Filologiya məsələləri, 2017
163
koheziya üçün fundamentaldır. Fikrimizcə burada tematik ardıcıllıq,
qanunauyğunluq olmalıdır. Məhz bu cür ardıcıllıq və qanunauyğunluq
koheziya ilə koherensiyanın qarşılıqlı əlaqəsini və onların birinin digərini
vurğulamasını şərtləndirən amillər sırasına daxildir.
Ulla Connor koheziyaya aşağıdakı təyinatı verir: “ Koheziya
cümlələr və mətnin hissələri arasında əlaqələri göstərmək üçün istifadə
eksplisit linqivistik vasitələrin işlədilməsidir. ” Bu cür koheziv vasitələr
oxucunun öncəki müddəaları müvafiq olanlarla əlaqələndirməyə köməkçi
olan ifadə və sözlərdən ibarətdir. (4)Mətn tekstuallığın tələblərinə cavab
verən kommunikativ hadisədir. Mətnin tamlığını təyin edən standartları
mövcuddur ki, bunlara koherensiya ( mətnin alt qatlarından bəhs edir, o,
mətn istifadəçiləri arasında koqnitiv proseslərin məhsuludur. ), intersionallıq
və koheziya aiddir. Qeyd edildiyi kimi koheziya mətnin üst qatının
komponentlərindən, yəni bizim eşidib yaxud gördüyümüz real sözlərin əlaqə
daxilində qarşılıqlı birləşməsini bildirən yollardan bəhs edir. Fikrimizcə əsas
olaraq bunlardan aşağıdakıları vurğulamaq lazımdır: qrammatik-referensiya;
substitusiya; ellipsis; leksik-qrammatik-bağlayıcı; leksik koheziya;Biz bu
məqalədə qrammatik koheziyanın növlərindən biri olan ellipsisdən
danışırıq.
Generativ dilçilikdə ellipsis termini bir sıra hadisələrə aid edilir,
onların dərk edilən mənası linqivistik formalarla ifadə edilən mənasından
daha əhatəlidir. Ellipsis o zaman yaranır ki, struktur cəhətdən vacib olan
buraxılmamış, deyilməmiş olsun. (5)Ellipsis leksiko-qrammatik
kateqoriyadır. Mətnə xas olan bu hadisə zamanı adətən mətn vahidlərinin,
yəni sözlər, birləşmələr, budaq cümlələr və s. işlədilməməsi baş verir.
Ellipsisdə əvəz etmə mümkündür. Ellipsis anaforik səciyyə daşıyır, nadir
hallarda katafori ola bilir (4). Bu fenomenon həm yazılı, həm də şifahi
mətnlərə xas tipik cəhətdir, baxmayaraq ki, o daha çox danışıqda peyda olur,
çünki danışıq daha az eksplisit olmağa meyllidir. Ədəbiyyatda, bədii
əsərlərdə dialoq, danışıq əlavə edilirsə o, ellipsislə zəngin olur.Ellipsis
danışığa xas, situasiyadan doğan tipik hadisədir. Bu məqsədyönlü şəkildə
edilən bir vasitədir. Ellipsis hadisəsi zamanı söz və ifadələri cümlələrdən
bilərəkdən, məqsədəuyğun şəkildə buraxılır, baxmayaraq ki, məna başa
düşülə bilir. Adətən o söz ifadələr buraxılır ki, onlar lüzumsuzdur, onların
adı artıq əvvəl çəkilir və qeyd olunur. Ellipsis birləşmələrdə, qısa cavablarda
və s. müşahidə olunur. Kiçik bir nitq nümunəsinə nəzər salaq:
A)Where are you going?B)To town:Tam cavab belə olmalı idi. “ I’m
going to town ”
Ümumiyyətlə ellipsis anlaşılması sadə, mətnin əlaqələnməsində isə
olduqca mühüm əhəmiyyətə malik dil fenomenidir. Onun unikallığı lazımı
dil vahidinin işlənmədiyi hallarda mətnin bütövlüyünün təmin olunması,
Filologiya məsələləri, 2017
164
məzmunu ötürücünün niyyətinə müvafiq olaraq çatdırıla bilməsidir.Ellipsis
bu və ya digər mətndə hər hansısa bir mətn vahidinin ( sözlər, cümlələr,
birləşmələr, budaq cümlələr ) işlədilməməsi və yaxud məqsədəuyğun şəkildə
buraxılması, asanlıqla bərpası mümkün olsa da, buna ehtiyacın
duyulmadığını, əsasən şifahi şəkildə ifadə olunan mətnlərə xas, nitqə
yüngüllük gətirən, lakin mənaya xələl vurmayan danışanın zaman və dil
vahidlərinə qənaət niyyətindən irəli gələn, əvvəlki ifadədən və ümumi
mənadan asanlıqla bərpa oluna bilən çox mühüm koheziya vasitəsidir.
Ellipsisin 3 növü vardır: Nominal ellipsis; Klausal ellipsis; Feli
ellipsis;1-ci növ ellipsis nominal birləşmə daxilində sözün
buraxılmasıdır.Məsələn, The teacher went to the board and ( he\ the teacher )
wrote on it.Feli ellipsis dedikdə feli birləşmə daxilində mövcud hansısa
elementin buraxılması nəzərdə tutulur.Məsələn, Have you been swimming?
Yes, I have ( been swimming üçün boşluq qoyulmuşdur. )I could tell you,
but I won’t.
Elliptik feli birləşmənin mənasının birləşmədəki sözlərdən anlamaq
olur. Buraxılmış sözlərin yeri bir növ dolu olur.Klauzal ellipsisdə ellipsisə
fərqli yanaşılır. Budaq cümlə başlanğıc nöqtəsi kimi götürülür. İngilis
dilində budaq cümlə müxtəlif nitq funksiyalarının ( təsdiq, sual, cavab və s. )
ifadəsi kimi başa düşülür. Bu iki hissədən ibarət olur. Modal element və
propozisional elementə bölünür.
Məsələn, The Duke was ( modal element ) going to plant a row of
poplars in the park
What were they going? Holding hands ( They were üçün boşluq
qoyulmuşdur )
Ellipsis hadisəsi o zaman müşahidə olunur ki, vacib bir struktur
element cümlədən buraxılır və yalnız əvvəlki mətndəki elementə istinadən
bərpa oluna bilir.A. Why’d you only set three places? Paul’s staying for
dinner isn’t he?Aşağıda müəyyən bədii əsərdən götürülmüş nümunəyə nəzər
salaq.They hauled Piggy clear of the wreckage and leaned him against tree.
The night was cool and purged of immediate terror. Piggy’s breathing was
little easier.
Did you hurt, PiggyNot much.That was Jack and his hunters, said
Ralph bitterly. Why can’t they leave us alone.We gave them something to
think about, said Sam. Honesty compelled him to go on. At least you did. I
got mixed up with myself in a corner.
I gave one of them what for, said Ralph, Is mashed him up all right.He
won’t want to come and fight us again in a hurrySo did I, said Eric. When I
woke up one was kicking me in the face. I got an awful bloody face, I thing,
Ralph. But I did him in the end.What did you do?
Dostları ilə paylaş: |