1909-1920-ci illərdə nəşr olunan «Şəms» qəzeti 

idi.  İstanbulda nəşr olunan «Şeyda» adlı digər qəzetin redaktoru təbrizli Hacı  Həsən xan Cəfərzadə idi. 

Azərbaycan və fars dillərində nəşr olunan bu qəzet demokratik yönlü idi və  öz səhifələrində siyasi satirik 

materiallara geniş yer ayırırdı. İstanbulda təhsil alan azərbaycanlı tələbələr qəzetdə fəal iştirak edirdilər. 

İnqilab illərində  İranın digər  şəhərlərində  də azərbaycanlı inqilabçı publisistlər tərəfindən bir sıra 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



qəzetlər nəşr olunurdu. Tehranda M.Rəsulzadənin və  Əbuziyalının redaktorluğu ilə  «İrane-noy», 

S.H.İbrahimzadənin redaktorluğu ilə «Carçiye-millət», Rüşdiyyənin qələmi ilə «Tehran», Həsənxan 

Təbrizinin mühərrirliyi ilə  «Əsr», Mahmud Əfşarın redaktorluğu ilə «Cənteye-paborəhne», Xorasanda 

Məhəmmədsadıq Təbrizi və S.H.Ərdəbilinin redaktorluğu ilə «Xurşid» və «Xorasan» qəzetləri çıxmış, 

Tehran sosial-demokrat təşkilatının orqanı «Sure-İsrafil» qəzetinin redaktorlarından biri Mirzə Qasımxan 

Təbrizi (Sure İsrafil) olmuşdur. Cənubi Azərbaycanın tərəqqipərvər ziyalıları, o cümlədən S.Salmasi, Mirzə 

Qafar xan Zunuzi, Heydər  Əmioğlu və buşqaları Zaqafqaziya mətbuatında da, xüsusilə  «İrşad» qəzetinin 

İrana aid səhifələrində, Tiflisdə  çıxan sosial-demokrat qəzetlərində  İranda ictimai-siyasi vəziyyətə  və 

inqilabi mübarizəyə həsr edilən demokratik məzmunlu məqalələrlə çıxış edirdilər [8, 47]. 

1910-1911-ci illərdə Azərbaycanda vətənpərvərlik və azadlıq ideyalarını təbliğ edən digər milli burjua 

mətbuatı, o cümlədən Təbrizdə  «Şəfəq», «Təbriz», Xoyda «Mükafat» və  «İslah», Urmiyada «Fərvərdin» 

qəzetləri dərc olunurdu. Bu dövrdə hərbi müdaxiləyə qarşı xalq hərəkatının təşkilinə kömək mətbuatın əsas 

mübarizə  hədəfini təşkil edirdi. Bu zaman mütərəqqi qəzetlər Səttarxanla Bağırxanın adından xalqa 

müraciətlə yazılan bəyanatları  dərc etməklə mühüm iş görürdü (Kəsrəvi). Onlar bu müraciətlərdə xarici 

müdaxiləyə qarşı kəskin etirazlarını bildirir, çar konsulluğunun inqilabçılara qarşı uydurduğu «quldurluq», 

«iqtişaşçılıq» böhtanlarını  rədd edir, xalqı sayıq olmağa, konstitusiyanın müdafiəsi uğrunda mübarizəni 

davam etdirməyə çağırırdılar. 

«Şəfəq» qəzeti 1910-cu ildə yaranan və  Təbrizdə gizli iş aparan demokrat təşkilatının  qeyri-leqal 

mətbuat orqanı idi. Yaranan bu qəzet öz kəsərli yazıları ilə xüsusilə  fərqlənir, milli istiqlaliyyət və 

demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. 

«Şəfəq» qəzetinin  şücaət və  cəsarətli, kəskin mübarizə  xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı 

məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu. 

Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 

1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq 

əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında 

dərc olunub yayılırdı. 

Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən 

bərpa etməyə başladılar, onların içərisində  «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına 

mənsub olan Xiyabani, İskəndani və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə 

nəşr olunmağa başladı. 

«İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və 

konstitusiyanın bərpası  və xarici hərbi müdaxiləyə münasibət məsələləri  ətrafında kəskin siyasi mübarizə 

gedirdi. 

Əksinqilabi çevriliş yaratmaq cəhdi və    Azərbaycan feodallarını silahlı  çıxışa təhrik etməsi mütərəqqi 

mətbuatın kəskin tənqid hədəfinə çevrildi. «Şəfəq», «Təbriz» qəzetləri «Qardaşlar, birləşin! Azadlıq 

düşmənlərini qovun!» çağırışları ilə xalqı mübarizəyə çağırır, daxili və xarici düşmənlərin fitnələrini ifşa 

edirdi. 


Bu zaman İstanbulda  əsasən azərbaycanlı inqilabçı ziyalılar tərəfindən Azərbaycan və fars dillərində 

nəşr olunan demokratik istiqamətli satirik «Şeyda» qəzeti də  əcnəbilərin  İran işlərinə  hərbi-siyasi 

müdaxiləsinə kəskin etirazını bildirir və hakim dairələri kəskin tənqid atəşinə tuturdu. 



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə