Filologiya məsələləri, 2017
184
NAİLƏ QƏDİMOVA
ADİU
nailə.@.mail.ru.
İNGİLİS DİLİ MƏNŞƏLİ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN
AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİNİN METOD VƏ ÜSULLARI
Açar sözlər: frazeologizm, tərcümə, xüsusiyyət, növ, mürəkkəb, qrammatik
Key words: phraseologism, translation, feature, type, complex, grammatical
Ключевые слова: фразеологизм, перевод, особенность, вид, сложный,
грамматических
İngilis dilinin frazeologizmləri öz zənginliyi və mgliyi ilə digər dillərin
frazeologizmlərindən fərqlənir. Bu frazeologizmlərin başqa dillərə tərcüməsi
dilçilikdə ən mühüm və mürəkkəb məsələlərdən biridir. İstər ölkəmizdə,
istərsə də xaricdə ingilis dili frazeologizmlərinin tərcüməsi işinə xüsusi
diqqət yetirilir. Onların başqa dillərə tərcüməsi çox çətin və məsuliyyətli bir
işdir. Görkəmli yazıçı M.Qorki belə hesab edirdi ki, hər hansı fikri tərcümə
etmək üçün hər bir dilin kifayət qədər imkan və vasitəsi vardır. Bü muddəa
eyniliyə azərbaycan dilinə də aidola bilər. Tərcümə göstərir ki, dünyanın ən
zəngin dillərində verilmiş elə bir fikir tapmaq çətindir ki, onu bizim
dilimizdə ifadə etmək qeyri-mümkün olsun. Bununla belə, ingilis dilində
olan frazeologizmləri azərbaycan dilinə tərcümə edərkən müəyyən
çətinliklərə də təsadüf olunur ki, bu çətinliklər ingilis dili ilə azərbaycan
dilinin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqdən irəli gəlir.
İngilis dilindəki sabit söz birləşmələrinin azərbaycan dilindəki qarşılığı ilə
tam, eyni ilə uyğun gəlməməsinin əsas səbəbi onların ingilis dilinin qayda-
qanunları əsasında, xalqın həyat tərzindən, məişətindən, dünyagörüşünə təsir
edən amillərdən asılı olaraq həmin dilin yüz illər boyu davam edən tarixi
inkişafı nəticəsində sabitləşməsidir. Buna görə də frazeologizmlərin
lüğətlərdə dəqiq qarşılığının verilməsi, demək olar ki, mümkün deyil.
Frazeoloji birləşmələr hər bir xalqın milli kaloritini, adət-ənənəsini, nəhayət
dil sistemindəki özünəməxsus leksik-qrammatik formalarını əks
etdirdiyindən belə ifadələr Azərbaycan dilinə tərcümə edilərkən orijinaldakı
xüsusiyyətlərinin hamısını eyni dərəcədə saxlamaq imkanı xaricindədir.
Digər tərəfdən, sözün daxili formasında və bir sıra başqa hadisələrdə
dillər arasındakı yalnız ayrılan cəhətlərin deyil, həm də uyğun gələn
cəhətlərin frazeologizmlərdə mövcud olmasını görməmək olmaz. Belə ki,
frazeologizmlərin leksik vahidlərinin mənalarını hər iki dilə məxsus
lüğətlərlə tutuşdursaq, onlar arasında müəyyən məna yaxınlığı tapmaq olar.
Müxtəlif dillərə məxsus frazeoloji birləşmələrin məna və formaca bəzən bir-
Filologiya məsələləri, 2017
185
birinə uyğun olması insan təfəkkürünün eyni istiqamətdə, eyni qanunlar üzrə
inkişaf və təkamül etməsini göstərən əlamətlərdən biridir. Burada həm də
oxşar tarixi şəraitin, mənəvi yaxınlığın rolu böyükdür. Buna görə də,
müxtəlif dillərdə həm semantik-üslubi, həm də formaca bir-birinə uyğun
gələn frazeologizmlərin tərcüməsi o qədər də çətinlik törətmir. Belə
tərcümədə yazıçının demək istədiyi fikir dəqiq çatdırılır, əsərin bədii
emosionallığı qorunub saxlanılır.
Frazeologizmlərin yanlış tərcüməsinin əsas və ilkin səbəblərindən biri
onların verilmiş mətndən düzgün seçilməməsi, səröəst söz birləşmələri ilə
qarışdırılmasıdır. Digər bir səbəb isə tərcüməçinin seçilmiş bu
frazeologizmləri yalnız lərk etməsidir ki, bu da çox zaman mətnin təhrifinə
gətirib çıxarır. Buna görə də, frazeologizmlərin tərcüməsində səhvə yol
verməmək üçün tərcüməçi ilk növbədə onları verilmiş mətndən düzgün
seçməli, onları düzgün dərk etməli və orijinaldakı fikri təhrif etmədən ifadə
edə bilməlidir. Onun orijinalda təsvir olunan xalqın həyatını və milli
varlığını təşkil edən xüsusiyyətlərini bilməsi vacibdir. Frazeologizmlərin
tərcüməsi zamanı lüğətdən düzgün istifadə olunmalı, dil və üslubi
məsələlərinə dərindən diqqət yetirilməlidir. Frazeologizmlərin tərcüməsi
dedikdə hər şeydən əvvəl aşağıdakı iki başlıca moment nəzərdə tutulur:
a) tərcümə olunacaq frazeologizmi tam başa düşmək;
b) başa düşülmüş frazeologizmin adekvat şəkildə ana dilində ifadə
olunması.
Bu iki momentin vəhdətindən ibarət olan tərcümə prosesində ingilis
dilində söylənilmiş frazeologizm semantik, stilistik və qrammatik nöqteyi-
nəzərdən təhlil olunurn, həmir birləşmənin leksik mənası və üslubi
xüsusiyyəti ilə yanaşı, onun qrammatik məna və vəzifəsi müəyyən edilir.
Bütün bunlar ana dilinin normaları ilə tutuşdurulur və nəticədə ingilis dilində
söylənmilmiş frazeologizm ana dilindəki ifadə vasitələr ilə
müəyyənləşdirilir. Bütün tərcümə prosesi tutuşdurma və müqayisə əsasında
gedir.Frazeologizmlərin dəqiq və mükəmməl formada tərcüməsi ingilis
dilinin frazeologizmləri ilə Azərbaycan dilinə frazeologizmləri arasındakı
əlaqədən, uyğunluq dərəcəsindən asılıdır. Frazeologizmlər tərcümə nöqteyi-
nəzərdən iki qrupa bölünürlər:
1)ekvivalent frazeologizmlər;2)ekvivalentsiz frazeologizmlər.3)Ekvivalent
frazeologizmlər.
Tərcümə olunduğu dildə ekvivalent olan frazeologizmdərə ekvivalent
frazeologizmlər deyilir. Bu frazeologizmlərin iki növü var: tam frazeoloji və
natamam frazeoloji ekvivalentlər.
Tam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin tərkibinə
məna, leksik tərkib, bədiilik, qrammatik quruluş və üslubi çalarlıq
baxımından tərcümə olunduğu dilin frazeologizmləri ilə uyğun gələn və
Filologiya məsələləri, 2017
186
yaxud üst-üstə düşən, dildə hazır şəkildə olan frazeologizmlər daxildir.
Bunlara aşağıdakı frazeologizmləri misal göstərmək olar:
achilles heel – axilles dabanı; augean stables – agin tövlələri; to show
somebody the door – bir kəsə qapını göstərmək (bir kəsi qovmaq); as cold as
ice – buz kimi soyuq; the iron heel – dəmir dana (imperializm); in the sweat
of one
′ s brow – alının təri ilə; a labour of Sisyphus – sizin əməyi; in the
seventh heaven – göyün yeddinci qatında; to frown one
′ s eyebrows –
qaşlarını çatmaq; Lares and Penates – larlar və penatlar; a labor of Hercules
– hekrules əməyi; to stick like a leech – zəli kimi yapışmaq; to dig a pit for
somebody – bir kəsə quyu qazmaq; to gnash the teeth – dişlərini
qıcırdatmaq.
Natamam frazeoloji ekvivalentlər – bu frazeoloji ekvivalentlərin
tərkibinə isə tərcümə olunduğu dilin frazeologimzləri ilə bədiilik və məna
baxımından nisbətən uyğun gəlməyən frazeologizmlər daxildir. Tərcüməçi
bu cür frazeologizmləri tərcümə edərkən onun ifadəliliyni, emosionallığını
də nəzərə almalıdır. Natamam frazeoloji ekvivalentlərə aşağıdakı
frazeologizmləri misal göstərə bilərik:
to be in black book – qara siyahıda olmaq; golden opportunity – gözəl
fürsət; to be in pins and needles – tikan üstündə oturmaq; tof all on stony
ground – boşa çıxmaq; to have pity on (smb.) – bir kəsə ürəyi yanmaq; to
catch somebody red-handed – bir kəsi cinayət üstündə yaxalamaq; to call a
spade – necə var, elə demək; one swallow does not make a summer – bir
güllə bahar omaq; to burn the candle at both ends – ömrünü puç etmək;
between hammer and anvil – od ilə su arasında; to make a monkey out of
somebody – bir kəsi ələ salmaq; fly off the handle – özündən çıxmaq; small
talk – boş sözbət.
Natamam frazeoloji ekvivalentlər özləriilə üç qrupa bölünür. Birinci
qrup natamam frazeoloxi ekvivalentlərin tərkibinə tərcümə olunduğu dilin
yaxın olan, lakin leksik tərkibinə görə fərqlənən frazeologizmlər daxildir.
Məsələn: a wlof in sheep
′ s clothing – qoyun dərisi geymiş canavar; the
game is not worth the candle – əl bulamağa dəyməz; the talk of the town –
dillərə dastan; don
′ t count your chickens before they are hatched – cücəni
payızda sayarlar; the first portent – müjdəçi, ilk əlamət.
Üçüncü qrup natamaam frazeoloji ekvivalentlər tərcümə olunduğu dilin
frazeologizmləri ilə bütün xüsusiyyətlərinə görə uyğun gələn, lakin bədiilik
baxımından fərqlənən frazeologizmlərdir. Məsələn: to spread before the eye
– elə bil ovcumun içindədir; as old as hills – dünya qədər qoca; be born with
a silver spoon in one
′ s mouth – xoşbəxt ulduz altında doğulmaq.
2. Ekvivalentsiz frazeologizmlər.
Dostları ilə paylaş: |