Filologiya məsələləri, 2017
173
olmalıdır ki, ona diqqətlə qulaq asırlar, başa düşürlər və kömək etməyə
çalışırlar. Bir sözlə, həkim nitqinin keyfiyyətlərindən biri də inandırıcılıq,
qaneedicilikdir. Nitqin inandırıcı olması üçün həkim öz sözlərinin
dəqiqliyinə əmin olmalıdır. Tibb işçisinin söz ehtiyatı nə qədər zəngin olsa,
xəstələrlə ünsiyyətdə olmaq bir o qədər asan olar.
Həkimlik peşəsi üçün dinləmə və eşitmə bacarığı da vacib
keyfiyyətlərdəndir. Xəstənin şikayətlərinə qulaq asma bacarığı hərdən
dərmanlardan da vacib olur, bəzi hallarda isə müalicənin düzgün yolunun
tapılmasına da kömək edir. Həkimlik peşəsində hər bir şey vacibdir: həkimin
özünü necə təqdim etməyi, xəstə ilə necə ünsiyyət qurması, onu necə
dinlənməsi, sualların cavablanması, hər hansı nəticələrə gəlməsi və s.
Bunların hamısını nəzərə alaraq sual yaranır. Sadalağımız bütün
keyfiyyətlərə gələcəyin həkimləri, indiki Azərbaycan Tibb Universitetinin
tələbələri “Azərbaycan dili və nitq mədəniyyəti” kursunun öyrənilməsi
prosesində necə nail ola bilərlər?
“Azərbaycan dili və nitq mədəniyyəti” fənni Tibb Universitetində tədris
olunan əsas fənlərdən biridir. Bu kursun əsas məqsədi tələbələrin nitq
mədəniyyətinin inkişafıdır. Nitq mədəniyyəti əsaslarının öyrənilməsi
gələcəyin həkimləri üçün ona görə vacibdir ki, öz vəzifə borcunu yerinə
yetirərkən həkimlər xəstələrlə, onların qohumları, öz kolleqaları ilə daima
ünsiyyətdə olurlar və işlə bağlı lazım olan sənədləşməni edirlər. Cox
vacibdir ki, gələcəyin həkimləri savadlı olsun, həm yazılı, həm şifahi ədəbi
nitqə yiyələnsin, öz doğma dilinin müasir dövrdə əhəmiyyətini dərk etsin,
ona xüsusi qayğı ilə yanaşsın, dilin incəliklərini və gözəlliyini anlasın,
mətnləri təhlil etməyi bacarsın və müxtəlif üslublardan istifadə edərək öz
nitqlərini qursunlar.
“Azərbaycan dili və nitq mədəniyyəti” kursunun keçməsi üçün 60
saat ayrılıb. Qeyd etdiyimiz gələcək həkimlər üçün vacib bacarıqlara
yiyələnmək üçün bu vaxtı kifayət hesab etmək olmaz. Fənnin Proqramı
tələbələrin mədəni nitqə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən
bələd olmaq, onun fonetik, leksik və qrammatik normalarını mükəmməl
öyrənmək, dil qanunlarını nitqdə düzgün tətbiq etməsınə istiqamətləndirilib.
ATU-ya daxil olan tələbələr Azərbaycanın müxtəlif bölgələrindən
gəlir və sözləri yaşadıqları yerin danışıq tərzinə uyğun işlədirlər. Məlumdur
ki, hər bölgənin öz dialekt, şivə və ifadələri var.Tələbələrin nitqində dialekt
xüsusiyyətləri ən çox fonetik səviyyədə və heca vurğusundan düzgün istifadə
edilməməsində müşahidə olunur və bu da tələbələrin nitqinin pozulmasına
səbəb olur. Belə hallar vaxtında aradan götürülməsə gələcəyin ziyalıları dilə
məsuliyyətsiz yanaşacaq və ədəbi dilin normalarını pozaraq danışacaq. Bunu
nəzərə alaraq, müəllimin işi tələbələrin tələffüzünə, onların dialektlərdən və
həmin dialektə xas olan intonasiyadan azad olmasına istiqamətlənməlidir.
Filologiya məsələləri, 2017
174
Respublikamızda Azərbaycan dili – Dövlət dilidir və həkimin xəstə
ilə ünsiyyəti bu dil vasitəsi ilə həyata keçir. Qeyd etmək lazımdır ki, bu
ünsiyyətdə bir çox qüsurlara rast gəlirik. Təəssüf ki, bəzi həkimlərin dilində
nitq qüsurları tez-tez müşahidə olunur. Bəzi həkimlər bir neçə cümlədən
ibarət fikrini aydın, rəvan, səlis dillə ifadə etməkdə çətinlik çəkirlər, öz aydın
və dəqiq olmayan söhbətləri ilə xəstələri çox halda narazı qoyurlar.
Doğrudanmı səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl
danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır.
Düzgün, dəqiq, savadlı nitqə yiyələnməsi Tibb Universitetinin
tələbələri üçün çox vacibdir və gələcəyin ziyalıları – Universitetin tələbələri
özləri bu nəticəyə gəlirlər ki, düzgün, aydın, təsirli danışmaq nüfuzludur.
Belə nitq danışanın yüksək mədəniyyətinin göstəricisidir və belə nitqlə
xəstənin etibarını qazanmaq mümkündür. Söz ehtiyatının və leksikasının
zənginləşməsi - həkimin nitq mədəniyyəti üçün çox vacibdir. Buna görə də
artıq ilk məşğələlərdə tələbələrə xüsusi bir lüğətin tutulması məsləhət
görülür. Bu lüğətdə bütün yeni və mənası aydın olmayan sözlər və terminlər
qeyd olunmalıdır.
Nitq mədəniyyəti üzrə aparılan dərslərdə sərbəst mövzuların
hazırlanması əhəmiyyətli rol oynayir.Sərbəst məruzələr tələbələrin
dünyagörüşünü artırır, istənilən bir mövzuda öz fikirlərini bildirməklə
yanaşı, nitq mədəniyyətinin tələblərinə riayət edərək öz düşüncələrini
müstəqil formada təqdim etmək vərdişlərini yaradır. Tələbələrə sərbəst
mövzuları verərkən prezentasiyaların (təqdimatların) hazırlanması da təklif
oluna bilər. Müəllim sərbəst mövzulara və belə təqdimatların hazırlanması
üçün mövzuların seçilməsində kömək edə bilər. Məsələn, tibb elmi ilə bağlı
mövzular: “Sözlə necə müalicə etmək olar”, “Həkimin xəstəsi ilə söhbət”,
“Həyat davam edir”, “Həkimin kodeksi”, “Laboratoriyada”, “Həkim
müayinəsində”, “Xəstənin şıkayətləri”, “ Hər kəs öz sağlamlığının qayğısına
qalmalıdır” və s. Tələbələrin vətənpərvərliyini artırmaq üçün onlara başqa
müxtəlif mövzular təklif olunmalıdır. Məsələn, Azərbaycanın Dövlət
xadimləri, Respublikamızın görkəmli şəxsiyyətləri, milli qəhrəmanlar,
muzeylər, heykəllər, kitabxanalar və s.Bu nəinki düzgün nitqin
formalaşmasına kömək edəcək, həm də vətənpərvərliyi artıracaq.
Tələbələrin cıxışlarından sonra məruzələrin qiymətləndirilməsi
təxminən bu sxemlə aparılmalıdır:
1.Mövzu və məqsəd maraqlıdırmı? Aktualdırmı?
2.Girişi maraqlıdırmı? Diqqəti cəlb etmə üsulundan istifadə olunubmu? Cox
yorucu deyil ki?
3.Əsas hissənin planı düşünülmüşdürmü? Materialın hamısı mətləbə
uyğundurmu? Nümunələr yetərlidirmi? Məzmunu konkretdirmi? Məqsədə
nail olunmuşdurmu?
Dostları ilə paylaş: |