MəŞrutə İNQİlabi iLLƏRİNDƏ demokratiK ƏNƏNƏLƏRİn formalaşmasi 1905-1911



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix19.07.2018
ölçüsü1,08 Mb.
#57348
1   2   3   4   5   6   7   8

[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



M.Rəsulzadə  İranda inqilab və azadlıq hərəkatını izhar edən alimlərin toplandığı  mərkəzin Bakı  və 

İstanbul olduğunu qeyd edirdi [34, 124]. 

O, yazırdı ki, «Məşrutə dönəmində  İstanbulda  əsasən iranlı türklərdən təşkil olunmuş «Səadət 

əncüməni» adlı komitə təşkil olunmuşdu. Bu komitə bir tərəfdən nəşr etdiyi bəyannamlərlə İranda əfkari-

ixtilal pərvərənəyi iqaze, vurduğu teleqraflarla Avropa Əfkari- ümumisini tənvirə  çalışıyor, digər tərəfdən 

də mərakizi ixtilaliyə beynində mübadilə-məlumat və əxbər mərkəzliyi vəzifəsini ifadə ediyordu» [34, 124]. 

Qeyd edək ki, o illərdə İstanbulda «Səadət əncüməni» tərəfindən həftəlik «Siruş» (1909-1910) adlı qəzet 

də  dərc olunurdu. Onun yaradıcı heyətinə Seyid Məhəmməd Tofiq, Əli  Əkbər Dehxuda («Sure-İsrafil» 

qəzetinin aparıcı müxbiri) Əhməd bəy Ağaoğlu və Yəhya Dövlətabadi daxil idilər. 

O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı olan M.Ə.Rəsulzadə Təbrizi 

müdafiə edən mücahidlərin və onların rəhbəri Səttar xanın qəhrəmanlığını «İran məktubları»nda xüsusi qeyd 

edirdi. Məşrutə hərəkatı sonda məğlubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində yeniləşmə 

prosesini Səttar xanın adı ilə bağlayır, onun İran tarixində bir dirçəliş rəmzinə çevrildiyini qeyd edirdi. 

M.Rəsulzadəyə görə bu Məşrutə dövrü Cənubi azərbaycanlıların milli-mədəni hərəkatdan milli haqlar 

uğrunda siyasi mübarizəyə bir keçid mərhələsi olmuşdu. 

O dövrdə  İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə  ən çox oxunan və  ən 

nüfuzlu qəzet sayılan «İran-nou» gündəlik qəzeti nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadə idi. 

M.Ə.Rəsulzadənin sözləri ilə desək, «İran-noy»  İran Demokratik firqəsinin fikirlərini yayırdı, yaradıcı 

heyəti də Azəri türklərindən təşkil olunmuşdu. 

O, 1908-ci ildə Bakı Sosial Demokrat komitəsi tərəfindən Gilan inqilabına nəzarət üçün Rəşt şəhərinə 

gəlib həmin il mücahidlərlə birlikdə Tehrana gedərək Məşrutə  hərəkatına qoşulmuşdu. Tehranda qısa bir 

vaxt  ərzində  Məşrutə liderlərinin diqqətini çəkmiş  və Demokrat Partiyasının qurulması  və proqramının 

yazılmasında iştirak etmişdir. Rəsulzadə Seyid Həsən Tağızadə başda olmaqla Avropa təhsili görmüş bir 

qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat partiayasının əsasını qoyur.  İran 

Demokrat Partiyasının orqanı kimi fəaliyyətə başlayan «İran-nou» qəzeti Məşrutə inqilabının ikinci 

dövründə Avropa standartlarına cavab verən  ən məşhur qəzet idi. Məhəmməd  Əmin Rəsulzadə buradakı 

fəaliyyəti ilə yeni qəzet üslubunu – İrana gətirdi. O, «İran-nou»da Azərbaycanın rus işğalından qurtulması 

və  İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı  sərt məqalələr yazırdı. M.Ə.Rəsulzadə  qəzetdə  bəzən 

Niş təxəlüsü ilə çıxış edirdi. 

«İran-nou» adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları açıb göstərirdi. Ona 

görə  də tez-tez nüfuzlu şəxslərin həmləsinə  məruz qalırdı. Səhifələrindən birində Krılovun «Heyvanların 

konserti» təmsilinə iqtibas çap edən qəzet bir dövlət məmurunun qəzəbinə tuş  gəlmişdi. 1911-ci ildə 

fəaliyyətini «İran-novin» adı altında davam edən qəzetdə siyasi məsələlər daha kəskin verilirdi. Belə ki, bu 

mətbu orqanı  İranda olan əcnəbilərin pərdə arxası  işlərinin üstünü açmağa nail olurdu. Sədr Haşiminin 

qeyd etdiyinə görə Tehranın Milli Məclis nümayəndələri öz nitqlərində  qəzetdə  dərc olunan yazılardan 

istifadə edirdilər [61,65]. 

O illərdə Səttarxan Mərkəzi hökumətə belə bir müraciət göndərmişdi: «Bizim şahla, onun taxt-tacı ilə 

işimiz yoxdur. Biz azadlıq, hüquq və konstitusiyanın  şərtlərinə  əməl olunmasını istəyirik.  Şah bizim 

istəyimizi bizə verməlidir, yoxsa biz cümhuriyyət elan edəcəyik». 




[Skriv text] 

www.achiq.info

  

 

[Skriv text] 



Cənubi Azərbaycanda demokratik hakimiyyətin bərqərar edilməsinə baxmayaraq, İngiltərə  və Rusiya 

hökumətlərinin təhriki ilə bundan sonra da Təbrizə qarşı əksinqilabın yeni hücumları davam edirdi. 1911-ci 

ildə rus qoşunlarının Təbrizə hücumu və şəhərin tutulması inqilabın yatırılması ilə nəticələndi. 

1905-1911-ci illər İran burjua inqilabında Cənubi Azərbaycan aparıcı   rol oynamışdı. Tarixə Məşrütə 

inqilabı kimi daxil olan bu inqilab Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafı üçün şərait 

yaratdı.  

  Məşrutə (konstitusiya) qanunların qəbul olunması ölkədə demokratiyanın yaranmasına və siyasi 

fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan aparılması,  ədalətin və müstəqilliyin 

bərpası devizi altında başlanmış xalqhərəkatı iştirakçılarının əsas; tələbi qanunlara söykənən bir hökumətin 

yaradılması  və bir vətəndaş olaraq onların həyat tərzini formalaşdıracaq hüquqların təmin olunması idi. 

Çünki xalq mədəniyyət və  təfəkkür tərzi baxımından  əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail 

olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər 

mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda nəşriyyat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif 

qəzetlər yayılmağa başladı. İnqilabi hərəkat ölkənin ədəbi mühitində əks olunduğuna görə tezliklə bir çox 

şair və yazıçılar da azadlıq aşiqlərinə qoşularaq qələmləri ilə mübarizəyə atıldılar. Nəticədə xalqın 

informasiya qıtlığı aradan qalldırıldı.  

Mətbuat kütləni gündən-günə yeniləşən siyasi cərəyanlara doğru istiqamətləndirildi. Bu nəşriyyələrin 

yeni  ədəbi-mədəni mühitin formalaşmasında günün tələbindən doğan  əsərlərin yaradılmasında, həcv və 

tənqidin köməyilə xalqın əsrlərdən bəri davam edən qəflət yuxusundan oyadılmasında böyük rolu olmuşdur.  

Onların çoxu burjuaziya ilə bağlı olan ziyalıların fikirlərini təbliğ edirdi. Bir hissəsi cəmiyyətin yuxarı, 

bəzisi isə aşağı təbəqəsinin – şəhər və kənd zəhmətkeşlərinin arzu və istəklərini, fikirlərini çap etməklə ölkə 

əhalisinin mədəniyyətini özlərində əks etdirirdi [64, 15]. 

Hələ illər öncə, Nəsrəddin şah Qacarın dövründə nəşriyyə və tərcümə işləri nazir, Etimadüssəltənətinin 

rəhbərliyi altında «Senzura idarəsi» adlı  təşkilat mövcud  idi və bütün mətbu orqanları bu idarədən 

keçdikdən sonra nəşrinə icazə verilirdi. Aydındır ki, bu qurumun varlığı ilə mətbuat azadlığı tam anlamda 

olmamışdır. Çünki istənilən qəzetin yazılarındakı dövlət siyasətilə uyğunsuzluq onun sonluğu demək idi.  

İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra 

Azərbaycanlı millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edilərək 86 məclis nümayəndəsinin iştirak 

etdiyi toplantıda 76 faiz səs çoxluğu ilə yeni mətbuat qanunu qəbul olundu. Beləliklə, mətbuat tam azadlığa 

qovuşaraq istədiyi qəzeti senzurasız çap etmək hüququna malik oldu. Bu qanun 52 maddəni ehtiva edən 6 

bölümdən ibarət idi. Onun müqəddiməsində deyilirdi: «Konsititusiyanın 20-ci bəndinə müvafiq olaraq yanlış 

və dinə qarşı  zərər törədə biləcək kitab və yazılardan başqa bütövlükdə  mətbuata senzura tətbiq etmək 

qadağandır. Lakin onlarda mətbuat qanunlarına zidd bir şey olarsa, nəşriyyatçı  və ya qələm sahibi həmin 

qanunlar çərçivəsində cəzalandırılır. Yazıçı məşhur İran əhlindən olduqda isə nəşriyyatçı cəzadan azaddır. 

Qərara alınır ki, cəmiyyətin hüquqlarının qorunması, habelə, qələm sahiblərinin və mətbuatın basqılarını 

zərərsizləşdirilməsi məqsədilə, qanunlar çərçivəsində, kitab, qəzet, elan və müxtəlif layihələrin nəşri azaddır. 

Bu kimi işlər və  mətbuatın satışı ilə  məşğul olmaq arzusunda olan şəxslər  əvvəlcədən maarif nazirliyi 

yanında şəri öhdəçiliklərlə mükəməliyyətləndirilməlidir [64,96]. 

Bu mütərəqqi qanunun əhəmiyyətinin lazımınca işıqlandırılması üçün qəbul edilməsindən  əvvəl və 

sonra nəşr olunan qəzetlərin müqayisəsinin aparılması zəruridir. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr 



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə