MəŞrutə İNQİlabi iLLƏRİNDƏ demokratiK ƏNƏNƏLƏRİn formalaşmasi 1905-1911



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix19.07.2018
ölçüsü1,08 Mb.
#57348
1   2   3   4   5   6   7   8

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



İnqilab məğlub olduqdan sonra ölkənin hər yerində olduğu kimi, Cənubi Azərbaycanda da bütün 

demokratik təşkilatlar qadağan edildikdə demokratik qəzetlər bağlandı, onların leqal fəaliyyəti yenidən 

dayandırıldı. Bunun əksinə,  əksinqilabçı qüvvələr və hakimiyyətini möhkəmlətmək üçün mətbuatdan daha 

geniş istifadə edirdi [8,47]. 

Bu dövrdə qatı monarxist məsləkli və imperializmə xidmət göstərən «Fikir», «Tofiq»  kimi (mürtəce 

mövqedə duran bu iki qəzetin redaktorları mənşəcə erməni idi – P.M.) əksinqilabi qəzetlər nəşr edilirdi ki, 

bunlar maliyyə cəhətdən çar konsulu tərəfindən təmin olunurdu. 

Meydanı boş görən həmin qəzetlər xalq kütlələrini aldatmaqda irtica əlində bir silaha çevrilmişdi. 

«İnsaf» qəzeti yazırdı ki, bunlar köhnə istibdadçı  və din alverçisi idi. Azərbaycan xalqını  təmsil edə 

bilməzlər: «Millətimiz  şəhidlərin qanı bahasına aldığı  məşrutədən  əl çəkməyəcəkdir. Yaşasın və paydar 

olsun qanuni-əsasi və məclisi-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca 

tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır [86]. 

 

«ƏNCÜMƏN» qəzeti 

 

Təbrizdə Məşrutə qanunu elan edildikdən sonra çıxan mətbu orqanı «Ruznaməyi-milli» («Milli qəzet») 



olub. Bir müddət sonra bu ad da dəyişilib «Cəridəyi-milli» adı ilə  çıxdı. Qəzet 38 sayından «Azərbaycan 

əyalət əncüməni»nin rəsmi orqanı kimi fəaliyyət göstərərək «Əncümən» adı ilə yayıldı. 

Qəzet 1906-cı ildə oktyabr ayının 19-da Təbrizdə Mirzə  Əli  Əkbər Vəkilinin redaktorluğu ilə  nəşr 

olunub.  İlk illərdə  həftədə 2 dəfə, Mahmud Qənizadənin redaktoru olduğu illərdə isə  həftədə 3 dəfə çap 

olunub. 

Qəzetin adının altında bu sözlər yazılırdı: «Xalqın və tacirlərin istəyi üzərinə bu qəzet çox sadə bir dildə 

yazılır».  

Qəzetin titul səhifəsində XI-XIV əsrdə Azərbaycanın Atabəylər dövlətinə  mənsub olan, sonralar isə 

Qacarların rəsmi embleminə çevrilən Şir və günəş əks olunmuşdu. 

Qəzetin nəşri 1911-ci ilədək davam etmişdir. Qeyd etmək lazımdır ki, «Əncümən» Məşrutə inqilabı 

dövründə  işıq üzü görən ilk milli orqan idi. Bununla yanaşı, o dövrdə  qəbul olunmuş  İran və  Cənubi 

Azərbaycan mətbu orqanlarına tətbiq edilən qaydalardan yan keçərək, yəni Mətbuat Nazirliyinin icazəsi 

olmadan nəşrə başlamışdı. Bu qəzet o dövrdə  İranda azad mətbuat anlayışının ilk qaranquşu idi. Qəzet 

əsasən Əncümənin və Milli məclisin müdafiə etdiyi müzakirə və qərarları, həmçinin konstitusiyanın həyata 

keçirilməsi ilə bağlı xalqın tələblərini ardıcıl çap edirdi. Bununla yanaşı  qəzetdə müxtəlif  şəhərlərdən 

konstitusiyanın qaydalarını kobudcasına pozan ünsürlərin  əməllərini ifşa edən etiraz məktublarına yer 

ayrılırdı. 

Qəzet çarizmin və İngiltərənin İrana qarşı hərbi-siyasi müdaxilə planlarını aşkara çıxarmağı və xüsusilə 

1907-ci il ingilis-rus sazişinin müstəmləkəçilik və  işğalçılıq məqsədlərini açıb göstərməklə antiimperialist 

hərəkatın qüvvətlənməsinə böyük xidmət göstərirdi. Bu cəhətdən qəzetin siyasi şərhləri çox təsirli idi: 

«İngiltərə  və Rusiya dövlətinin bu müahidəni bağlamaqdan...  əsl məqsədlərini işğalçılıq müstəmləkəçilik



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



özlərinin siyasi, eyni zamanda iqtisadi-ticarət mənafelərini təmin etməkdədir» [8, 246]. 

Məşrutədən sonra ortaya çıxan  əyalət və vilayət  əncümənləri arasında  ən önəmli və güclü mövqeyə 

sahib olan «Təbriz milli əncüməni» orqanı olaraq yayınlanan, yalnız Təbriz və Azərbaycanda deyil, İranın 

hər tərəfində özəlliklə də Tehranda cərəyan edən Məşrutə xəbərlərini ehtiva etdiyindən çox önəmli bir yerə 

sahibdi. Məmmədrza Heyət qəzetdə Azərbaycan türkcəsinin durumu ilə bağlı yazırdı: Qəzetin bəzi 

saylarında çıxan bir neçə şeir istisna olmaqla tamamilə farsca nəşr olunurdu. Amma qəzetə verilən elan və 

xəbərləri nəzərə alsaq bəzi hallarda türkcə olurdu» [108, 1384, № 138-139, 31].   

Tədqiqatçı M.Heyət «Əncümən» qəzetinin saylarını araşdıraraq ona ayrıca məqalə həsr etmişdir. Onu 

cüzi dəyişikliklə oxucuya təqdim edirik. 

Qəzetin 9-cu sayında verilən bir elanda Təbrizin «Ədəbiyə» məktəbində heç məktəbə getməmiş 7 

yaşında uşaqların 4 ay içində fars, türk və ərəb dilində yazıb-oxumaq təklifi verildiyi və məktəbin ana-atalar 

qarşısında sınaqdan keçirildiyi bildirilmişdir. 32-ci sayında eyni məktəb öyrəncilərinin, müəllimlər ilə 

birlikdə Təbriz Əncüməninə gedib «Əncümən» üzvlərinə türkcə şeirlər oxuduqlarını, Əncümənin məktəbə 

25 tümən yardım etdiklərini və qəzetin hər həftə 60 nüsxə öyrəncilərə pulsuz göndərilməyi xəbəri və orada 

oxunan şeirlər dərc olunmuşdur.  Şeir belə başlayır: 



Məktəbdir ənbiyadə nəbilik əlaməti,  

Məktəbdir ovliyadə vəlilik səadəti. 

Məktəbdir aləmdə yetirən hər hidayəti

Məktəbdir orgədən bizə əmri-şəriəti. 

Qəzetin 44-cü sayında yenə  də «Səadət», «Ədəbiyyə», «Nübar» məktəblərinin öyrəncilərinin 

müəllimləri ilə birlikdə teleqraf mərkəzinə getdikləri və orada şeir və xitabə oxuduqları bildirilir. Oxunan 

xitabədən sadəcə «Biz bir qaşıq qanımızı  əlimizə alıb millətə nisar (qurban – P.M.) eləməyə  gəlmişik» 

cümləsini örnək verərək oxunan şeir tamam çap edilmişdir: 

Əməlimiz, əfkarımız iqbali-vətəndir, 

Sərhədimizə qala bizim xaki vətəndir  

Dava günü yeksər görünən qanlu kəfəndir. 

İranlularıq can veribən, nam alaruq biz, 

Davada şəhadətlə kam alaruq biz. 

İranlı adı hər ürəgi lərzə salandır, 

Əcdadımızın hibəti  məərufe cahandır.  

Eyni sayda «Pərşəriş» və «Rüşdiyyə» məktəbi öyrənclərinin də oxuduqları xitabələr nəşr edilib. 

«Əncümən» qəzetinin 116-cı sayının sonluğu, 3-cü səhifənin isə yarısı türkcədir. Türkcə olan mətnlər 

əslində «Səadət» və «Nübar»  məktəbləri müəllimlərinin danışmalarından ibarətdir. Məktəb öyrənciləri ilə 




Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə