Filologiya məsələləri, 2017
206
дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən
formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman
korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə
Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi
səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə
anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa
çağırıldılar.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən
sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya
Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından
15-i bolşeviklər tərəfindən güllələnmişdi. Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin
qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını
həyata keçirdi.
Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək
məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi.
Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının
rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın
komplektləşdirilməsi başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan
Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il
tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26
iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir. 1997-ci ilin
yanvarında Azərbaycan sülhməramlı qüvvələriyaradılmışdı.
Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci
ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin Israeli Aerospace
Industries (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat
təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan
Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə
bağlayıb. İsrail hərbi mütəxəssislərinin böyük dəstəsi azərbaycanlı
həmkarlarına yeni silah sistemləri ilə işləməyi öyrətmək üçün Bakıya
göndərilib. Yeni müqaviləyə əsasən İsraildən düşmən hədəflərinə dəqiq raket
zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların
alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən
HHM sistemlərinin alınmasından söhbət gedir. Bu HHM sistemləri
Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiə etməyə qadirdir.
Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə
Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa
Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var.
Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da
Filologiya məsələləri, 2017
207
yardım edir. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam
şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində
Azərbaycanın hərbi qulluqçuları treninqlər keçirir və xarici dil kurslarında
iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi
tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir.
Hər il NATO-Azərbaycan arasında olan
Fərdi Tərəfdaşlıq
Proqramı çərçivəsində Azərbaycan Silahlı Silahlı Qüvvələrinin 1000-dən
çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə
iştirak edir. 1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbin, 2000-cı ildən etibarən Silahlı Qüvvələrin Hərbi
Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. Azərbaycanın NATO-
ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan hazırlanır. Yaxın vaxtlarda bu
plan Azərbaycan prezidenti İlham Əliyevtərəfindən təsdiqlənəcək.
1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı
Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu
tərkibində sülhməramlı fəaliyyət aparırlar. Azərbaycan Silahlı Qüvvələri
tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış,
sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir.
Azərbaycan sülhməramlı qüvvələri 1999-2008-ci illərdə Koso-
voda beynəlxalq əməliyyatlarda iştirak etmişdir. 4 mart 2008-ci ildə
Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin sentyabrından
Kosovada yerləşən Azərbaycan sülhməramlı qüvvələrinin geri çağrılması
barədə qərar qəbul edib. Buna səbəb Kosovada sülhməramlı əməliyyat
keçirilməsi üçün mandat verən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin
pozulması və Kosovonun müstəqil dövlət elan edilməsidir.
Azərbaycan sülhməramlı qüvvələri Əfqanıstanda beynəlxalq
əməliyyatlarda iştirak edirlər.
Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas
prinsipləri «Daxili Qoşunların statusu haqqında Azərbaycan Respublikasının
1994-cü il tarixli Qanunu ilə müəyyən olunmuşdur. Şəxsiyn, cəmiyyətin və
dövlətin mənafeyinin, vətəndaşların konstitusiya hüquqlarının və
azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət
obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata
keçirilməsi, ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən ictimai
təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların qarşısının alınması,
habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirilməsi
üzrə Daxili Qoşunların fəaliyyətinin təşkilini və qoşunların bilavasitə idarə
olunmasını təmin edən Azərbaycan Respublikası daxili işlər nazirliyinin
vahid sisteminin mühüm struktur hissələrind biridir. Daxili Qoşunlar 1991-ci
ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır.
Dostları ilə paylaş: |