Filologiya məsələləri, 2017
181
indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı.
Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək ».
Azərbaycan dramaturgiyasında M. F. Axundov ənənələri sonrakı illərdə
N. Vəzirov. Ə. Haqverdiyev, C. Məmmədquluzadə, C. Cabbarlı, H. Cavid və
digərləri tərəfindən davam və inkişaf etdirilmişdir. Müasir dövrdəki şairlər,
yazıçılar, dramaturqlar yaxşı bilməlidirlər ki, Azərbaycan ədəbiyyatında
Nizami, Füzuli, M. F. Axundov, M. Ə. Sabir kimi zirvələr mövcuddur…
XIX əsrin sonunda – XX əsrin əvvəllərində N. Vəzirov, Ə.
Haqverdiyev, C. Məmmədquluzadə, Y. V. Çəmənzəminli hekayə, povest və
romanlarında Şeyx Şəban, Mirzə Səfər, Qurubanəli bəy, Xudayar bəy,
Məhəmmədhəsən əmi kimi realist tiplər yaratmaqla bədii nəsrdə obrazlılığı
yeni, daha yüksək mərhələyə qaldırdılar və müasirləşdirdilər.
Ə. Haqverdiyevin «Mirzə Səfər» hekayəsində Mirzə Səfərin dediyi
«De, sən öl, Həsən Ağanın qohumuyam» sözləri məna dərinliyinə,
əhəmiyyətinə görə keçmiş və müasir cəmiyyətin eyni vəziyyətdə olmasından
xəbər verir. Əks təqdirdə hekayə qəhrəmanının sözləri dildə bu qədər
uzunömürlü olmazdı və özünə «əbədilik» hüququ qazandırmazdı.
C. Məmmədquluzadə Qurbanəli bəyin, Xudayar bəyin portretini
yaradarkən elə təsirli bədii təsvir vasitələrindən istifadə etmişdir ki, oxucuda
onların «dindar, mömin”, yaltaq, ikiüzlü, qəddar olmalarına azacıq da olsa
şübhə yeri qalmır. Ona görə də yuxarıda adları çəkilən surətləri bizim
«dövrümüzdə yaşayan və bizimlə birgə addımlayanlar» kimi qəbul edirik.Bütün
hallarda mənfi və müsbət olmalarına rəğmən, mükəmməl tiplər hesab edilən
surətlər yüksək bədiilik və obrazlılıq sayəsində yaradılmışlar. Onlar sadəcə
olaraq cinayətkar və yaxud da xeyirxah insanlar kimi qəbul edilmirlər.
Bu mənada M. Ə. Sabirin satira yaradıcılığı müasirləri arasında xüsusilə
fərqlənirdi. Sabirin yaratdığı tiplər hərəkətləri, danışığı, davranışı ilə özlərini ifşa
edir, xalqa zidd münasibətlərini göstərirdilər. Sabir cəmiyyətin bütün
təbəqələrindən nümunələr götürmüş və yüksək bədiiliyə, obrazlılığa nail
olmuşdu. Böyük şairin “həpəndlərini” min kilometrdən belə tanıtmaq olur.
Fikrimizcə, şairin satiralarının ifşaedici gücü onun obrazlılığındadır. «Fəhlə
özünü sən də bir insanmı sanırsan», «pulsuz kişi insanlığı asanmı sanırsan»,
«millət necə tarac olur-olsun nə işim var», «eyləməyin dəngəsər, oxutmuram əl
çəkin», «neylərdin, ilahi», «səbr eylə» ifadələri xalq arasında zərb-məsələ
çevrilmişdir.
Təsadüfi deyildir ki, 70 illik Sovet hakimiyyəti dövründə bədiilik,
obrazlılıq şairlərin, yazıçıların mənəvi silahına, onların qoruyucu sipərinə
çevrilmişdi. Sənətkarlar “sosialist realizmi” yaradıcılıq metodunun sərt
qanunlarından, qadağalarından yayınmaq, “ideal surətlər” yaratmaqdan yaxa
qurtarmaq üçün canlı xalq danışıq dilindən, atalar sözlərindən, müxtəlif bədii
təsvir vasitələrindən, obrazlılıqdan geniş və hərtərəfli istifadə etməyə üstünlük
Filologiya məsələləri, 2017
182
verirdilər. Bu xüsusiyyət XX əsr Azərbaycan ədəbiyyatının məcburi şəkildə
qəbul etdiyi “ezop dili” idi.
XX əsrin 30- cu illərində C. Cabbarlı dram əsərlərində bu üsuldan
bəhrələnmişdi və böyük uğurlar qazanmışdı. Sonrakı illərdə 70 illik Azərbaycan
sovet ədəbiyyatında baş verən hadisələr inandırıcı şəkildə sübut etdi ki, bədii
təsvir vasitələrindən, obrazlılıqdan “möhkəm yapışmağın” alternativi yoxdur.
S.
Vurğun, M. İbrahimov, S. Rüstəm, İ. Əfəndiyev, İ. Şıxlı, B.
Vahabzadə, İ. Məlikzadə, M. Araz və digərləri əsərlərində yuxarıda göstərilən
xüsusiyyətləri əyani şəkildə həyata keçirdilər. Xalq şairi Səməd Vurğunun
“Azərbaycan” poemasında yaratdığı Azərbaycan obrazı Azərbaycan xalqının
milli pasportudur.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan.
Həqiqətən, “Könül, Candan, Azərbaycan xalqı Azərbaycandan
ayrılmazdır”. Danılmaz faktdır ki, bütün bunlar yüksək obrazlılıq, ifadəlilik
vasitəsilə mümkün olmuşdur. Ona görə şifahi nitqdə, bədii əsərlərin dilində
obrazlılığın alternativi yoxdur. Zaman keçdikcə biz bu həqiqətə daha çox
inanırıq və yaxınlaşırıq.
Obrazlılıq- Nizami, Füzuli, Nəsimi, Vaqif, Səməd Vurğun yaradıcılığına təkrar-
təkrar müraciətdir, onlara qayıdışdır. Elmi- texniki tərəqqinin sürətli inkişafı
keçmişə, eyni zamanda bugünə, gələcəyə daha ehtiyatlı yanaşmağı tələb edir.
Çünki keçmiş heç vaxt keçmiş olaraq qalmır. Gələcəyə aparan bütün yollar
küçmişdən başlayır.
ƏDƏBİYYAT
1.
Gəncəvi N. (2011).
Xosrov və
Şirin, tərc.: Xəlil
Yusifli ( (azərb.)), Bakı: Adiloğlu, 388 səh.
2.
Füzuli M. Əsərləri. Altı cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005, 336
səh.
3.
3.Xəlilov S. Aforizmlər: seçilmişlərdən seçilmişlər.Bakı, Çaşıoğlu,
2012, 560 səh.
4.
4.В мире мудрых мыслей. Крылатые фразы и афоризмы. Москва.
«Просвещение», 1968
Filologiya məsələləri, 2017
183
АЛИЕВА Н.А.
КУЛЬТУРА РЕЧИ И ОБРАЗНОСТЬ
Р Е З Ю М Е
Речь является одним из показателей национальной культуры того или
иного народа.
Она отражает нравственное состояние общества, национальные и
культурные традиции. На всех стадиях исторического развития красивой,
образной речи придавали особое значение, т.к. она помогала раскрыть
внутренний мир человека.
Предлагаемая статья посвящена культуре речи, в ней говорится об её
образности. Речь писателей, поэтов, актеров, преподавателей, работников
радио и телевидения отличается выразительностью, логичностью,
богатством своего слова. На примере отрывков из произведений
классиков азербайджанской литературы, выдающихся людей и деятелей
культуры автор показывает, что овладение навыками красивой,
правильной речи зависит от каждого из нас. Эффективность речевого
общения зависит от соблюдения требований, предъявляемых к ней. Автор
отмечает, чтобы речь могла взволновать, воздействовать на читателя или
слушателя, она должна обладать образностью, которой в художественной
литературе нет альтернативы.
ALIYEVA N.A.
CULTURE OF SPEECH AND IMAGERY
SUMMARY
It is one of the indicators of the national culture of a people.
It reflects the moral state of society, national and cultural traditions. At all stages
of the historical development of beautiful, figurative speech attached special
importance, since she helped to reveal the inner world of man.
This article is devoted to the culture of speech, it says on its imagery.
These writers, poets, actors, teachers, workers of radio and television is different
expressiveness, logical richness of his word. For example, extracts from the
works of classics of Azerbaijani literature, famous people and culture, the author
shows that mastering the skills of beautiful, right speech depends on each of us.
The effectiveness of speech communication is dependent on compliance with
the requirements for it.The author notes that it might excite, influence the reader
or listener, it must have the imagery, which in the literature there is no
alternative.
Rəyçi: dos.Rəhimzadə D.M.
Dostları ilə paylaş: |