Filologiya məsələləri, 2017
175
4.Nəticə aydındırmı? Deyilənlərə yekun vurulubmu?
5.Tələffüz zamanı danışan özünə inanırmı? Duruşu düzgündürmü? Jestlər?
Nitqin tempi düzgündürmü? Monoton deyil ki? Auditoriya ilə ünsiyyət
yaradılmışdırmı? Nitq nöqsanları varmı?
6.Mühazirəçiyə məsləhətlər.
Məşgələlərdə oyun situasiyalardan istifadəsi dərsi praktiki cəhətdən
daha da əhəmiyyətli edər. Məsələn, müəllim tələbələrə belə bir oyun
situasiyasını təklif edə bilər:
a)Nitq etiketinin formullarından istifadə edərək, müraciət edin:
1) sizə lazım olan xəstəxana şöbəsinin, ordinator, rentgen və tibb
universitetinin kafedrasının yerini öyrənmək üçün tibb işçisinə;
2) müəyyən dərmanların olması, tibb personalının iş qrafiki, xəstənin digər
palataya keçirilməsi haqqında baş tibb bacısına;
3) xəstənin yanına baş çəkməyə qələn yaşlı insana;
4) apteki, sarğı otağını və prosedur kabinetini tapa bilməyən öz palatanızdan
olan xəstənizə
b) Nitq etiketinin formullarından istifadə edərək, salamlaşın:
1) şöbə müdiri ilə;
2) poliklinikanın baş həkimi ilə;
3) baş tibb bacısı ilə;
4) növbətçi tibb bacısı ilə;
5) palatanın xəstələri ilə
c) Nitq etiketinin formullarından istifadə edərək, vidalaşın:
1) şöbə müdiri ilə;
2) palatanızın xəstəsi ilə;
3) pasiyentin qohumları ilə;
4)
iş yoldaşlarınızla
d) Pasiyentin şikayətlərinin xüsusiyyətlərindən asılı olaraq təəssüf və
təsəlli formullarından istifadə edin. Ünsiyyət şəraitinə müvafiq danışığı
dialog formasında tərtib edin.
1) mən özümü o qədər də yaxşı hiss eləmirəm: boğazım ağrıyır və
burnum tutulub;
2) oynaqlarım ağrıyır və gözlərim qamaşır. Qorxuram ki, bu qripdir;
3) ürəyim nəsə narahatdır. Qızdırmam yüksəkdir və titrətmə məni
narahat edir;
4) məni yuxusuzluq narahat edir, pis yatıram;
5) öskürəyim keçmir;
6) mənə elə gəlir ki, məndə mədə xorasıdır;
7) antibiotiklərdən istifadə etməmək olar?
e) Mətni oxuyun. Onun məzmununu dialoq formasında verin.
Filologiya məsələləri, 2017
176
Bir xəstənin sağalmasına ümid verərək həkim onda sağalma əlamətlərini
axtarırdı. Həkim gah xəstənin nəbzini, gah onun analizinin nəticəsini
müayinə edərək inandırmağa çalışırdı ki, xəstənin hətta tərləməsi belə
vəziyyətinin yaxşılaşmasının göstəricisidir. Xəstədən soruşanda ki o, özünü
necə hiss edir, o, zəif səslə: "Bu sonsuz “sağalmalardan” ölürəm” - deyə
cavab vermişdir (Emmanuel Kant “Fakültələrin mübahisəsi”).
Tələbələr hazırlaşıb bu ünsiyyətin necə keçə biləcəyini təsvir
etməlidirlər. Belə situasiyalarda həkimin vacib və əsas xüsusiyyətlərindən
biri olan eşitmək bacarığına da əsas diqqət yetirilməlidir. Diqqətlə qulaq
asmaq, eşitmək, situasiyanı tez təhlil edib, cavab vermək bacarığına bugünkü
tələbələr yiyələnməlidirlər. Bundan başqa, xüsusi jest, mimika və səsin
intonasiyası ilə gələcəyin həkimləri xəstələrə öz mərhəmətini, dərdə
şərikliyini olmalarını göstərməyi bacarmalıdırlar.
Nəzərə almaq lazımdır ki, nitq mədəniyyəti fənni ümumi humanitar
xarakter daşıyır və ixtisas fənlərlə daim əks-əlaqədə olur. Dərslərdə ixtisas
terminlərinin işlədilməsi ilə yanaşı, nitq mədəniyyətini ixtisas etikası ilə
əlaqələndirmək olar. Şübhəsiz ki, nitq mədəniyyətinin yüksək səviyyəyə
qalxması, gözəl, düzgün danışığa yiyələnməsi hər hansı bir mütəxəssisin
peşəkarlığını qaldırır. Aydın, təsirli, düzgün nitq mədəni insanların əsas
göstəricilərindən biridir.
Azərbaycan dili və nitq mədəniyyəti fənninin əsas məqsədi –
tələbələrin savadlı, qüsursuz, düzgün nitqə yiyələnməsi, nitqin inkişafı və
təkmilləşdirilməsidir. Bu fənnin öyrənilməsi peşəkarlığı xeyli artırır,
təcrübənin formalaşmasına təsir göstərir. Tələbələr daim nitqin
təkmilləşməsi üzərində çalışmalıdırlar və bu işdə mütaliənin, internetin,
ünsiyyətin böyük rolu var. Dilə diqqətlə yanaşma, onun qorunması nitqin
təkmilləşməsinə kömək edir.
Yekün olaraq qeyd edək ki, mədəni nitq sözlərin düzgün tələffüzü,
danışıqda sözlərin düzgün seçilməsi və onlardan mənasına uyğun
istifadəsini, dil vahidlərinin bir-biri ilə düzgün əlaqələndirilməsini tələb edir.
Hər bir tələbə, gələcəyin ziyalısı ədəbi dilin qaydalarını bilməlidir və onlara
riayət etməlidir.
СТ.ПРЕПОД.КАДИЕВА С. А.
ATU
ОШИБКИ В РЕЧИ СТУДЕНТОВ МЕДИЦИНСКОГО
УНИВЕРСИТЕТА
И ПУТИ ИХ УСТРАНЕНИЯ
РЕЗЮМЕ
Одним
из
важнейших
показателей
уровня
культуры
медицинских работников, их мышления, интеллекта является речь, с
Filologiya məsələləri, 2017
177
помощью которой они вступают в общение со своими пациентами.
Кроме того, речь – это совместная деятельность, которая не должна
вызвать дискомфорта у ее участников. Поэтому необходимым является
соблюдение каждым из них норм речевого этикета. Выявление
действенных способов речевого воздействия на пациента позволяет
современным врачам так построить общение с пациентами, чтобы оно
было максимально эффективным. Каждый врач должен знать тактику
медицинского общения, кроме того, уметь применять ее на практике.
Соблюдение правил вежливости и речевого этикета в общении с
пациентом, проявление заботы и уважения к нему является
обязательным в работе врача. В предлагаемой статье «Ошибки в речи
студентов Медицинского университета и пути их устранения»
говорится о допускаемых в речи студентов ошибках и о возможных
путях их устранения. На уроках культуры речи особое внимание
уделяется выработке навыков слышать, слушать, быстро анализировать
ситуацию и отвечать.
KADIYEVA S.A.
ERRORS IN THE SPEECH OF STUDENTS OF THE MEDICAL
UNIVERSITY AND WAYS TO ADDRESS THEM
SUMMARY
One of the most important indicators of the level of culture of health
workers, their thinking, it is the intelligence with which they come into
contact with their patients. In addition, it - it is a joint operation, which
should not cause discomfort to the participants. So necessary is to comply
with each of them the rules of speech etiquette. Identify effective ways to
impact on the patient's speech allows physicians modern way to build
communication with patients that it is as effective as possible.
Every doctor should know the tactics of medical communication, in
addition, be able to apply it in practice. Compliance with the rules of
politeness and etiquette of speech in communication with the patient, caring
and respect for him is a must in the doctor.
In this article, "Errors in the speech of students of the Medical
University and the ways to overcome them" refers to the speech of students
admitted in error and possible ways to address them. On the lessons of
speech focuses on developing the skills to hear, to listen, to quickly analyze
a situation and respond.Increasing the level of speech is the main task of this
subject.
Rəyçi: dos. D.M.Rəhimzadə
Dostları ilə paylaş: |