Filologiya məsələləri, 2017
152
dilini) xalqın anlayacağı səviyyəyə gətirmək dil islahatının başlıca məqsədi
olmuşdur.
Türkiyə Cümhuriyyətinin qurucusu, bir sıra önəmli islahatın yaradıcısı
M.K.Atatürkün vəfatından sonra (1938) özləşmənin istiqamətinin
dəyişdirilməsinə cəhd edilmişdir. Bu ola bilsin ki, şüurlu cəhd olub, bəzən
ifrat dərəcəyə yüksəldiyindən dünya dilçiləri Türkiyəni purizmdə
günahlandırmışlardır.
Qarışıq bir dil mühitində bəzən verilən qiymətlər də gerçəyi əks
etdirmirdi. Belə bir fikir oyanmışdı ki, osmanlıcadan imtina etmək uzun illər
və əsrlər görkəmli şəxsiyyətlər tərəfindən yaradılmış mədəni sərvətlərdən
tamamilə imtina etmək deməkdir. Halbuki osmanlıca yaradılmış (istər rəsmi,
istər bədii olsun) əsərlər Türk xalqının milli mədəniyyətinin tərkib hissəsi
olub bu xalqın tarixini əks etdirən əsərlərdir.
Görkəmli ədəbiyyatçı və tənqidçi Mehmet Kaplan yazırdı: “Yunus
Emre, Aşık Paşa, Baki, Nedim Nef`i, Şeyh Galib v.b. eserlerini “Osmanlıca”
denilen dil ile vücuda getirmişlerdir. Daha doğrusu eserleri ile Osmanlıca
denilen “zengin” ve “ince” “Kültür dili”ni cümle cümle, beyit beyit onlar
yaratmışlardır” (5,47). Zengin və İnce sözlərini dırnaq içində verməyimizin
səbəbi vardır. Müəllif bu sözləri inanaraq işlətmişdir. O, əsasən ədəbiyyatçı
idi və məsələyə məhz bu müstəvidən yanaşaraq zengin və ince terminlərini
işlətmişdir. Onu əsasən əsərlərin ideya-bədii tərəfi maraqlandırmışdır.
Halbuki yuxarıda verdiyimiz “Habname” əsərinin məqaləyə daxil edə
bilmədiyimiz müqəddiməsində oxucunu yormaqdan başqa və bir də sultanlar
haqqında tərifdən başqa zənginlik və incəlik heç nə yoxdur. Halbuki
M.Kaplan daha sonra gerçəyə uyğun fikirlərini söyləyir: “Biz dili, kelime
kelime değil, cümle cümle öğreniriz. Kelimeleri alfabe sırasına dizen
sözcükler, onları canlı mühitlerinden çıkarırlar. Dil konuşulan ve yazılan
Cümlelerden ibarettir. Cümleler ise bir duyguyu ve düşünceyi ifade eder.
Gerçek dil hakkında bir fikir edinmek için sözcüklere değil konuşmaya veya
yazılı metinlere bakmak lazımdır (4, 46)
M.Kaplanın bu fikrinə antitezis olaraq bunları demək məntiqə uyğun
olardı: “Əgər osmanlıca yazılmış bir cümlənin ifadə etdiyi duyğunu” oxucu
başa düşə bilmirsə, onda belə bir dil nə funksiyası yerinə yetirir. Müəllif bu
mənada haqlıdır ki, ərəb və ya fars dilindən alınmış hər sözü dildən çıxarmaq
olmaz. Xüsusilə, o sözləri ki, artıq onlar “özleşmişler”, hər türkün malına
çevrilmişlər. Öz fikrinin təsdiqi üçün müəllif “akıl” sözünün işləkliyi və
özləşməsini təsdiq edən, ifadələrdəki yerini göstərən bu misalı verir: “Akıl
kelimesi Türkçeye Arapçadan geçmiştir ama bu yirmi kadar deyimi Türkler
vücuda getirmişler: “Akıl almak”, “akıl almamak”, “akıl dağıtmak”, “akıl
defteri”, “akıl dışı”, “akıl erdirememek”, “akıl hocası”, “akıl işletmek”, “akıl
karı”, “akıl kesmek”, “akıl kumkuması”, “akıl öğretmek”, “akıl satmak”,
“akıl sır ermez”, “akıl vermek”, “akılda bulundurmak”, “akıldan çıkmamak”,
“akılla ölçmek”, “akıllara durgunluk vermek”, “akıllı düşman” (5, 46)
Özleşmede amaç əslində bu qəbildən olan söz və ifadələri dəyişdirmək
Filologiya məsələləri, 2017
153
olmamışdır. Çünki, məsələn, “akıllara durgunluk vermek” ifadəsində yalnız
sözün kökü “akıl” ərəb mənşəli söz olub, bütün türk xalqları tərəfindən
özününküləşdirilmiş, yəni özləşdirilmiş bir sözdür. İfadənin qalan parçaları: -
lar-cəm şəkilçisi; -a- yönlük hal şəkilçisi; -dur-feil kökü, -gun-sifət düzəldən
leksik şəkilçi, -lık-isim düzəldən leksik şəkilçi türk dili ünsürlədir. Bütün bu
dil elementləri əsl türk mənşəli elementlərdir. Özləşmə bu qəbildən olan
sözləri deyil, mətn içərində türk dili elementləri olmayan və yaxud da
olduqca az olan, qrammatik quruluşu ərəb dilinə aid olan söz və ifadələri
nəzərdə tutmuşdur. Məs, yüksək təbəqədən olan birisi oğluna qız istərkən
“kerimeyi-iffet vesimenizin dest-i izdivacına talibim” deməli idi. 3-4 Türk
dili elementi (şəkilçiləri) olan bu ifadənin yerinə xalq danışıq dilində
“kızınızı oğluma isterim” ifadəsi də olmuşdur. Özləşmə prosesi birinci
osmanlıca ifadədən imtina edilməsinin normal xalq dilindəki ifadənin ədəbi
dil səviyyəsinə yüksəldilməsini nəzərdə tutmuşdur. Beləliklə, Özləşmə:
1.Osmanlıcadakı ərəbi kaidəsi ve farsi kaidəsi izafətlərin dildən
çıxarılması, bunun yerinə bütün türk dillərində mövcud olan təyinedən və
təyinolunandan ibarət olan türk dili prinsipinə dayanan ad tamlamalarının
işlək hala gətirilməsini öngörmüşdür. Bu isə dilin qrammatik quruluşu ilə
bağlı məsələdir. Bir dil sözlərdən və sözlər arasındakı bağlılıqlardan ibarətdir
ki, bu qrammatika adlanır. Dilin qrammatik quruluşu o dilin daşıyıcılarının
milli şüuru ilə birbaşa əlaqəlidir. Deməli özləşməni milli şüura qayıtma kimi
də qiymətləndirmək olar.
2.Köhnə idari, ideoloji v.s. sistemlə bağlı olan termin və ifadələrin yeni
türk mənşəli sözlərlə əvəz edilməsini öngörmüşdür.
3.Xalq danışıq dili əsasında, müxtəlif türk mənbələrindən istifadə
etməklə hamının başa düşə biləcəyi bir milli dili formalaşdırmaq və norma
halına salmaq üçün öngörülmüşdür.
4.Özleşme, osmanlıcada yazılmış türk mədəniyyətinin bir parçası olan
ədəbiyyatların yeni nəslə çatdırılması üçün onları yeni Türk dilinə tərcümə
etməyi də öngörmüşdür.
60-cı illər dilçilərinin bəziləri bu fikirdə olmuşlar ki, guya Türkiyədəki
özləşmə nəticədə ona gətirib çıxaracaqdır ki, digər Türk xalqları Türk dilində
yazılmış əsərləri oxuyub başa düşə bilməyəcəklər. Nəticədə türkdilli xalqlar
arasında bağlar qırılacaqdır. Bu məsələdə oxucu özü qənaətə gəlsin deyə bir
neçə sözün osmanlıca və yeni türkcəsini misal veririk:
1.Nazır-Azərbaycan dilində “Nazir”
Azərbaycan dilində bu söz termindir və onun vəzifə mənası ifadə
etdiyini başa düşürük. Türk dilində bu köhnə söz “Bakan” kimi
əvəzlənmişdir. Bu, süni yaradılmış söz olmayıb “Nazır” sözünün kalka üsulu
ilə tərcüməsidir. Ərəb dilində Nazir nəzərə (baxmaq) feilindən Nazir şəklinə
salınaraq feili sifət əmələ gətirilmişdir. Demək, ərəb dilində bu söz Nazir
yox “baxan” feili sifət mənasını ifadə edir.
2.Rus-Azərbaycan dilində bu gün də rəis sözü vəzifə mənasında
işlədilən sözdür. Türkcədə rəis əvəzinə “Başkan” sözü daha işləkdir və rəis
Dostları ilə paylaş: |