Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə57/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   53   54   55   56   57   58   59   60   ...   147

Filologiya məsələləri, 2017 
 152
dilini) xalqın anlayacağı səviyyəyə gətirmək dil islahatının başlıca məqsədi 
olmuşdur.  
Türkiyə Cümhuriyyətinin qurucusu, bir sıra önəmli islahatın yaradıcısı 
M.K.Atatürkün vəfatından sonra (1938) özləşmənin istiqamətinin 
dəyişdirilməsinə  cəhd edilmişdir. Bu ola bilsin ki, şüurlu cəhd olub, bəzən 
ifrat dərəcəyə yüksəldiyindən dünya dilçiləri Türkiyəni purizmdə 
günahlandırmışlardır. 
Qarışıq bir dil mühitində  bəzən verilən qiymətlər də gerçəyi  əks 
etdirmirdi. Belə bir fikir oyanmışdı ki, osmanlıcadan imtina etmək uzun illər 
və  əsrlər görkəmli  şəxsiyyətlər tərəfindən yaradılmış  mədəni sərvətlərdən 
tamamilə imtina etmək deməkdir. Halbuki osmanlıca yaradılmış (istər rəsmi, 
istər bədii olsun) əsərlər Türk xalqının milli mədəniyyətinin tərkib hissəsi 
olub bu xalqın tarixini əks etdirən əsərlərdir.  
Görkəmli  ədəbiyyatçı  və  tənqidçi Mehmet Kaplan yazırdı: “Yunus 
Emre, Aşık Paşa, Baki, Nedim Nef`i, Şeyh Galib v.b. eserlerini “Osmanlıca” 
denilen dil ile vücuda getirmişlerdir. Daha doğrusu eserleri ile Osmanlıca 
denilen “zengin” ve “ince” “Kültür dili”ni cümle cümle, beyit beyit onlar 
yaratmışlardır” (5,47). Zengin və İnce sözlərini dırnaq içində verməyimizin 
səbəbi vardır. Müəllif bu sözləri inanaraq işlətmişdir. O, əsasən ədəbiyyatçı 
idi və məsələyə məhz bu müstəvidən yanaşaraq zengin və ince terminlərini 
işlətmişdir. Onu əsasən  əsərlərin ideya-bədii tərəfi maraqlandırmışdır. 
Halbuki yuxarıda verdiyimiz “Habname” əsərinin məqaləyə daxil edə 
bilmədiyimiz müqəddiməsində oxucunu yormaqdan başqa və bir də sultanlar 
haqqında tərifdən başqa zənginlik və incəlik heç nə yoxdur. Halbuki 
M.Kaplan daha sonra gerçəyə uyğun fikirlərini söyləyir: “Biz dili, kelime 
kelime değil, cümle cümle öğreniriz. Kelimeleri alfabe sırasına dizen 
sözcükler, onları canlı mühitlerinden çıkarırlar. Dil konuşulan ve yazılan 
Cümlelerden ibarettir. Cümleler ise bir duyguyu ve düşünceyi ifade eder. 
Gerçek dil hakkında bir fikir edinmek için sözcüklere değil konuşmaya veya 
yazılı metinlere bakmak lazımdır (4, 46) 
M.Kaplanın bu fikrinə antitezis olaraq bunları demək məntiqə uyğun 
olardı: “Əgər osmanlıca yazılmış bir cümlənin ifadə etdiyi duyğunu” oxucu 
başa düşə bilmirsə, onda belə bir dil nə funksiyası yerinə yetirir. Müəllif bu 
mənada haqlıdır ki, ərəb və ya fars dilindən alınmış hər sözü dildən çıxarmaq 
olmaz. Xüsusilə, o sözləri ki, artıq onlar “özleşmişler”, hər türkün malına 
çevrilmişlər.  Öz  fikrinin  təsdiqi üçün müəllif “akıl” sözünün işləkliyi və 
özləşməsini təsdiq edən, ifadələrdəki yerini göstərən bu misalı verir: “Akıl 
kelimesi Türkçeye Arapçadan geçmiştir ama bu yirmi kadar deyimi Türkler 
vücuda getirmişler: “Akıl almak”, “akıl almamak”, “akıl dağıtmak”, “akıl 
defteri”, “akıl dışı”, “akıl erdirememek”, “akıl hocası”, “akıl işletmek”, “akıl 
karı”, “akıl kesmek”, “akıl kumkuması”, “akıl öğretmek”, “akıl satmak”, 
“akıl sır ermez”, “akıl vermek”, “akılda bulundurmak”, “akıldan çıkmamak”, 
“akılla ölçmek”, “akıllara durgunluk vermek”, “akıllı düşman”  (5, 46) 
Özleşmede amaç əslində bu qəbildən olan söz və ifadələri dəyişdirmək 


Filologiya məsələləri, 2017 
 153
olmamışdır. Çünki, məsələn, “akıllara durgunluk vermek” ifadəsində yalnız 
sözün kökü “akıl”  ərəb mənşəli söz olub, bütün türk xalqları  tərəfindən 
özününküləşdirilmiş, yəni özləşdirilmiş bir sözdür. İfadənin qalan parçaları: -
lar-cəm şəkilçisi; -a- yönlük hal şəkilçisi; -dur-feil kökü,  -gun-sifət düzəldən 
leksik şəkilçi, -lık-isim düzəldən leksik şəkilçi türk dili ünsürlədir. Bütün bu 
dil elementləri  əsl türk mənşəli elementlərdir. Özləşmə bu qəbildən olan 
sözləri deyil, mətn içərində türk dili elementləri olmayan və yaxud da 
olduqca az olan, qrammatik quruluşu  ərəb dilinə aid olan söz və ifadələri 
nəzərdə tutmuşdur. Məs, yüksək təbəqədən olan birisi oğluna qız istərkən 
“kerimeyi-iffet vesimenizin dest-i izdivacına talibim” deməli idi. 3-4 Türk 
dili elementi (şəkilçiləri) olan bu ifadənin yerinə xalq danışıq dilində 
“kızınızı  oğluma isterim” ifadəsi də olmuşdur. Özləşmə prosesi birinci 
osmanlıca ifadədən imtina edilməsinin normal xalq dilindəki ifadənin ədəbi 
dil səviyyəsinə yüksəldilməsini nəzərdə tutmuşdur. Beləliklə, Özləşmə: 
1.Osmanlıcadakı  ərəbi kaidəsi ve farsi kaidəsi izafətlərin dildən 
çıxarılması, bunun yerinə bütün türk dillərində mövcud olan təyinedən və 
təyinolunandan ibarət olan türk dili prinsipinə dayanan ad tamlamalarının 
işlək hala gətirilməsini öngörmüşdür. Bu isə dilin qrammatik quruluşu ilə 
bağlı məsələdir. Bir dil sözlərdən və sözlər arasındakı bağlılıqlardan ibarətdir 
ki, bu qrammatika adlanır. Dilin qrammatik quruluşu o dilin daşıyıcılarının 
milli şüuru ilə birbaşa əlaqəlidir. Deməli özləşməni milli şüura qayıtma kimi 
də qiymətləndirmək olar.  
2.Köhnə idari, ideoloji v.s. sistemlə bağlı olan termin və ifadələrin yeni 
türk mənşəli sözlərlə əvəz edilməsini öngörmüşdür. 
3.Xalq danışıq dili əsasında, müxtəlif türk mənbələrindən istifadə 
etməklə hamının başa düşə biləcəyi bir milli dili formalaşdırmaq və norma 
halına salmaq üçün öngörülmüşdür. 
4.Özleşme, osmanlıcada yazılmış türk mədəniyyətinin bir parçası olan 
ədəbiyyatların yeni nəslə çatdırılması üçün onları yeni Türk dilinə tərcümə 
etməyi də öngörmüşdür. 
60-cı illər dilçilərinin bəziləri bu fikirdə olmuşlar ki, guya Türkiyədəki 
özləşmə nəticədə ona gətirib çıxaracaqdır ki, digər Türk xalqları Türk dilində 
yazılmış əsərləri oxuyub başa düşə bilməyəcəklər. Nəticədə türkdilli xalqlar 
arasında bağlar qırılacaqdır. Bu məsələdə oxucu özü qənaətə gəlsin deyə bir 
neçə sözün osmanlıca və yeni türkcəsini misal veririk: 
1.Nazır-Azərbaycan dilində “Nazir” 
Azərbaycan dilində bu söz termindir və onun vəzifə  mənası ifadə 
etdiyini başa düşürük. Türk dilində bu köhnə söz “Bakan” kimi 
əvəzlənmişdir. Bu, süni yaradılmış söz olmayıb “Nazır” sözünün kalka üsulu 
ilə tərcüməsidir. Ərəb dilində Nazir nəzərə (baxmaq) feilindən Nazir şəklinə 
salınaraq feili sifət  əmələ  gətirilmişdir. Demək,  ərəb dilində bu söz Nazir 
yox “baxan” feili sifət mənasını ifadə edir.  
2.Rus-Azərbaycan dilində bu gün də  rəis sözü vəzifə  mənasında 
işlədilən sözdür. Türkcədə rəis əvəzinə “Başkan” sözü daha işləkdir və rəis 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə