Filologiya
məsələləri, № 7, 2017
129
BATURA GULİYEVA
Odlar Yurdu University
ba-tura083@hotmail.com
İNTENSİVLİK ƏLAMƏTİ VƏ ONUN DİLDƏ İFADƏ
IMKANLARI
Açar sözlər: intensivlik kateqoriyası, semantik kateqoriya,
ekspressivlik,
kəmiyyət, əlamət.
Key words: category of intensity,
semantic category, expressiveness,
quantity, indication.
Ключевые слова: категория интенсивности, семантическая категория,
экспрессивность, количество, показатель.
«İntensivlik» bir sıra elm sahələrində işlədilən terminoloji
vahidlərdəndir. Bu anlayışı daha geniş mənada kəmiyyət, dərəcə, ekspressiv
ölçü əlamətləri özündə əks etdirir. Bunlar nitqin əlamətləri kimi çıxış edir.
Ekspressivlik nitqi təşkil edən mətnin əlamətdir.
Faktoloji materiallar göstərir ki, intensivlik kateqoriyası- çoxüzvlü,
çoxşəkilli fenomendir, hansı ki, dilin bütün səviyyələrinə aiddir. Bu prosesdə
qrammatik və leksik-frazeoloji vasitələrin bir-birinə təsiri realizasiya olunur,
söyləmlərin superseqment vasitələri güclənir.İntonasiyanın, sintaktik, leksik-
qrammatik, frazeoloji vasitələrin köməyilə nitq prosesi intensivləşir.
«İntensivlik» anlayışı qeyd olunan əlamətlərin nitq prosesində
keyfiyyət tərəfini əks etdirir.
Konkret təsəvvür və yaxud mücərrəd ideyadan asılı olmayaraq,
«intensiv» termini kəmiyyət, dəyər, qüvvə və s. kimi kateqoriyalara xas
bütün fərqləri ifadə edir. Geniş anlamda «intensiv» termin-anlayışı hər hansı
bir dil faktının müqayisəsində meydana çıxır. İki müxtəlif əşya və hadisəni
müqayisə edəndə, qarşılaşdıranda insan şüuru digər səciyyəli əlamətlərə
nisbətən kəmiyyət fərqlini asanlıqla fərqləndirə bilir.
Dildə keyfiyyət sifətlərindən müqayisə dərəcələri düzəlir, çünki əşya
və hadisədəki keyfiyyət az və ya çox dərəcədə ola bilər Bu baxımdan sifətin
semantikası olduqca böyük əhəmiyyətə malikdir. Bu halda da hər hansı bir
qrammatik kateqoriya üçün, hər hansı bir nitq hissəsi üçün ümumi
qanunauyğunluq müəyyən edilir: onlar həm leksik mənalara əsaslanır, həm
də leksik mənalara üstün gəlir və onlardan abstraktlaşır.
«İnsan abstrakt keyfiyyətləri (əşyaya xas olan və ona istinad edilən bu
və ya digər keyfiyyətin müxtəlif miqdarı haqqında təsəvvürləri) ifadə etməyi
birdən-birə öyrənməmişdir, buna görə də müqayisə dərəcələrinin abstrakt
mexanizminə birdən-birə yiyələnməmişdir. Lakin insana onun əmək
fəaliyyəti prosesində əşyanı tutuşdurmaq və müqayisə etmək, bunların
Filologiya məsələləri, № 7, 2017
130
möhkəmlik, elastiklik, davamlılığının müxtəlif dərəcələrini təyin etmək daha
çox lazım gəldikdə, bu müqayisə və tutuşdurmaları sonradan abstrakt
kateqoriyalar dairəsinə keçirmək və nəinki əşyada, həm də красивый
(gözəl), добрый (mehriban), смелый (cəsarətli), мужественный (cəsur)
tipli məfhumlarda keyfiyyətin az və ya çox dərəgəsi haqqında danışmaq
onun üçün asanlaşmışdır. Müqayisə dərəcələrinin müasir sistemi dilin və
təfəkkürün uzun sürən inkişafı prosesində tədricən yaranmışdır» (1, s. 180-
181 (289 s.)
Linqvistik ədəbiyyatda intensivlik əlamətinə baxış fərqlidir. Bəzi
tədqiqatçılar (Ş.Balli) bu anlayış adı altında qüvvətləndirmə, güjləndirmə,
bəziləri «ekspressivlik» (C.Vandries), bəziləri isə affektivlik, emosionallıq
(Ş.Serrius, Q.Karniser, L.Marta və b.) əlamətlərini nəzərdə tuturlar; həmin
məsələləri nitq prosesində kəmiyyət əlamətinin dəyişməsi, əlamətin inkişaf
səviyyəsi (S.E.Rodionova) kimi izah edirlər.
Canlı danışıq aktı zamanı fərd fikrin dolğun ifadəsi üçün bir sıra
yollardan, üsullardan istifadə edir: a) fikrini çox sözlə ifadə etmək istəmir:
gördüm-mən öz iki gözlərimlə baxıb gördüm; b) sözün məna-məzmun
planında dəyişiklik etməklə əlamət, hadisə, yaxüd hərəkəti intensivləşdirir.
Məs.: sınmaq-sınıxmaq, yağış-yağmur, belə-belənçik; j) sözü qrammatik
jəhətdən dəyişməklə intensivləşdirmək istədiyi fikri çatdırır. Məs.: asta-
aram,
həmişə-səhər-axşam, nəhayət-axırdan-axıra və s.
Bu prosesdə psixoloji-affektiv məqam özünü göstərməklə yanaşı,
reallığı dolğun əks etdirməyə can atma, referentin dəqiqləşdirilməsinə daha
uğurlu cəhddə özünü göstərir.Danışan işarələmək istəyinin referentə
çatdırılmasında sərbəstdir və bu zaman mövcud dil imkanı hazır baza kimi
fərdi yanaşmanı təmin etmədikdə yeni vahidlər, yaxud ifadə konstruksiyaları
meydana gəlir. Təbii ki, ədəbi dilin təkanvericisi kimi çıxış edən canlı
danışıq, eyni zamanda ədəbi dilə yeni normalar diktə edir. Bu normaları
bəziləri ədəbi dilin sabitləşmiş aktına çevirmədikdə belə canlı danışıq üçün
qalır. Məs.: səhərdən-səhərdənnən, dünən-dünənnəri, keçən illəri və s.
İntensivlik bir semantik kateqoriyadır, bu kateqoriya semantik-
funksional dairədə meydana çıxır. Onun praqmatik tərəfləri müqayisəli-
tutuşdurma metodu ilə öyrənilməlidir. Praqmatik
olaraq dil vahidlərindən hər
hansı birində (məsələn, qırmızı-qıpqırmızı, gözəl-ən gözəl, sarı-sapsarı; o
gün-bir neçə gün əvvəl və s.) mənanın üstün olduğuğunu müəyyənləşdirmə,
əlbəttə, çətin və mümkünsüzdür. Demək, praqmatika dildə söyləmlərin
funksiyasını və bununla ifadə olunan propozisiyaları, onları spesifik
məqamda işlənməsindən asılı olaraq tədqiq edir. Praqmalinqistika ünsiyyət
prosesində onların-intensivlərin yeni yaranan formalarını təsvir edir və onları
açmağa çalışır. Praqmatik kontekstdə söz-dil vahidi motivləşməni yerinə
yetirir, obyektin, anlayışın konkret şəraitdə mahiyyətini, onu xarakterizə