Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə56/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   52   53   54   55   56   57   58   59   ...   147

Filologiya məsələləri, 2017 
 150
oxuyuruq. O yazır ki, “Arap ve Fars dilleri onu (Türk dilini - Ş.A) bir aylık 
sarmaşık otu gibi bürümektedir. Öyle ki, sonunda “Türke söylesen anlamaz, 
Araba söylesen anlamaz, Aceme (farsa - Ş.A) söylesen anlamaz” diye alay 
edilebilecek olan ve adına “Osmanlıca” denilen karma bir dil doğmuştur (2, 
19) 
Ali Püsküllüoğlu “Dil Değişmesini” “Toplum değişmesi” ilə 
bağlayaraq (s.23) özləşmənin zəruri bir proses olduğunu qeyd etmişdir. 
Bu günkü Türk ədəbi dilinin formalaşmasını Türk cəmiyyətinin 
dəyişməsi ilə əlaqələndirən A.Püsküllüoğluna haqq qazandırmaq olar. 
Çoxmillətli bir cəmiyyətdə (türklərdən başqa  ərəb v.s. xalqların bu 
cəmiyyətdə mövcudluğu)  ərəb  əlifbasından istifadə,  ərəb dili ünsürlərindən 
faydalanma müəyyən mənada yaranmış  şəraitlə  sıx bağlı olmuşdur. 
Fikrimizcə, M.F.Axundovun ərəb əlifbasından imtina etmə fikri də məhz bu 
faktor üzündən müsbət həllini tapmamışdır. Buraya İslam dini faktorunu da 
əlavə etmək yerinə düşərdi. 
Məlumdur ki, cəmiyyətdəki fundamental dəyişmələr (bazis, üstqurum 
dəyişmələri, ideoloji dəyişmələr v.s.) özü ilə  bərabər dildə  dəyişmələri də 
zəruri etmişdir. Cümhuriyyətin bərqərar olması  əvvəlki sistemə nisbətən 
mütərəqqi olub milli birlik, milli şüur, milli ideologiyanın meydana 
çıxmasına səbəb olmuşdur. Bu baxımdan aşağıda qeyd etdiyimiz Kinross`un 
fikri doğru hesab edilməlidir. 
Türk cəmiyyətindəki siyasi, iqtisadi v. s. dəyişmələr köhnəliyi  əks 
etdirən söz və ifadələrin dildən çıxaraq tarixi sözlər sırasına daxil olmasına 
səbəb olmuşdur. Eləcə  də insanlar arasında yeni yaranmış münasibətləri 
bildirən söz və ifadələrə ehtiyac zərurəti doğurmuşdur.  
“Bir Ulusun Yeniden Doğuşu” adlı kitabında Lord Kinross özleəmə 
prosesi ilə  əlaqədar bu sözləri yazmışdır: “Bu reform Türklere 
Türklülüklerini Gazinin (Mustafa Kemal Atatürk - Ş.A) öteki reformlarından 
daha çok sezdirdi (2, 23) Özləşmə islahatını Türkiyənin Qərbə meyli və 
qərbləşmə siyasətilə bağlayanlar da olmuşdur (həmin əsər s.23-25) 
M.K.Atatürkün dil islahatı  təsadüfi bir proses deyildi. 1930-cu illərə 
qədər Türk dilinin öz təməlinə qayıtması  uğrunda uzun mübarizələr 
getmişdir.  Hələ XIX əsrdə yaşamış və yaratmış Vətən Şairi Namik Kamal 
Türk dilinin mövcud durumdan ciddi narazı olduğunu bildirmiş, bədii 
əsərlərini olduqca sadə, anlaşılır bir dildə yazmış, lakin ictimai-siyasi və 
fəlsəfi fikirlərini məqalələr vasitəsilə oxucusuna  çatdırarkən istər-istəməz 
ərəb və fars ünsürlərindən istifadə etmək məcburiyyətində qalmışdır.  
Namiq Kamal bu məcburiyyəti Türk dilində ictimai-siyasi-elmi 
terminlərin olmamasında görürdü. 
N.Kamaldan fərqli olaraq T.Fikrətin  şeirlərində osmanlıcaya meyl 
daha güclüdür. 
Akad. A.Axundov yazır ki, ədəbiyyatda belə bir fikir formalaşmışdı ki, 
ədəbi-bədii dil o zaman gözəl ola bilər ki, o ümumxalq dilinin təsirindən bir 
o qədər uzaq olsun (1, 13) 


Filologiya məsələləri, 2017 
 151
Belə bir meyl Azərbaycan  ədəbiyyatında da olmuşdur. Məs: 
Ə.Hüseynzadə Hötenin “Faust” əsərini Azərbaycan oxucularına belə bir dillə 
təqdim edir: 
Ənvari-şəbabimdə pədidar olan ey zil, 
Ey zilli-tuluat oluyorsun yenə peyda (1,13) 
Türk  ədəbiyyatında da eyni vəziyyəti görmək mümkündür. Məs: 
T.Fikrətin “Sis” şeirində oxuyuruq: 
Sarmış yine afakını bir dud-u muannit 
Bir zulmet-i beyza ki, peyapey mütezait 
Bu iki şeir misalında təkrar olunan (olmaq, yine) 3-4 sözdən başqa 
qalan bütün leksik vahidlər Türk və Azərbaycan dilinə yad ərəb və fars 
sözləridir. 
Göründüyü kimi ərəb və fars ünsürlərinin türk mənşəli sözləri 
sıxışdıraraq həm Türk poeziyasında, həm də Azərbaycan poeziyasında 
dominant vəziyyətə  gəlməsi bu dillərin  ədəbi dil səviyyəsində dialekt və 
şivələrdən tamamilə uzaqlaşaraq anlaşılmaz bir dil şəklinə düşməsinə səbəb 
olmuşdur. Bu səbəbdən də “Türk və Azərbaycan dillərində özləşmə 
prosesinin tarixi (XX əsr)” mövzusunda dissertasiya müdafiə etmiş Lamiə 
Vaqifqızı “Dildə özləşməni dilin tarixi təkamülündə yeni bir mərhələ hesab 
edir (bax: L.Vaqifqızı. Avtoreferat s.3) əlavə edək ki, haqqında bəhs tarixi 
mərhələ daha əvvələ  gedib çıxır. XX əsrdə Türk dilinin  özləşmə prosesi son 
dövrünü yaşamışdır. 
Məsələ yalnız ərəb və fars sözlərinin işlədilməsində deyildi, ən vacibi 
o idi ki, Türk dilinin qrammatik qaydaları unudulmuş, sözlər  ərəb və fars 
izafətləri  əsasında birləşdirildi. Bu isə Türk dilinin iltisaqiliyinə  zərbə idi. 
İltisaqilik əsasında söz yaradıcılığı məhv olurdu. Doğrudur, xalq danışıq dili 
bu təsirə  məruz qala bilməzdi və o dil folklor yaradıcılığında obyektiv 
inkişafına davam edirdi. Lakin bir qrupun dili hesab olunan Osmanlıca 
məhdud mühitdə işlədilir, xəlqilik qazana bilmirdi və bu imkansızdı. 
Osmanlıcaya aid çoxlu tarixi sənədlərlə tanışlıq göstərmişdir ki, idarə 
dili (rəsmi yazışmalar  ərizə  və göstəriş  sənədləri) tamamilə anlaşılmaz bir 
dildə yazılmış, bu gün belə  sənədlərin oxunması  üçün xüsusi mütəxəssis 
hazırlığı lazım gəlir. Elə ifadələrə rast gəlmək olur ki, onu lüğətlərdən belə 
çətin tapmaq olur (umay-ı ileyh, haşmetpenah v.s. kimi) 
XVII  əsrin  əvvəllərində yazılmış Veysinin “Xabnamə”  əsərinin 
müqəddimə hissəsində sultanların tərif edilməsi ilə bağlı  səhifədə  işlədilən 
söz və ifadələr göstərir ki, idarə sistemindəki qəliz dil ədəbiyyatçılara da 
təsir etmişdir.  Əsərin ümumiyyətlə  çətin bir dildə yazılması ilə yanaşı 
müqəddimə hissəsinin başa düşülməsi olduqca çətindir. Buradakı dili 
gerçəkdən də nə ərəb, nə fars, nə də türk başa düşə bilər. Dolayılı ifadə tərzi, 
ərəb və fars izafətləri, bəlağətli və  məcazi mənada ifadə edilmiş deyimlər, 
nəinki müasir oxucuya, hətta o dövr oxucusuna da çətinliklər törədə bilərdi. 
Bütün bunlar M.K.Atatürkün Dil siyasətini obyektiv olaraq 
şərtləndirirdi. Xalqa yad dildən imtina etmək, ədəbi dili (eləcə də rəsmi-idari 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə