MəŞrutə İNQİlabi iLLƏRİNDƏ demokratiK ƏNƏNƏLƏRİn formalaşmasi 1905-1911



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix19.07.2018
ölçüsü1,08 Mb.
#57348
1   2   3   4   5   6   7   8

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



12 

böyük cürətimiz o oldu ki, açıq ana dilindən yazmaqdan biz usanmadıq» dahiyanə  kəlamını  Əliqulu 

Səfərova da  aid etmək olar. 

Birinci nömrədə «Xitab beqələm və müqəddimə» sərlövhəli baş  məqalədə  nəzm və  nəsrlə  dərginin 

məram və proqramı ifadə edilirdi. Sonra Hacı Baba imzası ilə «Ey vətəni-mehriban» şeri verilmişdi. Üçüncü 

səhifədə ölkədə və qonşu ölkələrdən: London, İstanbul, Bakı, Naxçıvan, Miyana, Xorasan, Tehrandan xə-

bərlər verilirdi. Dörd və beşinci səhifələr karikaturalarla bəzədilmişdi. Yeddinci  səhifədə Hacı Babanın 

imzası ilə «Molla Nəsrəddin»ə cavab yazısı getmişdir. 

«Azərbaycan» dərgisində illüstrasiyaları Hüseyn Behzad Müsəvvirzadə  çəkirdi. «Azərbaycan» 

dərgisinin 6 sayında dərc olunmuş yazıda xalqı bir növ uyğusundan ayıldıb, siyasi dərs verirdi: 

«Cənab Hacı Baba, bir gün evdə oturmuşdum. Azərbaycan ruznaməsini gətirdilər. Vaqeədə  əvvələn 

müqəddəs ziyarətdəki biz Azərbaycan üçün bir mayeyi-iftixardır çox şad oldum. Məşrutənin  əvvəlinci 

şüunatından (bəyanatından – P.M.) birisi məclisi  şurayi-milidir. Onun da əvvəlinci bəyanatından birisi 

məsuliyyəti vüziradir. Bunların hamısı ondan ötrüdür ki, bundan sonra millət hamısı asudə olsun və xarici 

bizlərə  əl tapmasın və  onda dəxi möhtac olmayaq daha bundan sonra heç bir bədfitrət kargüzarlıq verə 

bilməz ki, erkək it kimi dişi qurda rəfiq olub bir-bir qoyunları qurda verə, daha bundan sonra Məsudi mülk 

kimi xalq namusunu pula satan və füqaranın ruzisini həbs edən rəis divanınxana olub gündə 7 tümən rüşvət 

alıb daşları, qumları biz biçarə millətə çörək əvəzinə yedirə bilməz»  [70,1907,№ 6,2]. 

Dərgidə siyasi xarakter daşıyan karikaturalar az deyildi. «Azərbaycan»ın ikinci sayının birinci 

səhifəsində Hacı Mirzə Ağasının şəkli təsvir olunmuşdu. Əksin aşağısında onun dili ilə bu sözlər yazılmışdı: 

«Şor suyun nə qabiliyyəti və keyfiyyəti var ki, vaxtımı ona sərf edim».  

Burada Xəzər dənizindən söhbət gedirdi. Hacı Mirzə  Ağasının timsalında Rusiyanın Xəzər dənizi ilə 

bağlı iddialarına qarşı heç bir müqavimət göstərməyən yüksək rütbəli məmurların etinasızlığı  və dövlət 

əhəmiyyətli məsələlərə barmaqarası baxması kəskin tənqid olunurdu. Dördüncü sayının birinci səhifəsində 

Mirzə  Əli  Əkbər xan Atabəyin dizi üstündə  İranın xəritəsini tutub orada əli ilə Azərbaycan  əyalətini 

göstərərək dediyi sözlər əks olunub: «Əslən mənim ürəyim Azərbaycana bağlı deyil, gələcəkdə bu vilayəti 

kəsib atmaq lazımdır». 

Digər bir karikaturada qoyun sürüsünün içinə düşmüş canavar və uzaqdan bu mənzərəni görən iki nəfər 

göstərilir.  Şəklin aşağısında yazılıb: «Ay, haray, canavar qoyun sürüsünün axırına çıxdı». Yaxınlıqda 

sürünün çobanı elə  dərin yuxuya gedib ki, onu heç top-tüfənglə  də oyatmaq mümkün deyil. Karikaturada 

obrazlı  şəkildə canavarın simasında ölkənin təbii sərvətlərini amansızcasına istismar edən yadellilərə

çobanın simasında isə ölkəni idarə edə bilməyən başçıya işarə edilir – şah və onun sarayı tənqid olunurdu. 

Dərginin hər səhifəsində belə mənalı şəkillərə rast gəlmək olardı. Onu xalq arasında populyarlaşdıran bu 

cür rəngarəng şəkillərlə bərabər, həm də  yerli şairlər tərəfindən yazılmış duzlu-məzəli şeirlər idi. Qəzetdə 

Azərbaycan türkcəsində çap olunmuş şeirlər Təbrizdə dildən-dilə gəzir, hətta uşaqlar da həmin şeirləri əzbər 

bilirdilər. 

«Molla Nəsrəddin» jurnalının nəsr nümunələrində Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyevin, şeir 

parçalarında isə M.Ə.Sabir və  Əli Nəzminin təsiri aydın hiss olunurdu. Sabirin şeirlərinin ruhu cənublu 

şairlərə çox doğma idi. Sabirə nəzirə, cavab və təqlid şəklində də yazılan bu şeirlərin müəllifinin adı gizli 

saxlanırdı. Dərgidə Seyid Rza Sərraf,  Əbdülhüseyn Xazin kimi şairlərin iştirakı  şübhəsiz idi. Həmid 

Məmmədzadə onların sırasına Ləli və Mirzə Əli Möcüz kimi şairləri də daxil edirdi. 



[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



13 

«Azərbaycan» dərgisində dərc olunmuş şeirlərdə M.Ə.Sabirin təsiri aydın duyulur: 

 

Ey Molla əmi, boş yerə cindarə sataşma

dindarə dolaşma! 

Bu hiyləgərə, sahurü qəddarə sataşma, 

məkkarə dolaşma… 

…İş çoxdu təriqətdə, əya arifi-kamil, 

Tərk eylə xətanı, bu xətakarə sataşma!.. 

rumdarə dolaşma! 

 

Sabirin «Hə, de görüm, nə oldu bəs, ay balam, iddialərin» misrasından ilham alan Cənubi Azərbaycan 



şairi eyni vəzn və üslubda  şairə cavab şəklində yazırdı: 

Hə, görüsən, yerindədi birbə bir iddiamızı, 

Gör necə müstəcab edib tanrı bizim duamızı, 

Verdi kəmali-lütf ilə mətləbü müddəamızı, 

İndi necə, Molla əmu, mən deyən oldu, olmadı? 

Jurnalın 5-ci sayında dərc olunan felyetonun ana xəttini Sabirin məşhur bir şeri təşkil edir: «İstirahətə 

məşğul olan üləmamız da Rəştdə, Təbriz və  İsfahanda binayi-müxalifət qoyub və milləti-islama heç bir 

qismi himayələri yoxdur: 

 

Millət necə tarac olur-olsun, nə işim var, 

Düşmənlərə möhtac olur-olsun nə işim var?! 

Yeri gəlmişkən Sabirin haqqında söhbət açdığımız «Millət necə tarac olur-olsun, nə işim var» misrası ilə 

başlayan bu şeiri «Hikmət» qəzetinin redaktoru Mirzə Mehdi xan tərəfindən fars dilinə  tərcümə edilib 

«Azərbaycan»da çap olunmuşdur. 

Jurnalın ikinci sayında şair Sərrafın Sabiranə üslubda «Çətin xahiş» adlı şeiri dərc olunub. Öz millətini 

Şərqin «ölümdən də betər» uyğusundan oyatmaq istəyən  şair xalqı  hərəkətdə olmağa, qurub-yaratmağa, 

tərəqqiyə səsləyir: 

 



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə