Filologiya məsələləri, 2017
195
4. m. (məcazi) rəzil, şərərfsiz, namərd, çox pis...(3, 50)
“İngiliscə-Azərbaycanca lüğət”də isim kimi “charge” sözünün 9
mənası verilmişdir ki, burada da axırıncı mənanın məcazda da işlədilməsi
göstərilmişdir:
Charge n.
1) Ödəmə, vermə, qiymət (xidmət və s.):pl. Xərc, məxaric; ~for
admission-giriş üçün ödəmə; free of ~ pulsuz; extra ~ əlavə xidmətlər üçün
ödəniş;
2) Ittiham, təqsirləndirmə; on a ~ of it- ittihama görə (bir şeydə)
3) Məsuliyyət (vəzifəyə); vəzifə, birc; who is in ~ here? Burada başçı
kimdir?; to take ~ of- nəzarət altına almaq, nəzarətində saxlamaq (nəyisə),
idarə etmək, baxmaq (nəyəsə);
4) Baxım, qayğı, himayə; to be in ~ of – baxmaq, qayğı göstərmək
(kiməsə); to leave children in smb s ~ uşaqlari kiminsə himayəsi altinda
qoymaq; to give smb.in charge – kimisə polisə təslim etmək;
Dildə məcazın əsasən, metafor, metonomiya, sinektoxa, alleqoriya,
epitet və s. kimi növləri fərqləndirilir ki, bunlar da hələlik polemika
doğurur.Qeyd edək ki, məcazın növləri içərisində ən geniş yayılanı
metafordur. Yığcamlıq və ifadəlilik cəhətdən metafor ən qüvvətli vasitədir.
Metafor əşya və hadisələr arasında mövcud olan qarşılıqlı əlaqələrin
dərkedilməsi təffəkürlə bağlıdır. Bu da onunla əlaqədardır ki, bir çox
əlamətlərin, məsələn, predmetlər arasında oxşarlıq, bənzəyiş, müqayisə kimi
əlamətlərin varlığı həmin predmetin adı başqası üçün işlədilir.
Məsələn, “meymun” heyvan adıdır; İngilis dilində “ape”, “monkey”
kimi sözlərlə ifadə olunur. Bu heyvana məxsus başqasını yamsılama, təqlid
etmə, ağız əymə, əzilib-büzülmə və s. kimi səciyyəvi xüsusiyyətlər onun
adının metafora çevrilməsinə zəmin yaradır.“Meymun” sözün həm
Azərbaycan dilində, həm də İngilis dilində eyni məfhumu, eyni mənanı ifadə
edir. Hər iki dildə “meymun” sözündən meymunluq etmək (ape, to act\to
play the ape) ifadəsi də işlədilir ki, bu da-“yamsılamaq,” “təqlid etmək”,
“oyun göstərmək”, “ağzını əymək” və s. kimi mənaları bildirir. Həmin söz
və ifadə Azərbaycan və İngilis dillərində tez-tez işlədilir.Bəzi məcazi sözün
özünün də məntiqi bir mənası var. Məsələn “lair” İngilis sözünün isim kimi
əsqas məna kimi “mağara”, “yuva” (vəhşi heyvanların məskunlaşdıqları yer),
“adamım gizləndiyi, daldalandığı yer”, fel kimi “mağaraya girmək”
mənalarını bildirir. Məcazi mənada isə “qış yuxusuna girmək” ifadəsi kimi
işlədilir – yəni çox yatmaq, heç nədən xəbəri olmamaq.Qeyd edək ki,
“mağara” dedikdə ilk olaraq ayı yuvası nəzərdə tutulur. Ayı da çox yatanda
(bütün qış yatır) qış yuxusuna gedib-deyirlər.Metaforun yaranma
xüsusiyyətləri rəngarəngdir, onlar müxtəlif yollarla əmələ gəlir. Onlar ilk
növbədə bənzəyiş əlamətləri nəticəsində yaranır.Metaforlar zahiri cəhətdən
Filologiya məsələləri, 2017
196
oxşarlıqla əlaq\ədae, daxili əlamətlərinə görə oxşarlıq nəticəsində, canlılara
məxsus hərəkətlər əşyaların üzərinə keçirilməklə və s. yollarla əmələ
glir.Deməli, metafor müxtəlif əşyalar arasında müqayisə prinsipi əsasında
yaranır. Yaranan metaforlar mənalı və ifadəli olur.Dildə həm ümumişlək,
həm də üslubi metaforlar vardır. Üslubi metaforlar poetik metaforlar da
adlanır.
Dilçilikdə metaforları quruluş etibari ilə sadə və mürəkkəb – deyə iki
qrupa ayırırlar. Ayrı-ayrı sözlərin məcazlaşması sadə metaforlardır. Bunlar,
sadəcə olaraq, leksik metaforlardır. Həmin metaforlar müxtəlif qruplardan
əmələ gəlir ki, bunların da bir qismi aşağıdakılardan ibarətdir:
1.Daxili əlamətlərinə görə yaranan metaforlar. Buraya, əsasən,
aşağıdakı sözlər daxildir:
a) Heyvan adlarını insan üzərində yönəldilən sözlər. Məsələn:
Həqiqi mənasıMəcazi mənası
Wolf (isim) canavar, qurd acgöz, qarınqulu; xain, paxıl
Wolf (fel) yemək acgözlüklə yemək
Wolfish canavar, qurd(canavara aid olan) qəddar, zalım, yırtıcı, vəhşi
Fox (isim) tülkü bic, hiyləgər
Fox (fel) _____hiyləgərlik etmək
Tiger pələngdalaşqan, qəddar insan
Foxy tülküyə aid olanhiyləgər, bic
Lion (isim) şir, aslan1)cəsur; 2) şöhrət, məşhurluq Lion-
Çox maraqlı haldır ki, İngilis dilində “donuz” sözünün həm isim, həm
də fel kimi bir çox mənası vardır ki, bunların da əksəriyyəti məcazda işlədilir.
Sözün mənalarına fikir verək:
Pig n.
1) Donuz, çoşka, donuz potası, donuz balası;2)Iri çoşka; roast ~
qızardılmış çoşka3)D.d. donuz, sırtıq, utanmaz, nacins, nankor, həyasız,
ədəbaz (adam)Pinti, natəmiz adam4)Amer, əxlaqsız, pozğun qadın 5)Dəmir
parçası, külçə 6)D.d. xoşagəlməz situasiya; pis vəziyyət 7)Tex. Külçə, qəlib
8)Sl. Polis...(4, 665)
Pig II (V)
1) Çoşkalanmaq, balalamaq (donuz haq.)
2) Donuz kimi çirk içində yaşamaq
3) ~ te d.d. daldalanmaq, sığınmaq, sıx və darısqallqda yaşamaq ( 4,
665)
“cat” sözü də həmçinin bu cür xüsusiyyətə malikdir:
Cat (n)
1)
Erkək pişik, dişi pişik
2)
Pişikkimilər fəsiləsi
Filologiya məsələləri, 2017
197
3) D.d intriqaçı, aravuruşduran qadın
Bill (v) ~ and coo
1) Quruldamaq (göyərçin haqqında)
2) Şirin-şirin söhbət etmək
Coo (n)
1) Quruldama (göyərçinlərdə)
2) Şirin söhbət
Coo (v)
1) Quruldamaq (göyərçin haqqında)
2) Şirin-şirin söhbət etmək
Brood I (n)
1)
Anadan ayrılmış balalar (quş, heyvan haqqında)
ƏDƏBİYYAT
1. Ə. D.əmirçizadə “Azərbaycan dilinin üslubiyyətı”. Bakı, 1962.
2. “Azərbaycan dilinin izahlı lüğəti” (3 cildlik) 1ci ciold. Bakı, 1997
3. “ İngiliscə- Azərbaycanca lüğət”. Bakı, KM, 2012
S.BABAEVA
THE WORDS WITH QA FIGURATIVE MEANING IN THE
AZERBAIJAN LANGUAGE
SUMMARY
The article deals with the words with figurative meaning and its ways
of expressions are shown here. The words with figuratve meanings appear in
the multiciphered process and a lot of examples are given in the article. At
the same time the ways of formation the words with figurative meanings are
expressed here. The figurative meaning of every word are reflected in this
article.
In both English and Azerbaijani language the use of metaphors are
frequantli observed.Because they are widely used in the English language,in
press materials and literary works reders encounterwith them.In these
cases,it is important to comprehend them and some methods must be
employed to translate these metaphors.Otherwise some misunderstandings
will occur and language norms will be violated.In the article analyses of
some metaphors have been presented.
Dostları ilə paylaş: |