MəŞrutə İNQİlabi iLLƏRİNDƏ demokratiK ƏNƏNƏLƏRİn formalaşmasi 1905-1911



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix19.07.2018
ölçüsü1,08 Mb.
#57348
1   2   3   4   5   6   7   8

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



10 

müəllimlərinin türkcə  şeirlər oxuyub, çıxış etmələri Təbriz məktəblərində türkcənin təliminin hələ güclü 

olduğunun göstəricisi idi. Ancaq şeirlərdə  və danışmalarda diqqəti çəkən  ən önəmli xüsusiyyət Cənubi 

azərbaycanlılar  üçün iranlılığın üst kimlik kəlməsi və onun hər bir danışmada vurğulanmasıdır. 

Qəzetin 107-ci sayından etibarən əyalət və vilayət əncümənlərinin qanun layihəsi sırayla yayınlanmışdır. 

Layihəyə görə hər bir əyalətdə «Əncumən»in bir əyalət əncuməni (məclisi) qurulmuşdu. 

Əncumən üzvləri xalqın səsi ilə seçilir, seçicilərin İran təbəəsi və 21 yaşından yuxarı olması, əyalətdə 

evi və mülkü bulunması, ya da bir baş vergi verməsi  şərtdir. Qadınlar seçimlərə qatıla bilməzlər. 

Namizədlərə gəldikdə isə  ən az 30 yaşında olub, farsca oxumağı, yazmağı bilməlidirlər. 

Məşrutənin ana yasasında rəsmi dildən söz edilmədildiyi halda, farsca yazıb-oxumağın şərt bildirilməsi 

və dolayısı ilə  də sadəcə türkcə oxuma-yazma bilən bir insanın Azərbaycan  əncuməninə seçilməsinə 

namizəd olmaqdan məhrum edilməsi məqbul məşrutə dövründə fars dilinin daha rəsmi status qazanmasına 

yol açan və türkcənin artıq rəsmi mərkəzlərdə bir işə yaramayacağı anlayışına gələn bu maddə türklərin 

məşrutə dövründə  uğradıqları ən böyük zərər olmuşdur. Mərkəzi hökumətin  türklərin əlində bulunması və 

Məşrutə hərəkatı bayrağının da azərbaycanlıların əlində  olması, türkcənin də farscanın yanında rəsmi status 

qazana bilməsi əlverişli bir şərait yaratmasına rəğmən Azərbaycan aydınları bütün İranı qurtarmaq  naminə 

Azərbaycanı tamam unutmuşdular. 

Qəzetin 1907-ci ildəki 1-ci sayında Bakıda nəşr olunan «Füyuzat» qəzetindən götürülmüş «Nizami 

Gəncəvinin oğluna nəsihəti» yazısı verilmişdir. «Əncümən» qəzetinin 1907-ci ildəki 10-cu sayının birinci 

səhifəsində Parisdən «Osman və iqtisadi tərəqqi cəmiyyəti» tərəfindən Təbriz milli əncuməninə göndərilən 

bir məktub və ikinci səhifədə isə  «Əncumən» tərəfindən verilən cavab yayınlanmışdır. Cavab məktubunun 

sonunda qəzet tərəfindən belə bir açıqlama verilmişdir: «Farsca oxuyan dəyərli oxucu və abunəçilərimizə bir 

az çətin olsa da osmanlı türkcəsi ilə yazılmış olan bu iki məktubu müqəddəs Əncumən üzvlərinin istəyi üzrə 

çevirmədən olduğu kimi nəşr edirik [108, 1384, №138-139, 34-37]. 

 

«AZƏRBAYCAN» dərgisi 

 

Şərq aləmində böyük əks-səda doğuran «Molla Nəsrəddin»in nəşrindən 8 ay sonra onun təsiri altında 



Arazın o biri tayında – Təbrizdə «Azərbaycan» satirik dərgisi çap olundu. 

«Azərbaycan» dərgisinin redaktoru Əliqulu Səfərov Cənubi Azərbaycanın istedadlı publisistlərindən idi. 

O, hələ XIX əsrin sonlarında «Şəbnamə», «Ehtiyac», «İqbal» kimi qəzetləri təsis etmişdi. 

Ə.Səfərovun oğlunun atası haqda yazdığı xatirəsindən məlum olur ki, «o gənc yaşlarında atasının 

yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə  məşğul olurdu. Bu ölkələrdə  İran hökuməti 

tərəfindən sürgün edilmiş siyasi mühacirlər və yerli mütərəqqi ziyalılar ilə sıx təmasda olur. sonralar vətənə 

xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür».

2

 



Ə.Səfərov Təbrizdə öz həmfikirləri ilə bərabər gizli bir cəmiyyət yaratmışdı, «Gizli əncümən» adlanan 

bu mərkəzdə onunla yanaşı dövrün vətənpərvər ziyalıları iştirak edirdilər. Ə.Səfərov qəzet və digər nəşrləri 

xalqı ayıltmağın ən təsirli vasitələrindən biri hesab edirdi. 1892-ci ildə Ə.Səfərov Təbrizdə «Şəbnamə» adlı 

kiçik ölçülü satirik qəzet-vərəqə buraxmağa nail oldu [110, 1946, №26]. 




[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



11 

Ə.Kəsrəvinin yazdığına görə  Əliqulu Səfərov «gizli əncumə»nin üzvü olmaqla bərabər Məmmədəli 

Mirzənin «gizli polis» rəisi idi. M.Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O, bu  

vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən 

cinayətləri, mənfi halları açıb «Şəbnamə»də yayır, geniş kütlələri xəbərdar edirdi.

4

 



Xalqın ehtiyac və arzularını sadə anlaşıqlı dildə, yeri gəldikdə isə gülməli şəkillərlə özündə əks etdirən 

«Şəbnamə»  Ə.Səfərovun redaktorluğu ilə qeyri-leqal çıxarılırdı. Bu mətbu nümunəsi xalq arasında böyük 

maraq və rəğbətlə qarşılanır, əl-əl gəzirdi. «Şəbnamə» primitiv jelatin üsulu ilə hazırlandığından onu böyük 

tirajla yaymaq mümkün deyildi. Ona görə  də  Ə.Səfərov sonralar litoqrafiya üsulu ilə o dövrün müasir 

mətbuat standartlarına uyğun olan «Ehtiyac» (1898), «İqbal» (1898) qəzetlərini və «Azərbaycan» (1906) 

dərgisini nəşr edir. 

«Ehtiyac» qəzetinin cəmi yeddi sayı işıq üzü görmüşdür. Sonuncu sayda Ə.Səfərov yazırdı ki, iranlılar 

hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu acı  həqiqətlə barışa bilməyən Azərbaycan hakimi 

Əmirnazim Gorusi qəzeti bağlamış  və  Ə.Səfərovu cəzalandırmışdı.  Ə.Səfərov bundan sonra «İqbal» adlı 

qəzet çıxarmışdı. «Ehtiyac»ın bir növ davamı olan «İqbal»ın ömrü çox qısa olmuş, onun cəmi dörd sayı işıq 

üzü görmüşdü. 

«Molla Nəsrəddin» dərgisinin nəşrini Ə.Səfərov böyük sevinc hissi ilə qarşılamışdı. Qafqazın mütərəqqi 

ziyalıları ilə yaxından  əlaqə saxladığı üçün çox ehtimal ki, Ə.Səfərovun «M.Nəsrəddin»in redaktoru 

C.Məmməd-quluzadə ilə yaxından tanışlığı olmuşdur. Ona dərginin ilk nömrələrində gizli imza ilə  çıxış 

etmək də müyəssər olmuşdu. Bir neçə mənbə Ə.Səfərovun «Molla Nəsrəddin»də Xortdan imzası ilə çıxış 

etməsini təsdiq edir.

*

 

Mətbuat sahəsində  zəngin təcrübəyə malik olan artıq satirik qələm  əhli kimi ad çıxaran  Ə.Səfərov 



«Molla Nəsrəddin» dərgisinin nəşrindən ruhlanaraq Cənubi Azərbaycanda «Azərbaycan» adlı satirik dərgi 

dərc  edir. Dərgi həftədə bir dəfə kiçik formatda, 8 səhifədə nəşr edilirdi. Birinci səhifəsi fars dilində, qalan 

səhifələri isə Azərbaycan dilində idi. Karikaturalar adətən sonuncu səhifədə verilirdi. Dərginin cəmi 20-dən 

artıq (təxminən 24) sayı işıq üzü görmüşdü. Dərginin redaktoru Əliqulu Səfərov, naşiri Mirzə Ağa Təbrizi 

idi. 

İlk sayda şeir parçaları əsasən Azərbaycan, nəsr hissəsi isə farsca verilirdi. Sonrakı saylarda Azərbaycan 



dili üstünlük təşkil etməyə başladı. 

 «Azərbaycan» dərgisi istər forma və üslub, istərsə  də  məzmun və ideya baxımından «Molla 

Nəsrəddin»ə çox bənzəyirdi. 

«Azərbaycan» dərgisinin ilk sayının titul səhifəsində «Molla Nəsrəddin» dərgisinin daimi emblemi olan 

mollanın rəngli surəti əks olunub. Bununla bildirilirdi ki, Təbrizdə «Molla Nəsrəddin»in təmsilçisi meydana 

gəlmişdir.  Şəkildə  təsvir olunmuş Molla Nəsrəddin sanki onunla yanaşı dayanmış yerli mollaya – Hacı 

babaya xeyir-dua verir. İkinci nömrədən isə Hacı baba tək verilirdi.  

«Azərbaycan» dərgisindən öncə  İranda həmişə elmin və  mədəniyyətin, tərəqqinin önündə gedən 

Azərbaycan ziyalıları Tahir Təbrizi, Mehdi ağa Təbrizi, Məmmədəli Tərbiyət, Həsən Tağızadə ölkədə  və 

xaricdə  «Əxtər», «Hikmət», «Gəncineyi-fünun» və  s.  kimi  dəyərli mətbu orqanlarını  təsis etmişdilər. Bu 

qəzetlər fars dilində nəşr olunur, daha çox ziyalı təbəqəsi arasında yayılırdı. Müəyyən hissəsi Azərbaycan 

tükcəsində yazılaraq gizli yolla hazırlanmış xalq arasında yayınlanan vərəqə və kiçik formatlı qəzetlər qeyri-

müntəzəm və pərakəndə şəkildə olurdu. Vaxtilə Mirzə Cəlinin «Molla Nəsrəddin» üçün söylədiyi «yazıda 



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə